Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2084/2024 24.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Maraqlı şəxs qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qızının qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qızının qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ilə mərhum nənəsi X3 qalmışdır. Həmin zaman nənəsi X5 məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Hətta Lənkəran dövlət Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tiklilər nənəsi X4 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə etmişdir. Həmin mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətində və istifadəsində olmuşdur. Əlində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin olmasına baxmayaraq mülkiyyətindəki evin və sahənin əks istiqamətində nənəsi ilə qonşu olmuş və yaşamış X16, vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan Maraqlı şəxs qızı sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu, vətəndaş X1 baxmayaraq bu barədə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarının olmasına və Lənkəran şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li protokolundan çıxarışın olmasına baxmayaraq, torpaq sahəsini 0,03 ha hissədə satmasını gizli saxlamaqla qanunsuzluqlara yol verərək yalan məlumatlar verməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən R.X.Rzayevanın adına RX ******* saylı çıxarışı və ona uyğun çəkilmiş plan sxemi, R .X. Rzayevanın ölümündən sonra xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq sonradan 19 aprel 2013-cü ildə qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən adına 0,06 ha satdığı sahəni azaldılmadan düzgün olmayan məlumatlar daxil etməklə, qanunsuzluq və saxtakarlıq edərək satdıqları mübahisəli hissəni azaltmadan 0,03 ha satılmış sahə əvvəlki qaydada saxlanılmaqla adına çıxarış verilmiş və sxem çəkilmişdir. Maraqlı şəxs qızı mərhum nənəsi X8 qanunsuz hərəkətləri nəticəsində nənəsinin adına aldığı RX ******* saylı çıxarışın və ona uyğun çəkilmiş plan sxem əsasında xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, nənəsinin 12 may 1987-ci ildə satmış olduğu 0,03 ha sahəni azatmadan və bu barədə sənədlərində düzəlişlər aparılması ilə bağlı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətini xəbərdar etmədən tam sahə göstərilməklə adına çıxarış alaraq əsassız yollarla varlanaraq, qanunsuz yollarla artıq sahə əks olunmuş sənədi əldə etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran Filialında saxlanılan arxiv məlumatlarına əsasən Maraqlı şəxs qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X2 şəhər X19 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv.m toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğlu, vətəndaş X6 vermiş və orada fərdi ev tikmək üçün onun adına keçirmişdir. X16 və dayısı oğlu X9 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 1 X27 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X21 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maraqlı şəxs üçün maneələr yarandığından öz aralarında ailə daxili mübahisələri olmuşdur. Hazırda mərhumə X8 nəvəsi Maraqlı şəxs mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv.m toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarı və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin verdiyi və hazırda saxlanılan arxiv məlumatlarında saxlanılmasına baxmayaraq satmış olduqları ərazini azaltmadan 0,06 ha sahə göstərilməklə nənəsi R.X.Rzayevanın adına verilmiş RX ******* saylı çıxarışın və plan sxemin, öldükdən sonra isə nəvəsi Maraqlı şəxs 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla 19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına nənəsinin satdığı 0,03 ha hissəsini azaltmadan tam 0,06 ha sahəni saxlamaqla Maraqlı şəxs öz adma RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Maraqlı şəxs qızının nənəsi X16 öldükdən sonra isə 2013-cü ildə özü sənədlərə düzgün olmayan məlumatları daxil etməklə, çıxarışdakı və plan sxemdəki həmin ərazinin sahəsi 0,03 ha azaltmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərməklə cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinin qərarının icra olunmasında qəsdən maraqlı olmamış, arxiv məlumatlarında saxlanılan satdıqları ərazini azaltmadan həmin sahəni tam olaraq 0,06 ha sahə göstərilməklə qanunsuz olaraq həm R.X.Rzayeva özünün çıxarışında, həm də öldükdən sonra nəvəsi olan Maraqlı şəxs xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla sonradan 19 aprel 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adma qanunsuz olaraq sahəni 0,03 ha hissədə azaltmadan RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X16 öz ərizəsində özünə məxsus ərazisini artıq göstərsə də Lənkəran şəhər X19 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevamn müraciəti ilə 300 kv.m toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X13 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv.m torpaq sahəsinin qaldığını göstərmiş və möhürü ilə təsdiq etmişdir. Lakin Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və qüvvədə olan qərarı ilə mərhum R.X.Rzayevaya RX ******* saylı çıxarış və plan sxemi verilmiş, ölümündən sonra isə Maraqlı şəxs 0,03 ha ərazini azaltmadan 0,06 ha tam sahə göstərilməklə nənəsinin satdığı 0,03 ha hissəni tam göstərməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən RX seriyalı ******* saylı adma 0,06 ha sahəyə çıxarış almışdır. Cavabdeh uzun sürən süründürməçilikdən sonra bu kimi qanunsuz hərəkətlərindən göndərdiyi sorğulara 2022-ci ilin dekabr ayında cavablar verdikdən sonra bu sənədləşmələrdən məlumatlı olmuşdur. Bütün bu qanunsuzluqları aradan qaldırmaq üçün Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. X17 Lənkəran filialında saxlanılan maraqlı şəxsin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissəni azaltmadan mərhum R.X.Rzayevaya maraqlı şəxs tərəfindən RX ******* saylı verilmiş çıxarışın və plan sxemin 0,03 ha hissədə, mərhumənin ölümündən sonra qanunsuz olaraq artıq sahə göstərilməklə Maraqlı şəxs qızma nənəsinin satdığı sahə tam 0,06 ha göstərilmiş həmin sahə 0,03 ha hissədə məcburi azaldılmalıdır. Ona görə də pozulmuş mülkiyyət və prosessual hüquqlarının qorunması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, maraqlı şəxsin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissə azaltmadan mərhum R.X.Rzayevaya qanunsuz olaraq artıq sahə göstərilməklə sonradan nəvəsi Maraqlı şəxs qızına nənəsinin satdığı sahə azaldılmadan tam 0,06 ha göstərilmiş həmin sahə 0,03 ha hissədə məcburi azaldılmalıdır. Cavabdehlərin qanunsuz hərəkətlərini görüb, vəkilə müraciət edərək arxiv sənədlərini əldə edib, öz hüquqlarımı müdafiə etməyə başlamışam. Ona görə də mən öz pozulmuş konstitusion və prosessual hüquqlarını müdafiə etmək üçün cavabdehə qarşı üzərinə öhdəlik qoyulması ilə bağlı tələb ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 15 nömrəli iclas Protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qızının qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə iddia tələbinə dair işlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin münasibəti: Bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətim keçdiyi üçün tərəfimizdən Arxiv İdarəsinin Lənkəran Filialına müraciət olunmuş və filialda “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 15 nömrəli iclas Protokolundan çıxarışında 207 nömrəli “Vətəndaşların birindən digərinə torpaq sahəsinin ayrılması, yeni evlərin tikintisi, köhnə evlərin sökülməsi barədə qərar aşkarlanmışdır. Qərarın icrası və mülkiyyətinə alınması barədə dövlət qeydiyyatı ilə bağlı heç bir sənəd aşkarlanmamışdır. Bu səbəbdən tərəfimizdən iddia ilə bağlı münasibətin bildirilməsi imkan xaricindədir. Lənkəran Şəhər İcra Hakimiyyəti məsələni məhkəmənin mühakiməsinə verərək, qanunamüvafiq baxılmasına etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs qızı iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X10 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87,2 kv.m yaşayış, 248,0 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Maraqlı şəxs qızına Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsi, ev 9-da 0.038 ha yaşayış məntəqələrinin torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Dövlət X7 xx.xx.2023-cü il tarixli, 9-48-DA- 7F/1-251-1/2023 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran Şəhər X19 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolundan çıxarışında Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X11 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən X12 fərdi yaşayış evi tikintisindən ötrü 300 kvm torpaq sahəsi ayrılsın və sahənin planı təsdiq edilsin. Ş.Rustavelli küçəsində X13 ayrılmış 300 kvm torpaq sahəsində yaşayış sahəsi 61,6 kvm olan bir mərtəbəli 4 otaqlı yaşayış evin layihəsi təsdiq edilsin və ona həmin layihə üzrə ev tikməyə icazə verilsin. Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X11 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən 300 kvm azaldılsın və 300 kvm saxlanılsın. İİ. Şəhər XDS icraiyyə komitəsinin memarlıq şöbəsinə tapşırılsın ki, fərdi evlərin layihə və qərara uyğun tikilməsinə nəzarət etsin. Şəhər kommunal təsərrüfatı şöbəsinə tapşırılsın ki, vətəndaşların ev sənədlərində həmin qərara uyğun dəyişikliklər aparsın və bu barədə şəhər maliyyə şöbəsinə məlumat versin. İş materialında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-2-8/2-1554/2023 nömrəli məktubundan görünür ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. İddiaçı tərəfindən son 5 il ərzində cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmadığından məsələ ilə bağlı inzibati icraat aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Odur ki, iş üzrə iddiaçının qeyd edilən iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. İddiaçı tərəfindən son 5 il ərzində cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmadığından məsələ ilə bağlı inzibati icraat aparılmamışdır. İddiaçı üçüncü şəxs Maraqlı şəxs qızı barəsində tərtib edilən sənədlərin onun hansı hüquqlarını pozduğunu əaslandıra bilmir. Eləcə də, tərtib edilən sənədlərdə iddiaçıya xələl gətirə bilən bir icraatda aparılmadığı müəyyən edilir. Tərəflər arasında gedən uzun məhkəmə prosesləri olmuşdur ki, həmin icraatların nəticəsində İddiaçı iddiaları təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə həmçinin iş üzrə iddiaçının hüquqi marağının müəyyən edilməsi məqsədilə məhkəmə iclaslarında hüquqi yardım üzrə müzakirələr aparmış və nəticə olaraq iddiaçının marağının Maraqlı şəxs qızının ünvanına gedən yolun onun ərazisindən keçməsi ilə bağlı olduğunu və bu halın onun hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etdiyini müəyyən etmişdir. Həmçinin iş materiallarına üçüncü şəxs Maraqlı şəxs qızı tərəfindən təqdim edilən qüvvəsini alan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-120/2024 saylı qərarıda əlavə edilmişdir ki, həmin qərara nəzər yetirilən zaman İddiaçı hal-hazırki iddia üzrə mübahisələndirdiyi torpaq sahəsi üzrə şəhadətnamənin, çıxarışın və plan-ölçü sənədinin qismən ləğvi üzrə iddia tələbi əsassız və subyektiv hüququnun olmaması səbəbindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağının həlli inzibati məhkəmə müstəvisində öz həllini tapan mübahisə deyil və qeyd edilən torpaq sahəsi ilə bağlı subyektiv hüququ olmadığından, eləcə də üçüncü şəxsə məxsus sənədlərdə qanun pozuntusu aşkar edilmədiyindən iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə də ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 04 dekabr 2023-cü il tarixli, 2-1(120)-5001/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-2084/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X19 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qızının qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2084/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2084/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver