Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-206/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 20220-ci il tarixli, **********0686 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli, **********272100 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5739 nömrəli qərarına əsasən Baş İdarənin əməkdaşları X6, X3 və X7 tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanda yerləşən ərzaq mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyərək, nəticələri xx.xx.2020-ci il tarixli DVX 000666 seriyalı “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” və DVX 000813 seriyalı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlarla rəsmiləşdirilmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 10.975,18 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin olmadığı, həmçinin xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında iddiaçı onun tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5.289.821.5 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, lakin nəzarət-kassa aparatına isə 522.599,7 manat mədaxil olunduğu üçün 4.767.221,7 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi qiymətləndirilmiş, nəticədə xx.xx.2020-ci il tarixli DVX 000487 seriyalı və xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlarla rəsmiləşdirilmiş, xx.xx.2020-ci il tarixli DVX 000487 seriyalı akt onun tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmiş, xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı akt imzalanmamış, lakin bir nüsxəsi isə qəbul edilmişdir. Nəzarət tədbiri zamanı təqdim olunmuş xx.xx.2020-ci il tarixli izahatda o, xx.xx.2019-cu il tarixdən sahibkarlıq fəaliyyətinə başladığını, xx.xx.2019-cu il tarixədək nəzarət-kassa aparatı olmadığından quraşdırılmadığını, bəzi hallarda elektrik enerjisi olmadığından mütəmadi nəzarət-kassa aparatından istifadə edilmədiyini, sonradan əldə olunan məbləğlərin nəzarət-kassa aparatına mədaxil edilmədiyini, 4.767.221,7 manat dəyərində malların yalnız pərakəndə qaydada satışının həyata keçirildiyini bildirmişdir. Beləliklə, sözügedən xx.xx.2020-ci il tarixli akta əsasən ümumi dəyəri 4.767.221,7 manat olan malların elektron qaimə-faktura olmadan təqdim edilməsi kimi qiymətləndirildiyi üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 476.722,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 oktyabr 2020-ci il tarixdə **********0686 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla ona Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 476.722,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan inzibati qərardan onun tərəfindən 31 oktyabr 2020-ci il tarixdə yuxarı inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə inzibati qaydada şikayət verilmiş və şikayətin nəticəsi üzrə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 29 yanvar 2021-ci il il tarixli, **********272100 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan qərarla onun keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2020ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********0686 nömrəli Qərar 174.127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə, yəni 302.594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərarda yerli vergi orqanının qərarının qismən ləğv edilməsinə səbəb kimi göstərilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı onun tərəfindən təqdim olunmuş 2019-cu ilin ƏDV bəyannamələrində göstərilən təqdim edilmiş malın dəyəri (1.991.876,7 manat) ilə nəzarət-kassa aparatına mədaxil olunmuş məbləğ (250.602,0 manat) arasında olan 1.741.274,7 manat fərq məbləği də elektron qaimə-faktura olmadan satış kimi qiymətləndirilərək, 174.127,47 manat maliyyə sanksiyası hesablanmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində malların elektron qaimə-faktura əsasında təqdim edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulmamışdır. DVX-nin qərarından o narazı qaldığı üçün 1 fevral 2021-ci il tarixdə yuxarı inzibati orqan olan AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 18 iyun 2021-ci il tarixli 41 nömrəli qərarla onun şikayəti təmin edilməmiş, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 29 yanvar 2021-ci il il tarixli **********272100 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sözügedən qərarı ona 22 iyun 2021-ci il tarixli məktubla göndərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, onun inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən baxılaraq yalnız 18 iyun 2021-ci il tarixdə qərar qəbul edildiyindən və həmin qərar 22 iyun 2021-ci il tarixli məktubla ona göndərildiyindən qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. Hesab edir ki, cavabdeh yerli vergi orqanın 29 oktyabr 2020-ci il tarixli və həmin qərarı qismən ləğv edən yuxarı şikayət instansiyasının 29 yanvar 2021-ci il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: 1. Operativ vergi nəzarətin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda və 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi təsbit edilmişdir. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə inzibati orqan tərəfindən qəbul olunmuş 9 sentyabr 2020-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, hazırkı iş üzrə vergi orqanı tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, qeyd edir ki, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda qöstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli, 2-1(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli, 2-1 (102)-1754/2018 nömrəli, 27 noyabr 2019-cu il tarixli, 2-1(102)- 3327/2019 nömrəli və 28 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1947/2020 nömrəli qərarlarını diqqətə çatdırmaq istəyir. Həmin qərarların məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərmişdir. (İnzibati şikayətə Ali Məhkəmənin qərarları əlavə edilir). 2. Məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Bildirir ki, Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli 5 saylı Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Vergi Məcəlləsinin 49.5ci maddəsi imperativ xarakter daşıdığından həmin maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda, yəni vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmişdir. 3. Cavabdeh vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifənin verinə yetirilməsindən boyun qaçırmışdır. DVX aşağı vergi orqanın qərarını qismən təmin edərkən öz qərarında göstərmişdir ki, “cəmiyyət tərəfindən 2020-ci ilin 8 ayı ərzində satılmış malların son istehlak məqsədi daşıması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir”. Ümumiyyətlə cavabdeh DVX-nin belə qənaətə gəlməsi və öz qərarında bunun qeyd edilməsi vergi qanunvericiliyindən xəbərsiz olmasına dəlalət edir. Halbuki, məlum məsələdir ki, vergi qanunvericiliyinin pozulması faktını vergi ödəyicisi deyil, məhz vergi orqanı sübut etməlidir. Güya vergi orqanı operativ vergi nəzarət tədbiri keçirərkən həmin satılmış malların məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını sübut edə bildi ki? Həmin malları alan şəxslərin hansından bir izahat və ya sübut aldı ki, həqiqətən müəyyən edə bilsin ki, həmin mallar məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satılmışdır? Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. DVX vergi orqanın üzərinə düşən vəzifəni iddiaçının üzərinə atmışdır. Bu hal da DVX-nin vergi qanunvericiliyi ilə onun üzərinə qoyulmuş vergi qanunvericiliyinin pozulması faktının sübut etmək vəzifəsindən boyun qaçırmaq məqsədini güdür. Bunun üçün aşağıdakıları diqqətə çatdırmaq istəyir. Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi Qanunvericiliyinin pozulmasında özünün təgsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi Qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi organlarının üzərinə govulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunan normaların məzmunundan görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının üzərinə düşür. Vergi orqanı isə onun tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində müəssisənin qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə desə, əgər DVX satılmış malların məhz topdan satış qaydasında sahibakrlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə o, da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları DVX-nə təqdim edərdi. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5.289.821.5 manat (ƏDV-li) təqdim edilmiş mallar göstərilsə də, nəzarət-kassa aparatına isə 522.599,7 manat mədaxil olunmuş, nəticə etibarı ilə yaranan 4.767.221,7 manat dəyərində mal fərqi cavabdeh vergi orqanı tərəfindən topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Məlumat üçün bildirir ki, o, xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olmuşdur. Onun təsərrüfat subyekti “Ərzaq satışı mağazası” kimi vergi orqanından qeydiyyatdan keçmişdir. Göründüyü kimi, o, topdan satış fəaliyyəti ilə ümumiyyətlə məşğul olmamış və bununla bağlı vergi orqanında hər hansı topdan satış təsərrüfat subyekti kimi qeydiyyatdan keçməmişdir. O, operativ vergi nəzarət tədbiri zamanı da bəyan etdiyi vergilərlə nəzarət-kassa aparatına vurulan məbləğlər arasında fərqin yaranması səbəbini isə yeni kassa aparatının gec quraşdırıldığı, tez-tez işıqların söndüyü üçün kassa aparatının işləmədiyi, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasının unutduğu ilə izah etmiş, lakin buna baxmayaraq vergiləri vergi orqanına təqdim edilən bəyannamələrdə tam həcmdə bəyan edərək dövlət büdcəsinə köçürdüyünü bildirmişdir. Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, “topdansatış” və “pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektronqaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların 1.2-ci bəndində təsbit edilmişdir ki, elektron qaimə-faktura - bu Qaydalara uyqun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, isləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin ucot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndində göstərilmişdir ki, elektron qaimə-faktura yalnız vergi ödəvicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Sadalanan qanunvercilik normalarından görünür ki, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desə, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaiməfaktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni sadə dildə desə, adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs müəssisədən həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda, isə yuxarıda qeyd etdiyi kimi, misal üçün 20 ədəd eyni mal həm pərakəndə satış kimi, həm də topdansatış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin təəsüflər olsun ki, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən onun xx.xx.2019-xx.xx.2020-ci il dövrü ərzində olan bəyannamələrdə qeyd edilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərqin hamısını heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Beləliklə, bir daha qeyd edir ki, o, pərakəndə satış fəaliyyəti də həyata keçirir. Bu məqsədlə o, operativ nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (obyektində) qanunvericiliyinin tələblərinə tam əməl edərək malların pərakəndə satışı ilə alıcıya nəzarət kassa-aparatının çekini verməklə məşğul olurdu. Malları alan şəxslər isə özlərini sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uşotunda qeydiyyatda olan şəxs kimi deyil, sadə vətəndaşlar kimi qələmə verirdilər. Bu səbəbdən də malları alan şəxslərin məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmədən həmin şəxslərin aldıqları malların hamısını topdansatışa aid edilməsi qanunvericiliyinin tələblərinə uyğun deyil. Bundan başqa, qeyd edir ki, onun tərəfindən törədilən pozuntu isə müəyyən səbəblərdən (işçilərin səhlənkarlığı, NKA-nin vaxtında quraşdırılmaması və yaxud işləməməsi və s) hər bir pərakəndə satış üzrə çekin nəzarətkassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda VM-nin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Bəyannamələrdə bəyan edilən dövriyyə ilə NKA-ya mədaxil edilən məbləğlər arasında fərqin yaranması vergi orqanı tərəfindən iddia etdiyi kimi VM-nin 58.13-cü maddəsini tətbiq edilməsi üçün əsas ola bilməz. Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən, hesab edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquqpozuntusu hadisəsi mövcud olmamış ondan ötrü ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Cavabdeh vergi orqanı və DVX vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəvicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Eyni Məcəllənin 83.3-ci maddəsində göstərilmişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və digər məsələlər ilə yanaşı malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsini də əhatə edən vergi nəzarəti formasıdır. Sadalanan qanun normalarından görünür ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VMnin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə desə, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar basa düşülməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi normalardan aydın olur ki, cavabdeh vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desə, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ verici qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin cavabdeh vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək onun fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 1 il 4 aylıq dövrü üzrə bəyan edilən dövriyyələrini və həmin dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən məbləğlərin arasında olan malların dəyəri fərqinə VM-nin 58.13cü maddəsinə əsasən maliyyə sanksiyası hesablamaqla vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 1 il 4 aylıq dövrünün bəyan edilən və nəzarət-kassa aparatına vurulan dövriyyə fərqinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, onun tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. sikavət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq ücüncü səxs ücün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 nömrəli Qərarının 3.4-cü bəndində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati sikavət verdiyi halda sikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəvicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəvicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəvicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarəti aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində onun qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı onun tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə operativ vergi nəzarət aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar əsaslandırılmamış və Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmuşdur”. Bununla əlaqədar olaraq bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd olunan maddənin imperativ xarakterli norma olduğunu nəzərə alaraq hesab edirlər ki, qanunverici orqan birmənalı şəkildə qərarda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir. Digər tərəfdən qərarda hüquqi əsas kimi Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuş və həmin norma əsas tutularaq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə bildirirlər ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsinə qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli məlumat olması kimi imperativ göstəriş yoxdur. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd edir ki, “Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göstərilən, normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmişdir”. Bu dəlillə bağlı öncəliklə qeyd edirlər ki, tərtib edilmiş müvafiq akt əsasında Baş İdarə tərəfindən xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 476.722,17 manat məbləğlərində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin öcənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə Baş İdarənin xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktublar poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2020-ci il tarixdə saat 17:29-da oxunmuşdur. Yəni, inzibati aktın vergi qanunvericiliyinin tələblərinə, konkret olaraq iddiaçının istinad etdiyi Vergi Məcəlləsinin 49.4-cü maddəsinə uyğun olaraq iddiaçıya göndərilməsi təmin edilmişdir. Belə olan halda iddiaçının qeyd olunan sonuncu maddəyə istinad etməsi, sadəcə hüquqdan sui-istifadə olmaqla hakimdə yalnış fikir formalaşdırmağa xidmət edir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının mübahisələndirdiyi inzibati akt operativ vergi nəzarəti tədbiri, yəni yoxlaması ilə bağlı olduğu halda, səyyar vergi yoxlamasının nəticələrini əsas tutmaq və həmin nəticə üzrə qərarın qanunsuzluğunu aktuallaşdırmaq həm məntiqə, həm də qanunvericiliyə ciddi şəkildə ziddir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “Cavabdeh vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifənin yerinə yetirilməsindən boyun qaçırmışdır”. Qeyd olunan dəlilə ətraflı səkildə münasibət bildirmək üçün sübutetmə yükü ilə bağlı qanunvericiliyim normalarının qarşılıqlı təhlilini aparmaq və sübutetmə yükündə olan balansı müəyyən etmək zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməss və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunverici orqan birmənalı şəkildə iddiaçının inzibati aktı mübahisələndirməsi üçün həmin aktın onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılmasını şərt kimi tələb edir. Amma iddiaçı üzərinə düşən vəzifələrdən yayınaraq, mülahizələr əsasında inzibati aktın onun hüquqlarını pozdğunu əsaslandırmağa çalışır. Belə ki, iddiaçı topdansatış fəaliyyəti ilə məğul olmadığını və fəaliyyətinin pərakəndə satışla bağlılığını üç isdqamətdə əsaslandırır. Qeyd olunan hər üç istiqamət isə yalnız iddiaçının özünü müdafiə məqsədi ilə verdiyi izahatla təsdiq olunur. Qeyd oluban həmin istiqamətlər aşağıdakılardır: - nəzarət-kassa aparatının gec quraşdırılması;- tez-tez işqların sönməsi;- işçilərin səhlənkarlığı. Nəzarət-kassa apartının quraşdırılmaması aşkar olunan məbləğlərin fiksasiyasına mane olmuşsa, o zaman nə üçün nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra məbləğlərin fiksasiyası həyata keçirilməmişdir. Bu zaman iddiaçının ikinci dəlili meydana gəlir ki, işıqlar tez-tez söndüyü üçün nəzarət-kassa aparatında qeydiyyat mümkün olmamışdır. Sual olunur ki, elektrik enerjisinin tez-tez getməsi faktını hansı sübutlar təsdiq edir? Digər tərəfdən işçilərin bu şəkildə səhlənkarlığı olmuşsa, hansı işçi qanunvericiliyin tələblərini bu şəkildə yerinə yetirmədiyi üçün nöqsanlarla işdən kənarlaşdırılmışdır? Hesab edirlər ki, əgər vergi ödəyicisi qanunların tələblərini yerinə yetirməyən işçi aşkar edirsə, yəni davamlı olaraq qanunvericiliyə zidd şəkildə nəzarət-kassa aparatından istifadə edilmədiyi faktı aşkar olunursa, qanunlara riayət edilməsinin təmin edilməsi üçün həmin işçiləri, yəni davamlı şəkildə kobud pozuntuya yol vermiş işçiləri nöqsanlarına görə Əmək Məcəlləsinin müvafiq maddələri ilə vəzifədən azad etməlidir. Bu istiqamətdə heç bir sübut iş materiallarında mövcud deyildir. O zaman sual olunur ki, qeyd olunan dəlillər, yəni nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra tez-tez işıqların sönməsi və işçilərin səhlənkarlığı faktları nə ilə sübut olunur?! Hesab edirlər ki, iddiaçı iddia ərizəsində hüquqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Halbuki hüquqlarının pozulduğunu əsaslandırmaq vəzifəsi (yükü) iddiaçıya məxsusdur. İddia ərizəsində qeyd olunan dəlillər isə mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunan prosessual hüquq norması üzrə sübut etmə yükü ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edirlər. Məlumat üçün bildirirlər ki, iddiaçıya 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5739 nömrəli Qərarına əsasən xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5.289.821.5 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, nəzarət-kassa aparatına isə 522.599,7 manat mədaxil olunduğu, bununla da 4.767.221,7 manat dəyərində malların isə elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar olunaraq nəticəsi xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt imzalanmamış, bir nüsxəsi isə qəbul edilmiş, nəzarət tədbiri zamanı təqdim olunmuş xx.xx.2020-ci il tarixli izahatda iddiaçı xx.xx.2019-cu il tarixdən sahibkarlıq fəaliyyətinə başladığını, 21 08.2019cu il tarixədək nəzarət-kassa aparatı olmadığından quraşdırılmadığını, bəzi hallarda elektrik enerjisi olmadığından mütəmadi nəzarət-kassa aparatından istifadə edilmədiyini, sonradan əldə olunan məbləğlərin nəzarət-kassa aparatına mədaxil edilmədiyini, 4.767.221,7 manat dəyərində malların yalnız pərakəndə qaydada satışının həyata keçirildiyini bildirmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2020-ci il tarixli **********0686 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 476.722,17 manat məbləğlərində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli **********272100 nömrəli “inzibati şikayətin qismən təmin olunması haqqında” Qərar icra üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuşdur. Belə ki, Qərarda İddiaçı (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli **********117000 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticələrinə əsasən xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfat daxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********0686 nömrəli Qərarın 174.127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, digər hissədə, yəni 302.594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılması barədə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilərək icrası ilə bağlı iddiaçının şəxsi hesab vərəqəsinə müvafiq düzəlişlər edilmişdir. Eyni zamanda iddiaçının topdansatış fəaliyyət ilə məşğul olmasını sübut etmək üçün aşağıdakıları bir daha qeyd edirlər. İddiaçının sair məhsullarının satışı ilə məşğul olduğu, 2020-ci ilin 8 ayı ərzində vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində təqdim edilmiş malın dəyərinin 3.297.944,8 manat (ƏDV-li) olduğu, nəzarət-kassa aparatına 235 çek üzrə 271.997,7 manat mədaxil olunduğu, qeyd olunan dövr ərzində elektron qaimə-faktura təqdim olunmadığı, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən 4.767.221,7 manat dəyərində ərzaq məhsullarının yalnız pərakəndə qaydada əhaliyə satışının həyata keçirildiyi bildirilsə də, uçot baza məlumatlarına əsasən həmin dövrdə topdansatış müəssisələri üzrə satıcı, ekspeditor, satıcı-reklam vəzifələrinə cəlb olunmuş işçilərinin olduğu, 2020-ci ilin 8 ayı ərzində 1 çek üzrə mal satışının 1157,4 manat olduğu, 2020-ci ilin sentyabr ayında İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektdə aparılmış xronometraj metodu ilə müşahidə zamanı orta günlük satış dövriyyəsinin 3654,71 manat olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı İddiaçı sahibkarlıq fəaliyyəti göstərməmişdən əvvəl "xxxx" MMC-nin, “AZƏRSUN TİCARƏT VƏ DAĞİTİM" MMC-nin, "xxxx" MMC-nin və fiziki şəxs X8 agent, ekspeditor vəzifəsində işçi kimi çalışdığı, daha sonra xx.xx.2019-cu il tarixdə vergi uçotuna alındığı, xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən sahəsi 50 m2 olan ərzaq satışı mağazasını vergi orqanında qeydiyyata qoyduğu, xx.xx.2019-cu il tarixdə nəzarət-kassa aparatı quraşdırdığı, malları (ərzaq və qeyri ərzaq) əsasən "xxxx" MMC-nin mallarını satan X5, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" QSC və digər vergi ödəyicilərindən aldığı, vergi ödəyicisi tərəfindən 2019-cu il il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən 1.688.031,08 manat malların təqdim edilməsindən gəlir əldə etdiyi, ümumi xərclərdə malın dəyərinin 1.660.551,02 göstərildiyi, ümumi gəlirdə malın dəyərinin xüsusi çəkisinin 98,4 % təşkil etdiyi, malın üzərinə 1,6 % ticarət əlavəsi qoyduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar bir daha iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Bundan əlavə iddiaçı Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad edərək bildirir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab olunur. Məlumat uçün bildirirlər ki, vergi ödəyicisinin təqsiri operativ vergi nəzarəti zamanı müəyyən edilmiş və müvafiq qərar qəbul edilmişdir. Daha sonra şikayət instansiyası inzibati şikayət ilə bağlı mübahisələndirilən qərar üzrə münasibət bildirərək müvafiq inzibati akt qəbul etmişdir. İddiaçı iddia ərizəsində dəlil olaraq qeyd edir ki, “Qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VMnin 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə desək, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarəti tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları başa düşülməlidir. Cavabdeh vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər”. Qeyd olunan dəlillərlə bağlı öncəliklə bildirirlər ki, operativ vergi nəzarət tədbirini “yoxlama” hesab etməyən iddiaçı iddia ərizəsinin 5-ci səhifəsinin 3-cü abzasında dəlillərini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 36.2-ci maddəsinə istinad etmişdir. Təkcə bu fakt sübut edir ki, iddia ərizəsində qeyd olunan dəlillər arasında bir-birini təkzib edən çox ciddi ziddiyyət və uyğunsuzluqlar vardır. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, operativ vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tətbiq edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin tətbiq edilməli olan maddi hüquq normalarının dairəsi konkret müəyyən olunmuş və bu barədə yuxarıda məlumat verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən maddi hüquq normaları birmənalı şəkildə yalnış təfsir və şərh edilərək tətbiq edilmişdir. Digər tərəfdən vergi qanunvericiliyində operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququnun olmaması və ya qadağan olunması və operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan qadağan olunmayan hər bir hərəkət yolveriləndir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X4 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 41.1-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə aşağıdakılar vergi ödəyicisinin vəzifələridir: - (maddə 16.1.1) qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; - (maddə 16.1.3) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; - (maddə 16.1.6) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Bu Məcllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 oktyabr 20220-ci il tarixli, **********0686 saylı qərarının məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili, yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.1.3-cü mddəsinə əsasən 476.722,7 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5.289.821.5 manat (ƏDV-li) təqdim edilmiş mallar göstərilsə də, nəzarət-kassa aparatına isə 522.599,7 manat mədaxil olunmuş, nəticə etibarı ilə yaranan 4.767.221,7 manat dəyərində mal fərqi yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” həyata keçirir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********5739 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında yerləşən ərzaq mağazasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında vergi ödəyici tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5.289.821,5 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, nəzarət kassa aparatına isə 522.599,7 manat mədaxil olunduğu, bununla da 4.767.221,7 manat dəyərində malların isə elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar olunaraq nəticələri xx.xx.2020-ci il tarixli DVX 000487 seriyalı və xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vegi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlarla rəsmiləşdirilmişdir. Bundan əlavə işin müəyyən edilən hallarından görünür ki, vergi ödəyicisinin müraciətinin araşdırılması zamanı sair məhsullarının satışı ilə məşğul olduğu, 2020-ci ilin 8 ayı ərzində vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində təqdim edilmiş malın dəyərinin 3.297.944,8 manat (ƏDV-li) olduğu, nəzarət kassa aparatına 235 çek üzrə 271.997,7 manat mədaxil olunduğu, qeyd olunan dövr ərzində elektron qaiməfaktura təqdim olunmadığı, vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən 4.767.221,7 manat dəyərində ərzaq mallarının yalnız pərakəndə qaydada əhaliyə satışının həyata keçirildiyi bildirilsə də, 2020-ci ilin 8 ayı ərzində 1 çek üzrə mal satışının 1.157,4 manat olduğu, fərdi sahibkar tərəfindən məhsulların son istehlak məqsədilə satılmasını təsdiq edən sənədlərin araşdırmaya təqdim olunmadığı müəyyən edilmişdir. Bundan əlavə işin müəyyən edilən hallarından görünür ki, vergi ödəyicisinin ilkin müraciəti əsasında vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 oktyabr 2020-ci il tarixdə **********0686 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən ümumilikdə 476.722,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan inzibati qərardan iddiaçı tərəfindən 31 oktyabr 2020-ci il tarixdə yuxarı inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə inzibati qaydada şikayət verilmiş və şikayətin nəticəsi üzrə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 29 yanvar 2021-ci il il tarixli, **********272100 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunan qərarla iddiaçının keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli DVX 001053 seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********0686 nömrəli Qərar 174.127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə, yəni 302.594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı DVX-nin qərarından narazı qaldığı üçün 1 fevral 2021-ci il tarixdə yuxarı inzibati orqan olan AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 18 iyun 2021-ci il tarixli 41 nömrəli qərarla onun şikayəti təmin edilməmiş, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 29 yanvar 2021-ci il il tarixli **********272100 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa yoxlama zamanı iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 onlayın qaydada verdiyi izahatdan görünür ki, nəzarət-kassa aparatının quraşdırılması ilə əlaqədar servis texniki xidmət mərkəzinə dəfələrlə müraciət etdiyini, servis texniki xidmət mərkəzində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar əvvəlki nəzarət-kassa aparatlarının olmadığını, pandemiya ilə əlaqədar nəzarət-kassa aparatlarının gətirilməsinin 2020-ci ilin avqust ayının axırına kimi uzadıldığını, bu barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məlumat verdiyini, nəzarət-kassa aparatının xx.xx.2019cu il tarixdə quraşdırıldığını, malların satışı zamanı əldə olunan məbləğlərin nəzarət-kassa aparatına daxil edilməməsinin səbəbinin işçilərin məsuliyyətsizliyi, bəzi hallarda elektrik enerjisinin olmaması, nəzarət-kassa aparatının olmadığı və işləmədiyi dövrlərdə aparılmış əməliyyatların uçotunun aparılmadığını, nəzarət tədbiri zamanı aşkar edilmiş malların fərdi sahibkar İddiaçı məxsus olduğunu, 10.975,18 manat dəyərində mallar istisna olmaqla, qalan bütün malların alış sənədlərinin olduğunu, başqa yerdə mal olmadığını, vergi ödəyicisinin fəaliyyətə başladığı dövrdən təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilən dövriyyə məlumatlarını təsdiq etdiyini, sahibkarlıq fəaliyyəti göstərilən mağazada 4.767.221,7 manat dəyərində ərzaq məhsullarının yalnız pərakəndə qaydada əhaliyə satışının həyata keçirildiyini, tədbir zamanı vergi orqanı əməkdaşları tərəfindən fərdi sahibkar tərəfindən elektron qaimə-faktura əsasında mal satıldığının sübuta yetirilmədiyini, fərdi sahibkarın gəlirinin bazar qiymətinə uyğun olaraq günün tələbinə görə formalaşdığını, vergi ödəyicisi barəsində tətbiq olunmuş 1097,52 manat məbləğində maliyyə sanksiyasının mübahisələndirilmədiyini, sahibkarlıq fəaliyyəti göstərilən obyektdə müşahidə kamerasının quraşdırılmadığını, vergi orqanı əməkdaşlarının hansı əsasla 4.767.221,7 manat dəyərində malların elektron qaimə-faktura əsasında vergi ödəyicilərinə satıldığı qənaətinə gəldiklərini və tətbiq olunmuş maliyyə sanksiyasının konkret fakta əsaslanmadığını bildirmişdir. Bundan başqa iddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilir. İddiaçı “xx.xx.2019-cu il tarixdən sahibkarlıq fəaliyyətinə başladığını, xx.xx.2019-cu il tarixədək nəzarət-kassa aparatı olmadığından quraşdırılmadığını, bəzi hallarda elektrik enerjisi olmadığından mütəmadi nəzarət-kassa aparatından istifadə edilmədiyini, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasının unutduğunu, sonradan əldə olunan məbləğlərin nəzarət-kassa aparatına mədaxil edilmədiyini, 4.767.221,7 manat dəyərində malların yalnız pərakəndə qaydada satışının həyata keçirildiyini” iddia etsə də məhkəmə araşdırması zamanı bunu sübut edə bilmədi. Beləliklə də işin faktiki haları onu deməyə imkan verir ki, iddiaçı (vergi ödəyicisi) pərakəndə satış kimi qeydiyyatdan keçsə də faktiki olaraq topdansatış fəaliyyəti göstərmişdir. Başqa sözlə, vergi ödəyicisinin yoxlama dövrü ərzində malları NKA-dan istifadə etməklə təqdim etməsinə baxmayaraq təqdim olunan malların son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün topdansatış kimi satışının həyata keçirmiş və buna dair elektron qaimə-faktura təqdim etməmişdir. Yəni vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də iddiaçı bunun əksini sübut edə bilmədi. Beləliklə, yuxarıda şərh olunanları qanunvericiliyin tələbi baxımından təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarın qanunazidd olduğunu sübut edə və bunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-206/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-206/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver