Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2071/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Mahmudavar Bələdiyyəsinə qarşı “Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Masallı rayon Mahmudavar Bələdiyyəsinə qarşı “Masallı rayon Mahmudavar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2015-ci il tarixli icarə müqaviləsi ilə atası X5 15 il müddətinə verilmiş Masallı rayon Mahmudavar kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsi ilə bağlı varisi kimi onunla icarə müqaviləsinin bağlanması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi” xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Masallı rayonu Mahmudavar bələdiyyəsi ilə atası X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli torpaq icarəsi müqailəsinə əsasən Mahmudavar kəndində 0,70 ha torpaq sahəsi 15 il müddətinə atasına icarəyə verilmişdir. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atasının ölümündən bir müddət sonra bələdiyyə sədri torpaqdan istifadələrinə maneələr yaratmağa başlamış, guya atasının icarə haqqı borcunun olmasını bəhanə gətirərək icarə müqaviləsinə xitam verilməsi barədə Masallı Rayon Məhkəməsində iddia qalırmışdır. Həmin işin məhkəmə gedişində o, məhkəməyə yuxarıda göstərilən torpaq üzərində atasının istifadə və icarə hüquqlarına xitam verilməsi barədə bələdiyyənin xx.xx.2024-cü il tarixli protokolunu təqdim etmişdir. Həmin məsələnin müzakirəsində iştirakları təmin edilməmiş, ümumiyyətlə bələdiyyənin belə bir iclası olmamış, müxtəlif təsirlər vasitəsi ilə 3 nəfər bələdiyyə üzvünü ələ alan bələdiyyə sədri onlara evlərində protokola imza etdirmişdir. Həmin qərarın ləğvi barədə bələdiyyəyə etdiyi müraciət də nəticəsiz qalmışdır. Lakin hazırkı iş üzrə 11 üzvdən ibarət bələdiyyənin yalnız 4 üzvünün imzaladığı protokol heç də bələdiyyə iclasında müzakirə edilməmiş, bununla bağlı iclas təyin edilməmiş, nə bələdiyyə üzvləri, nə də atasının vərəsələri maraqlarına toxunan həmin iclas barədə məlumatlandırılmamış, reallığa və bələdiyyənin mənafeyinə uyğun olmayan protokol tərtib edilmişdir. Mübahisəli qərarda torpaq üzərində istifadə və icarə hüquqlarına xitam verilməsinin əsası kimi icarə haqlarının ödənilməməsi və atamın vəfat etməsi qeyd edilmişdir. Halbuki əvvəla atasının icarə borcu olmuş olsaydı, sağlığında ondan tələb edilərdi. Lakin belə bir tələbin olmaması əslində onun icarə haqqı borcunun olmamasını göstərir. Bundan başqa atasının ruhuna hörmət olaraq ona hesablanmış icarə haqqını onun adından özü ödəmişdir. Beləliklə də atası ilə bağlı icarə haqqı borcu qalmamışdır. Atasının ölümünə gəlincə isə qanunvericiliyin tələbinə əsasən icarə hüquqları da vərəsəlik qaydasında keçir. Yəni bu əsas torpaq üzərində hüquqlara xitam verilməsi üçün əsas deyildir. Həmçinin ərizə ilə bələdiyyəyə müraciət edərək atasının vərəsəsi kimi onunla icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Lakin bələdiyyə tərəfindən həmin ərizəsinə ümumiyyətlə cavab verilməmişdir. Bələdiyyə sədrinin məqsədi 2015-ci ildən istifadələrində olmaqla icarə müqaviləsinin müddəti hələ bitməmiş torpaq sahəsini əllərindən alaraq özünə götürməkdir. Bu məqsədlə vəzifəsindən sui istifadə edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, Mahmudavar bələdiyyəsi ilə iddiaçının atası mərhum X5 bələdiyyə mülkiyyətində olan 0.70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. İcarəyə verilən torpaq sahəsi icarəyə götürən şəxs tərəfindən müqavilənin şərtlərini pozmuş, icarə haqım ödəməmişdir. Ona görə də icarə müqaviləsi bələdiyyənin qərarı ilə ləğv edilmişdir. icarəyə götürən şəxsə dəfələrlə bu barədə xəbərdarlıq etməyimizə baxmayaraq bələdiyyə torpaq sahələri üzərində mülkiyyət istifadə və icarə hüquqlarını məhtudlaşdırılması və xitam verilməsinin əsasların 73-cü maddəsinin pozmuş icarə haqqını ödəməmişdir. Tərəflərin məsuliyyəti vəzifəsində qeyd edilir ki, əgər icarəyə götürülmüş torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq o, bu cür istifadəni davam etdirərsə icarəyə verən xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv edə bilər. Ona görə də icarə müqaviləsi Azərbaycan Respublikası Torpaq və MM-nin müvafiq maddələrinə uyğun tam qanuna uyğun xitam verilmişdir. Bunlardan əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçı qanunsuz inzibati akt məhkəmə tərəfində ləğv oluna bilər göstərmişdir. Lakin həmin aktın qanuniliyi barədə bələdiyyətnin iddia tələbi üzrə Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2545/2024 saylı qətnaməsi mövcüddür. Həmin məhkəmədə İddiaçı vəkili İslamov Nicat ilə birlikdə iştirak etmiş və məhkəmə qətnaməsindən tam xəbərləri vardır. Bütün bunları nəzərə alaraq qeyd etməklə bildiririk ki, İddiaçı atasının istifadəsində olmuş torpaq sahəsindən istifadə edərək icarə haqqını qəsdən dalbadal bir neçə il ödəməmiş, bu barədə mərhuma dəfələrlə xəbərdarlıqlar edilməsi nəticə verməmişdir. Vurulmuş zərəri onun oğlu hazırda, iddiaçı da ödəməmişdir. Ona görə də bələdiyyənin xx.xx.2024-ci il tarixli qərarı qanuna müvafiq və Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuna müvafiq olmasını nəzərə alınmalı və İddiaçı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləin surətindən görünür ki, Masallı rayon Mahmudavar bələdiyyəsinin sədri X9 ilə X8 arasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayonu Torpaq Hərrac və Müsabiqə Komissiyasının xx.xx.2015-ci il tarixli (protokol №-372) qərarı (Hərracın qalibidir) əsasında 0,70 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Masallı rayon Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 31 nömrəli iclas protokolunun surətindən görünür ki, Masalli rayon Mahmudavar kənd sakini X5 bələdiyyə mülkiyyətinə dair kənd təsərrüfatı təinatlı 0,70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verildiyi üçün istifadə müddətində icarə haqlarını ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəmədiyinə görə müqavilə şərtlərini pozmuş, həm də xx.xx.2024-cü il tarixdə vəfat etdiyini nəzərə alıb onun torpaq sahəsi üzərində istifadə və icarə hüququna xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı rayon Mahmudavar bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 145 nömrəli məktubundan görünür ki, atası X5 bələdiyyənin müvafiq qərarı ilə 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəyə verilib, bir il başlanğıcda sağlığında icarə haqqını ödəyib, ondan sonra 8 il icarə haqqını ödəməyib. Bu da Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq, onun günahı ucbatından qanunvericiliyin tələblərinin pozulması və icarə müqaviləsinin məhkəmə qaydasında xitam verilməsinə hüquqi əsas verir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2545/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Masallı rayonu Mahmudavar bələdiyyəsi ilə mərhum X8 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilməsi, cavabdeh Fərəcov X7 bələdiyyəsinə məxsus olan 0,70 ha torpaq sahəsindən çıxarılması, ödənilməli dövlət rüsumunun məbləği - 100 manat cavabdeh İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi qət etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2545/2024 nömrəli məktubundan görünür ki, iddiaçı Masallı rayonu Mahmudavar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə tərəfimdən xx.xx.2024cü il tarixdə qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən şikayət verilmiş və mülki iş hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-66-21/2- 09/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq mülkiyyəti Mahmudavar bələdiyyəsinə aiddir. 25 fevral 2015-ci il tarixdə X5 icarəyə verilmişdir. X8 2024-cu il yanvar ayında vəfat etmişdir. Hal-hazırda həmən torpaq sahəsini oğlu İddiaçı istifadə etməklə həmən ərazidə yonca bitkisi əkmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 504 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş xx.xx.2024-cü il tarixdə mərhum atası X3 xx.xx.2015-ci il tarixdə Mahmudavar bələdiyyəsi ilə Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bağladığı icarə müqaviləsi üzrə icarə hüququnun vərəsəliyinə dair ərizə ünvanlamışdır. Lakin Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixdə Masallı regional "ASAN Xidmət" mərkəzində notariat ofisinə müraciətinə əsasən həmin icarə müqaviləsi hazırda məhkəmə mübahisəsi olduğu üçün işin təxirə salınmasına dair müraciət daxil olmuşdur. Qeyd olunanlara əsasən “Notariat haqqında” Azərbaycan Respbulikasının Qanunun 34-cü maddəsinin tələblərinə uyğun olaraq notariat hərəkəti məhkəmə işi həll edilənədək dayandırılmış və bu barədə vətəndaşa rəsmi məlumat ünvanlanmışdır. Əlavə olaraq qeyd olunur ki, 27.01,2024cü il tarixdə vəfat etmiş X3 digər əmlakları barədə notariat ofisinə müraciət daxil olmadığından hər hansı vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Masallı rayon Mahmudavar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 06 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayon Mahmudavar kənd ərazisindən xx.xx.2015-ci il tarixli Masallı rayonu Mahmudavar bələdiyyəsinin Mahmudavar kənd sakini Fərə cov İlyas Sətulla oğluna icarəyə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2024 -cü il tarixli 31 saylı iclas protokoluna əsasən ləğv edildikdən sonra heç kimə veriiməmişdir.Həmin icarə torpağından icarə müqaviləsi olmadan qanunsuz olaraq İddiaçı istifadə edir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2545/2024 nömrəli məktubundan görünür ki, iddiaçı Masallı rayonu Mahmudavar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə tərəfimdən xx.xx.2024cü i! tarixdə qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-508/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin cavabdeh İddiaçı oğluna qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəsini almışdır. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və inzibati orqan Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisələnidirilən qərar üzrə tərəf X8 olmuşdur ki, onun xx.xx.2024-cü ildə vəfat etdiyi, hal-hazırki iş üzrə isə İddiaçı mərhumun oğlu olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən iddianı qaldırmaqda subyektiv hüququ olmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli qərarı üzrə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da qərarın və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli qərarı torpaq sahəsi üzrə icarə haqlarının ödənilməməsi əsası ilə qəbul edilmişdir. Qəbul olunmuş inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, qərarda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş və qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, Masallı rayon Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 31 nömrəli iclas protokolunun surətindən görünür ki, Masalli rayon Mahmudavar kənd sakini X5 bələdiyyə mülkiyyətinə dair kənd təsərrüfatı təinatlı 0,70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verildiyi üçün istifadə müddətində icarə haqlarını ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəmədiyinə görə müqavilə şərtlərini pozmuş, həm də xx.xx.2024-cü il tarixdə vəfat etdiyini nəzərə alıb onun torpaq sahəsi üzərində istifadə və icarə hüququna xitam verilməsi qərara alınmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, Masallı rayonu Mahmudavar bələdiyyəsi ilə iddiaçının atası X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli torpaq icarəsi müqailəsinə əsasən Mahmudavar kəndində 0,70 ha torpaq sahəsi 15 il müddətinə atasına icarəyə verilmişdir. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atasının ölümündən bir müddət sonra bələdiyyə sədri torpaqdan istifadələrinə maneələr yaratmağa başlamış, guya atasının icarə haqqı borcunun olmasını bəhanə gətirərək icarə müqaviləsinə xitam verilməsi barədə Masallı Rayon Məhkəməsində iddia qalırmışdır. Həmin işin məhkəmə gedişində o, məhkəməyə yuxarıda göstərilən torpaq üzərində atasının istifadə və icarə hüquqlarına xitam verilməsi barədə bələdiyyənin xx.xx.2024-cü il tarixli protokolunu təqdim etmişdir. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, tərəflər arasında 2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır ki, qeyd edilən müqaviləyə əsasən iddiaçı hər il icarə haqlarını ödəmiş və bu hal məhkəmə iclasında təsdiqini tapmış, mübahisələndirilməmişdir. Daha sonra bələdiyyə tərəfindən Masallı rayon Mahmudavar kənd sakini X5 bələdiyyə mülkiyyətinə dair kənd təsərrüfatı təinatlı 0,70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verildiyi üçün istifadə müddətində icarə haqlarını ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəmədiyinə görə müqavilə şərtlərini pozmuş, həm də xx.xx.2024-cü il tarixdə vəfat etdiyini nəzərə alıb onun torpaq sahəsi üzərində istifadə və icarə hüququna xitam verilmişdir. Məhkəmə, qanunvericiliyin yuxarıda təhlil olunmuş normalarına əsaslanaraq hesab edir ki, hazırki mübahisə predmeti olan qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş və onun mübahisə ilə bağlı fəaliyyəti qanuna zidd olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən: - Masallı rayonu Mahmudavar bələdiyyə sədri olmuş X11 xx.xx.2020-ci il tarixli arayış təqdim edərək icarəçi X4 Fariz İlyas oğlu tərəfindən icarə haqqının tam şəklində aldığını bildirmişdir. Eləcə də, Əfqan Babayev məhkəmə iclasına şahid qismində dəvət edilmiş, arayışın onun tərəfindən verildiyini bildirmiş və ödənişlərin ödənildiyini qeyd etmişdir. - Sənədlərə əsasən 2022-ci ildə icarəçinin 665 manat borcu olduğu, hər il 95 manat əlavə icarə haqqı hesablandığı müəyyən edilir. İstinad icarə haqlarının ödənilməməsi olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli "xxxx" ASC-in terminal qəbzinə əsasən Masallı rayonu Mahmudavar bələdiyyəsinin ******************** hesab nömrəsinə 650 manat icarə haqqı ödənişinin edildiyi müəyyən edilir. Eləcə də qeyd edilməlidir ki, həmin icarə haqqı ödənişi edilən zmaan hal-hazırda mübahisələndirilən qərar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan 30 oktyabr 2024-cü il tarixli qərarı qəbul etməzdən əvvəl qeyd edilən ödənişi nəzərə almalı idi ki, bu halın nəzərə alınmadığı müəyyən edilir. İnzibati orqanınn arqumenti bələdiyyənin yalnız "xxxx" MMC-in Cəlilabad Regional filialında hesablarının olduğudur ki, həmin hissə ilə bağlı araşdırma nəticəsində elektron informasiya sistemindən əldə edilən məlumatlara əsasən müəyyən edilir ki, Masallı rayonu Mahmudavar bələdiyyəsinin "xxxx" MMC-in Cəlilabad Regional filialında və "xxxx" ASC-nin Masallı rayon filialında cari aktiv hesabı olmuşdur. Digər bir hal isə hesab mövcud olmadığı və ya qeyri-aktiv olduğu təqdirdə ödənişin edilməsinin mümkün olmayacağı halıdır. İş materiallarına əlavə edilən qəbzə əsasən ödənişin hesaba qəbul edilməsi həmin hesabın aktiv olmasına dəlalət edir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi” xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İş materiallarının araşdırılması nəticəsində mübahisənin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarının olduğu nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddiaçı qərarın nömrəsini qeyd etməsə də, hüquqi marağının və iş üzrə mübahisənin qeyd edilən 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarının olduğunu nəzərə alaraq tələb Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarının ləğv edilməsi kimi hesab edilməlidir. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarı ləğv edilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov