Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2048/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xx.xx.2024cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək DSX-də gizir qismində, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək zabit qismində xidmət keçmişdir. xx.xx.2024-cü il tarixli, 196 nömrəli əmrlə “Hərbi vəfizə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı məddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlamış, işlədiyi müddətdə bir dəfə də, olsun pozuntuya yol verməmişdir. Ona prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. 05 oktyabr 2024-cü il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində onun xidmətə xitam verməkləri barədə heç bir məlumat qeyd edilməmişdir, inzibati (daxili) araşdırma aparılmamışdır və bunun nəticəsində həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Əmrin surəti dəfələrlə müraciət olunmasına baxmayaraq təqdim edilməmişdir. Eyni zamanda ondan işdən çıxması barədə ərizə alınmasına baxmayaraq, onun məlumatı olmadan sonuncunu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluq) müvafiq olaraq işdən azad edilmiş, ehtiyata buraxılmşdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı DSX-nin sabiq hərbi qulluqçusu leytenant İddiaçı iddiası əsassızdır və mümkün hesab edilməməlidir. İddiaçı ehtiyatda olan leytenant R.R.X4 rəisinin xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı DSX rəisinin xx.xx.2019-cu il tarixli, 1724 ş/h №-li əmri ilə “gizir” hərbi rütbəsi verilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə müvafiq olaraq, DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir. Belə ki, işə əlavə olunmuş materiallardan görünür, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluga görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə xx.xx.2024-cü il tarixdə raportla müraciət etmiş və həmin raport əsasında Sərhəd Nəzarəti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Ceyhun Nəbiyevin xx.xx.2024-cü il tarixli təqdimatı qəbul edilmiş, leytenant İddiaçı raportu N №-li hərbi hissədə xx.xx.2024-ci il tarixdə 444 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməvə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı xidməti uyğunsuzluqa görə yazdığı raportla əlaqədar onunla söhbətlər aparılmışdır. Qoşmaya əlavə olunmuş xx.xx.2024-cü il tarixli birinci söhbət arayışından görünür ki, söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı tərxis olunmaq istəməsinin səbəbini ailə vəziyyətindəki problemlərinin, övladının səhhəti ilə bağlı (qızının “Kvadraplegik spastik serebral iflic. Baş-beynin anadangəlmə anomaliyası” diaqnozu ilə olan xəstəlikdən əziyyət çəkir) nəzərə alıb valideynlərinin yanında olmasına ehtiyacı olduğunu, xidmətə həvəsi olmadığını, tərxis olunaraq gələcək fəaliyyətinə mülki həyatda davam etdirmək istədiyini bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təkidlə xahiş etmişdir. Söhbət zamanı leytenant İddiaçı xidmət yerinin xx.xx.2021-ci il tarixdə övladının səhhəti ilə bağlı “Yalama” sərhəd nəzarəti şöbəsindən dəniz limanlarında sərhəd nəzarəti şöbəsinə dəyişdirilməsinin, hərbi xidmətin üstünlükləri, xidmətində buraxdığı nöqsanlar, xidmətdən kənar münasibətlərə meyilli olması, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri onun nəzərinə çatdırılmış, hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, hərbi qulluqçuların özlərinə xidmət yeri seçməməsi, eləcə də mövcud qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Əlavə olaraq leytenant İddiaçı bir daha fikirlərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. Söhbətin sonunda leytenant İddiaçı arayışın onunla aparılmış söhbəti düzgün əks etdirdiyini, mətni ilə tanış olduğunu, tam razı olduğunu, hər hansı əlavə və şikayətinin və təklifinin olmadığını, onunla aparılmış söhbətə görə, razılığını bildirmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunmuş ikinci söhbət arayışından da göründüyü kimi leytenant İddiaçı ilə xx.xx.2024-cü il tarixdə ikinci dəfə təkrar söhbət aparıldığını, söhbət zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı fikrinin qəti olduğunu, təkrar olaraq tərxis olunmaq istədiyini bildirmiş, bu fikrini də xidmətə həvəsinin olmaması, tərxis olunaraq gələcək fəaliyyətinə mülki həyatda davam etdirmək istəməsi ilə əsaslandırmışdır. Söhbət zamanı həmçinin leytenant İddiaçı xidmət yerinin digər sərhəd nəzarəti bölmələrindən birinə dəyişdirilməsi təklif olunsa da, imtina edərək fikrinin qəti olduğunu qeyd etmişdir. Bir daha hərbi xidmətin üstünlükləri, xidmətində buraxdığı nöqsanlar, xidmətdən kənar münasibətlərə meyilli olması, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri onun nəzərinə çatdırılmış, hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, hərbi qulluqçuların özlərinə xidmət yeri seçməməsi, eləcə də mövcud qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Söhbətin sonunda leytenant İddiaçı arayışın onunla aparılmış söhbəti düzgün əks etdirdiyini, mətni ilə tanış olduğunu, tam razı olduğunu, hər hansı əlavə və şikayətinin olmadığını, onunla aparılmış söhbətə görə razılığını bildirmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Leytenant İddiaçı xidməti xasiyyətnaməsində onun xidmət etdiyi müddət ərzində verilən tapşırıqları bəhanələrlə yerinə yetirdiyini, dövlət sərhədindən keçmək üçün hüquq verən sənədlərin növlərini və məzmununu, həmçinin onların yoxlanışı və həmin sənədlər əsasında şəxslərin dövlət sərhədindən buraxılışı qaydalarını qismən mənimsədiyini, şəxsi mənafeyini üstün tutduğunu, hər zaman şəxsi rahatlığını düşünən hərbi qulluqçu kimi şəxsi heyət arasında tanındığını, xidmət müddətində yol verdiyi nöqsanlara görə ona ciddi iradlar bildirildiyini və ailə vəziyətində olan problemlərinin arxasına sığındığını, həmçinin işində laqeyd olduğu, kollektivdə hörmətə malik olmadığını, rəislərin tənqidlərindən düzgün nəticə çıxarmağı bacarmadığını, sıra və nəzəri biliklərinin aşağı səviyyədə olduğu qeyd olunmuşdur. Bundan əlavə, İddiaçı həqiqi hərbi xidmətə daxil olarkən “Hərbi qulluqçular üçün internet şəbəkəsindən qeyri-xidməti məqsədlərlə istifadəsi barədə öhdəlik”. “Hərbi and”. “Əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəlik”. “Dövlət sirri və xidməti məlumatları yaymamaq haqqında öhdəlik'1, “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular üçün müəyyən edilmiş ümumi vəzifələrə əməl edilməsi barədə öhdəlik”. "Elektron məlumat daşıyıcılarından istifadəyə (fləs-kart və hard-disk) dair öhdəlik", “Dövlət sirrini təşkil edən məlumatları yaymamaq barədə öhdəlik”; və digər öhdəlikləri öz imzası ilə təsdiq edərək həmin öhdəliklərdən irəli gələn tələblərə əməl etmək vəzifəsini daşımışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi isinin SHXÇDX-nın Beyləqan rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, məhkəmənin dəftərxanasına xx.xx.2024-cü il tarixində iddia ilə müraciət edərək iddia müddətini 2 (iki) aya yaxın olmaqla iddia müddətini üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən Götürülməsini təsdiq edən əsasları göstərməmişdir. Beləliklə, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş, həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. Digər tərəfdən isə iddia müddətini 2 (iki) ava yaxın müddət olmaqla üzrsüz səbəbdən ötürmüşdür. Ona görə də iddiaçı R.R.Bəxtivarlının “əmrin ləğvi” tələbinə dair iddiası əsassızdır. İddiaçı R.R.X2 Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddiasının mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və baxış iclasına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı tərəf tələblərinin əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin 1-ci sərhəd nəzarəti bölməsinin zabit-nəzarətçisi leytenant İddiaçı xx.xx.2024-cü il tarixli raportunun surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövləf Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı üçün yuxarı Komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyinə ehtiyacı olmamışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı addəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, leytenant İddiaçı dəniz limanlarında sərhəd nəzarəti şöbəsinin 1-ci sərhəd nəzarəti bölməsinin zabit-nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd idmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı xx.xx.2024-cü il tarixdə (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 gündən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrini 18 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 80 nömrəli “Təyinatların qeydiyyatı kitabı”na İddiaçı xx.xx.2024-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş, müvafiq əm elan edilmiş və İddiaçı əmrlə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrdən ən geci 05 oktyabr 2024-cü il tarixdə xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrinin ləğv edilməsi barədə ərizə ilə 18 noyabr 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 04 fevral 2025-ci il tarixli, 2-1(120)-2048/2025 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil buraxılan prosessual müddətin iddiaçının təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçının əmrin surətini almadığını və əmrin surətini almağa çalışdığını bildirmişdir. Əsas isə iddiaçının hələ də məlumatı olmamışdır ki, o “xidməti uyğunsuzluqla” işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Çünki iş materiallarına əlavə edilən İddiaçı tərəfindən müvafiq rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raporta nəzər yetirilən zaman “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluga görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə xx.xx.2024-cü il tarixdə raportla müraciət etdiyi, həmin raport əsasında Sərhəd Nəzarəti rəisinin birinci müavini - qərargah rəisi polkovnik Ceyhun Nəbiyevin xx.xx.2024-cü il tarixli təqdimatı qəbul edilmiş, leytenant İddiaçı raportu N №-li hərbi hissədə xx.xx.2024-ci il tarixdə 444 nömrəsi ilə qeydiyyata alındığı müəyyən edilir. Raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməvə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Beyləqan rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. Eləcə də, İddiaçı xidməti uyğunsuzluqa görə yazdığı raportla əlaqədar onunla söhbətlər aparıldığı, iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli birinci söhbət arayışından və 0110.2024cü il tarixli ikinc söhbət vərəqəsindən görünür ki, söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək şikayət və təklifləri dinlənildiyi, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırıldığı, sonuncu isə tərxis olunaraq gələcək fəaliyyətinə mülki həyatda davam etdirmək istədiyini bildirdiyi və söhbət vərəqəsinin öz imzası ilə təsdiq etdiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı artıq raport yazdığı zaman və onunlaaparılan söhbətlər zamanı artıq əmrin məzmunundan xəbərdar idi. Eləcə də, qeyd edilən əmr İddiaçı elan edilmiş və tərəfindən “Təyinatların qeydiyyatı kitabı”na tanış olması barədə imzası çəkilmişdir. Müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, iddiaçının nümayəndəsi özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçı tərəfin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının vəkili və nümayəndəsi Vəkil “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” vəsatəti təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xx.xx.2024cü il tarixli, 196 ş/h nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2048/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2048/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver