Məhkəmə qərarları › İş №2-1(120)-2048/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2048/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2048/2023 04.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli qərarın və həmin tarixli rəyin ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə Masallı Məhkəmə Kompleksinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli qərarın və həmin tarixli rəyin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. O, 04 avqust 2016-cı il tarixdə maraqlı şəxslərin oğlu Muradov Famil ilə nikahını Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci ildə Məhəmmədəli adlı bir uşaqları anadan olmuşdur. Sonradan maraqlı şəxslər onların ailə işlərinzə müdaxilə etdikləri üçün onlar ayrılmışdır. Sonradan maraqlı şəxslərin oğlu Famil Muradov ona qarşı atalığın müəyyən edilməsi tələbi ilə iddia qaldıraraq qeyd etmişdir ki, guya onların birgə nikahlarından anadan olmuş Məhəmmədəli onun oğlu deyil və bununla bağlı dəfələrlə məhkəmə prosesləri olmuş və məhkəmə ekspertiza təyin etsə də, Famil Muradov ekspertiza mərkəzinə gəlməmişdir. Beləliklə də, uşaqının atası olmaması öz təsdiqini tapmamaşdır. Onlar bununla bağlı Ali Məhkəməyə kimi müraciət etmişlər, lakin onları şikayətləri təmin edilməmişdir. İndi onu azyaşlı uşağı ilə birlikdə evdən qovan və həmin vaxtdan onun uşağnı özlərinə yad bilən, buna görə onun uşağına bir nənə və baba kimi heç bir yardım göstərməyən şəxslər indi onun uşağını özlərinə nəvə hesab edib, onunla ünsiyyətdə olmaq istəyirlər ki, guya uşağı bilsin ki, onun nənəsi və babası vardır. Əgər onlar onun övladını özlərinə nəvə hesab etsəydilər, onlar oğlanları Famil Muradovu məcbur etməzdilər ki, ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi ilə bağlı iddia qaldırsınlar. Oğlanları məhkəmə iclaslarına gəlmirdi, özləri onun nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak edirdilər və deyirdilər ki, guya onun uşağı onun oğlu Famil Muradovdan deyildir. Onlar heç vaxt onun uşağını özlərinə nəvə bilməyiblər və heç vaxt uşağına maddi dəstək olmayıblar. İndi də Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edib, onun azyaşlı uşağına ünsiyyətdə olmaq istəyirlər. Guya o, onlara şərait yaratmır. Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası da onu və uşağını dəvət edib, dindirmədən, uşağının azyaşlı olmağını və onun mənafeyini nəzərə almadan iclas keçirib, əsassız bir qərar qəbul etmişdir. Qərarında da qeyd ediblər ki, 15 mart 2018-ci il təvəllüdlü X1 baba və nənəsi X3 və X5 ilə həftədə bir dəfə olmaqla şənbə və bazar günü saat 10:00-dan-saat 12:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilsin. Bundan sonra da bubunla bağlı rəy veriblər və rəy də qərarın nəticə hissəsini rəyə gəlir hissəsinə köçürdüb qeyd ediblər ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsini, uşağın mənafeyini nəzərə alaraq aşağıda qeyd olunan rəyə gəlir: 15 mart 2018-ci il təcəllüdlü X1 baba və nənəsi X3 və X5 ilə həftədə iki dəfə olmaqla şənbə və bazar günü saat 10:00dan-saat 12:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilsin. Bununla da Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası uşaqlarımın mənafeyini nəzərə alıb, müvafiq rəy vermişdir. Bu əlbəttəki, belə deyildir. Çünki, onun uşağı ilə hazırda ünsiyyətdə olmaq istəyən nənə və baba bir daha qeyd etmək istəyir ki, həyat yoldaşı oğlanları Famil Muradovu məcbur etməzdilər ki, ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi ilə bağlı iddia qaldırsınlar. Oğlanları məhkəmə iclaslarına gəlmirdi, özləri onun nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak edirdilər və deyirdilər ki, guya onun uşağı onun oğlu Famil Muradovdan deyildir. İndi sual olunur ki, belə bir hərəkət etmiş babanın nəvəsi ilə ünsiyyətdə olmaq hüququ varmı. Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası da heç bir araşdırma aparmadan və məni və azyaşlı uşağımı dəvət edib, dindirmədən qərar qəbul edərək rəy vermişdir. O, həmin qərar və rəylə razı deyildir, yəni Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının təyin etdiyi saat 10:00-dan saat 12:00-dək ünsiyyət vaxtı ilə razı deyildir. Çünki, onun uşağı azyaşlıdır və hər gün günorta saat 10:00-dan saat 12:00-dək müddət ərzində onu yatızdırır və həmin müddət ərzində o yatır. Onu məcburi yatızdırmır, həmin vaxtı o özü yatır. Beləliklə, Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası qəbul etdiyi qərar və rəylə uşağın mənafeyini necə nəzərə alıb ki, uşağının istirahət vaxtını nəzərə almadan belə bir qərar qəbul edərək rəy vermişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Odur ki, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati-prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya məhkəmə tərəfindən müraciət olnumuş, iddianın mümkünlüyü və iddiaçının dinlənilməsinin təmin edilməsinə dair məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X4 gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Lənkəran şəhər İcra Hakimiyyətinin və ya Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbəbdən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 30 yanvar 2023-cü il tarixli, 2-1(120)-2048/2023 nömrəli məktubla və məhkəmə iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı hüquqi yardım göstərmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli qərarın və həmin tarixli rəyin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar