Məhkəmə qərarları › İş №2-1(120)-205/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-205/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-205/2025 04.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********37 nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 05 oktyabr 2024-cü il tarixli Qərardadı ilə X10 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Lənkəran rayonunun Türkəkəran kəndi ərazisində yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi JN-284A seriyalı, 80219028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi mülkiyyətinə verildikdən sonra müvafiq icazə və razılıq alınmaqla, qanuni şəkildə "xxxx" MMC tərəfindən tərtib edilmiş və Lənkəran şəhərinin Baş Memarı ilə razılaşdırılmış eskiz-layihə sənədlərinə əsasən, həmçinin kənd bələdiyyəsinə etdiyi müraciət üzrə bələdiyyə sədri tərəfindən torpaq sahəsinin kontur cizgiləri xəritə əsasında yerində ona tanıtdırıldıqdan sonra həmin torpaq sahəsində bir mərətbəli, üç otaqlı fərdi yaşayış evi inşa edib, tikintisini 2012-ci ildə başa çatdırdıqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin torpaq sahəsi və inşa etdirdiyi ev 2021ci ilin avqust ayına kimi fiziki şəxslər və dövlət oraqnları tərəfindən mübahisəsiz şəkildə onun mülkiyyəti olaraq tanınmış, torpaq sahəsi ona verildiyi vaxtdan (30 may 1998-ci il tarixindən) qeyd etdiyi tarixə kimi JN-284A seriyalı, 80219028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə heç bir orqan, təşkilat, idarə və şəxs tərəfindən mübahisələndirilməmiş, şikayət verilməmiş, tələb irəli sürülməmişdir. 2021-ci ilin sentyabr ayında o, cavabvdeh qismində Lənkəran rayon Məhkəməsinə dəvət edilərkən, ona məlum olmuşdur ki, Şürük kənd bələdiyyəsinin sədri X10 qanuni əsaslarla onun mülkiyyətinə verilmiş və üzərində ev inşa etdirdiyi torpaq sahəsini boş, istifadəsiz torpaq sahəsi kimi 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində qeydiyyatdan keçirmiş və mülkiyyətinə verilmiş torpaq sahəsinin ev inşa etdirdiyi hissəsinə xx.xx.2021-ci il tarixli, **********37 nömrəli çıxarış almışdır. Mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş sözügedən çıxarışın və plan ölçü sənədinin ləğv edilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etsə də, 12 dekabr 2022-ci il tarixli, **********31 saylı məktubla, İdarə tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bu səbəbdən də mən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş sözügedən çıxarışın və plan ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin münasibəti: Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirərək münasibətində qeyd etmişdir ki, sözügedən ünvanda (ünvan 1ı təyinatlı pay torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında tam qanunamüvafiq qaydada verilmişdir. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş sənədlər üzrə həmin dövrdə faktiki yerində aidiyyəti mütəxəssislər tərəfindən keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun hazırki iddia ərizəsində barəsində qeyd olunan şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Ərazi idarəsi olaraq bildirir ki, yuxarıda barəsində qeyd olunan müvafiq “Çıxarış” tam qanunmüvafiq verildiyindən, həmin çıxarışın ləğv edilməsinə dair hazırki iddia tələbinin əsaslılığı və qanuniliyi baxımından təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-0045, Kod 80219028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.10 ha torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 07 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Hazırki ərizənizdə barəsində qeyd olunan məsələ tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən, vətəndaş X7 məxsus 0.20 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair (sizə məxsus fərdi yaşayış evinin həmin torpaq sahəsinin üzərində yerləşməsinə münasibətdə) həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********37 reyestr nömrəli müvafiq çıxarışın ləğv edilməsi xahiş olunur. Ərizədə qeyd olunan tələbə münasibətdə bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məlumat üçün bildiririk ki, barəsində qeyd olunan məsələnin həlli Ərazi idarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan, hazırki müraciətinizdə qoyulan tələbin təmin olunmasından qanunamüvafiq olaraq imtina edilir. Əlavə olaraq bildiririk ki, gələcəkdə aidiyyəti üzrə məhkəmədən sözü gedən hüquqmüəyyənedici sənədlə bağlı yaranmış mübahisənin araşdırılmasına dair müvafiq sorğu, habelə bildiriş daxil olduğu təqdirdə, iddia tələbinə qanuniliyi və əsaslılığı baxımından araşdırılmaqla tərəfimizdən münasibət bildiriləcəkdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 20 dekabr 2022-ci il tarixli 908 saylı arayışında qeyd edilmişdir ki, Ziyadov X9 rayonunun Moğonojoba kəndində yaşayır və ailə tərkibi yoldaı- X14, oğlu- X15 kimidir. Lənkəran şəhərinin baş memarı M.Axundov tərəfindən Lənkəran rayonu, Türkəkəran kəndində İddiaçı məxsus 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, JN-284A nömrəli Şəhadətnamənin və onun verilməsinə əsas olmuş müvafiq sənədlərin arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində aşkarlanmamış, habelə aidiyyəti hissədə hər-hansı baza məlumatı mövcud deyildir. Torpağın mülkiyyətə verilməsinə dair JN-284A, Kod 80219028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X12 və ailə üzvlərinə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.78 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. AN-İ№ 064870 saylı, 21 oktyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X8 və digərləri alıcı X7 0.49 ha torpaq sahəsini satmışdırlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. AN-İ№ ******* saylı, 06 may 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X10 alıcı X11 0.23 ha (2300 kv.m) torpaq sahəsini satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən, X6 adına Lənkəran rayonu, Şürük kəndində yerləşən 0.797 ha, 0.0403 ha, 0.1077 ha kənd təsərrüfatı təyinatlı torpq sahələri və Lənkəran rayonu Moğonojoba kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Lənkəran rayonu, Şürük kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 adfına JN-0060 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1918/2022 saylı, 26 may 2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və İddiaçı Amil oğlunun iddiaçı X7 məxsus Lənkəran rayonu Moğonojoba kəndində yerləşən 600 kv.m torpaq sahəsinin 356 kv.m hissəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin hissədə inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər İddiaçı və İddiaçı Amil oğlundan 10 manat dövlət rüsumunun tutularaq iddiaçı X7 verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər İddiaçı və İddiaçı Amil oğlundan tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(049)-1918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4163/2023 saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024cü il tarixli 10/5604 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı hazırda mübahisə predmeti olan torpaq sahəsinin Moğonojoba kəndinin ərazisinə aid olması, lakin sözügedən Şəhadətnamədə göstərildiyi kimi torpaq sahəsinin Türkəkəran kəndi ərazisində verilməsi müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olması müəyyən edilmişdir. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı məhkəmə predmeti olan mübahisəli ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X1 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən 0,065 ha torpaq sahəsinin faktiki koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı ganin asasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması və həmin 0,065 ha torpaq sahəsinin üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi müəyyən olunmuşdur Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,135 ha hissəsinin isə X6 istifadəsində olması müəyyən olunmuşdur. Başqa sözlə İddiaçı faktiki istifadəsində olan 0,065 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evi ilə birlikdə) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstə düşməsi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-0045, Kod 80219028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tikmiş və Lənkəran şəhərinin baş memarı M.Axundov tərəfindən layihəsi təsdiq edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, istifadəsində olan torpaq sahəsinə dair 3-cü şəxsin, yəni X6 adına xx.xx.2021-ci il tarixli, **********37 reyestr nömrəli müvafiq çıxarış verilmişdir. Həmin çıxarışın ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, barəsində qeyd olunan məsələnin həlli Ərazi idarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçı cavabdeh inzibati orqanın mövqeyindən narazı qalaraq sözügedən çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-284A, Kod 80219028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X12 və ailə üzvlərinə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.78 ha torpaq sahəsi verilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisində həmin 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. AN-İ№ 064870 saylı, 21 oktyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X8 və digərləri alıcı X7 0.49 ha torpaq sahəsini satmış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisində həmin 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisində 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. AN-İ№ ******* saylı, 06 may 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X10 alıcı X11 0.23 ha (2300 kv.m) torpaq sahəsini satmış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən həmin 0.20 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsi torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında mülki qaydada mübahisə olmuş və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1918/2022 saylı, 26 may 2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və İddiaçı Amil oğlunun iddiaçı X7 məxsus Lənkəran rayonu Moğonojoba kəndində yerləşən 600 kv.m torpaq sahəsinin 356 kv.m hissəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin hissədə inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər İddiaçı və İddiaçı Amil oğlundan 10 manat dövlət rüsumunun tutularaq iddiaçı X7 verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər İddiaçı və İddiaçı Amil oğlundan tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(049)-1918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4163/2023 saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/5604 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı hazırda mübahisə predmeti olan torpaq sahəsinin Moğonojoba kəndinin ərazisinə aid olması, lakin sözügedən Şəhadətnamədə göstərildiyi kimi torpaq sahəsinin Türkəkəran kəndi ərazisində verilməsi müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə koordinatlarını müəyyən etmək mümkün olmamış, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, iddiaçının faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması müəyyən olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olması müəyyən edilmiş, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı məhkəmə predmeti olan mübahisəli ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması müəyyən olunmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X1 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia edilən 0,065 ha torpaq sahəsinin faktiki koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2721/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı ganin asasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması və həmin 0,065 ha torpaq sahəsinin üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi müəyyən olunmuşdur Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,135 ha hissəsinin isə X6 istifadəsində olması müəyyən olunmuşdur. Başqa sözlə İddiaçı faktiki istifadəsində olan 0,065 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evi ilə birlikdə) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstə düşür. Beləliklə, məhkəmə iş materiallarında olan mötəbər sübutlara istinadən belə nəticəyə gəlir ki, JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuş, eyni zamanda araşdırma zamanı hazırda mübahisə predmeti olan torpaq sahəsinin Moğonojoba kəndinin ərazisinə aid olması, lakin sözügedən Şəhadətnamədə göstərildiyi kimi torpaq sahəsinin Türkəkəran kəndi ərazisində verilməsi müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə koordinatlarını müəyyən etmək mümkün olmamış, Dövlət reyestrinden 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,135 ha hissəsinin isə X6 istifadəsində olması müəyyən olunmuşdur. Başqa sözlə İddiaçı faktiki istifadəsində olan 0,065 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evi ilə birlikdə) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli X2 mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstə düşür. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən faktiki və hüquqi halları nəzərə almaqla hesab edir ki, iddiaçının iddia tələbi mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı iddiaçıya 10 iyun 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, subyektiv hüququnun mövcudluğu, həmçinin mümkünlük şərtlərinə dair sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar