Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2083/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara rayon Şahağacı kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş doğum haqqında xx.xx.1991-ci il tarixli 139 saylı akt qeydində yazılmış “Vəfa” adının dəyişdirilb “Xanımcan” yazılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun şəxsiyyət vəsiqəsində soyadı Kazımova, adı Xanımcan, ata adı isə Seyran qeyd olunmuşdur. Soyadı Həsənova olmuşdur. Nikahdan sonra ərinin soyadı Kazımov olduğu üçün onun soyadını qəbul etmişdir. Adı Xanımcan olmasına baxmayaraq Astara rayon Şahağacı kənd ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 139 saylı akt qeydində adı səhvən “Vəfa” yazılmışdır. Valideyinləri bu hala diqqət etməmişdir. Sənədlərinə baxarkən ona məlum olmuşdur ki, adı doğum haqqında akt qeydində səhvən “Vəfa” yazılmışdır. Doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətini təmin etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın etirazı Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-16-5/8-533/2024 saylı, xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Astara rayon Şahağacı ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1991-ci il tarixli 139 saylı akt qeydində onun adı “Vəfa” yazılmışdır. Şəxsiyyətini təsdiq edən sənəddə adı “Xanımcan” qeyd edilmişdir. Qeydiyyat şöbəsinin arxivində İddiaçı adının “Vəfa”dan “Xanımcana” nə vaxt və hansı əsaslara görə dəyişdirilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. X5 doğum haqqında akt qeydində adının dəyişdirilməsi üçün heç bir əsas olmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas Müdaəlara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyata düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; AZE seriyalı 16009117 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1965-ci ildə Astara rayonu, Şahağacı kəndində doğulmuşdur. Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır. AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci ildə doğulmuşdur. Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AN-İİ 509424 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X11 arasında xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin 10 ayının 17-ci günündə 816 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. AZ-İİİ 423828 №-li, AZ-İV 805894 №-li, AZ-V 012829 №-li doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X3 X19, X4 doğum haqqında şəhadətnamələrində ana qrafasında İddiaçı qeyd olunmuşdur. Cavabdeh tərəfindən 3-16-5/8-1759/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Astara rayonu Şahağac kəndində doğulmuşdur. Bu barədə xx.xx.1991-ci il tarixdə Astara rayon Şahağac ərazi nümayəndəliyində 139 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qismində X7, anası qismində X6 qeyd olunmuşdur. Astara Rayon İcra Hakimiyyəti Başçısının X33 Ərazi Dairəsi üzrə Nümayəndəliyin: 597 №-li xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Kazımova (Həsənova) X2 icra nümayəndəliyində qeydiyyatdadır. 599 №-li, xx.xx.2024-cü il tarixli Şahağac kənd icra nümayəndəliyin 08 nömrəli təsərrüfatbaşı kitabın 755 səhifəsinə əsasən İddiaçı qeydiyyatdadır.Şahağac kənd icra nümayəndəliyində X24 adlı şəxs qeydiyyatda yoxdur və olmamışdır. 610 №-li, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı və texniki səhv nəticəsində doğum aktında qeyd olunan X24 ilə eyni şəxsdir. Şahağac kənd icra nümayəndəliyin qeydiyyatında X24 adlı şəxs olmamışdır. Məhkəmənin müvfiq sorğularına əsasən verilmiş: Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-36750/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsin əsas olmuş sənədin Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 509424 №-li nikah haqqında şəhadətnamənin və AZE seriyalı 15364868 №-li şəxsiyyət vəsiqəsinin olduğu müəyyən edilmişdir. Astara rayon Qeydiyyat şöbsinin 3-16-5/8-533/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş doğum haqqında xx.xx.1991-ci il tarixli 139 №-li akt qeydinin surətindən müəyyən olunur ki, uşaq haqqında məlumat qrafasında uşağın adı “Vəfa”, ata adı Seyran, soyadı Həsənova qeyd olunmuşdur. Dövlət Sərhəd Xidmətinin 3-38-33/2-4858/24 saylı, xx.xx.2024-cu il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü Kazımova (Həsənova) Xanımcan Seyran qızının sonuncu dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2020-ci il tarixdə çıxış etdiyi ölkə İran, xx.xx.2020-ci il tarixdə giriş etdiyi ölkə İran qeyd olunmuşdur. Ədliyyə Nazirliyinin Vətəndaşlıq X8 3-16-5/4-13-13461/2024 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri X7 ilə X6 olan xx.xx.1991-ci il təvəllüdlü Xanımcan deyil, Vəfa Həsənovanın, xx.xx.1988-ci il təvəllüdlü Vüsal Həsənovun, xx.xx.1993-cü il təvəllüdlü Aytən Həsənovanın və xx.xx.1998ci il təvəllüdlü Vüsal Həsənovun, xx.xx.1993-cü il təvəllüdlü Aytən Həsənovanın və xx.xx.1998-ci il təvəllüdlü Aytac Həsənovanın doğumunun Astara rayonunun Şahağacı icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Həsənova (Kazımova) Xanımcan Seyran qızı xx.xx.2022-ci ildə X16 ilə Ağcabədi regional “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Nur Kazımovanın və xx.xx.2024-cü il təvəllüdlü Xaliqverdi Kazımovun doğumu da həmin qeydiyyat şöbəsində qeydə alınmışdır. Araşdırma zamanı anası X11 olan xx.xx.2014-cü il təvəllüdlü Bəhruz Həsənzadənin doğumunun nikahda olmayan ananın ərizəsi əsasında xx.xx.2015-ci ildə Cavabdehndə qeydə alındığı müəyyən edilmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının X33 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin: 202 №-li, xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.1991-ci il təvəllüdlü Kazımova ( Həsənova) X2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. Ailə tərkibi- oğlu-X9-xx.xx.2014 (himayədə); qızı- X30-xx.xx.2022 (himayədə); oğlu-X12-xx.xx.2024 (himayədə). 202 №-li, xx.xx.2025-ci il tarixli arayışda X33 ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında X24 adlı şəxs qeydiyyatda olmamışdır və yaşamır. 203 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1965-ci il təvəllüdlü X1 rayon X33 ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. 5 (beş) uşaq anasıdır. Ailə tərkibi-əri X7, oğlu- X25, qızı- X14, qızı- Kazımova ( Həsənova) Xanımcan Seyran qızı, qızı X20, qızı- X21. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-5/8-1759-2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Astara rayon Şahağacı ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1991-ci il tarixli 139 saylı akt qeydində adı “Vəfa”yazılmışdır. Qeydiyyat şöbəsinin arxivində, eləcə də doğum haqqında akt qeydinin üzərində adının nə vaxt və hansı əsaslara görə dəyişdirilməsi haqqında heç bir məlumat və xüsusi qeyd aşkar edilməmişdir. Doğum haqqında akt qeydindəki adına düzəliş edilməsi üçün heç bir əsas olmadığından ərizəsini təmin etmək mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyat məhkəmə qətnaməsi əsasında aparılır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.eqanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya aid nikah haqqında haqqında şəhdatnamədə və şəxsiyyət vəsiqəsində (AA seriyalı 4248431) “ad qrafasında” İddiaçı qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus “Doğum haqqında akt qeydləri kitabı”nda 1991-cı ilin 8-ci ayının 5-cü günündə 139 №-ilə qeyd edilmiş akt qeydində dəyişiklik (düzəliş) edilərək, xx.xx.1991-ci il tarixdə doğulmuş şəxsin adının “Vəfa”dan “Xanımcan”a düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-2083/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2083/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver