Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-209/2022 21.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası üzrə iş materiallarına 21 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh intzam tənbehinin tətbiq edilməsi haqqında 19 oktyabr 2020-ci il tarixli, 1220/ş nömrəli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Sumqayıt şəhər X3 İdarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Laçın rayonu olduğunu, Laçın rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-6573/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Sumqayıt şəhər X3 İdarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsinə təyin edilmiş və həmin tarixdən xx.xx.2020-ci il tarixədək xidməti vəzifəsini icra etmişdir. Xidməti vəzifəni icra etdiyi müddət ərzində daima nizam-intizam qaydalarına riayət etmiş, nümünəvi davranışına və xidməti vəzifəni yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə, dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırmışdır. xx.xx.2020-ci il tarixdə o, tibbi müayinədən keçmisdir. Lakin tibbi müayinin nəticələri barədə müvafiq qaydada ona məlumat verilməmişdir. xx.xx.2020-ci il tarixdə rəisləri Teymur Məmmədov onu dəvət edərək Fövqəladə hallar orqanlarından xaric edilməyi barədə xx.xx.2020-ci il tarixli, 1220 nömrəli əmrlə tanış etmiş və əmrdən çıxarışın surətini ona təqdim etmişdir. Əmrdə göstərilir ki, xx.xx.2020-ci il tarixdə tibbi müayinə zamanı Nazirliyin X3 Xidmətinin Sumqayıt şəhər X3 İdarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsində yanğınsöndürəni daxili xidmət kicik çavuşu İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmış, buna görə də o, fövqəladə hallar orqanlarından xaric edilməlidir. Həmin əmrdə xaric olunma tarixi göstərilməyindən o, işə çıxıb xidməti vəzifəsini icra etmişdir. Hesab edir ki, o, əsassız olaraq işdən xaric olunmuşdur. Qeyd edir ki, o, ailəlidir, himayəsində üç azyaşlı uşaqları və onlara baxan, müvəqqəti işləməyən həyat yoldaşı vardır. Pandemiya dövründə ailə başçısının işsiz qalması ailənin olduqca ağır maddi durumuna mənfi təsir edir və vəziyyəti daha da ağırlaşdırır. Bildirmək istəyir ki, o, heç bir zaman narkotik vasitələrindən istifadə etməmiş və əmrdə göstərilən əsasla razılaşa bilmir. Hesab edir ki, xx.xx.2020-ci il tarixli, 2687/K nömrəli ekspertiza aktında göstərilənlər yanlışdır və onun işdən xaric olunması üçün həmin akt əsas kimi qəbul oluna bilməz. Onun Azərbaycan Respublikası Cavabdehnə əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair ünvanladığı ərizəsinə Nazirliyin xx.xx.2021-ci il tarixli, 37/H-00588 saylı məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir Həmin imtina məktubu ona xx.xx.2021 ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edir ki, işə bərpa ilə bağlı iddia tələbi mövcud qanunvericiliyin tələblərinə tam cavab verdiyindən təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı 21 noyabr 2018-ci il tarixdə sınaq müddəti ilə Cavabdeh X3 Xidmətinin Sumqayıt şəhər X3 idarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. İddiaçı 22 fevral 2019-cu il tarixdə daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilməklə Cavabdehndə daimi xidmətə qəbul edilmişdir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən, iddiaçı 22 sentyabr 2020ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində narkotik maddə hesab edilən “Marixuana” aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanuna müvafiq olaraq, iddiaçının ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 22 sentyabr 2020-ci il tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X5 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və “Tramadol” aşkar edilmişdir. Bununla da, Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 1 oktyabr 2020-ci il tarixli, 2688/K saylı məhkəmə-kimyəvi akt əsasında iddiaçı Azərbaycan Respublikası Cavabdeh 19 oktyabr 2020-ci il tarixli 1220/Ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Bundan əlavə bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçi tərəfindən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunun 6.7ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun vəkili X7 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etdi və bildirdi ki, o, hüquqi savadsızlığından ilk öncə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi aidiyyət qaydalarını pozduğuna görə iddia ərizəsini geri qaytarmışdır. Bundan sonra o, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6573/2021 saylı qərardadı ilə iddia tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bildirmək istəyir ki, o, pandemiya dövründə üzləşdiyi maddi çətinliklərlə və hüquqi savadsızlığından iddia ərizəsini qanunvericilikdə göstərilən məhkəməyə vaxtında təqdim edə bilmədiyinə görə prosessual müddətləri üzürlü səbəbdən ötürmüşdür. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iddiaçını və vəkilini dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 19 oktyabr 2020-ci il tarixli, 1220/ş nömrəli əmrindən çıxarışdan görünür ki, 22 sentyabr 2020ci il tarixində tibbi müayinə zamanı Nazirliyin X3 Xidmətinin Sumqayıt şəhər X3 İdarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı tərəfindən narkotik vasitədən istifadə etməsi aşkarlandığı üçün, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən, Fövqəladə Hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.1.18, 31.5-ci və 31.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci bəndinə əsasən Nazirliyin X3 Xidmətinin Sumqayıt şəhər X3 İdarəsinin 20 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-00588 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Cavabdehnə ünvanladığınız ərizəyə X3 Xdimətində baxılmışdır. Siz Cavabdeh 120/ş saylı, xx.xx.2020ci il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.1.12-ci maddəsinə uyğun olaraq xidmətdən xaric edilmişdir. Bildirirlər ki, Sizin xidmətə yenidən qəbul edilməniz məqsədəmüvafiq hesab edilməmişdir. İş materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X10 xx.xx.2020-ci il tarixli, 2688/K saylı Aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və “Tramadol” aşkar edilmişdir. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazim, pirazalon. 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkaz edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(009)-2610/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılmış, iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «intizam tənbehinin tətbiq edilməsi haqqında xx.xx.2020ci il tarixli, 1220/ş nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh X3 hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktının İddiaçı çatdırılmasını təsdiq edən poçt xəbərnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(009)- 2610/2020 saylı qərardadı xx.xx.2020-ci il tarixdə İddiaçı məhkəməyə məlum olan ünvanında “yoldaşı-Həsənova” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 19 oktyabr 2020-ci il tarixli, 1220/ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.1.12-ci maddəsinə uyğun olaraq xidmətdən xaric edilmiş, xx.xx.2020-ci il tarixdə Fövqəladə hallar orqanlarından xaric edilməyi barədə xx.xx.2020-ci il tarixli, 1220 nömrəli əmrlə tanış edilmiş və əmrdən çıxarışın surətini ona təqdim edilmişdir. İlk olaraq iddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 26 noyabr 2020-ci il tarixli, 2(009)-2610/2020 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılmış, iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmənin 26 noyabr 2020-ci il tarixli, 2(009)-2610/2020 saylı qərardadı xx.xx.2020-ci il tarixdə İddiaçı məhkəməyə məlum olan ünvanında “yoldaşı-Həsənova” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(009)-2610/2020 saylı qərardadı xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilsə də və eləcə də onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsə də, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (6 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində “COVİD 19” pandemiyası ilə bağlı ölkədə karantin rejimi olduğuna və hüquqi savadsızlığına görə müddəti ötürdüyünü qeyd etmişdir. Məhkəmə qeyd edir ki, birincisi Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, 05 nömrəli qərarına əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, məhkəmələrdə işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması ilk dəfə 20 mart 2020-ci il tarixindən müəyyən edilmiş, eləcə də Azərbaycanda ümummilli karantin rejimi 2020-ci ilin martın 31-də elan edilmişdir. Digər tərəfdən isə ölkə ərazisində poçt xidməti daima fəaliyyətdə olmuş, eləcə də SMS icazə sistemi ilə vətəndaşların hərəkətinə şərait yaradılmışdır. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-cü bəndinə istinadən qeyd edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Qanunvericiliyi Azzərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlar üçün əlçatandır. Belə ki, bütün normativ-hüquqi aktlar dövri mətbu nəşrlərində çap olunaraq hamı üçün əlçatandır. Bu isə onu deməyə əsas verir ki, şəxs qanunu bilməməyin məsuliyyətini özü daşıyır və buna görə hər hansı şəxsə üstünlük verilməsi işlərə məhkəmələrdə baxılmasının bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Belə ki, məhkəmələrdə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-209/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-209/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver