Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2074/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ünvan 1 ünvanında yerləşən mənzilin (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhədov küçəsi ev 44, mənzil 54) İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X15 və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ünvan 2 ünvanında yerləşən mənzilin (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhədov küçəsi ev 44, mənzil 54) İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ünvan 2 ünvanında yerləşən mənzilin (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhədov küçəsi, ev 44, mənzil 54) İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1929-cu il təvəllüdlü X16 ilə xx.xx.1956-cı il tarixdə rəsmi nigah münasibətinə girərək ailə həyatı qurmuşdur. Nigahlarını rəsmi olaraq elə həmin il 35 nömrə ilə Salyan rayonu Arbatan kənd sovetliyində qeydə aldırmışlar. İddiaçının həyat yoldaşı Şərqi Bəşirov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Şirvanneft” Neft və Qaçıxarma İdarəsinin Kirovdağ sahəsində fəhlə işləmiş və ona Əli Bayramlı şəhər X20 İcraiyyə Komitəsinin 1968-ci il tarixli qərarı ilə Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi ev 44, mənzil 54 (indikiünvan 3 ünvanda 4 otaqdan ibarət mənzil verilmiş və vəfat edənədək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. X16 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, Şirvan şəhər İcra Hakimiyyəti kirayədarın ölümü ilə əlaqədar mənzil kirayə müqaviləsi onun həyat yoldaşı İddiaçı adına sənədləşdirilmiş və onun adına Şirvan şəhər İcra Hakimiyyətinin 22 fevral 2010-cu il tarixli, 07 nömrəli Sərəncamı ilə 05 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 04 otaqdan ibarət ünvan 4 ünvanına 22 fevral 2010-cu il tarixli 05 nömrəli Order verilmişdir. Hal-hazırki vəzityyətdə iddiaçı həmin mənzili özəlləşdirmək istəyir və mənzili dövlət qeydiyyatına aldırıb, adına çıxarış almaq istəyir. Bu məqsədlə ilk öncə tərəfindən cavabdehə həmin mənzilə aid sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və cavabdeh mənzili dövlət qeydiyyatına almaqdan imtina barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-B-0010-8/2024 nömrəli cavab ünvanlanmışdır. Həmin imtina məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) mənzilə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilirdi. Tərəfinizdən yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarını və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin təqdim ediləcəyi təqdirdə, sözügedən mənzil sahəsinə dair istifadə hüquqlarının dövlət qeydiyyatına alınması istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir və hesab edir ki, mənzilə hüquq verən orderin əsli və orderin verilməsinə əsas olmuş yerli icra hakimiyyəti orqanının sərəncamı barədə arxiv arayışı dövlət mənzil fonduna aid mənzillərin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu sənədlər olduğu halda mənzili dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu sənədlər olduğu halda mənzili dövlət qeydiyyatına alıb vətəndaşa tam mülkiyyət haqqında çıxarış verilməsindən imtina olunması süründürməçilik və qanunsuzluqdur. Bu səbəbdən də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Bildirilir ki, ”Daşınmaz Əmlakın Dövlət Reyetri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aild mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 62.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Nəzərə çatdırılır ki, iddiaçı tərəfindən yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarını və yaşayış sahəsinin sosial kirayə müqaviləsini təqdim edəcəyi təqdirdə, sözügedən mənzil sahəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınması istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı vəkili və nümayəndələri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsi) iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Şirvan şəhər Qeydiyyat Şöbəsinin 13 mart 2009-cu il tarixli Ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 10 mart 2009-cu il tarixində X21 Post-infarkt kardioskleroz səbəbindən ölmüşdür. Şirvan şəhər İcra Hakimiyyətinin 05 nömrəli, xx.xx.2010-cu il tarixli Orderinin surətindən müəyyən olunur ki, Şirvan şəhər İcra Hakimiyyətinin 05 nömrəli, xx.xx.2010-cu il tarixli Orderinə əsasən Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 44, mənzil 54 ünvanda yerləşən 04 otaq, 55,92 kv.m sahəsi olan mənzil 05 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə İddiaçı kirayə verilmişdir. İ-ИЕ№051010 nömrəli, xx.xx.1956-cı il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı 15 oktyabr 1956-cı il tarixdə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, 3-48- DA-14F/2-342/2024 nömrəli Arxiv Arayışının surətindən müəyyən olunur ki, X22 filialında mühafizə olunan X13 İcraiyyə Komitəsinin xx.xx.1968-ci ilə aid protokollar kitabında mərhum X7 adına aşkar olunan qərarın çıxarışı təqdim edilmişdir. Əli Bayramlı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli iclasının 20 nömrəli protokolundan müəyyən olunur ki, “Şirvanburneft” Trestinin işçilərinə Nərimanov küçəsindəki 2 nömrəli və digər boşalan mənzillərdə yaşayış sahəsinin verilməsi haqqında “Şirvanburneft” Trestinin, elektrik şəbəkəsinin və onlara tabe olan müəssisələrin mənzil uçotu materiallarına və təqdim edilmiş mənzil-məişət komissiyalarının protokollarına baxaraq Əli Bayramlı şəhər X8 İcraiyyə Komitəsinin iclası Şəhər İcraiyyə Komitəsi üzrə Lenin küçəsi, 9 nömrəli evdə boşalmış 2 otaqlı mənzil X16 tərəfindən boşaldılmış, ailə tərkibi 3 nəfər olan, kəskin ehtiyacı olan təqaüdçü X5 şəhər Sobes-Mənzil Məişət Komissiyasının xx.xx.1968-ci il tarixli 21 nömrəli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, 3-48- DA-14F/2-477/2024 nömrəli Arxiv Arayışının surətindən müəyyən olunur ki, X22 filialında mühafizə olunan Şirvan şəhər İcra Hakimiyyətinin 2010-cu il tarixli sərəncamlar kitabında İddiaçı adına aşkar olunan sərəncamının çıxarışından görünür ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-məişət komissiyasının xx.xx.2010-cu il tarixli, 01 saylı qərarına əsasən X16 vəfat etdiyi üçün onun adına olan H.Əliyev prospekti 44 saylı evin, 4 otaqlı yaşayış sahəsi 55,92 kv.m olan 54 saylı mənzili ailə tərkibi 5 nəfərdən ibarət olan həyat yoldaşı İddiaçı adına sənədləşdirilmişdir. 05 avqust 2024-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, aşağıda imza edən şəxslər X9, X10 və X1 şəhəri, Heydər Əliyev küçəsi bina 44 ünvanda yaşayırlar və Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin 3 nömrəli sahəsinin rəisi Vidadi Əliyevin iştirakı ilə həmin aktı ondan ötrü tərtib edirlər ki, həqiqətən də İddiaçı və X2 şəhəri, H.Əliyev küçəsi bina 44, mənzil 54 ünvanda 1968-ci ildən bu günədək fasiləsiz olaraq yaşayırlar, həmin mənzildə qeydiyyatdadırlar və mənzilin kommunal xərcləri bu günədək onlar tərəfindən ödənilir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2025-ci il tarixli, 3-48- DA-14F/2-04/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Şirvan şəhər İcra Hakimiyyətinin 2010-cu ilə aid sərəncamlar kitabında xx.xx.2010-cu il tarixli, 07 nömrəli sərəncamın müvafiq qaydada təsdiq olunmuş surəti təqdim olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, sözügedən sərəncamın verilməsinə əsas olan digər sənədlər, həmçinin Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 05 nömrəli orderi və orderin verilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialına təhvil verilməyib. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 07 nömrəli, xx.xx.2010-cu il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Məişət Komissiyasının xx.xx.2010-cu il tarixli 01 saylı iclas protokolunda qeyd edilən qərarın təsdiq edilməsi barədə Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Məişət Komissiyasının xx.xx.2010-cu il 01 saylı iclas protokolunda qeyd edilən qərarın təsdiq edilməsi, təsdiq edilmiş qərara uyğun vətəndaşları lazım olan sənədlərlə təmin etmək Mənzil-Məişət Komissiyasına tapşırılmışdır. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-Məişət Komissiyasının xx.xx.2010-cu il tarixli 01 saylı Protokolunun surətindən müəyyən olunur ki, Mənzil kirayə müqaviləsinin dəyişdirilməsinə əsasən X16 vəfat etdiyi üçün onun adına olan H.Əliyev prospekti 44 saylı evin, 4 otaqlı, yaşayış sahəsi 55,92 kv.m olan 54 saylı mənzili ailə tərkibi 5 nəfərdən ibarət olan həyat yoldaşı İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-8/2-75/2025 saylı məktubunun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 44 ünvanda yerləşən 4 otaqlı 54 nömrəli mənzilin İddiaçı adına verilməsi barədə Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 05 nömrəli orderi aşkar olunsa da, həmin orderin verilməsinə əsas olan sənədlər Şirvan şəhər İcra Hakimiyyətində aşkar olunmadı. Məlumat üçün bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2004-cü il tarixli 28 nömrəli əmri ilə tsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti bitmiş sənədlər (son 5 il saxlanmaqla) daimi mühafizəsi üçün X22 filialına təhvil verilir. Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı idarəsinin 5-8-4/2-48/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 44, mənzil 54 ünvanı hal-hazırda İddiaçı istifadəsində olmaqla 1968-ci ildə istismara verilmiş yaşayış binasıdır. Hal-hazırda həmin bina Mənzil Təsərrüfatı İdarəsinin daşınmaz əmlak siyahısına daxildir (balansındadır). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2025-ci il tarixli, 3-48- DA-14F/2-163/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı şəhər (indiki Şirvan) X4 İcraiyyə Komitəsinin 1968-ci ilə aid protokollar kitabında vətəndaş İddiaçı mənzil almağı barədə qərar aşkar olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin 5-8-4/2-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 7 (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi, ev 44, mənzil 54) saylı mənzilin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına (özəlləşdirilməsinə) və bu barədə ona çıxarışın verilməsinə etirazları yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materaillarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-342/2024 nömrəli Arxiv Arayışının surətindən müəyyən olunur ki, X22 filialında mühafizə olunan X13 İcraiyyə Komitəsinin xx.xx.1968-ci ilə aid protokollar kitabında mərhum X7 adına aşkar olunan qərardan çıxarış təqdim edilmişdir. İddiaçının əri Şərqi Bəşirov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Şirvanneft” Neft və Qaçıxarma İdarəsinin Kirovdağ sahəsində fəhlə işləmiş və ona Əli Bayramlı şəhər X20 İcraiyyə Komitəsinin 1968-ci il tarixli qərarı ilə Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi, ev 44, mənzil 54 (indiki-ünvan 3 ünvanda 4 otaqdan ibarət mənzil verilmişdir. Şirvan şəhər Qeydiyyat Şöbəsinin 13 mart 2009-cu il tarixli Ölüm haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 10 mart 2009-cu il tarixində X21 Post-infarkt kardioskleroz səbəbindən ölmüşdür Şirvan şəhər İcra Hakimiyyətinin 05 nömrəli, xx.xx.2010-cu il tarixli Orderinin surətindən müəyyən olunur ki, Şirvan şəhər İcra Hakimiyyətinin 05 nömrəli, xx.xx.2010-cu il tarixli Orderinə əsasən Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 44, mənzil 54 ünvanda yerləşən 04 otaq, 55,92 kv.m sahəsi olan mənzil 05 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə İddiaçı kirayə verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X12 xx.xx.2024cü il tarixli, 3-48-DA-14F/2-477/2024 nömrəli Arxiv Arayışının surətindən görünür ki, X22 filialında mühafizə olunan Şirvan şəhər İcra Hakimiyyətinin 2010-cu il tarixli sərəncamlar kitabında İddiaçı adına aşkar olunan sərəncama əsasən, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-məişət komissiyasının xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə X16 vəfat etdiyi üçün onun adına olan H.Əliyev prospekti, 44 saylı evin, 4 otaqlı yaşayış sahəsi 55,92 kv.m olan 54 saylı mənzili ailə tərkibi 5 nəfərdən ibarət olan həyat yoldaşı İddiaçı adına sənədləşdirilmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsinin 3 nömrəli sahəsinin rəisi Vidadi Əliyevin iştirakı ilə Akt tərtib olunmuş, həmin akt ondan ötrü tərtib edilmişdir ki, həqiqətən də İddiaçı və X2 şəhəri, H.Əliyev küçəsi bina 44, mənzil 54 ünvanda 1968-ci ildən bu günədək fasiləsiz olaraq yaşayırlar, həmin mənzildə qeydiyyatdadırlar və mənzilin kommunal xərcləri bu günədək onlar tərəfindən ödənilir. Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı idarəsinin 5-8-4/2-48/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 44, mənzil 54 ünvanı hal-hazırda İddiaçı istifadəsində olmaqla 1968-ci ildə istismara verilmiş yaşayış binasıdır. Hal-hazırda həmin bina Mənzil Təsərrüfatı İdarəsinin daşınmaz əmlak siyahısına daxildir (balansındadır). Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin 5-8- 4/2-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 7 (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi, ev 44, mənzil 54) saylı mənzilin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına (özəlləşdirilməsinə) və bu barədə ona çıxarışın verilməsinə etirazları yoxdur. Cavabdeh inzibati orqanın imtinasında və etirazında istinad etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı tərəfindən yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarını və yaşayış sahəsinin sosial kirayə müqaviləsini təqdim edəcəyi təqdirdə, sözügedən mənzil sahəsinə istifadə hüquqlarının dövlət qeydiyyatına alınması istiqamətində mövcud qanunvericiliyə uyğun tədbir görüləcəkdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri Şərqi Bəşirov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Şirvanneft” Neft və Qaçıxarma İdarəsinin Kirovdağ sahəsində fəhlə işləmiş və ona Əli Bayramlı şəhər X20 İcraiyyə Komitəsinin 1968-ci il tarixli qərarı ilə Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi, ev 44, mənzil 54 (indiki-ünvan 9 ünvanda 4 otaqdan ibarət mənzil verilmiş, həmin vaxtdan onlar ailə üzvüləri ilə mübahisəli mənzildə yaşamış, Şərqi Bəşirov 10 mart 2009-cu il tarixində vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında həmin mənzilə dair İddiaçı ilə Şirvan şəhər İcra Hakimiyyəti arasında Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-məişət komissiyasının xx.xx.2010-cu il tarixli, 01 saylı qərarına əsasən xx.xx.2010-cu il tarixli tarixdə kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsi xx.xx.2009-cu il tarixdən sonraya təsadüf etdiyi üçün cavabdeh inzibati orqan onun ərizəsinin təmin edilməsində haqlı olmamışdır. Belə ki, iş materaillarında olan 05 nömrəli, xx.xx.2010-cu il tarixli Orderinin surətindən müəyyən olunur ki, X3 Soveti İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli qərarı əsasında X11 verilmiş mənizil onun vəfatı ilə əlaqədar olaraq İddiaçı ilə müqavillə bağlanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Kirayə müqaviləsi xx.xx.2009-cu il tarixdən sonraya təsadüf etmir, yəni X3 Soveti İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli qərarı əsasında 05 nömrəli, xx.xx.2010-cu il tarixli kirayə müqaviləsi iddiaçı ilə bağlanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, mənzil balans saxlayıcısı olan Şirvan şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 44, mənzil 54 (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhmədov küçəsi, ev 44, mənzil 54) saylı mənzilin İddiaçı və onun ailə üzvlərinin 1968-ci ildən bu günədək fasiləsiz olaraq həmin mənzildə yaşadıqlarını, həmin mənzildə qeydiyyatda olduqlarını, mənzilin kommunal xərcləri bu günədək ödədiklərini və həmin mənzilin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına (özəlləşdirilməsinə) və bu barədə ona çıxarışın verilməsinə etirazlarının olmadıqları bildirilmişdir. Cavabdehin inzibati orqan tərəfindən Əli-Bayramlı şəhər X8 (ZDS) İcraiyyə Komitəsinin 1968-cı ilə aid protokol kitablarında xx.xx.1968-cı il tarixli qərarı əsasında verilmiş orderin və Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil-məişət komissiyasının xx.xx.2010-cu il tarixli, 01 saylı qərarının mövcud olmaması, ləğv edilməsi, qüvvədə düşməsini, mənzil balans saxlayıcının etiraz etməsini və ya həmin mənzilin başqa şəxslərə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı ünvan 1 ünvanında yerləşən mənzilin (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhədov küçəsi ev 44, mənzil 54) İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. “ünvan 7 ünvanında yerləşən mənzilin (köhnə adı Əli Bayramlı şəhəri, Ağamirzə Əhədov küçəsi ev 44, mənzil 54) İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın verilməsi öhdəliyi cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2074/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2074/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver