Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2089/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, MN № 005/2022 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, MN № 005/2022 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı Qərarı ilə fiziki şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməyi barədə qərardan Ağcəbədi rayon məhkəməsinə qərarın icraatına xitam verilməsi barədə şikayət vermişdir. xx.xx.2022-ci il tarixində Ağcəbədi rayon məhkəməsində verdiyi şikayətə baxılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021 -ci il tarixli,MN № ******* saylı Qərarının icraatına xitam verilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə baxışı zamanı icraatına xitam verilməsini xahiş etdiyi qərardan başqa barəmdə cavabdeh təşkilatın 11 may 2022-ci il tarixli, 005/2022 saylı “ Tələbin icraya yönəldilməsi” haqqında qərarının olduğu məlum olmuşdur. Həmin qərara görə 15 dekabr 2021 -ci il tarixli 72608 №-li Akt tərtib olunaraq 15 dekabr 2021-ci il tarixdə saat 10:30 radələrində Bərdə şəhərində H.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin “Mərkəzi Aran” RETSİ-nin X4 həyətində 6 ədəd ağacların kök boğazından kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarının 1 saylı əlavəsinə əsasən təbiətə 950 manat dəymiş ziyan hesablanaraq tərəfindən “X1” Bank hesabına ödənilməsi qərara alınmışdır. Hesab edir ki, Ağcəbədi rayon məhkəməsi tərəfindən şikayətin təmin olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı Qərarının icraatına xitam verilməsi barədə qərar çıxarıldığından cavabdeh təşkilat tərəfindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı Qərarının 1 saylı əlavəsinə əsasən təbiətə 950 manat dəymiş ziyanın hesablanmasının hüquqi əsasları aradan qaldırılmışdır. Bildirir ki, o. "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X5 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 35/10 Kv-luq “Pambıqzavod” yarımstansiyasında növbətçi elektrik montyoru vəzifəsində işləyir. Bərdə EŞ-nin inzibati binasının həyətindən 110/35/10 Kv-luq Bərdə yarımstansiyasından çıxan 10 Kv-luq “5-ci Şəhər” elektrik hava xətti və 10 Kv-luq “Pambıqzavod” elektrik hava xətti keçir. Həmin xətlərin çəkildiyi “Dəmir-beton” elektrik dayaqlarının arasında bitən ağaclar elektrik xətlərinə dəydiyindən ətrafdakı insanların həyatı üçün təhlükə mənbəyinə çevrilmişdi. Belə ki, həmin yüksək gərginlikli elektrik xətləri Bərdə EŞ-nin yerləşdiyi Həzi Aslanov küçəsi ilə intensiv hərəkət edən insanlar və nəqliyyat vasitələri üçün real təhlükə yaradırdı. Dəfələrlə hava şəraiti ilə əlaqədar (güclü külək əsməsi) qeyd olunan ağaclar yüksək gərginlikli hava xətlərinə toxunaraq onların zədələnməsinə səbəb olduğu üçün enerji verlişində fasilələr yaranırdı ki, bu da öz növbəsində istehlakçıların haqlı narazılığı ilə nəticələnirdi. Məhkəmənin nəzərinə çatdırır ki, o, “2-ci Qarabağ Müharibəsi” iştirakçısıyam.Ehtiyyatda olan zabitəm. Himayəmdə qoca anam və 2 uşağı var. Bərdə EŞ-nin inzibati binasının həyətində 10 Kv-luq yüksək gərginlikli elektrik hava xətlərinin altında olan ağacları kəsərkən onun məqsədi və niyyəti ekologiyaya ziyan vurmaq deyil, insanların təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Beləliklə, X4 mülkiyyətində olan torpaq sahəsindən keçən və Bərdə EŞ-nin balansında olan yüksək gərginlikli 10 Kv-luq “5-ci Şəhər” və 10 Kv- luq “Pambıqzavod” elektrik hava xəttlərinin altında (Mühafizə zonasında) əkilmiş ağacların elektrik xəttlərinə toxunaraq qəza vəziyyətinin yaranmasına (Elektrik xəttinin qırılaraq yerə düşməsi, enerji verlişində fasilələrin yaranması) və bununla da Elektrik Şəbəkəsinin inzibati binasına gələn istehlakçıların, həmçinin Bərdə EŞ-nin yerləşdiyi H.Aslanov küçəsində hərəkət edən vətəndaşların həyatı üçün real təhlükə kəsb etdiyinə görə tərəfimdən kəsilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, onun əməlimdə (Bərdə EŞ-nin mülkiyyətində olan torpaq sahəsindən keçən yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin altında mühafizə zonasında əkilmiş ağacların kəsilməsi) inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından və onun son zərurət vəziyyətində (Bədbəxt hadisələrin qarşısının alınması) hərəkət etdiyinə görə barəsində çıxarılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № 005/2022 saylı Qərarına əsasən ondan alınaraq “X1” Bank hesabına 950 manat məbləğində pulun ödənilməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan tərəfindən barəsində “Qəbul olunmuş qərar icraya yönəldilərkən ona hüquq və vəzifələri izah edilməmiş, cərimə olunmağı barədə müvafiq sənədləşmə aparılarkən iştirakı təmin edilməmiş və yuxarıda qeyd etdiyi kimi bu qərarın mövcud olması barədə ona xx.xx.2022-ci il tarixdə Ağcəbədi rayon Məhkəməsində keçirilmiş məhkəmə baxış iclası zamanı məlum olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası “inzibati icraat haqqında” Qanunun 82 maddəsinin tələbləri pozulmuşdur. Belə ki. 82.3 maddənin tələbinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsidir. Mənə isə bu barədə rəsmi xəbərdarlıq olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, tərəfindən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 may 2022-ci il tarixli, MN № 005/2022 saylı ‘Tələbin icraya yönəldilməsi “ haqqında” Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə səhvən Ağcabədi rayon məhkəməsinə müraciət edilmişdir. Ağcabədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-1240/2022 saylı Qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü və 263-268ci maddələrini rəhbər tutaraq geri qaytarılmışdır. Məhkəmənin həmin Qərardadı poçt vasitəsi ilə rəsmi qaydada ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № 005/2022 saylı Qərama ləğv edilməsi və tərəfimdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini və iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, 005/2022 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, Bərdə şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı 950 manat məbləğində pul alınaraq Ağcabədi YXO 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(106)-287/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək İddiaçı tərəfindən törədilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsinin əlamətləri olan əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsində nəzərdə tutulan son zərurət vəziyyətində törədilmiş əməl hesab edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işi üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-cü il tarixli, 48/99-136 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 005/2022 nömrəli qərar xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmişdir. İşdə olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-1240/2022 nömrəli qərardadından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, MN № 005/2022 saylı qərarın ləğv edilməsi tələbi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət eetmiş, lakin məhkəmə məhkəmə aidiyyəti olması səbəbindən iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarmışdır. İşdə olan sənədlərdən və iddiaçının izahatından görünür ki, o 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə başlayarkən könüllü olaraq Silahlı Qüvvələrin sırasına qoşulmuş, döyüş əməliyyatlarında fəal iştirak etmiş və “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə müəyyən etdi ki, İddiaçı "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X5 və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 35/10 Kv-luq “Pambıqzavod” yarımstansiyasında növbətçi elektrik montyoru vəzifəsində işləməsi, Bərdə EŞ-nin inzibati binasının həyətindən 110/35/10 Kv-luq Bərdə yarımstansiyasından çıxan 10 Kv-luq “5-ci Şəhər” elektrik hava xətti və 10 Kv-luq “Pambıqzavod” elektrik hava xətti keçməsi və həmin xətlərin çəkildiyi “Dəmir-beton” elektrik dayaqlarının arasında bitən ağaclar elektrik xətlərinə dəydiyindən ətrafdakı insanların həyatı üçün təhlükə mənbəyinə çevrilməsi və Bərdə EŞ-nin inzibati binasının həyətində 10 Kv-luq yüksək gərginlikli elektrik hava xətlərinin altında olan ağacları kəsərkən onun məqsədi və niyyəti ekologiyaya ziyan vurmaq deyil, insanların təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, 005/2022 nömrəli qərarı ilə, xx.xx.1972-ci il təvəllüdlü, Bərdə şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı 950 manat məbləğində pul alınaraq Ağcabədi YXO 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına ödənilməsi qərara alınmış lakin qərarın surəti iddiaçıya təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək İddiaçı tərəfindən törədilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin əlamətləri olan əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsində nəzərdə tutulan son zərurət vəziyyətində törədilmiş əməl hesab edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işi üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əsasən mübahisələndirilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN 005/2022 saylı qərarında qeyd edilən faktlar nəticəsində İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı tərtib edilmişdir ki, həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni qərarın qəbulu qanunvericiliyə uyğun deyildir. Müəyyən edilmişdir ki, Bərdə EŞ-nin inzibati binasının həyətində 10 Kv-luq yüksək gərginlikli elektrik hava xətlərinin altında olan ağacları kəsərkən iddiaçının məqsədi və niyyəti ekologiyaya ziyan vurmaq deyil, insanların təhlükəsizliyinin təmin edilməsi olmuşdur ki, bu halda qeyd edilən Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı əməlləri son zərurət vəziyyətində törədilmiş əməl hesab edilmişdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə qarşı xx.xx.2022-ci il tarixli, MN 005/2022 saylı qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İddiaçı iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1, 23.1, 68-69, 75, 81, 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN 005/2022 saylı qərarı ləğv edilsin. Ödənilən 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxcıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2089/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2089/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver