Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2088/2024 13.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını Bakı İnzibati Məhkəməsindən хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11398/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2088/2024 nömrəli qərardadı ilə iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı 03 mart 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2088/2024 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçının xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərardadı ilə iddia tələbinə “pensiyanın dayandırıldığı vaxtdan, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərarı ilə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25 yanvar 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 2-1(120)-720/2022 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-121/2023 saylı qərardadı ilə, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-720/2022 saylı qərarı ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-121/2023 saylı qərardadında göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, xidməti araşdırma nəticəsində İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş əmək pensiyası dayandırılmışdır. İnzibati işin apellyasiya məhkəməsindəki icraatı zamanı cavabdehə xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarın qüvvədə olub-olmaması barədə sorğu ünvanlamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 mart 2023-cü il tarixli, 3-17-1/2-66583/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar hal-hazıradək qüvvədədir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı dəqiq müəyyən edilməmişdir. Belə ki, nə qədər ki, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar hüquqi qüvvəsini saxlayır, iddiaçının hüquqi marağı tələb edir ki, həmin qərar mübahiləndirilsin (ləğv edilsin). Başqa sözlə, həmin qərar mübahisləndirilmədən birbaşa pensiyanın bərpa edilməsinə dair qaldırılmış iddiaya (faktiki xarakterli hərəkətlərin edilməsinə-öhdəliyin icrası haqqında iddia) iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin qərar qüvvədə olduğu halda pensiyanın bərpa edilməsini tələb etmək əhəmiyyətsiz olacaqdır. Təsadüfi deyildir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddələrin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusata işə baxan birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməmiş və iddiaçının hüquqi marağı dəqiq müəyyən edilməmişdir. Başqa sözlə, işə yenidən baxacaq birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə əlverişsiz olan xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın mübahisə predmetinə çevrilməsi istiqamətində ona hüquqi yardım göstərməlidir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında şifahi vəsatət verərək hazırkı iddia tələbinə “Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərar ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi” kimi baxılmasını xahiş etmişdir. Qeyd olunan vəsatətə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir: İlk növbədə qeyd etmək lazımdır ki, işə baxan birinci instansiya məhkəməsi yekun məhkəmə aktında iddia tələbinin hansı iddia növünə aid olmasını qeyd etməmiş, eyni zamanda iddianın mümkünlüyünə dair (ümumi və xüsusi mümkünlük şərtlərinə) heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Bununla belə, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktının məzmunundan müəyyən olunur ki, hakim iddia tələbinə öhdəliyin icrası haqqında iddia növündə baxaraq cavabdehin faktiki xarakterli hərəkətlərinə hüquqi qiymət vermişdir. Məhkəmə tərkibinin qənaəti isə ondan ibarətdir ki, hazırkı iddia tələbinə mübahisləndirmə haqqında iddia növündə (“əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi”) baxılmalıdır. Nəzərə almaq lazımdır ki, mübahisləndirmə haqqında iddaya baxan zaman yekun məhkəmə aktında mübahisləndirilən qərarın ləğv edilməsi ilə yanaşı, cavabdehin üzərinə hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsi də qoyula bilər. Başqa sözlə, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və pensiya məbləğinin dayandırıldığı tarixdən ödənilməsi tələbinə mübahisləndirmə haqqında iddia çərçivəsində baxılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə (mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı) əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-121/2023 saylı qərardadının ləğv edilməsi ilə bağlı kassasiya şikayəti vermişdir. Аzərbаycаn Rеspublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1476/2023 nömrəli qərardadı ilə, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-121/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1476/2023 nömrəli qərardadı ilə iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2088/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Neftçala şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı Neftçala şəhətrində yerləşdiyindən, doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarı İddiaçı təqdim edilməmiş, cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli pensiya ödənişinin dayandırılması barədə məktublar ünvanlamışdır. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərarın iddiaçıya çatıdırılması və iddiaçının məlumatlı olması barədə rəsmi sənəd (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Bundan başqa iddiaçı da izahatında qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə məlumatlandırılmamış və qəbul edildikdən sonra həmin inzibati akt ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edildikdən sonra, iddiaçı mübahisələndirilən qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarına əsasən, pensiyaçı İddiaçı 1603.2015-ci il tarixdən təyin edilmiş 235.48 manat əmək pensiyası xidməti araşdırma səbəbilə dayandırılmışdır. Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2020-xx.xx.2021; 235.48 manat göstərilmişdir. İşdə olan Neftçala rayon X7 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 3046 nömrəli arayışında qeyd edilmişdir ki, Həsənova (Kazımova) Nərminə Mürsəl qızı 02 sentyabr 1985-ci ildə (əmr №131) Neftçala MRX-nın yoluxucu xəstəliklər şöbəsində palata tibbbacısı, 01 noyabr 1989-cu ildən (əmr №139) hal-hazıra kimi isə yoluxucu xəstəliklər şöbəsində böyük tibb-bacısı vəzifəsində işləyir. Eyni zamanda ona xx.xx.1989-cu il tarixdən (əmr №131) əlavə olaraq 0,5 stavka yoluxucu xəstəliklər şöbəsindən palata tibbbacısı vəzifəsi verilmiş və xəstələrlə ünsiyyətdə olmuşdur. Əmək kitabçasında baş tibbbacısı yazılmasına baxmayaraq, o bu günə kimi yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir. İşdə olan nikahın bağlanması haqqında İİİ-JQ №419988 nömrəli şəhadətnamədən görünür ki, X6 ilə X3 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Kazımova soyadını qəbul etmişdir. İşdə olan 3T 032708 nömrəli diplomdan görünür ki, X3 1982-ci ildə Sumqayıt tibb məktəbinə daxil olmuş və 1984-cü ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 139 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.1989-cu ildən 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli, 50 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova Nərminəyə xx.xx.1993-cü ildən 0.5 stavka verilmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli, 21 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova Nərminəyə xx.xx.1994-cü ildən 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli, 30 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.2007-ci ildən 0.5 stavka verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli, 80 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.2013-cü ildən 0.5 stavka ilə tibb bacısı vəzifəsi verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 321 nömrəli əmrdən çıxarışdan görünür ki, Səlimova Səlimə uşaq şöbəsinin tibb bacısı xx.xx.2018-ci il tarixdən yoluxucu şöbəsinə 1.0 stavka ilə tibb bacısı vəzifəsinə keçirilmiş, Həsənova Nərminədən əlavə aldığı 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 84 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən tibb bacıları şöbəsinə böyük tibb bacısı (yoluxucu) vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş əmək pensiyası dayandırılmış, ona sonuncu dəfə xx.xx.2021-ci il tarixədək pensiya məbləği hesablanaraq ödənilmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 11 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 23 il 11 ay 20 gün olduğu müəyyən edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririr ki, vaxtilə adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixindən bugünədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi baş tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş orta və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd edilən uyğunsuzluqlara baxmayaraq adıçəkilən şəxsə Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 23 il 11 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək bu günə 17414,37 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixindən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 13804,06 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə İddiaçı fərdi hesabın sığorta hissəsində cəmi pensiya kapitalı 33295,76 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X14 28 aprel 2022-ci il tarixli, 298 nömrəli məktubunda qeyd edilmişdir ki, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu xəstəliklər şöbəsinin böyük tibb bacısı İddiaçı həqiqətəndə 02 sentyabr 1985-ci ildə “Neftçala RMX” PHŞ-nin Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka palata tibb bacısı vəzifəsinə işə qəbul olub (Əmr № 131). Daha sonra isə 01 noyabr 1989-cu ildə Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka baş tibb bacısı və eyni zamanda 0.5 stavka həmin şöbədə palata tibb bacısı vəzifəsində saxlanılmışdır (Əmr № 139). 01 iyun 1990-cı ildə 0.5 stavka palata tibb bacısı kəsilmişdir (Əmr № 58). 02 aprel 1993-cü ildə 0.5 stavka palata tibb bacısı yenidən verildi (əmr № 50). 17 fevral 1994-cü ildə 0.5 stavka palata tibb bacısı kəsilib (Əmr № 21). 01 iyul 2007-ci ildə 0.5 stavka palata tibb bacısı verildi (əmr № 30). 01 mart 2007-ci ildə 0.25 stavkası saxlanılmaqla digər 0.25 stavka kəsildi (Əmr № 9). 02 mart 2013-cü ildə əlavə 0.25 stavka palata tibb bacısı verildi (əmr № 80). 01 sentyabr 2018-ci ildə palata tibb bacısı 0.5 stavka kəsildi (Əmr № 32). 04 yanvar 2021-ci ildən bu günə kimi Kazımova X2 Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir (Əmr №84). İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X14 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubunda qeyd edilmişdir ki, "Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu (infeksion) xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışan Kazımova (Həsənova) Nərminə Mürsəl qızı həqiqətəndə 02 sentyabr 1985-ci ildən “Neftçala RMX” PHŞ-in Yoluxucu (infeksion) xəstəliklər şöbəsinə 1.0 stavka palata tibb bacısı vəzifəsinə işə qəbul olub. (Əmr № 131) 01 noyabr 1989-cu ildə Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka baş tibb bacısı və eyni zamanda 0.5 stavka həmin şöbədə palata tibb bacısı vəzifəsində saxlanılmışdır. (Əmr № 139). 01 iyun 1990-cı ildə 0.5 stavka palata tibb bacısı kəsilmişdir. (Əmr № 58). 02 aprel 1993-cü ildə 0.5 stavka palata tibb bacısı yenidən verildi, (əmr № 50). 17 fevral 1994-cü ildə 0.5 stavka palata tibb bacısı kəsilib. (Əmr № 21). 01 aprel 1994-cü il 0.5 stavka palata tibb bacısı yenidən verildi. (Əmr № 36) 01 fevral 2007-ci ildə 0.25 stavka palata tibb bacısı kəsilib.(Əmr № 5) 01 mart 2007-ci ildə 0.25 stavka işi kəsilmişdir. 07 iyul 2007-ci ildə 0.5 stavka palata tibb bacısı işi verildi. (Əmr № 30). 02 mart 2013-cü ildə əlavə 0.5 stavka palata tibb bacısı verildi. (Əmr № 80). 01 sentyabr 2018-ci ildə palata tibb bacısı 0.5 stavka kəsildi. (Əmr № 32). Hal-hazirda Kazımova X2 Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu (İnfeksion)xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. (Əmr № 84) BÖYUK TİBB BACİSİ (QARDAŞİ) Əmək funksiyası: Orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Əmək funksiyası. Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir.Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır.Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəzifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızının əmək kitabçasinda baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsidir və illərlə böyük tibb bacısı vəzifəsi baş tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir, (tibb bacısı, böyük tibb bacısı). İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 03 mart 2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində daxil olmuş ərizənizə əsasən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə'çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli NT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixindən bugünədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, işlədiyi baş tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd edilən uyğunsuzluqlara baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13745,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmasını xahiş etmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ilə pensiyası dayandırılmışdır. Daha sonra Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində xx.xx.1989-cu il tarixindən baş tibb bacısı vəzifəsində işlədiyi illəri güzəştli iş stajı kimi qəbul etməyərək pensiyası dayandırılmışdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2015-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə işlədiyi vəzifə müəyyən edilməlidir. Məhkəmə qeyd etmək istəyir ki, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın müvafiq olaraq Səhiyyə və sosial təminat idarələrində vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X14 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubundan görünür ki, Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəzifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızının əmək kitabçasinda baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsidir və illərlə böyük tibb bacısı vəzifəsi baş tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir, (tibb bacısı, böyük tibb bacısı). İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə 10 ildən artıq sığorta stajı mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2088/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2088/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver