Məhkəmə qərarları › İş №2-1(120)-2055/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2055/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2055/2022 26.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ictimai iaşə fəaliyyəti ilə məşğuldur.Cavabdeh vergi orqanı tərəfindən ona məxsus obyektdə xx.xx.2022-ci il tarixdə operativ vergi yoxlaması keçirilmiş və əsassız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, ilk növbədə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar, reyestrdən çıxarış və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə ona təqdim olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 50.4cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar bunlardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Lakin cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarında 50.2-ci maddədə sadalanan hansı əsaslara görə nəzarətin başlanması göstərilməmiş və əsaslandırılmamışdır. Halbuki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının (Vergi Məcəlləsinin 50.2- ci maddəsi) qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsiməqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50.2-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı halda isə cavabdeh “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarında 50.2-ci maddədə sadalanan hər hansı əsasa istinad etməmiş, Vergi Məcəlləsinin 50-ci maddəsi qeyd edilməklə kifayətlənilmiş, operativ vergi nəzarətinin keçirilməsinin zəruriliyini şərtləndirən hallar göstərilməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırılmamışdır. Beləliklə, hesab edir ki, keçirilən vergi nəzarəti onun sahibkarlıq hüquqlarını pozmuş və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Buna görə də, qanunsuz yoxlama nəticəsində qəbul edilmiş iki inzibati akt - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********65812 saylı və xx.xx.2022-ci il tarixli **********66740 saylı qərarlar ləğv edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi Ş.Nağıyev təmsil etdiyi qurumun iddiaya qarşı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********5812 nömrəli və 01,07.2022-ci il tarixli **********6740 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir.İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesabedir. Belə ki, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu “Qarabağ” adlı yeməkxanada ictimai iaşə fəaliyyəti ilə məşğul olduğu və həmin obyektdə xx.xx.2022-ci il tarixdə Operativ vergi nəzarəti şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq (xx.xx.2022-ci il tarixli **********75800 nömrəli xidməti məktub) zamanı bir sira vergi qanunvericiliyinin pozulması ilə bağlı uyğunsuzluqlar aşkar edilmişdir. Aşkar edilmiş uyğunsuzluqların 10 gün müddətində aradan qaldırılması ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********583500 nömrəli məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən monitorinq zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5315 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Neftçala rayonu, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu “Qarabağ” adlı yeməkxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı qeyd edilən obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən 1 nəfər fiziki şəxs X1 aylıq əmək haqqı 300 manat olmaqla qabyuyan vəzifəsinə xx.xx.2022-ci il tarixdən cəlb edildiyi müəyyən edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 002835 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri zamanı obyektdə göstərilmiş 1 (bir) çaynik çay xidmətinə görə alınmış 2 manat pul vəsaitinin NKA-ya mədaxil edilmədiyi faktı aşkar edilmiş, NKA nasaz olduğu üçün məbləği bərpa etmək mümkün olmamış və əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi barəsində xx.xx.2022-ci il tarixli, DVX seriyalı 012268 nömrəli müvafiq akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisi barəsinə xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında qərar” çıxarılmaqla 1000,0 manat və xx.xx.2022ci il tarixli, **********5812 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında qərar” çıxarılmaqla 2000,0 manat, cəmi 3000,0 (1000,0+2000,0) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nağıyev Şulan təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan cavabdeh təşkilatın iddiaya qarşı etirazına və iddiçıya ünvanladığı “aparılmış monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqlar haqqında” məktubuna əsasən icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi (VÖEN **********) Neftçala rayonu, Qoltuq qəsəbəsi, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu “Qarabağ” adlı yeməkxanada xx.xx.2022-ci il tarixdə vergi orqanının Operativ vergi nəzarəti şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli **********575800 nömrəli xidməti məktub əsasında keçirilmiş monitorinq zamanı bir sira vergi qanunvericiliyinin pozulması ilə bağlı uyğunsuzluqlar aşkar edilmiş, uyğunsuzluqların 10 gün müddətində aradan qaldırılması ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********583500 nömrəli məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən monitorinq zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli **********5315 nömrəli Qərarın vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkNeftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli **********5525 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsiAzərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli, DVX seriyalı 002835nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və 27 iyun 2022-ci il tarixli, DVX seriyalı 012268nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi vəziyyəti haqqında Aktların vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada iddiaçının iştirakı ilə “Operativ vergi nəzarəti” həyata keçirilmiş, 1 nəfər işçinin “əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb edildiyi, bununla da, Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulduğu, eyni zamanda iddiaçıya məxsus obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması faktı, həmçinin NKA-dan istifadə edilmədiyi aşkar edilərək müvafiq olaraq Vergi Məcəlləsinin 58.10-cu və 58.7 maddələri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuş, həmin aktlar iddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5812 nömrəli qərarının vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6740 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, 1 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı 2000 manat məbləğində maliyyə sanksiyasınin tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5315 nömrəli Qərarına əsasən “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada“Operativ vergi nəzarətitədbirləri” həyata keçirilmiş,operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən 1 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) bağlanmadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, həmçinin obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması faktı aşkar edilmiş, operativ vergi nəzarətitədbirlərinin nəticələri 27 iyun 2022-ci il tarixli, DVX seriyalı 002835 nömrəli və 27 iyun 2022-ci il tarixli, DVX seriyalı 012268 nömrəli Aktlarla rəsmiləşdirilmiş, 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6740 nömrəli qərarı ilə 1 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən iddiaçı vergi məsuliyyətinə cəlb olunmuş və ona 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5812 nömrəli digər qərarı ilə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən iddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2022-ci il tarixli **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli **********6740 nömrəli Qərarlarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və o, vergi orqanının xx.xx.2022-ci il tarixli **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli **********6740 nömrəli Qərarlarının ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, qeyd olunduğu kimi, 5 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli **********5315 nömrəli Qərarı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkNeftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Qarabağ” adlı yeməkxanada “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar qəbul etmişdir. İddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektində(obyektində) operativ vergi nəzarətitədbirlərinin həyata keçirilməsinin hansı zərurətdən irəli gəldiyini cavabdeh təşkilatın nümayəndəsi izah elə bilmədi. Halbuki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olduqda keçirilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın vergi orqanının iddiaya qarşı etirazında istinad etdiyi 1.5.2 yarımbəndinə əsasən mənbəyi bəlli məlumatlar aşağıdakılar sayılır: -vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; -vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; -istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; -vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Göründüyü kimi, “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın 1.5.2 maddəsində sadalanan mənbəyi bəlli məlumatların heç biri sahibkara və ya sahibkarlıq subyektinə şamil oluna bilməz. Belə ki, Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada operativ vergi nəzarəti tədbirlərinin qeyd olunan “Qaydalar”ın 1.5.2 maddəsində sadalanan mənbəyi bəlli məlumatların hansının əsasında həyata keçirilməsi nə vergi orqanının Qərarlarında öz əksini tapmış, nə də cavabdeh təşkilat bu məlumatlar baradə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa,“Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın 1.6-cı bəndinə əsasən “Operativ vergi nəzarəti tədbirləri”nin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları (1.6.1.); Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları (1.6.2.). Göründüyü kimi, qanunverici “Operativ vergi nəzarəti tədbirləri”nin həyata keçirilməsi üçünVergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, Vergilər Nazirliyi tərəfindən və ya Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarlarından birinin olmasını tələb edir. Lakin Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5315nömrəli Qərarda, bu Qərarın qəbul edilməsinin əsası kimi tələb olunan risk meyarının mövcudluğu göstərilməmişdir. Təklif edilməsinə baxmayaraq, Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********- 65001 kodlu,icarə obyekti olan İddiaçı fəaliyyət göstərdiyi “Qarabağ” adlı yeməkxanada operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün “Qaydalar”ın 1.6-cı bəndində, 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində tələb olunan “risk meyarları”nın hansının mövcud olması barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan vergi orqanı tərəfindən Neftçala şəhəri, Vİİ məhəllədə yerləşən **********- 65001 kodlu,icarə obyekti olan İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Qarabağ” adlı yeməkxanada xx.xx.2022-ci il tarixli **********5315 nömrəli Qərar əsasında iddiaçıya münasibətdə ciddi qanun pozuntularına yol verilməklə keçirilmiş “Operativ vergi nəzarəti”nin nəticəsində müəyyən edilmiş və iddiaçınin vergi məsuliyyətinə cəlb olunması üçün əsas olmuş hallar, yəni mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcud deyil və məhkəmə bunu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirir. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «İnzibati icraat haqqında» Qanunun67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəliqərarlarının ləğv edilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara alır: İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəli qərarları ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar