Məhkəmə qərarları › İş №2-1(120)-2066/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2066/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2066/2023 26.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Abdi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N5 avqust N993-cü il tarixdə İmişli rayon Hərbi Komissarlığı tərəfindən çağrılıb həqiqi hərbi xidmətə cəlb olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 33 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunub sıravi hərbi rütbəsində atıcı vəzifəsinə təyin olunmuşdur. Sonradan N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir və həmin hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N48 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N994-cü ildə o, əvvəlcə Füzuli rayonu, sonra isə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə N993-cü ilin aprel ayında aldığı kəllə-beyin travmasından yaddaşını itirmişdir, bununla əlaqədar onu ölmüş hesab edərək Tərtər rayonunda yerləşən Hərbi Hospitalın meyitxanasında sonradan aldığı məlumata görə bir sutka saxlanılmışdır, sonradan həkimlər ölmədiyi müəyyən edib hospitalda müalicə olunmuşdur, yaralandığını eşidən qardaşı Mehman onun yanına gəlmiş, həmin vaxtlar yaddaşı olmadığına görə neçə gün müalicədə olduğunu bilməmişdir, Mehman yanına gələndə o, qardaşını tanımamış, bu səbəbdən qardaşı Mehman müəyyən qədər ev şəraitində müalicə olunmağından ötrü hərbi hissə komandirinin icazəsi ilə evə göndərilmişdir. Yaddaşının bərpa olunması xeyli vaxt çəkmiş, yaddaşı bərpa olunduqdan sonra o, xidmət etdiyi N nömrəli hərbi hissəyə qayıtsa da, orada qulluq etdiyi hərbi hissənin ləğv olunduğunu və buna görə hələlik yaşadığı yerə qayıtmağını və növbəti əmri gözləməyini ona bildiriblər. Sonradan qulluq etdiyi hərbi hissədən ona heç nə bildirilmədiyinə görə yenidən hərbi xidmətə çağrılmağı üçün İmişli rayon Hərbi Komissarlığına N994-cü ilin ortalarından müraciət etməyə başlamış. Lakin hər müraciətində Komissarlıq onun hərbi xidmətə cəlb edilməyinin mümkün olmadığın bildiriblər. Buna baxmayaraq o, hərbi xidmətə yenidən çağırılmağı üçün müraciətlərini davam etdirmiş və nəhayət uzun illər apardığı cəhdlərdən sonra 06 aprel 2002-ci il tarixdə hərbi xidmətə yararlı hesab edilib hərbi xidmətə göndərilmiş və 8N2 saylı hərbi hissənin xx.xx.2002-ci il tarixli 292 əmri ilə o, bütün növ təminatlarla təmin olunub sıravi hərbi rütbəsində atıcı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə hərbi xidmətini başa vurmuşdur. Bu barədə olan AO № ******* saylı hərbi biletinin surətini də iddia əriazəsinə əlavə edir. İmişli Rayon Hərbi Komissarlığı tərəfindən adına olan və ilk dəfə hərbi xidmətə çağırılarkən verilmiş NZ ******* nömrəli hərbi biletində olan qeydlərdən də görünür ki, N saylı hərbi hissənin tərkibində Füzuli istiqamətində döyüşlərdə iştirak etmişdir. Lakin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyinə, həmin döyüşlərdə kəllə beyin travması almağına baxmayaraq, hərbi hissənin rəhbərliyi tərəfindən Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyi barədə heç bir qeyd aparılmamış, bu barədə olan müraciətlərinə də əsaslandırılmış cavablar verilməmişdir. Məhz, qulluq etdiyi hərbi hissənin komandirinin bu biganəlini görüb yenidən hərbi xidmətə çağırılmaqdan ötrü İmişli rayon Hərbi Komissarlığına müraciətlər etməyə başlamışdır. Uzun illər bu müraciətinin təmin olunmamasına səbəb isə N saylı hərbi hissənin komandiri tərəfindən guya hərbi hissəni özbaşına tərk etməyi barədə edilən qeyd olmuşdur. Onun Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 272 nömrəli arayışında qeyd edilən " İddiaçı xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissədə (Tərtər Hospitalında ) ambulator müayinədə olmağım" və " Barotravma " diaqnozunun qoyulması ilə də bir daha təsdiq edilmişdir. X8 bir sutka meyitlərin olduğu otaqda qalmağı, sonrada həmin hospitalda xeyli müddət stasionar müalicə olunmağına baxmayaraq adına tərtib edilmiş tibbi kartada düzgün qeydlər aparılmamış, stasionar müalicədə olmağı barədə qeydlər aparılmaması da həmin dövrdə aparılan sənədləşmələrə necə biganə və laqeyd yanaşılmasının daha bir göstəricisidir. Belə ki, qardaşı Mehman və ailə üzvüləri onun yaralanmağını 20 gündən sonra bilmiş, Mehman Hospitala gələndə yaddaşımın olmaması səbəindən onu tanıya bilməmiş, buna baxmayaraq qardaşı Mehman onu hərbi hissə komandirinin şifahi icazəsi əsasında özünə gələ bilməyi üçün evinə buraxılmışdır. O, N Qarabağ Müharibəsində iştirak etdiyi üçün lazımi sənədləri toplayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə " müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən ötrü müraciətlər etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022- ci il tarixli, 4/3-6N20 nömrəli məktubundan da görünür ki, ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdaiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, 756 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Onun müraciətləri N993 və N994-cü illərdə xidmət etdiyi hərbi hissə komandirinin və müvafiq qeydlər aparan şəxslərin səhlənkarlığı və laqeydliyi nəticəsində müsbət həllini tapmadığımdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun xidmət etdiyi N saylı hərbi hissədən N994-cü ildə qanuni əsaslarla ehtiyata buraxılmamağının səbəbi həmin hissənin ləğv edilməsi, sonradan hərbi hissəyə qayıtmamağı üçün hərbi hissə komandirinin hərbi hissəni özbaşına tərk etməyi barədə etdiyi əsassız qeydi olsa da, sonradan təkidlə etdiyi müraciətləri əsasında hərbi xidməti cəlb olunmağı və ordudan qanuni əsaslarla tərxis olunmağı da ona “Müharibə veteranı” adının verilməsinin təmin olunma əsası hesab edir. İddia ərizəsinə əlavə edilən İmişli Rayon Hərbi Komissarlığı tərəfindən adıma olan və ilk dəfə hərbi xidmətə çağırılarkən verilmiş NZ ******* nömrəli hərbi biletimin və Səfərbərlik və Hərbi Xidmətə XN2 Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş AO № ******* saylı hərbi biletimin notariat qaydasında təsdiq edilmiş surətləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 272 nömrəli arayışı ilə də mənim Füzuli və Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyi, yaralanmağı bir daha təsdiq olunmuşdur. Bundan əlavə, Füzuli və Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməyini, yaralanmağını onunla bir yerdə hərbi xidmətdə olmuş əsgərlərdən X5, X6, X7, Milli Qəhrəman Zabit Quliyev və başqa əsgər yoldaşlarım təsdiq edə bilərlər. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetini xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında “ Əsasnaməyə müvafiq olaraq mənə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə XN2 Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.20N7-ci il tarixli 9/2-6935 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 33 nömrəli əmri ilə şəxsi heyətin siyasına, daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N48 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olsada, döyüş bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyinə görə xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsinə xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Abdi oğlu məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Abdi oğlu iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmişmiş surətindən görünür ki, İddiaçı xx.xx.N975-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli, 4/3-6N20 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, 756 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləriniz geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 272 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı (ambulator kitabda vətəndaşın soyadı, adı, ata adı oxunmaz dərəcə səliqəsiz və soyad, ad birləşik şəkildə yazılmışdır) ondan ötrü ki, o həqiqətən xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə (Tərtər Hospitalında) ambulator müayinədə olmuşdur. Diaqnoz: Barotravma. İşdə olan xx.xx.N993-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən hərbi xidmətdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə XN2 Xidmətinin İmişli Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il, 3-43-30/2-N66/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli rayonu,Sarıxanlı kənd sakini N975-ci il təvəllüdlü, İddiaçı xidmətini müəyyən etmək üçün xx.xx.20N6-cı il tarixdə SHXÇDX-nin İmişli rayon şəbəsinə ərizə ilə müraciət etmişdir. Xidmətini müəyyən etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Mərkəzi Arxivdən daxil olmuş N9 04.20N7ci il tarixli 9/2-6935 nömrəli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissədən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N48 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və döyüş bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin xx.xx.N994-cü il tarixli 82 nömrəli əmrilə qazan təminatından çıxarılmışdır. Mərkəzi Arxivin məktubunun kserosurətini Sizin ünvana göndərirəm. Məlumat üçün bildirirlər ki, İddiaçı təkrar xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 8N2 nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir və xx.xx.2003-cü il tarixdən SHXÇDX-nin İmişli rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik Və Hərbi Xidmətə XN2 Xidmətinin İmişli Rayon Şöbəsinə ünvanladığı xx.xx.20N7-ci il tarixli 9/2-6935 nömrəli m\ktubunda qeyd olunmuşdur ki, İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 33 nömrəli əmrilə (əsas: § N səh. 29, sıra 4) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissədən gəlmiş İddiaçı nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N48 nömrəli əmrilə (əsas: § 7, səh. 359, sıra 330, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və döyüş bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyi üçün 3-cü MAT-un sıravisi İddiaçı komandirin 04 aprel N994-cü il tarixli 82 nömrəli əmrilə (əsas: § 2, səh. N56, sıra 26, əmrdə vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixdən 29 dekabr N993-cü il tarixədək oları nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirir ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli nizami hissə üzrə əmri Müdafiə Nazirliyi İşlər idarəsinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə məlumat verə bilmirlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsində inzibati işə baxılır. İddiaçı ərizəsində xx.xx.N993cü il tarixdən N994-cü il tarixədək N və N nömrəli hərbi hissələrdə, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 8N2 nömrəli hərbi hissədə xidmət etdiyini və döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və mənafelərini məhkəmədə müdafiə olunması, iddia ərizəsinə münasibət bildirilməsi məqsədilə iddiaçının xx.xx.N993-cü il tarixdən etibarən hərbi xidmət keçməsi, qanuni əsaslarla ehtiyata buraxılması yoxlanılmaqla barəsində aşkarlanmış məlumatların (əlifba qeydiyyatı kitabları və nizami hissə üzrə əmrləri, yaralanmasına dair sənədləri) xronoloji ardıcılıqla yazılaraq həmin kitablardan və əmrlərdən çıxarışların Hüquq İdarəsinə göndərilməsinə dair göstəriş verməyiniz sizdən xahiş olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixdən 29 dekabr N993-cü il tarixədək oları nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İmişli RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 33 nömrəli əmrilə (əsas: § N səh. 29, sıra 4) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissədən gəlmiş İddiaçı nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N48 nömrəli əmrilə (əsas: § 7, səh. 359, sıra 330, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və döyüş bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyi üçün 3-cü MAT-un sıravisi İddiaçı komandirin 04 aprel N994-cü il tarixli 82 nömrəli əmrilə (əsas: § 2, səh. N56, sıra 26, əmrdə vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixdən 29 dekabr N993-cü il tarixədək oları nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xidməti tam təsdiqini tapmamış, həmçinin ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar