Məhkəmə qərarları › İş №2-1(120)-2090/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2090/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2090/2025 24.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2008-ci il tarixində Ağcabədi rayon Qeydiyyat X1 barəsində tərtib edilmiş 598 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında qeyd edilmiş doğum tarixini xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2008-ci il tarixində Ağcabədi rayon Qeydiyyat X1 barəsində tərtib edilmiş 598 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında qeyd edilmiş doğum tarixini xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE 12702458 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olması qeyd olunmuşdur. - xx.xx.2008-ci il tarixli, AZ-İİ 133156 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2007-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X2 adı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, AZE C04029987 nömrəli xarici pasportun təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olması qeyd olunmuşdur. - İQ №482826 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olması qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixli, 347 nömrəli arayışdan görünür ki, Tağıyev X6 rayonu, Hindarx qəsəbəsində yaşayır. - Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 292 nömrəli arayışdan görünür ki, X8 Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 saylı tam orta məktəbin 11ç sinfində 1-ci növbədə təhsil alır. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-T-1210/2024 nömrəli arayışından görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, bu barədə xx.xx.2008-ci il tarixdə Cavabdehndə 598 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - xx.xx.2008-ci il tarixli, 598 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 oğlu xx.xx.2005-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X2 adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2008-ci il tarixində Cavabdehndə iddiaçının övladı X7 barəsində tərtib edilmiş 598 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.2005-ci il” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə doğum tarixi “xx.xx.2007-ci” qeyd edilmişdir. İddiaçının övladının şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, hərbi biletində, xarici pasportunda və digər sənədlərdə doğum tarixinin “xx.xx.2007-ci il” qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin, doğum və nikah haqqında şəhadətnamənin, hərbi biletin, xarici pasportun və digər sənədlərin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də təvəllüdü “xx.xx.2005-ci il kimi olmuş, iddiaçı və övladı isə uzun illər ərzində müvafiq sənədlərdə təvəllüdünün “xx.xx.2007-ci il” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. İddiaçının övladı X5 barəsində doğum akt qeydi xx.xx.2008-ci tarixdə tərtib edilmiş, Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 saylı tam orta məktəbin 11ç sinfində oxuyur, hərbi qeydiyyatıda xx.xx.2007-ci il təvəllüd kimi qeydə alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2008-ci il tarixində Ağcabədi rayon Qeydiyyat X1 barəsində tərtib edilmiş 598 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında qeyd edilmiş doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixində Ağcabədi rayon Qeydiyyat X1 barəsində tərtib edilmiş 598 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında qeyd edilmiş doğum tarixini xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar