Məhkəmə qərarları › İş №2-1(120)-209/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-209/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-209/2025 12.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “iddiaçıya ayrılan 0,1148 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq ona xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0.1148 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “iddiaçıya ayrılan 0,1148 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq ona xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində anadan olmuş, hazırda isə Masallı şəhəri, H.Əliyev prospekti, 1-döngə, ev 1-də qeydiyyatda olmaqla, 1992-ci ildə inşa etdiyi fərdi yaşayış evində yaşayır. Belə ki, 1992-ci ilin əvvəllərində fərdi yaşayış evi tikmək üçün aidiyyəti qrumlara ərizə ilə müraciət etmiş, ərizəsi nəzərə alınaraq 10 iyun 1992-ci il tarixli aktla və sonradan da Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli, 22 saylı sərəncamı ilə həmin torpaq sahəsi ona təhvil verilmişdir. Bundan da sonra Masallı RİHB-nin Masallı şəhər üzrə nümayəndəsinin 15 iyun 1992-ci il tarixli, 24-2 saylı sərəncamı ilə sözügedən torpaq sahəsi üzərində fərdi mənzil tikilməsinə icazə verilmişdir. Beləliklə həmin tarixdə həmin dövrün qanunlarına uyğun olaraq fərdi yaşayış evi tikib ailə üzvlərində orada yaşamağa başlamışdır. Aldığı torpaq sahəsi Viləş çayının kənarında yerləşən daşlar üstündə olan kolluq sahəsindədir Aldığı torpaq sahəsini abadlaşdırandan sonra rayonun məsul şəxslərindən biri ona yaxınlaşıb aldığı torpaq sahəsinin qarşısını da abadlaşdırmaqla əkinçilik və bağçılıq üçün hasarı daxilinə salmağı tövsiyə etmişdir. Bunun müqabilində sənəd verilməsini xahiş etmişdir. Beləliklə də, yenə Masallı RİHB-nin Masallı şəhər üzrə nümayəndəsinin 07 iyul 1997-ci il tarixli, 34 saylı sərəncamı ilə fərdi yaşayış evinin qarşısında olan torpaq sahəsi əkinçilik və bağçılıq məqsədi ilə 07 iyul 1997-ci il tarixdə komissiya tərəfindən tərtib edilmiş aktı nəzərə alınaraq ona verilmişdir. Bütün bu yuxarıda qeyd etdiklərindən sonra, Masallı rayonunda islahat aparılarkən həmin dövrdə mən ailəmlə birlikdə Rusiya Federasiyasında olmuş, sözügedən torpaq sahələri və inşa etdiyi fərdi yaşayış evi hasar daxilində olduğundan sahibi bilinmədiyi üçün islahatdan kənarda qalmışdır. Buna baxmayaraq islahatın adlı siyahısında onun və ailə üzvlərinin adları siyahıya düşmüşdür. Bundan bir neçə illər sonra sözügedən torpaq sahələrinə və inşa etdiyi fərdi yaşayış evinə çıxarış almaqdan ötəri ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən fərdi yaıayış evinə **********75-10301 reyestr nömrəli 08 noyabr 2018-ci il tarixli Texniki Pasport tərtib edilərək, xx.xx.2018-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı fərdi yaşayış evinə çıxarış ona verilmişdir. Belə olduğu halda mülkiyyətində olan torpaq sahəsinə çıxarış almaq üçün nə qədər cəhd etdisə, ona bütün işlər dayandırılıb, elektron xəritələr işlənir. Yenə Rusiya Federasiyasına getməli olmuşdur. Fərdi yayayış evinin altında və ətrafında olan torpaq sahəsi hasar daxilində olduğundan elektron xəritələr işlənən vaxtı da islahatdan kənarda qalmışdır. Yenə sonuncu islahatda, yəni elektron xəritədə mülkiyyətçi kimi yox, istifadəçi kimi göstərildiyini bilib, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, həmin təşkilat 07 dekabr 2022-ci il tarixli, **********34 saylı “müraciətin cavablandırılması barədə” cavab məktubu ilə imtina etmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Torpaq islahatı haqqında qanuna əsasən istifadədə və sahibliyində olan yaşayış evinin altında və ətrafındakı torpaqlar onların mülkiyyətinə verilməsi haqqında əsasnamənin 1-ci maddəsinə əsasən əvəzsiz olaraq mülkiyyətinə verilməlidir. (Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarxli 534 nömrəli fərmanı) Lakin cavabdeh təşkilat həmin əsasnamədən gələn vəzifələri icra edilməsi barədə dəfələrlə onlara müraciətlər edilmişdir. Bütün bunlara baxmayaraq rəsmi ərazi ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etsə də cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli, **********34 saylı məktubla sözügedən torpağa çıxarış verilməsinə imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı müraciətinə Ərazi İdarə tərəfindən torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərinin olmaması barədə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 07 dekabr 2022-ci il tarixdə **********34 nömrəli imtina məktubu İddiaçı göndərilmişdir. Yenidən İddiaçının müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2023-ci il tarixdə **********33 saylı məktubla bildirilmişdir ki, sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. Belə ki, torpaq sahəsinin ayrılmasına razılıq verilməsi barədə Masallı Rayon İcra Hakimiyyəti Başçısının həvalə sərəncamı təqdim edilməmişdir. İlkin hüquqmüəyyənedici sənədləri tam təqdim etdiyiniz təqdirdə torpaq sahəsinin qeydiyyata alınmasına qanunamüvafiq qaydada baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakrı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı X7 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının səhhəti ilə bağlı üzürlü səbəbdən onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 22 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhəri Qarabağ küçəsi 8/17 nömrəli evdə yaşayan İddiaçı 400 kv.m torpaq sahəsinin təhkim edilməsi barədə xx.xx.1992-ci il tarixdə tərtib akt təsdiq edilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 24-2 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhəri Qarabağ küçəsi 8/17 nömrəli evdə yaşayan İddiaçı 400 kv.m torpaq sahəsinin təhkim edilməsi barədə Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 22 nömrəli sərəncamı qüvvədə saxlanılmış və ona 60 kv.m yaşayış sahəsi olan fərdi mənzil tikməsinə icazə verilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Masallı şəhəri Mir Cavad bəy küçəsi 8 nömrəli evdə yaşayan İddiaçı əkincilik və bağçılıq məqsədi ilə əlavə olaraq 400 kv.m torpaq sahəsi təhkim edilməsi barədə xx.xx.1997-ci il tarixli komisiyya aktı təsdiq edilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsi Kamal Mazanovun, Masallı bələdiyyəsinin sədri Azər Baxışovun, DƏDRX 8 saylı ƏVİ-nin texniki-inventarlaşdırıcısı Rahib Rufullayevin, Masallı şəhər sakini Ülviyyə Məcidovanın və Masallı şəhər sakini İddiaçı adından etibarnamə ilə çıxış edən Nümayəndə tərtib etdikləri xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, həqiqətən xx.xx.2018-ci il tarixdə, İddiaçı fərdi yaşayış evi tikilməsi məqsədilə ayrılmış, Masallı şəhəri H.Əliyev prospekti döngə l,ev 1-ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi şimaldan Ü.Məcidovanın həyətyanı torpaq sahəsi ilə, cənubdan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə,şərqdən gediş-gəliş yolu ilə, qərbdən isə “Viləş” çayı ilə həmsərhəddir. Aqrar İslahat zamanı müayinə olunan torpaq sahəsinə şəhadətnamə işlənməmiş və torpaq sahəsinin yerləşdiyi kontur 2644B (Bələdiyyə mülkiyyəti) kimi göstərilmişdir. Torpaq sahəsinin faktiki sahəsi naturada 0.1148 ha təşkil edir. İddiaçı,Masallı RİHB-nin 495 №-li, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən 1994-cü ildə həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir və hal-hazırda orada yaşayır. Torpaq sahəsi üstündə qonşularla mübahisə yoxdur və qonşular adı çəkilən torpaq sahəsindən həqiqətən İddiaçı istifadə etdiyini təsdiq edir. Komissiya yuxarıda sadalananları nəzərə alaraq İddiaçı yaşadığı fərdi evin, onun altında və ətrafında olan 0.1148 ha (1148.0 kv.m) torpaq sahəsinin Bələdiyyə mülkiyyəti kimi göstərilməklə sənədləşdirilməsini məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı şəhəri, H.Əliyev küçəsi 1, döngə 1-də olan fərdi yaşayış evinə İddiaçı adına çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Daşınmaz əmlakın qeydə alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə) Fərmanının 2.5-ci bəndinə uyğun olaraq yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı uçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3189 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli, 22 nömrəli sərəncamı ve 10 iyun 1992-ci il tarixli Akt esasında İddiaçı ayrılması iddia olunan 400 kvm torpaq sahəsinin ayılması barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olubolmamasını müəyyən etmək mümkün deyil, naturada ölçülmüş iddia olunan torpaq sahesi X3 Uçotu İnformasiya sisteminde (TEKUİS) Bələdiyyə mülkiyyəti kimi öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli, 22 nömrəli sərəncamı ve 10 iyun 1992-ci il tarixli Akt esasında İddiaçı ayrılması iddia olunan 400 kvm torpaq sahəsinin ayılması barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olubolmamasını müəyyən etmək mümkün deyil, naturada ölçülmüş iddia olunan torpaq sahesi X3 Uçotu İnformasiya sisteminde (TEKUİS) Bələdiyyə mülkiyyəti kimi öz əksini tapmışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli 22 nömrəli sərəncamı ve 10 iyun 1992-ci il tarixli Akt əsasında İddiaçı ayrılması iddia olunan 400 kvm torpaq sahəsinin ayrılması barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sened üzrə vəzi^fİT^^sinda uyğunsuzluq mövcud olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli, 22 nömrəli sərəncamı və 10 iyun 1992-ci il tarixli Akt əsasında İddiaçı ayrılması iddia olunan 400 kvm torpaq sahəsinin ayrılması barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün hemin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olub olmamasını müəyyən etmək mümkün olmamışdır, naturada ölçülmüş İddia olunan torpaq sahəsi X3 Uçotu İnformasiya sistemine (TEKUİS) sistemində Bələdiyyə mülkiyyəti kimi öz əksini tapmışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 tyun 1992-ci il tarixli 22 nömrəli sərəncamı və 10 iyun 1992-ci il tarixli Akt əsasında İddiaçı ayrılması iddia olunan 400 kvm torpaq sahəsinin ayniması barede arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün hemin torpaq sahəsinin faktiki vəziyyəti ile sened üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, iddia olunan naturada mübahisəli torpaq sahəsinin Elektron Kadastr baza melumatlarında hər hansı hüquqi və ya fiziki şəxsin mülkiyyətində olması barədə məlumat aşkar edilmədi, Bələdiyyc mülkiyyətində olan yaşayış məntəqəsi torpağıdır və hal-hazırda heyətyanı kimi istifad olunur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, ərazidə torpaq islahatı aparılan zaman kəndin həyətyanı layihələri işlənilərkən subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları 120-ci sıra sayında qey edilsədə onlara qanuni ve zəbt torpaq sahəsi qeyd edilmədiyi üçün torpaqdan istifadə hüququna dair şahadətmanə işlənməmişdir və lahiyədə digər yerdə adlarına torpaq sahəjsi aşkar edilməmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, iddia olunan mübahisəli torpaq sahəsinin faktiki naturada ölçülmüş koordinatlarına əsasən X3 Uçotu İnformasiya sistemində (TEKUİS) öz əksini tapmışdır. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün həmin torpaq sahesinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olub olmamasını müəyyən etmək mümkün deyil, naturada ölçülmüş İddia olunan torpaq sahəsi X3 Uçotu İnformasiya sistemine (TEKUİS) sistemində Bələdiyyə mülkiyyəti kimi öz əksini tapmışdır. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, ərazidə torpaq islahatı aparılan zaman kəndin həyətyanı layihələri işlənilərkən subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları 120-ci sıra sayında qeyd edilsede onlara qanunu və zəbt torpaq sahəsi qeyd edilmədiyi üçün torpaqdan istifadə hüququna dair şahadətmanə işlənməmişdir və lahiyədə digər yerdə adlarına torpaq sahəsi aşkar edilmədiyi üçün və X6 Masallı RİH başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 11 iyun 1992-ci il tarixli, 22 nömrəli sərəncam və Masallı RİH başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 07 iyul 1997-ci il tarixli, 34 nömrəli sərəncam əsasında ayrılan torpaq sahələri barədə arxiv və baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyi və məhkəmə tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənədin təqdim edilmədiyi üçün həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasinda uyğunsuzluq mövcud olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın onbirinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, ərazidə torpaq islahatı aparılan zaman kəndin həyətyanı layihələri işlənilərkən subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları 120-ci sıra sayında qeyd edilsədə onlara qanunu və zəbt torpaq sahəsi qeyd edilmədiyi üçün Masallı rayonu Aqrar İslahat Komissiyasının qərarı (xx.xx.2004-cü il tarixli cədvəl, 80501004 nömrəli KOD üzrə siyahı və xx.xx.2018-ci il tarixli koordinatların qeydi barədə akt əlavə edilmişdir) əsasındə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,1164 ha torpaq sehesinin sənədləri mövcud olmadığından sənəd üzrə müəyyən etmək mümkün olmadığından üçüncü şəxlərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olmadı. Qərardadın onikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, iddia olunan naturada ölçülmüş torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsinin torpağıdır, faktiki ölçüsü 0.1179 ha-dır, həyətyanı kimi istifadə olunur. Qərardadın onüçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində bir mərtəbəli iki ədəd (202.8 kvm + 180.5 kvm) fərdi yaşayış evi mövcuddur. Qərardadın ondördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4734/2023 №-li mütəxəssis rəyinə əsasən, ərazidə torpaq islahatı aparılan zaman kəndin həyətyanı layihələri işlənilərkən subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları 120-ci sıra sayında qeyd edilsədə onlara qanunu və zəbt torpaq sahəsi qeyd edilmədiyi üçün Masallı rayonu Aqrar İslahat Komissiyasının qərarı (xx.xx.2004-cü il tarixli cədvəl. 80501004 nömrəli KOD üzrə siyahı və xx.xx.2018-ci il tarixli koordinatların qeydi barədə akt əlavə edilmişdir) əsasındə İddiaçı və eile üzvlərinə ayrılmış 0,1164 ha torpaq səhəsinin sənədləri mövcud olmadığından sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.İddia olunan naturada ölçülmüş torpaq sahəsinə elektron baza məlumatlarında digər şəxlərin adına hər hansı bir hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi aşkar edilmədi. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə nümayəndəsinin xx.xx.1992-ci il tarixli, 24- 2 nömrəli və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan hal iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3189 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayandəsinin xx.xx.1992ci il tarixli, 24-2 nömrəli və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamlarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən xx.xx.1992-ci il tarixli və xx.xx.1997ci il tarixli sərəncamlar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayandəsinin xx.xx.1992-ci il tarixli, 24-2 nömrəli sərəncamı ilə 400 kv.m və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamı ilə 400 kv.m torpaq sahələrinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İmtina üçün digər bir əsas torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı olmasına halı ilə bağlı məhkəmə qeyd edir ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayandəsinin xx.xx.1992-ci il tarixli, 24-2 nömrəli və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamları qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİK-larının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. Lakin, məhkəmə tərəfindən qeyd edilən istiqamətdə də tam araşdırılma aparılmış və Belədiyyə tərəfindən bugünə kimi qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olmadığı, torpaq sahəsinin verilməsinə əsas olan aktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçının tələbi ona ayrılan 0,1148 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq ona xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi öhdəliyidir ki, məhkəmə 0,08 ha hissəsindən başqa yerdə qalan 0,0348 ha hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin hissə də iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli torpaq sahəsinin 0,0348 ha hissəsi iddiaçının istifadəsində olsa da, həmin hssənin iddia tərəfə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ümumi araşdırma nəticəsində həmin hissənin bələdiyyə mülkiyyəti olması müəyyən edildiyindən iddiaçıya hüquqi yardım göstərilərək 0,0348 ha hissədə hüquqlarını qeydə alınması məqsədilə müvafiq inzibati orqana (bələdiyyəyə) müraciət etmək hüququ izah edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayandəsinin xx.xx.1992-ci il tarixli, 24-2 nömrəli sərəncamı ilə 400 kv.metr və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamı ilə 400 kv.metr Masallı şəhəri ərazisində yerləşən və fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə bağlı prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayandəsinin xx.xx.1992-ci il tarixli, 24-2 nömrəli sərəncamı ilə 400 kv.metr və xx.xx.1997-ci il tarixli, 34 nömrəli sərəncamı ilə 400 kv.metr Masallı şəhəri ərazisində yerləşən və fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq xüsusi mülkiyyət hüquqlarının tanınmasına dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar