Məhkəmə qərarları › İş №2-1(120)-2074/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2074/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2074/2024 10.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Neftçala rayon X6nin qismən ləğv edilmiş xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarına əsasən ondan tutulmuş 3600 manat pulun cavabdehdən tutularaq geri qaytarılması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Əmək haqqından tutulmuş 3902,40 manat vergi borcu və həmin icra sənədinə əsasən ondan tutulmuş 273,35 manat icra xərci Neftçala rayonu, X6ndən tutularaq ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Neftçala rayon İcra və probasiya şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, “Neftçala rayon X6nin qismən ləğv edilmiş xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarına əsasən ondan tutulmuş 3600 manat pulun cavabdehdən tutularaq geri qaytarılması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, X6nin xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarının ləğv edilməsi və tutulmuş vəsaitin geri qaytardması barədə ərizəsinə baxılaraq 2-1(120)321/2022 saylı, xx.xx.2022-ci ildə Şirvan İnzibati Məhkəməsində qərar qəbul edilmiş və Neftçala rayonu, X6nin xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarının ləğv edilmişdir. Ona Cavabdeh xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarına əsasən müəyyən etmişdir ki, 2000-2021-ci illər üzrə mülkiyyətində olan özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə görə 219.0 AZN, 2000-2021-ci illər üzrə istifadə həyətyanı torpaq sahəsinə və əmlakına görə 83.40 AZN, 2003-2021-ci illər üzrə istifadə etdiyi bələdiyyə mülkiyyətinə məxsus 12.0 ha torpaq sahəsinə görə 3600.0 AZN ümumilikdə 3902.40 AZN vergi borcu tutulmalıdır. Həmin qərar Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş və iş üzrə onun əmək haqqından hazırda 3902.40 manat və 7 faiz xidmət haqqı 273 manat tutulmuşdur. Ləğv edilmiş qərar əsasında ondan tutulmuş 3902 manat və 273 manat vəsaitin geri qaytarılması təmin edilməmişdir. 62 manat dövlət rüsumu ödənilmişdir ki, o da cavabdehdən tutulmalıdır. Cavabdeh və Neftçala rayon İcra və probasiya şöbəsinə müracuiət etsə də həmin pul ona qaytarılmamışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq əmək haqqından tutulmuş 3902.40 AZN vergi borcu və həmin icra sənədinə əsasən məndən tutulmuş 273.35 manat icra xərci Cavabdehndən tutularaq ona ödənilməsini xahiş etmişdir. Üçüncü şəxs Neftçala rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Neftçala rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 05(4)-2021 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı ümumilikdə 3902.40 AZN vergi borcunun tutulması barədə X6nin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarı məcburi icraya yönəldilmiş, icra sənədi icra olunması üçün Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Neftçala rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 68788 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 281,35 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 86194 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 603,02 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 98680 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 377,31 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 18 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 314,66 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 311 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 358,94 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 6575 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 295,38 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 12131 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 289,10 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 15549 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 555,14 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 55484 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 434,70 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 55485 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 325,50 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 56617 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 63,30 manat əmək haqqından tutularaq borcuna ödənilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 321/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4757 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra vərəqəsinə əsasən İddiaçı 273, manat əmək haqqından tutularaq Neftçala rayon İcra və Probasiya şöbəsinin borcuna ödənilmişdir. İş materiallarında olan Neftçala rayon İcra və Probasiya şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 47400/02 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 3902,40 manat vergi borcunun tutularaq Xolqarabucaq bələdiyyəsinin hesabına ödənilməsinə dair Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin 05(4)-2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icraatda olmuş və tərəflərindən tam icra olunaraq icraata xitam verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da qərarın və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Cavabdeh icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 05(4)- 2021 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı ümumilikdə 3902.40 AZN vergi borcunun tutulması barədə X6nin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarı məcburi icraya yönəldilmiş, icra sənədi icra olunması üçün Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Neftçala rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-321/2022 nömrəli qərarı ilə iddiaçı X3 iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilmişdir. İş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarı ləğv edilmişdir. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarına əsasən X3 əmək haqqından tutulmuş 3600 manat vəsait Cavabdehndən tutularaq X5 geri qaytarılmalıdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarına əsasən X3 əmək haqqından müəyyən pul məbləği tutulmuş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-321/2022 nömrəli qərarı ilə iddiaçı X3 iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın mübahisələndirilən qərarının bir hissədə hüquqi nəticəsinin olmaması səbəbindən ləğv edilməsi həmin hissədə iddiaçıdan tutulan 3600 manat pul məbləği geri qaytarılması üçün əsasdır. Məhkəmənin qənaətinə görə həmin hissədə 3600 manat pulun geri qaytarılmaması barədə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Neftçala rayon X6nin qismən ləğv edilmiş xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarına əsasən iddiaçı X3 əmək haqqından tutulmuş 3600 manat pul Neftçala rayonu, X6ndən tutularaq X5 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Neftçala rayon X6nin qismən ləğv edilmiş xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarına əsasən iddiaçı X3 əmək haqqından tutulmuş 3600 manat pul Neftçala rayonu, X6ndən tutularaq X5 qaytarılsın. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar