Məhkəmə qərarları › İş №2-1(120)-2053/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2053/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2053/2025 10.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Mehdiyev” soyadının “Hüseynov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.1961-ci ildə 44 nömrəli aktla tərtib edilmiş doğum haqqında akt qeydində soyadının “Mehdiyev”dən “Hüseynov”a dəyişdirilməsi öhdəliyinin akt qeydinin olduğu yer üzrə Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Ağcabədi rayonunun Ağabəyli kəndində doğulmuşdur. Doğumu Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci ildə 44 nömrəli aktla dövlət qeydiyyatına alınmış və İİ-ИЕ № 052986 nömrəli şəhadətnamə verilmişdir. Lakin, onun müəyyən sənədləşdirmə işləri ilə əlaqədar sənədləri yoxlanılanda məlum olmuşdur ki, doğum haqqında şəhadətnamədə soyadı “Mehdiyev” olaraq qeyd edilmiş və bununla bağlı doğum sənədində soyadına düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, onun bütün sənədlərində soyadı “Hüseynov” kimi qeyd edilmişdir. Lakin naməlum səbəblərdən sistemdə doğum haqqında şəhdətnaməsində soyadı “Mehdiyev” qeyd edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı onun doğumu haqqında Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən barəsində tərtib edilmiş 44 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Mehdiyev”dən “Hüseynov”a düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- H-642/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.1961-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 44 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyev”, təqdim edilən sənədlərdə isə soyadı “Hüseynov” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Əlavə olaraq izah edilmişdir ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1961-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 44 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyev”dən “Hüseynov”a düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ №394846 saylı saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə “miokartinfarkt”dan dünyasını dəyişmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 983722 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə “miokartinfarkt”dan dünyasını dəyişmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1961-ci il tarixli, İİ-ИЕ № 052986 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Ağcabədi rayonunda anadan olmuş, “atası” qrafasına X8, “anası” qrafasına X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli, İ-ЖГ № 291735 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1971-ci ildə Ağcabədi rayonunda anadan olmuş, “atası” qrafasına X8, “anası” qrafasına X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh 25 iyun 2024-cü il tarixli, № 3-16-5/8-15- H-642/2024 saylı arayışından görünür ki, X9 xx xxxxxx 1960-cı ildə Ağcabədi rayonu, Ağabəyli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 44 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 milliyyəti Azərbaycanlı. Ata haqqında məlumatı ananın deməsinə görə yazılmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 128 saylı, xx.xx.2024-cü il tarixli Arayışın sürətindən görünür ki, Ağcabədi rayon Ağabəyli kənd sakini X10 həqiqətən Ağcabədi rayonu Ağabəyli kəndində qeydiyyatdadır və yaşayır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 129 saylı, xx.xx.2024-cü il tarixli Arayışın sürətindən görünür ki, Ağcabədi rayon Ağabəyli kənd sakini İddiaçı həqiqətən Ağcabədi rayonu Ağabəyli kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.1959-cu il tarixli, İ-ИЕ № 158380 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 Səringül Abduləli qızı ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmənin 2-1(120)-5132/2024 saylı, xx.xx.2024cü il tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 60/2-1059/2025 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, məktubda adı qeyd edilən vətəndaş xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdə Ağcabədi RPŞ-nin QvŞV bölməsi tərəfindən AZE№0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Lakin Ağcabədi RPŞ-nin arxivində aşkar olmuş AZE№0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə aid fərdi uçot kartoçkasının təsdiq olunmuş kserosurəti Sizə göndərilir.(qoşma əlavə olunmuşdur) İş materiallarına əlavə edilmiş məhkəmənin 2-1(120)-5132/2024 saylı, xx.xx.2024cü il tarixli sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025ci il tarixli, №3-16-5/8-xx-xx/2025 saylı məktubu ilə cavab olaraq İddiaçı doğum haqqında akt qeydinin kserosurəti məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1961-ci il tarixli, 44 saylı doğum qeydinin surətindən görünür ki, soyad qrafasında “Mehdiyev” Gündüz Həsən oğlu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmənin 2-1(120)-5132/2024 saylı, xx.xx.2024cü il tarixli sorğusuna Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 01 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, Vətəndaş vəziyyəti aktlarına dair (Doğum, Ölüm və Nigah) sənədləri Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxivində saxlanılmadığı üçün İddiaçı doğumunun qeydə alınmasını əsas verən sənədlərin sənədlər barədə məlumat verilməsi mümkün deyildir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının adına Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 44 nömrəli doğum haqqında akt qeydində soyadı “Mehdiyev” kimi qeyd olunmuşdur. Lakin iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun soyadı “Mehdiyev” deyil, “Hüseynov” kimi göstərilmişdir. Doğum akt qeydində iddiaçının doğum yeri, tarixi və valideynlərinin adı da eynilik təşkil edir. Digər tərəfdən də, adın və soyadın dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar mövcud olmayan şəxs kimi onun adının və soyadının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, doğum akt qeydində müvafiq olaraq qeydlərin aparılması iddiaçının deyil, qeydiyyat şöbəsinin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq doğum akt qeydinin tərtibi zamanı müvafiq qeydiyyat şöbəsinin yol verdiyi yanlışlıqlar isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 44 nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun soyadının “Mehdiyev”dən “Hüseynov”a, dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 33, 52, 58.7, 62.3, 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adına Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 44 nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun soyadının “Mehdiyev”dən “Hüseynov”a, dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar