Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2079/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 23 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə Lerik rayonu Cəngəmiran kəndi ərazisində yerləşən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 mömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmiş 1001,23 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və uyğun olaraq çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 nömrəli qərarı əsasında ayrılmış Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən, faktiki istifadəsində olan 1001,23 kv.m ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək onun yəni İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mən 1995-ci ilin fevral ayında Lerik rayonunun Cəngəmiran kənd kolxozunun başçısına özünə yaşayış evi tikmək üçün həyətyanı sahə ayrılmasından ötrü ərizə ilə müraciət etmişdir. Kolxozun 10 fevral 1995-ci il tarixli 12 nömrəli əmri ilə Lerik rayon XDS İcrayyə komitəsinin 31 iyul 1991-ci il tarixli 7 nömrəli iclas protokolunun qərarına əsasən “Məliki peşkə” adlı sahədə ayrılmış asudə həyətyanı fonddan ona 0.07 hektar həyətyanı sahə ayrılmış və torpaq sahəsi yer üzərində ara nişanları ilə nişanlanaraq daimi istifadə üçün ona təhkim edilmişdir. 2001-ci ilin əvvəlində həmin həyətyanı sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsindən ötrü Lerik Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzova ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının 04 yanvar 2001-ci il tarixli 01 saylı sərəncamı ilə həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2011-ci il tarixində sözü gedən həyətyanı sahə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsinin X12 kitabında 3018 nömrə ilə uçota alınmış və ona “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəd sahənin koordinatları və baş plan üzərində yeri göstərilməklə imzalı və möhürlü şəkildə təqdim olunmuşdur. xx.xx.1997-ci ildə Lerik rayon Aqrar İslahat Komissiyasının 37 nömrəli qərarı ilə Cəngəmiran kəndində torpaq sahələri vətəndaşlara pay torpaqları kimi bölünərkən “Məliki peşkə” adlanan sahədə ona ayrılmış həyətyanı sahənin sərhədlərindən başlanaraq pay torpaqlarının ayrılması aparılmışdır. Pay torpaqlarından çəpər qonşusu Cəngəmiran kənd sakini Rəhimov Xancan və onun ailə üzvləridir. Həmin dövrdən bu günədək hərəsi özünə məxsus olan torpaq sahəsindən istifadə etmişdir və heç vaxtı da aralarında biri-birilərinə qarşı torpaq iddiası olmamışdır.xx.xx.2024-cü il tarixində DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə Lerik rayonu Cəngəmiran kəndi ərazisində yerləşən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 nömrəli qərarı əsasında onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 1001.23 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və uyğun olaraq çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir və hüquq müəyyənedici sənədləri təqdim etmişdir. Sənədlərin qanuna müvafiqliyinin faktiki yerində yoxlanılması məqsədi ilə Lerik payon İH-nin Cəngəmiran ƏİN-si, Cəngəmiran bələdiyyəsinin sədri, ƏMDK yanında DƏDRX-in 10 saylı Əl-nin Lerik rayon şöbəsinin müdiri, ƏMDK yanında DƏDRX-in 10 saylı Əİ-nin Lerik rayon şöbəsinin qeydiyyatçısı, çəpər qonşu və onun iştirakı ilə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi (torpaq sahəsinin planı və ölçüsü) DWG məlumatlarında texniki səhf olaraq həm konfiqurasiya fərqi ilə, həm də mövcud DWJ (xəritə) baza məlumatlarına əsasən verilmiş torpaq sahəsindən bir qədər kənarda yerləşir (əvvəl koordinatları təyin edən cihazın xətası səbəbindən). Müasir texnikin vasitələrlə torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək aktlaşdırıldı. Aktda göstərilmişdir ki, həyətyanı torpaq sahəsi Torpaq sahəsinin planı və ölçüsünə əsasən qeydiyyata alınması məqsədə müvafiq hesab edilir Ona 29.10.24 tarixli 3-21-3-43/2- 3394/2024 qeydiyyat nömrəli bildiriş məktubu göndərilmişdir. Bildirişdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi bildirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-2079/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Daha sonra məhkəmənin 2-1(120)-2079/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-21-3-43/2-4156/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, hazırki iş üzrə İddiaçı Lerik rayonu Cəngəmiran kəndi ərazisində yerləşən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 nömrəli qərarı əsasında onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 1001.23 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunan hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır.Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən, habelə faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən digər bir şəxsə məxsus **********71 reyestr nömrəli çıxarışla üstüstə düşür.Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur Lerik rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə İddiaçı Lerik rayonu Cəngəmiran kəndində 1001,3 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X12 kitabında xx.xx.2011-ci il tarixdə 3018 nömrə ilə uçota alınmışdır. X13 Təchizatı və Satışı İdarəsi Lerik Elektrik Şəbəkəsi tərəfindən verilmiş 107 №-li, xx.xx.2024-cü il tarixli arayışda Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 saylı qərarı ilə Lerik rayonunun Cəngəmiran kənd ərazisində onun üçün ayrılmış həyətyanı torpaq sahəsi, yaxınlığında keçən 10 kv-luq hava xəttinin mühafizə zonasından aralı yerləşir. Lerik Elektrik şəbəkəsinin elektrik təsərrüfatına heç birr maneçiliyi yoxdur. Həmin torpaq sahəsinin Dövlət reyst xidmətində rəsmiləşdirilməsinə etirazlarının olmadığı qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazinin 3-21-3-43/2-4229/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışla Lerik rayonu Cənqəmiran kəndində yerləşən məqsədli istifadə növü əkin olan 0,8041 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 və X6, X2, X3, X4 ümumi birgə mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lerik rayon Dövlət Arxivinin 3-48-32/2-218/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Cəmirgan kənd sovxozu üzrə 12 №-li, xx.xx.1995-ci il tarixli əmri ilə Cəmirgan kənd sakini İddiaçı verdiyi ərizəyə əsasən ailəli və ayrıca təsərrüfat olmasını yaşayış evinin və həyətyanı torpaq sahəsinin olmamasını nəzərə alaraq ona yaşayış evini tikmək üçün həyətyanı sahə Lerik rayon XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 07 №-li iclas protokolunun qərarına əsasən “Məlikli Peştə “ adlı sahdə ayrılmış asudə həyətyanı sahə verilmişdir. Lerik Rayon İcra Hakimiyyəti Başçısının 01 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə Cəmirgan kənd sakini İddiaçı kəndin “Məlikli peştə” adlı sahəsində şimaldan Mirzəyev Firdovsinin həyətyanı torpaq sahəsi ilə, şərqdən yol, qalan tərəfdən ictimai torpaq sahəsi ilə həmsərhəd verilmiş 0,07 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. DƏDKR publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-198/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Lerik rayon Aqrar İslahat Komissiyasının 37 saylı xx.xx.1997-ci il tarixli tərəfindən təsdiq olunmuş Lerik rayon Cəmirgan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən müəyyən olunur ki, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha, ailə üzvünün sayı 4 (dörd), xəritədə nömrəsi 47, dövlət aktının nömrəsi 176 qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-21-3- 43/2-3394/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən, habelə faktiki yerində keçirilmiş müayinə ( çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elktron xəritə məlumatlarına əsasən digər bir şəxsə verilmiş **********71 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5626/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 10/56/26 №-li ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-ci sual üzrə DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1774/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 saylı qərarına əsasən **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 kv.m həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 1001,3 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə naura ilə və eləcə də faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi (orta hesabla 135 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. 2-ci sual üzrə Mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 saylı qərarına əsasən **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 kv.m həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt -1997-ci ildə) xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə aid olması və məqsədli istifadə növünün həyətyanı üçün olması müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 1001,23 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə və eləcə də faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi (orta hesabla 135 m məsafə fəqri ilə ) müəyyən olunmuşdur.Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müyyən olunmuşdur. Torpaq sahəsinin hazırda ( iddia edilən faktiki koordinatlarına əsasən) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı hüquqi statusunun xüsusi mülkiyyətinə, kateqoriyyasının kənd təsərrüfatı təyinatlı torpaqlara və islahat uqodiyasının əkin torpaq sahəsinə, faktiki uqodiyasının isə tikinti altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. 3-cü sual üzrə mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 saylı qərarına əsasən **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 kv.m həyətyanı torpaq sahəsinin to faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur. Belə ki, sözügedən 1001,23 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə və eləcə də faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi ( orta hesabla 135 m məsafə fəqri ilə) müəyyən olunmuşdur. 4-cü sual üzrə mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 saylı qərarına əsasən **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə və eləcə də faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi ( orta hesabla 135 m məsafə fəqri ilə) müyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur.İddia edilən torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsinin üzərində faktiki vəziyyətdə iddiaçıya məxsus iki fərdi yaşayış evlərinin ( fərdi yaşayış evlərinin biri yarımçıq tikili olmaqla) mövcud olması müəyyən olunmuşdur. 5-ci sual üzrə mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 saylı qərarına əsasən **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş **********0036 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə və eləcə də faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin ilə üst-üstə düşməməsi ( orta hesabla 135 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0023 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən X6 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilmiş 0,8041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu
1. İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.
Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
1.Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. 4.Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
5. Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
13. Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdi rilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X12nın tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı hüquqi marağı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı il tarixli 37 saylı qərarı ilə ona ayrılmış Lerik rayonu Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: 1) mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən digər bir şəxsə verilmiş **********71 reyestr nömrəli çıxarışla üstüstə düşür. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi hala münasibətdə qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5626/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 10/56/26 №-li ekspert rəyinin nəticə hissəsində DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1774/2025 saylı mütəxəssis rəyinə əsasən (qərardadın 4-cü sualı üzrə) iddia edilən torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0023 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən X6 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilmiş 0,8041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Üçüncü şəxs X5 ( ailə üzvləri X8 və digərləri) xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddiasından məlumatlıdır, 1997-ci ildə torpaq islahatı ilə əlaqədar torpaq sahələri pay torpaqları kimi bölünərkən yaradılmış dövlət komissiyasının üzvləri tərəfindən ailə üzvlərinə “Məlikli peşə” adlanan sahədə İddiaçı həyətyanı sahəsinin çəpərindən başlayaraq boş ərazidən torpaq sahəsi ölçülərək təhkim olunmuşdur. O dövrdən hazırkı vaxtadək hərkəs özünə məxsus torpaq sahəsindən istifadə edir və İddiaçı ilə aralarında mehriban qonşuluq münasibətləri olmaqla heç vaxt narazılıq olmamışdır. Beləliklə Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən 1001,23 ha torpaq sahəsi Lerik rayon Aqrar İslaha Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı əsasənda əsasında iddiaçının mülkiyyətinə verilmişdir və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi iş materiallarında olan torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı (qərara əsasən tərtib olunmuş vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair cədvəl) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Eyni zamanda kadastr baza məlumatlarında torpaq sahəsinin kordinatları üst-üstə düşsə də, naturada torpaq sahəsinin üst-üstə düşmədiyini üçüncü şəxs ərizəsi ilə təsdiq etmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsi üzərinə fərdi yaşayış evi inşa etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının mülkiyyətində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, 1997-ci ildə torpaq sahəsinin mülkiyyətə verilməsinin qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin üst-üstə düşməsi barədə cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1. -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 37 nömrəli qərarı əsasında ayrılmış Lerik rayonu, Cəngəmiran kəndi ərazisində yerləşən, faktiki istifadəsində olan 1001,23 kv.m ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək onun yəni İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva