Məhkəmə qərarları › İş №2-1(120)-2047/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2047/2025

02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2047/2025 02.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “Salyan rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 saylı qərarının və tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqısatqısına dair Aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 mart 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı- Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsinə dair Salyan rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 saylı qərarının və tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclası zamanı üçüncü şəxs X2 08 fevral 2023-cü il tarixdə öldüyü müəyyən olunmuş, onun oğlu X6 isə mərhum atasının (üçüncü şəxsin) prosessual hüquq varisi olaraq tanınmasını xahiş etdiyindən X6 onun prosessual hüquq varisi qismində tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X2 müraciəti əsasında Salyan rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı ilə Bakı-Astara magistral yolunun Kürkənd kəndinə gedən yolun cənubunda yerləşən 1500 kv.m torpaq sahəsi vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Salyan rayonu Cavabdeh ilə alıcı X5 arasında xx.xx.2005-ci il tarixdə həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Daha sonra sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0077 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Aşağıdakı səbəblərdən Salyan rayon Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarının və tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsini zəruri hesab edirlər. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 1500 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin əmlak 275000 registr nömrəsi ilə dövlət əmlakının Registrində qeydiyyata alınmış və baş plan tərtib edilmişdir (Registrdən çıxarış əlavə edilir). Belə ki, qeyd olunan torpaq sahəsi ilkin olaraq Salyan Rayon İcra Hakimiyyəti Başçısının 28 oktyabr 1998-ci il tarixli, 305 nömrəli sərəncamı ilə maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədilə “MirRamin” firmasının istifdəsinə ayrılmış, sonradan “MirRamin” firması ilə cavabdehin mərhum atası X5 arasında bağlanmış müqaviləyə əsasən torpaq sahəsi üzərində hüquqlar Vahib Quliyevə ötürülmüşdür. Göründüyü kimi, Cavabdeh öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır, mübahisə predmeti olaraq torpaq sahəsi 1998-ci il tarixində müvafiq dövlət aktı əsasında maye-qaz doldurma məntəqəsinin tikintisi məqsədilə ayrıldığı halda, mübahisələndirilən bələdiyyə qərarı isə 2005-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi dövlət əmlakının Registrindən çıxarışa əsasən dövlət mülkiyyətindədir və buna dair registrdə aparılmış qeyd bugünədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Eyni zamanda bildirirlər ki, Mülki Məcəllənin 155.4, 203.4-cü maddələrinə və “Daşınmaz əmlakın reyestri haqqında” Qanuna uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş aktlar əsasında torpaq sahəsi üzərində hüquqların qeydə alınması mümkündür. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 3.0.6-cı bəndinə əsasən Dövlət Əmlakının Registrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək; 3.0.48. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək; 4.0.15-ci bəndinə əsasən torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq və ya məhkəmədə iddia qaldırmaq Xidmətin səlahiyyətləri sırasına daxildir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Bu səbəbdən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, Salyan rayon Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 nömrəli qərarı və tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akt əsasında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquqların qeydə alınası qeyri-mümkün olduğundan, etibarsız inzibati akt sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X7 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxsin prosessual hüquq varisi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi “tərəflər (Salyan rayonu Cavabdeh ilə X5) arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın etibarsız hesab edilməsi” hissədə mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbinin birinci hissəsi inzibati akt hesab olunan Salyan rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 saylı qərarının etibarsız hesab edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianın ikinci “tərəflər (Salyan rayonu Cavabdeh ilə X5) arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Akt inzibati akt olmadığından inzibati məhkəmə icraatında baxılan mübahisələndirmə, müəyyən etmə və ya tanınma haqqında iddianın predmetini təşkil etmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X4 Salyan rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 115 saylı qərarı əsasında ayrılmış və buna dair tərəflər arasında Torpaqların alqı-satqısına dair Akt tərtib edilmişdir. Göründüyü kimi mübahisələndirilən Torpaqların alqı-satqısına dair Akt inzibati akt hesab edilmədiyindən onun inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Bu səbəbdən də iddia bu hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair Aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar