Məhkəmə qərarları › İş №2-1(120)-2081/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2081/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2081/2025 13.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X15, X29, X5, X41 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN 1154F kod 80800001 nömrəli şəhadətnamənin ləğv edilməsi və yeni şəhadətnamə və ya çıxarışın verilməsi, həmçinin şəhadətnamədə adları göstərilənlər Həsənova Günel (Günay) Dilavər qızının, X23, X3, X37 adlarının çıxarılması, eləcə də onun, oğlu X24, X18, X19, X6 adlarının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X15, X29, X5, X41 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN 1154F kod 80800001 nömrəli şəhadətnamənin ləğv edilməsi və yeni şəhadətnamə və ya çıxarışın verilməsi, həmçinin şəhadətnamədə adları göstərilənlər Həsənova Günel (Günay) Dilavər qızının, X23, X3, X37 adlarının çıxarılması, eləcə də onun, oğlu X24, X18, X19, X6 adlarının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ildə Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi ev-3-də yaşayan X20 ərə getmiş, rəsmi nikahı və həmin evdə 4 uşağı olmuşdur. Həmin evin qeydiyyatına düşmüş, 35 ildir ki, evin qeydiyyatındadır. Ev qayınatası X7 adına olmuş, o, 1994-cü ildə vəfat etmiş, qayınanası X38 evi əri Habil Ağayevə vəsiyyətnamə ilə vermiş, əri 2012-ci ildə vəfat etmiş, 2014-cü ildə isə qayınanası Səfurə də vəfat etmişdir. Evdə o, 4 uşağı ilə birgə yaşamışlar. Lakin bir ildir baldızları X8, X9, uzun illər həbsxanada olan X42 evinə soxularaq onun evdən çıxmağını tələb ediblər. Bildirdilər ki, onlar o evi notariat qaydasında öz adlarına sənədləşdirmişlər. Onlar mərhum qayınanası Səfurə İmanovanın qocalığından, savadsızlığından, xəstəliyindən istifadə edib notariat qaydasında saxta sənədlər düzəldərək 35 il yaşadığı evdən onu 4 uşağı ilə birlikdə çıxarmışlar. Halbuki qayınanasının sağlığında ona o, baxmış, onlar isə nadir hallarda qayınanasını yoxlamağa gəlirdilər, gələndə də onunla kobud rəftar edib qoca arvadla dalaşıb gedərdilər. Baldızının əri Sakit və digər qohum əqrəbaları evə doluşublar, əmlakını məhv ediblər. Sonra onlar qayınanası Səfurənin qocalığından və xəstəliyindən istifadə edərək gizli şəkildə Səfurənin adına hazırda mübahisələndirdiyi Şəhadətnaməni əldə etmişlər, həmin X1, X10, X3, X23 adlarını salmışlar. Halbuki həmin dövrdə o, əri X30, oğlu X43. X39, X40, X21 və qaynanası X38 həmin evin qeydiyyatında olmuşlar və Şəhadətnamədə göstərilən torpaq sahəsindən istifadə etmişlər. Baxmayaraq ki, Biləsuvar rayon məhkəməsinin 05 may 2016-cı il tarixli 2(022)-711/216 nömrəli qətnaməsinə əsasən onun və övladlarının mübahisəli ev olan ünvan 1 ünvanına köçürülməkləri qət edilmişdir. Həmin qətnamədən qarşı tərəflər şikayətlər vermiş və onların evə köçürülməyi barədə Biləsuvar rayon məhkəməsinin qətnaməsi qanuni hesab edilmişdir. Bundan sonra Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-65/2023 nömrəli qətnaməsinə əsasən onları evlərinə buraxmayan X4, X11 (torpaq şəhadətnaməsində Günel kimi yazılmışdır) adına olan DƏDRX-dən qanunsuz əldə etdikləri qeydiyyat və çıxarışlar etibarsız hesab edilmişdir, hətta qətnamənin bu hissəsi icra olunmuşdur. Həmçinin həmin qətnamədə X4 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən X37 (torpaq şəhadətnaməsində belə bir adamın adı. soyadı və ata adı yoxdur) adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, o cümlədən yenə də X44 verilmiş çıxarış da etibarsız hesab edilmişdir. Həmin qətnamədən yalnız X50 tərəfindən apellyasiya şikayəti verilsə də şikayət Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-780/2023 nömrəli qətnaməsi ilə rədd edilmiş və əvvəlki qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətanmədən heç bir şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Hal hazırda X31 da həyatdan köçmüşdür. Göründüyü kimi Torpağın mülkiyyətə verilməsinə dair JN1154F kod 80800001 nömrəli şəhadətnamədəki adları göstərilən şəxslərdən ikisi (Səfurə və Yusif) vəfat etmiş, digərlərinin əldə etdikləri sənədlər məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, həmçinin onun, ərinin və 4 övladının adları qeyd edilmədiyindən həmin şəhadətnamə adi kağız parçasından başqa bir şey deyildir, rəsmi sənəd hesab edilə bilməz və ləğv olunmalıdır. O, bu barədə dəfələrlə DƏDRX 8 saylı Ərazi İdarəsinə müraciət etmiş, hər dəfə onlar yanlış məlumat vermişlər, lakin ona məlum olmayan səbəblərdən müxtəlif bəhanələr edərək rəsmi cavab vermirlər, bu səbəbdən də məhz həmin İdarənin özünə qarşı məhkəmədə iddia qaldırır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı və digər cavabdehlər iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X32 iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfi dinləəyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Qanunun: 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Qanunun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarında olan JN-1154F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dair Şəhadətnamənin surətindən müəyyən olunur ki, Biləsuvar rayonu, Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı Qərarı ilə X38 və onun ailə üzvləri X31, X25, X12 və X29 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamənin verilməsinə əsas Biləsuvar rayonu, Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı Qərarı olumuşdur. Məhkəmə müəyyən edir ki, iddiaçı və digər mülkiyyəçilər arasında həmin daşınmaz əmlakla bağlı mülki mübahisə mövcud olmuşdur və qanuni qüvvəsini almış məhkəmə qərarı qəbul edilərək məsələ həllini tapmışdır. Belə ki, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(022)-162/2015 nömrəli qətnaməsindən görünür ki, 23 noyabr 2014-cü il tarixdə vəfat etmiş X22 miras əmlakı olan ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin beşdə üç hissəsi, yəni 0,132 hektar torpaq sahəsi və oradakı evə münasibətdə X4 mirasın qəbul edilməsi faktı müəyyən edilməklə mülkiyyət hüququ tanınmış, həmin həyətyanı torpaq sahəsinin beşdə iki hissəsi, yəni 0,088 hektarı X10 uşağı Camalla birlikdə payı hesab edilmiş və tərəflərin JN-1154F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə ümumi mülkiyyət hüququna xitam verilmişdir və həmin qətnamə icra edilərək müvafiq çıxarışlar verilmişdir. Biləsuvar rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X12, İddiaçı, X43, X39, X40 və X2 Tofik Ağa oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında əldə edilmiş bütün hüquqi sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə X37 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə X11 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X17 miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və 109.6 kvadrat metr sahəsi olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,132 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi və X22 mirasının iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)-65/2023 saylı qətnaməsi ilə X3, İddiaçı, X24, X18, X19 və X13 iddiası təmin edilərərk, X12, İddiaçı, X43, X39, X40 və X26 tərəfindən X22 mirasının qəbul edilməsi faktı müəyyən edilmiş, ünvan 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, ünvan 3 ünvanında yerləşən 0.088 hektar torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında X11 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 08 fevral 2018-ci il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X11 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, X4 miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən X37 adına verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, ünvan 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında X37 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 03 may 2019-cu il tarixli, ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X37 adına verilmiş çıxarış etibarsız hesab edilmiş, X3 X17 miras qalmış ünvan 4 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X22 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən X27 düşən hissədə məcburi payı 1/6 (altıda bir) hissədə müəyyən edilmiş, İddiaçı, X24, X18, X19 və X13 hər birinin X17 miras qalmış ünvan 4 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən X22 birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən X27 düşən hissədə məcburi payı 1/30 (otuzda bir) hissədə müəyyən edilmişdir. Cavabdeh X51 tərəfindən Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)-65/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(106)-780/2023 saylı qətnaməsi ilə cavabdeh X51 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)-65/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)-65/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. 27 mart 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)-65/2023 saylı qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin rəisi Adil Həbiyevin ərizəsi məhkəməyə daxil olmuşdur. Biləsuvar rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 8(022)-66/2024 saylı qərardadı ilə Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 8(022)-65/2023 saylı qətnaməsinə “Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(022)- 65/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş ünvan 3 ünvanında yerləşən 0.088 hektar torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında X11 adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 08 fevral 2018-ci il tarixli, ********** nömrəli qeydiyyatın və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X11 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi həmin sənəd əsasında verilmiş digər hüquqmüəyyənedici sənəd olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə X11 adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da etibarsız hesab edilməsini ehtiva edir.” məzmununda izah verilmişdir. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçı ilk öncə Dövlət Aktına dəyişiklik edilməsi və onun və övladlarının adının mülkiyyətçilər sırasına əlavə olunması üçün həmin aktın verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan və Dövlət Aktından məlumatı olmuşdur. Belə ki, dövlət aktının tərtib edilməsinə əsas Biləsuvar rayonu, Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı Qərarı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1997-ci ildən indiyədək həmin qərardan və qərar əsasında tərtib edilmiş dövlət aktından məlumatsız olmağı ağlabatan hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlər də düzgün müəyyən olunmamışdır. Belə ki, inzibati icraat qaydasında baxılan işlərdə ən azı tərəflərdən biri inzibati orqan olmalıdır. İddiaçı isə fiziki şəxslərə qarşı iddia qaldırmışdır ki, bu da iddianın mümkünsüzlüyünə əsas olan hal hesab edilir. Bundan əlavə iddiaçı tələbində X37 dövlət aktından adının çıxarılmasını da xahiş etsə də, həmin şəxsin adı mülkiyyətçilər sırasında dövlət aktında göstərilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X15, X29, X5, X41 qarşı Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 nömrəli qərarı və həmin qərar əsasında tərtib edilən JN-1154F saylı, kod:80800001 nömrəli dövlət aktından məlumatlı olmuşdur. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ilə iddiaçı Hə.imova Xatirə Gülverdi qızına yardım edilərək qanunvericiliyin mümkünlük şərtləri ilə bağlı tələbləri, dövlət aktının tərtib olunmasına əsas olmuş komissiyanın müvafiq qərarının mübahisələndirilməsi və qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X15, X29, X5, X41 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN 1154F kod 80800001 nömrəli şəhadətnamənin ləğv edilməsi və yeni şəhadətnamə və ya çıxarışın verilməsi, həmçinin şəhadətnamədə adları göstərilənlər Həsənova Günel (Günay) Dilavər qızının, X23, X3, X37 adlarının çıxarılması, eləcə də onun, oğlu X24, X18, X19, X6 adlarının yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar