Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2086/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Qarabağ veteranı adı və vəsiqənin verilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə Qazı Məmməd şəhəridə (Hacıqabul rayonun) anadan olmuş, 1976-ci il tarixdə 8-ci sinifi bitirdikdən sonra Əli Bayramlı şəhəri (Şirvan şəhəri) 28 nömrəli peşə məktəbini bitirmiş, 1977-ci il tarixdən 1980-ci il tarixədək Əli Bayramlı şəhərinin İstilik elektrik stansiyasında elektrik qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdə Əlibayramlı şəhəri Hərbi komissarlıqı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmətini əsgər kimi X4 yerləşən N nömrəli hərbi hissədə başlamış, N ay xidmət etdikdən sonra Almaniyada yerləşən 341 nömrəli gizirlər məktəbinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə gizirlər məktəbini bitirib Almaniyada yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsinə təyin olunmuş, xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kalinqirad şəhəri Baqration rayonunda yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində xidmət etmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Hacıqabul rayonunda yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək X5 qəsəbisində yerləşən N nömrəli hərbi hissəsində anbar rəisi vəzifəsində xidmət etmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu il tarixədək N nömrəli hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək N nömrəli hərbi hissədə bölüyün baş çavuş vəzifəsində xidmət etmiş, xx.xx.2001-ci il tarixdə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqı) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. xx.xx.1993-cu il tarixdən xx.xx.1993-cu il tarixədək döyüş bölgəsində yerləşən Cəbrayıl rayonu Göyərçinveysəlli kəndində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş, döyüş tapşırığını yerinə yetirmək üçün əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cu il tarixli 253 nömrəli əmri, xx.xx.1994-cu il tarixdən xx.xx.1994-ci il tarixədək Ağdam rayonun Zəngişalı kəndinə yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırığını yerinə etirmək üçün ezam olunmuş, əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cu il tarixli 34 nömrəli əmri xx.xx.1994-ci il tarixli əmri, xx.xx.1994-ci il tarixdən xx.xx.1994-ci il tarixədək Ağdam rayonun Zəngişalı kəndinə yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuş, əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-ci il tarixli 91 nömrəli əmri, bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Komissiyanın imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən və ezamiyyəti döyüş tapşırığı ilə bağlı olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, dövüs əməliyyatları aparan hərbi hissələrə və va orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsus Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Hacıqabul rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan İddiaçı məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü illərdə N nömrəli hərbi hissədə, xx.xx.1994-xx.xx.2001-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-1682 nömrəli arxiv arayışının surətindən görünür ki, Nəzərov X6 Nazirinin xx.xx.1992-ci il tarixli 0533 əmrinə əsasən, gizir İddiaçı rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrində gizir «М.А.Назаров»ип 30 (otuz) gün müddətinə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ezamiyyətə göndərilərək xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 34 №-li əmrində rabitə əlaqəsini təmin etmək üçün gizir «Назаров M.A» oğlunun 30 (otuz) gün müddətinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində rabitə əlaqəsinin təmin etmək üçün gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 124 №-li əmrində gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissədə naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 201 №-li əmrilə işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı Əsgər oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 114 №-İi əmrilə xx.xx.1994-cü il tarixdən il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandaninin xx.xx.2001-ci il tarixli 016/gm saylı əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-İi hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/3-5271 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1682 nömrəli arayışına əsasən xidmət keçdiyiniz dövrdə N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və ezamiyyətlərinin döyüş tapşırığını yerinə yetirməklə bağlı olması qeyd edilmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 594 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli müvafiq əmrinə əsasən, “rabitə taborunun telefon bölüyünün starşinası” vəzifəsinə təyin olunduğu üçün gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. 502-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrində gizir «M.A.Ha3apoB»-un 30 (otuz) gün müddətinə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 502-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 272 №-li əmrində xx.xx.1993-cü il tarixdə fərarilikdən qayıtmış, Kosmik rabitə bölüyünün sıravisi İddiaçı xx.xx.1993-cü il tarixdə qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 34 №-li əmrində rabitə əlaqəsini təmin etmək üçün gizir «Назаров Мехти А.» oğlunun 30 (otuz) gün müddətinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 61 №-li əmrində gizir İddiaçı xx.xx.1994-cü il tarixdə döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən gəlmiş hesab edilərək, xidməti vəzifəsinə başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində gizir «М.А.Назаров»ип xx.xx.1994-cü il tarixdə Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində rabitə əlaqəsinin təmin etmək üçün gizir «М.А.Назаров»-ип Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 11,05.1994-cü il tarixli 124 №-li əmrində gizir «М.А.Назаров»-ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 161 №-li əmrində gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrində rabitə əlaqəsini təmin etmək üçün gizir «М.А.Назаров»-ип Ağdam rayonuna xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 188 №-li əmrində gizir «М.А.Назаров»-ип xx.xx.1994-cü il tarixdən Ağdam rayonundan ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissədə “naqil xətti bölüyünün starşinası“ vəzifəsinə təyin olunduğu üçün 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 201 №-li əmrilə xx.xx.1994-cü il tarixdən işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 114 №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət keçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsininin “A” bəndinə uyğun olaraq (xidmət müddəti başa çatdığı üçün), HHMQ və HHQ Komandanının xx.xx.2001-ci il tarixli müvafiq əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından silinməklə N №-li hərbi hissənin bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-2/2-N-109xx-xx/2024 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, təqdim edilmiş sənədlərdə döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissə (bölmə) və orqanlara döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə ezamiyyətə göndərilməsinə dair məlumatlar aşkar olunmadığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü istefada olan gizir İddiaçı keçmiş Sovet Ordusunda xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək gizir qismində, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir qismində hərbi xidmət keçmişdir. HHMQ və HHQ komandanının xx.xx.2001-ci il tarixli, 016/gm №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığı üçün) müvafiq olaraq, xx.xx.2001-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/3-5271 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1682 nömrəli arayışına əsasən xidmət keçdiyiniz dövrdə N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və ezamiyyətlərinin döyüş tapşırığını yerinə yetirməklə bağlı olması qeyd edilmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 0533 əmrinə əsasən, gizir İddiaçı rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində rabitə əlaqəsinin təmin etmək üçün Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 124 №-li əmrində Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissədə naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 201 №-li əmrilə işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı Əsgər oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 114 №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır. “Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandirinin xx.xx.2001ci il tarixli 016/gm saylı əmrinə əsasən, 2ci radio-rele bölüyünün baş çavuşu, gizir X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Ağdam rayonu ərazisində döyüşlər həyata keçirilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində, nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmaması qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-xx-xx/2501/2024 nömrəli məktubundan, N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 1236 saylı arayışından, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1682 nömrəli arxiv arayışından və digər sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bir sözlə iş materiallarına əlavə edilən sənəd və sübutlara əsasən yuxarıda qeyd edilən hallar, yəni şəxsi heyətin siyahsına və bütün növ təminatlara salınması, xidməti, ezamiyyətləri, müharibə dövründə N nömrəli hərbni hissədə döyüş bölgəsində xidmət etməsi və tapşırıqları yerinə yetirməsi, qanuni əsaslarla ehtiyata təxris olması müəyyən edilir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (arxiv arayışı, şəxsi işdə qeydlər və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə halhazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2086/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2086/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver