Məhkəmə qərarları › İş №2-1(120)-2038/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2038/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2038/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın ləğv edilməsi”tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2026cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir şəhəri, Aran qəsəbəsi, 26 saylı evin 11 saylı mənzilinə dair X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X2 Rayon Məhkəməsinə “İddiaçı və ailə üzvlərinin əmlakları ilə birlikdə evdən məcburi qaydada çıxarılmaları və istifadə hüquqlanna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iş materialları ilə tanış olarkən X4 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfındən qeydiyyat nömrəsi ********** nömrəli, reyestr nömrəsi **********67-05101-093008 olan, xx.xx.2022-ci il tarixli çıxarışın olduğu məlum olmuşdur. Həmin çıxarışın hansı əsaslarla X4 adına verilməsi ilə əlaqədar olaraq Dövlət Notariat Arxivinə tərəflərindən müraciət olunmuş, xx.xx.2024-cü il tarixli məktubda sözügedən mənzilin X4 mülkiyyətində olmasını təsdiq edən heç bir məlumat olmamışdır. Əksinə, həmin mənzil mərhum X5 adında olması barədə məlumat verilmişdir. Sözügedən mənzili X4 adına özəlləşdirərkən nədənsə mənzildə qeydiyyatda olan şəxslərdən yalnız X3 ərizəsi alınmış, digər qeydiyyatda olan ailə üzvlərindən İddiaçı, X11, X15, X19, X16, X12, X13 razılıq ərizələri alınmamışdır. 16 saylı Ucar Ərazi İdarəsinə Kürdəmir Rayon Məhkəməsi sənədlərin göndərilməsi barədə müraciət etmiş və sözügedən idarə sənədləri göndərmişdir. Sənədlərə baxarkən Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 26/11 saylı mənzilin X4 adına verilməsinə əsas olmuş sənədlərdən biri arxiv arayışıdır. Arxiv arayışında göstərilir ki, X4 müraciəti əsasında Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988-ci il tarixli, 6M №-li protokoldan çıxarış əsasında Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev26 (SMD-270 unvanda) yaşayış sahəsi 39,42 kv.m olan 3 otaqlı mənzil verilmişdir. Lakin arayışın özündə şübhə doğuran məqamlardan onu göstərmək olar ki, sözügedən mənzilin kirayə müqaviləsi Mahmudova Ağabəyimin, yəni Mahmudova Yaqutun qaynanasının adına verilmişdir. Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 26/11 saylı mənzilin mənzil kirayə müqaviləsi Mahmudova Ağabəyimin adına olmasma baxmayaraq, mənzilin yəni miras əmlakın onun vərəsələri tərəfındən qəbul edilməməsi və birbaşa əmlakın Ağabəyimin gəlini Yaqut Mahmudovanın adına keçməsi və mülkiyyət hüququnun təsdiq olunması əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan mənzil xx.xx.2022-ci il tarixdə **********67-05101-093008 reyestr nömrəsi ilə Kürdəmir Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6 saylı Qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırırlmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilmısi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından, o cümlədən işdə olan 01 yanvar 1978-ci il tarixli və 02 yanvar 1979-cu il tarixli “Yaşayış evlərinin kirayəsi haqda” nümunəvi müqavilələrdən, “Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasport”dan görünür ki, Kürdəmir şəhəri, 27 №-li SMD qəsəbəsindəki 26 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili X6 və onun Mahmudov Məhəmməd, Mahmudova Yaqut, İddiaçı və Mahmudova Fidan olmaqla 4 (dörd) nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilmiş, bu barədə həmin mənzilin balans daşıyıcısı “Şirvan Meliorasiyasutikinti tresti”nin Mənzil İstismar Kontoru ilə mənzilin əsas kirayəçisi X9 arasında müqavilə şərtlərinə əməl etmədən asılı olaraq qeyri-müəyyən müddətə kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988-ci il tarixli, 6 №-li iclas protokolundan çıxarışdan müəyyən olunur ki, ünvan 3mar sahəsi müraciət edərək mənzil istismar sahəsinin əhatə etdiyi mənzillərdə 179 nəfər vətəndaşın Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin qərarı olmadan yaşadığını, bu səbəbdən onların pasport uçotuna götürülməsində çətinliklərin yarandığını bildirmiş, bununla əlaqədar mənzil istismar sahəsinin rəhbərliyi adlı siyahı təqdim edərək mənzillərin həmin vətəndaşların adına sənədləşdirilməsini xahiş etmiş, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988-ci il tarixli, 6 №-li qərarı ilə ünvan 3mar sahəsinin təqdim etdiyi adlı siyahı təsdiq edilərək, həmin mənzillərin 179 nəfər vətəndaşın adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarından, o cümlədən işdə olan və yuxarıda qeyd olunan “adlı siyahı”dan, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ünvan 3mar sahəsi mənzil istismar sahəsinin əhatə etdiyi mənzillərdə Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin qərarı olmadan yaşayan 179 nəfər vətəndaşın siyahısını tərtib edərkən Kürdəmir şəhəri, 27 №-li SMD qəsəbəsindəki 26 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili üzrə qüvvədə olan 01 yanvar 1978-ci il tarixli və 02 yanvar 1979-cu il tarixli “Yaşayış evlərinin kirayəsi haqda” nümunəvi müqavilələr nəzzərə alınmadan, həmin müqavilələrə əsasən mənzilin əsas kirayəçisi X9 olduğu halda, “adlı siyahı”ya onun adını deyil, heç bir əsas olmadan Mahmudova Ağabəyimin ailə üzvlərindən biri olan gəlini X4 adını daxil etmiş, bununla da həm sözügedən mənzilin əsas kirayəçısinin, həm də digər ailə üzvlərinin hüquqlarına müdaxilə etmişdir. Halbuki, iş materiallarında olan 12 may 1998-ci il tarixli, 41 №-li “ölüm haqqında akt qeydi”nə əsasən mənzilin əsas kirayəçisi X9 10 may 1998-ci il tarixdə, yəni Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988-ci il tarixli, 6 №-li qərarından 10 il sonra vəfat etmişdir. Nəticədə iş materiallarında olan müqaviləyə əsasən Kürdəmir şəhəri, 27 №-li SMD (Aran) qəsəbəsindəki 26 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili üzrə ünvan 3mar sahəsi ilə X8 arasında ciddi nöqsanlarla xx.xx.2021-ci il tarixdə icarə (kirayə) müqaviləsi bağlanmışdır. Belə ki, sözügedən müqavilədə “ailə üzvləri” sətri doldurulmamış, müqavilənin X8 ilə ünvan 3mar sahəsinin rəisi X17 arasında bağlandığı qeyd olunsa da, “imza” qrafasında ünvan 3mar sahəsinin rəisi kimi A.S.Balayev yazılmışdır. İş materiallarından, o cümlədən işdə olan “Notariat ofisi”nə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********122 saylı ərizədən, ünvan 3mar sahəsinin X4 adına AR DƏDRX Ucar rayon Ərazi idarəsinə təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli arayışdan, mübahisələndirilən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3mar sahəsinin rəisi A.S.X1 adına AR DƏDRX Ucar rayon Ərazi İdarəsinə təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli arayışda mənzildə qeydiyyatda olan şəxslər olaraq X4 və onun övladı X3 adları qeyd olunmuşdur. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* №-li arayışına əsasən hazırki iş üzrə iddiaçı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı, xx.xx.1979-cu il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X18, xx.xx.2004-cü il təvəllüdlü X19, xx.xx.2001-ci il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2002-ci il təvəllüdlü X20, xx.xx.1983-cü il təvəllüdlü X7 04 may 2010cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. Nəticədə yalnız X3 razılıq ərizəsi nəzərə alınaraq mübahisələndirilən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 5 ünvanındakı yaşayış sahəsi X4 adına rəsmiləşdirilmiş, bununla da sözügedən ünvanda qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. İş materiallarında olan cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli, 3-21-3-36/2-M-00xx-xx/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən X4 adına tərtəb olunmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsini tələb etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988-ci il tarixli, 6 №-li qərarına əsasən Kürdəmir şəhəri, 27 №-li SMD (Aran) qəsəbəsindəki 26 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili üzrə ünvan 3mar sahəsi ilə X8 arasında xx.xx.2021-ci il tarixdə icarə (kirayə) müqaviləsi bağlanmış, ünvan 3mar sahəsinin X4 adına AR DƏDRX Ucar rayon Ərazi idarəsinə təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli arayışda mənzildə qeydiyyatda olan şəxslər olaraq X4 və onun övladı X3 adları qeyd olunmuş, həmin mənzildə 04 may 2010-cu il tarixdən qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adı göstərilməmiş, nəticədə qeyd olunan mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla X4 adına rəsmiləşdirilmiş, bununla da sözügedən ünvanda qeydiyyatda olan şəxslərin, o cümlədən İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Beləliklə, iş materiallarına əsasən (01 yanvar 1978-ci il tarixli və 02 yanvar 1979-cu il tarixli “Yaşayış evlərinin kirayəsi haqda” nümunəvi müqavilələr) iddiaçı Mahmudov İddiaçı Yaqut Həsənağa qızı ilə birlikdə ailə üzvü olaraq 01 yanvar 1978-ci il tarixdən ünvan 4 ünvanında yaşayır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli, 7240658№-li arayışına əsasən 04 may 2010-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatı həmin ünvandır və mülki qanunvericiliyin tələbinə əsasən iddiaçı ailə üzvü kimi hazırki kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdir. «Azərbaycan Respublikasında mənziul fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə görə Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. - Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, qanunverici mənzil istismar təşkilatından mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında həmin mənzilə (evə) hüququ olan şəxslər barədə arayışın verilməsini tələb edir. Həmçinin, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşla birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələrinin olmasını tələb edir. Lakin qeyd olunduğu kimi, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 20 may 1988ci il tarixli, 6 №-li qərarına əsasən Kürdəmir şəhəri, 27 №-li SMD (Aran) qəsəbəsindəki 26 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili üzrə ünvan 3mar sahəsi ilə X8 arasında xx.xx.2021-ci il tarixdə icarə (kirayə) müqaviləsi bağlanmış, ünvan 3mar sahəsinin X4 adına AR DƏDRX Ucar rayon Ərazi idarəsinə təqdim edilməsi üçün verilmiş xx.xx.2021-ci il tarixli, 89 nömrəli arayışda mənzildə qeydiyyatda olan şəxslər olaraq X4 və onun övladı X3 adları qeyd olunmuş, həmin mənzildə xx.xx.1978-ci ildən yaşayan və 04 may 2010-cu il tarixdən qeydiyyatda olan və mənzilin kirayəçisi ilə eyni hüquq və vəzifələrə malik xx.xx.1972-ci il təvəllüdlü İddiaçı adı göstərilməmiş, cavabdeh inzibati oqan tərəfindən isə heç bir araşdırma aparılmadan qeyd olunan mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla X4 adına rəsmiləşdirilmiş, nəticədə sözügedən ünvanda yaşayan və qeydiyyatda olan İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin tələbinə görə bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə daxildir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, 26 saylı evin 11 saylı mənzilinə dair X4 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilərkən ciddi pozuntulara yol verilmiş və İddiaçı həmin çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, 26 saylı evin 11 saylı mənzilinə dair X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, 26 saylı evin 11 saylı mənzilinə dair X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar