Məhkəmə qərarları › İş №2-1(120)-2087/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2087/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2087/2024 19.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X6 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 01245 nömrəli müvafiq dağ-mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X3 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(120)-164/2022 nömrəli qərardadı ilə iddianın geri götürülmüş hesab edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(120)-164/2022 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-310/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(120)-164/2022 nömrəli qərardadının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 169 saylı Sərəncamına əsasən Boşçalılar kənd sakini İddiaçı Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11 ha torpaq sahəsi ayrılıb verilmişdir. Eyni zamanda sərəncamla ona tapşırılmışdır ki, qum-çınqıl materiallarının çıxarılması və istehsalı AR Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X8, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH0001278 seriyalı çıxarışa əsasən İmişli rayonu, Çaxırlı kəndi yaxınlığında 9,454584 ha yertəki sahə xx.xx.2007-ci ildən xx.xx.2047-ci il tarixədək (40 il) icarə əsasında istifadə edilməsi üçün məqsədilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli X12 əsasən təqdim olunmuş sənədlər əsasında və rəydə göstərilən şərtlər daxilində ona ayrılmış torpaq sahəsində “Dağ mədən işlərinin inkişafı planı” razılaşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması haqqında 01245 saylı aktına əsasən ona İmişli rayonunun ərazisində icarə əsasında ayrılmış torpaq sahəsində Markşeyder planı əsasında 1,2,3 və 4 künc nöqtələri ilə nömrələnmiş 5 hektar ərazidə 5 il müddətində “”bəhrəmtəpə-İİ qum-çınqıl yatağında qum-çınqıl hasilatının həyata keçirməsinə icazə verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ona icarə əsasında ayrılmış torpaq sahəsində qum-çınqıl hasilatının həyata keçirilməsi üçün "xxxx" MMC tərəfindən Karxanaların Dağ-Mədən işlərinin inkişaf planlarının normalara uyğun tərtib olunmasına dair ekspert rəyi də hazırlanmışdır. Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və Dağ X16 Agentliyi tərəfindən İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə- İİ” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki şəxs İddiaçı məxsus Qum-çınqıl karxanasının 2020-ci il üçün “Dağ mədən işlərinin inkişafı” Planı təsdiq edilmişdir. Beləliklə sadalanan bütün sənədlərdən görünür ki, ona 40 il müddətinə icarə əsasında ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqılıq hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni onun tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X7 tərəfindən xx.xx.2020-ci il tarixdə mənə qanuni əsaslarla ayrılmış və qanuni əsaslarla hasilatına icazə verilmiş torpaq sahəsində hasilatın həyata keçirilməsi dayandırılmışdır. Belə ki, Agentliyin xx.xx.2020-ci il tarixli 36/M-99 saylı məktubuna əsasən 01245 nömrəli “Dağ mədən ayırması” Aktı ilə ayrılmış yer təki sahəsindən istifadə hüququnun dayandırılması barədə məktubuna əsasən X14 X3 X15 Samir Qurbanovun xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarı ilə müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə 3 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır. Həmin müddət ərzində hasilat işlərinin aparılması müvəqqəti qadağan edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X4 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixli 01245 nömrəli “Dağ mədən ayrılması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin Təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. AR İPM-nın 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd edilən Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktın zəruriliyini sübut etməlidir. Sübut etmə vəzifəsini inzibati orqan daşıyır. Lakin inzibati orqan ona “Dağ-mədən ayırması” aktı ilə ayrılmış yerin təkindən istifadə hüququmun ləğv edilməsi ilə bağlı qərar qəbul etsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. İnzibati orqan qanunsuz qərarında qeyd edir ki, guya ki mənim tərəfindən yerin təkindən səmərəli istifadə edilməsi və mühafizəsinə aid əsas tələbləri, yerin təkindən istifadə qaydaları və icazə şərtləri pozulmuşdur. Halbuki bu halları təsdiq edən hər hansı mötəbər sübut və ya əsas olmamışdır. İnzibatı orqan qərarında yalnız “Yerin təki haqqında” AR Qanununa və AR Prezidentinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş, istifadə qaydasının və icazə şərtlərinin hansı tələblərinin pozulmasını konkret göstərməmişdir. Yuxarıda sadladığı və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də tam təsdiq olunur ki, onun tərəfindən dağ mədən işləri müvafiq eksperti rəylərinə, ekoloji pasporta və və təsdiq edilmiş plana uyğun olaraq aparılmışdır. Bütün bu işlərin görülməsi üçün kompleks icazələr alınmışdır ki, bu icazələrin də hamısı müvafiq yoxlama və araşdırmalar aparıldıqdan sonra verilmişdir. Lakin cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan, müvafiq ekspertiza keçirmədən onun yerin təkindən düzgün istifadə etməməyi qənaətinə gəlmişdir. Halbuki bu qərara gəlmək üçün əsaslı araşdırma aparılmalı, müvafiq ekspertizalar keçirilməli və mütəxəssislər cəlb olunmalı idi. Lakin inzibati orqan bu tədbirlərin heç birini həyata keçirməmiş və öz qanunsuz qərarı ilə onun hüquqlarını kobud və əsassız şəkildə pozmuşdur. Bu səbəbdən hesab edir ki, həmin qərar tam qanunsuz olduğu üçün ləğv ediməli və 01245 saylı “Dağ-mədən ayırması” aktına əsasən fəaliyyəti bərpa olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati orqanın qanunsuz hərəkətlərin nəticəsində mənə maddi ziyan da dəymişdir. AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati icraat qaydasında baxılır. İnzibati orqanın mübahisəli qərarı nəticəsində dağ mədən hasilatının həyata keçirməsi dayandırılmış və çox bahalı texnikalar işləksiz qalmışdır. Həmin texnikanın işləksiz vəziyyətdə qalması, həmin texnikanın mühafizəsi və qorunması xeyli miqdarda vəsait tələb edir. Həmin vəsaitin əldə etmək üçün isə fəaliyyət həyata keçirilməlidir. Lakin belə fəaliyyəti dayandırıldığı üçün həmin ərazidə olan ağır texnikanın nə qulluğunu, nə də mühafizəsini həyata keçirə bilmir. Nəticədə inzibati orqanın qanunsuz qərarı əsasında ona 100.000 manata yaxın ziyan dəymişdir. Bu səbəbdən hesab edir ki, həmin ziyan da inzibati orqandan tutulmalıdır. Eyni zamanda hesab edir ki, hazırki işə mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Göstərilənlərin nəzərə alınaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X4 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 13 saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X6 publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X6 publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncamından görünür ki, İmişli rayonu, Boşçalılar kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və ona Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11.0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncam əsasında İmişli rayonu, Boşçalılar kənd sakini İddiaçı verilmiş 11 ha torpaq sahəsinə 40 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 4 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5.0 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X3 tərtib etdiyi xx.xx.2021-ci il tarixli 13 nörməli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X3 əməkdaşları tərəfindən İddiaçı fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya ayrılmış sahənin hüdudlarından kənarda faydalı qazıntılar aparıldığı aşkar edilmiş və xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktı verilmiş icazə ləğv edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: - Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılmış ********* nömrəli materialı nəzərdən keçirib, müəyyən etdim: İmişli rayonunun ərazisində yerləşən “Bəhrəmtəpə-2” qum-çınqıl yatağında fəaliyyət göstərən İddiaçı məxsus karxana əhəmiyyətli zərərə səbəb olmuş ümumilikdə 11600 m (on bir min altı yüz) həcmində qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulmuşdur. Qeyd edilənlər X14 X3 2020 və 2022-ci il tarixli Aktları, araşdırma zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizası rəyi, izahatlar, "xxxx" ASC-dən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən daxil olmuş məlumat, X14 X3 əməkdaşları tərəfindən “Garman - 750i” markalı GPS cihazı vasitəsilə əldə edilmiş ölçülər, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X11 Agentliyindən daxil olmuş sənədlər, “Google.Earth” proqramından əldə edilmiş fotoşəkillər və digər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, İmişli rayonu, “Bəhrəmtəpə İİ” qum-çınqıl yatağında fiziki şəxs İddiaçı xx.xx.2019-cu il tarixli 01245 nömrəli «Dağ-mədən ayırması aktı» ilə ayırılmış istismar sahəsindən kənarda olan ərazilərdə qum-çınqıl qarışığının hasilatının aparılmasının aşkar edildiyini nəzərə aldıqda, «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46 maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin Fiziki şəxs İddiaçı məxsus xx.xx.2019-cu il tarixli, 01245 nömrə ilə qeydiyyata alınmış “Dağ-Mədən Ayrılması” aktı ilə ayırılmış istismar sahəsindən kənarda 0,145 ha ərazidə hasilatın ümumi həcmi 11600m3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarına uyğun olaraq, ayrılmış ərazinin kənarında aparılmış hasilat nəticəsində dəymiş ziyan 40.600,0 (11600x5><0.7=40.600,0) manat müəyyən edilir. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdən görünür ki, həmin 0,135 ha ərazidə xx.xx.2022-ci il tarixində artıq göl müşahidə edilir. “Dağ-Mədən Ayrılması” aktı ilə ayrılmış istismar sahəsindən kənarda aparılmış hasilatın aylıq həcmini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, fiziki şəxs İddiaçı məxsus qum-çınqıl karxanası tərəfindən xx.xx.2019-cu il tarixli 01245 nömrəli “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahə daxilində və xaricində xx.xx.2020-ci il tarixindən qabaq ümumilikdə hansı həcmdə hasilat aparılmasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış qanunsuz hasilat nəticəsində vurulmuş 40.600 (qırx min altı yüz) manat ziyan İddiaçı tərəfindən ödənilmiş və bu barədə sənədlər araşdırmaya təqdim edilmişdir. Dağ-mədən müəssisələrinin istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulmasının əhəmiyyətli zərərə səbəb olmasının böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, sözügedən əməli törətmiş şəxslərin ictimai təhlükəli olmadığını və qanunsuz qum-çınqılın hasilatı nəticəsində dəymiş ziyanın ödənildiyini nəzərə azalaraq cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikası CPMnin 40.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanmasının rədd edilməlidir. Qərara aldım: Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilsin. Qərarın surəti maraqlı tərəflərə göndərilməklə qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-in 212.3-cü maddəsinə əsasən yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ və qaydası izah edilsin. Material saxlanması üçün Cinayət təqibindən kənar icraatlar idarəsinin arxivinə təhvil verilsin. İş materiallarında olan Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X5 ünvanladığı “Yerin təki sahəsinin istifadəyə verilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli, 13-4/2-1557/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətində sizin, Araz çayının yatağında İmişli rayonunda “İmişli", "Bəhrəmtəpə 1” və “Bəhrəmtəpə 2" qum-çınqıl yataqları ərazilərində 12 sahədə və Saatlı rayonunda “Hacıqasımlı qum-çınqıl yatağında 1,5 ha sahədə karxana fəaliyyətinin aparılmasına münasibət bildirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı Cəmiyyətin mütəxəssisləri tərəfindən bir daha müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, Araz çayının üzərində həcmi 1,35 milyard m3 olan Araz su anbarı və həcmi 1,6 milyard m3 olan Xudafərin su anbarı, eləcə də ondan aşağı hissədə Qız-Qalası hidroqovşağı inşa edildiyindən, Araz çayının sülb (bərkgətirmələr) rejimi çayın aşağı axarında əsaslı surətdə dəyişmiş və su anbarlarında dib gətirmələri ilə yanaşı, asılı gətirmələrdə tam şəkildə həmin qurğularda çökdüyündən çayın məcrasının özündən və çaybasar ərazisindən qazılıb çıxarılan qeyri-filız inşaat materialları bərpa olunma imkanlarına malik deyildir. Çay məcrasından, eləcə də məcraya bitişik ərazilərdən inert materialları götürüləcəyi təqdirdə çayın gursululuq dövründə çayda təhlükəli plan və dərinlik deformasiyaları baş verəcəkdir və bu da çay məcrasının dayanıqlılığının itirilməsinə səbəb olacaqdır. Həmçinin bildiririk ki, Saatlı rayonunda Hacıqasımlı qum-çınqıl yatağı ərazisinin yaxınlığında Saatlı suvarma sistemləri idarəsinin balansında olan nasos stansiyaları vasitəsilə Araz çayının bu hissələrindən su götürüldüyündən təklif edilən 1,5 ha sahədən inert materialları çıxarılacağı təqdirdə suyun götürülməsində ciddi çətinliklər yaranacaq və nasos stansiyaların iş rejimi pozulacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Araz çayının keçdiyi İmişli, Saatlı və Sabirabad rayonlarında onun məcrasında ve mühafizə zonasına düşən sahələrdə (500 metr məsafədə) karxana fəaliyyətinin apanlması mütəxəssislər tərəfindən məqsədəuyğun hesab edilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinin cavabdehə ünvanladığı məktubla müəyyən edilir ki, Araz çayının üzərində həcmi 1,35 milyard m3 olan Araz su anbarı və həcmi 1,6 milyard m3 olan Xudafərin su anbarı, eləcə də ondan aşağı hissədə Qız-Qalası hidroqovşağı inşa edildiyindən, Araz çayının sülb (bərkgətirmələr) rejimi çayın aşağı axarında əsaslı surətdə dəyişmiş və su anbarlarında dib gətirmələri ilə yanaşı, asılı gətirmələrdə tam şəkildə həmin qurğularda çökdüyündən çayın məcrasının özündən və çaybasar ərazisindən qazılıb çıxarılan qeyri-filız inşaat materialları bərpa olunma imkanlarına malik olmadəğı üçün, çay məcrasından, eləcə də məcraya bitişik ərazilərdən inert materialları götürüləcəyi təqdirdə çayın gursululuq dövründə çayda təhlükəli plan və dərinlik deformasiyaları baş verəcəkdir və bu da çay məcrasının dayanıqlılığının itirilməsinə səbəb olacaqdır. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X6 tərəfindən 13 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas kimi iddiaçıya təhkim edilmiş ərazidən kənardan qazıntı işlərinin aparılması və iddiaçıya təhkim edilmiş ərazidə icazə verilmiş dərinlikdən artıq qazıntı işlərinin aparılması göstərilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X3 tərtib etdiyi xx.xx.2021-ci il tarixli 13 nörməli aktından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, qazıntı işləri iddiaçıya təhkim edilmiş ərazidən kənarda aparılmışdır. Məhkəmə qeyd edir ki, yerin təkindən istifadənin həyata keçirilməsinin əsasları və müvafiq lisenziyaların alınması “Yeri təki haqqında” Azərbaycan Respublikasının Qanunu və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub və analoji işlər üzrə həmin yoxlamanın həyata keçirilməsi və müvafiq lisenziyaların verilməsi agentliyin müstəsna səlahiyyətidir. İşmaterialları ilə sübuta yerilirki, iddiaçıya 11 ha torpaq sahəsi ayrılıb verilmiş, yoxlamazamanı həmin sahədən kənara çıxma halları müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılma aparılmış, iddiaçıya məxsus karxanada əhəmiyyətli zərərə səbəb olmuş ümumilikdə 11600 m (on bir min altı yüz) həcmində qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulması sübuta yetirilmişdir. Araşdırmalar zamanı X14 X3 2020 və 2022-ci il tarixli Aktları, hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla, Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizası rəyi ilə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X9 və X11 Agentliyindən daxil olmuş sənədlər, “Google.Earth” proqramından əldə edilmiş fotoşəkillər və digər sənədlərlə təsdiq olunmuşdur. Ərazidən kənarında aparılmış hasilat nəticəsində dəymiş ziyan 40.600,0 manat müəyyən edilmiş, həmin ziyan iddiaçı tərəfindən ödənildiyi üçün Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübuta yetrilmiş, iddiaçı tərəfindən dəymiş ziyan ödənilmiş, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı qəbul etməkdə haqlı olmuş, hər hansı pozuntuya yol verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X6 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X14 X6 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar