Məhkəmə qərarları › İş №2-1(120)-2091/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2091/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2091/2025 04.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi **********2 saylı VÖEN əsasında qeydiyyatda alınmaqla Şirvan şəhərində məişət texnikaların satışı ilə məşğul olur. Vergi ödəyicisi kimi fəaliyyət göstərdiyim mağazada səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş akt tərtib olunmuş, akt əsasında xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən X4 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri, nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə, malların təhvil-qəbul aktı, idxal gömrük bəyənnaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura(invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alis aktlan, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya emala va saxlamaya (məsuliyyətli mühafizayə) götürülmüş mallara görə təhvilqabul aktı va qaytarılmış mallara dair malların qaytanılması aktının olmamasina görə 1398.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə ticarət mağazasında müştəriyə malın alınması barədə qəbz təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndələri tərəfindən qəbzdə malın adının yazılmaması irad tutulmuş, qeyd edilən halla əlaqədar akt tərtib olunmuş, akt əsasında xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən X4 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmaların aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsində baxılmış və səyyar vergi yoxlamasının xx.xx.2024cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinə ziddir və ləğv olunmalıdır. İlkin yoxlama ilə əlaqədar ticarət mağazasında satılan malların bir çox qismi Bakı şəhərində yerləşən Sədərək ticarət Mərkəzindən alınması ilə əlaqədar göndərilən məhsulların bəzilərinin qaimə fakturalarının göndərilməməsi səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilən qaimə-fakturaların təqdim edilməsi üçün yoxlamanın bir müddət təxirə salınmasını təklif edilməsinə baxmayaraq qeyd edilən qərar qəbul edilmişdir. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə vergi ödəyicisi kimi hesabatlar və ödənişlər vaxtında tərəflərindən icra edilməklə və Dövlət büdcəsinə vergi ödənişləri ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********6315 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, F.Eynullayev 44 küçəsində yerləşən **********- 21005 kodlu “Orion Elektroniks” adlı elektrik mallarının pərakəndə satışı mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 10:11 radələrində aparılmış operativ vergi nəzarəti zamanı vergi ödəyicisi tərəfindən X2 istifadə olunmasına baxmayaraq kassa çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsində gösdərilən rekvızitlərə uyğun olmadığı (alınmış malın adı NKA çekində tam əks etdirilmədiyi) müəyyən edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 036691 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Veri Məcəlləsinin 16.1.9 mədəsinin (lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2019-cu il avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları nın 8.3.16 bəndinin (pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********3041 nömrəli qərar qəbul edilmiş və 1000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Daha sonra qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmaması faktı aşkar edilərək yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 101912 nömrəli müvafiq aktla və rəsmiləşdirilmişdir. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) məxsus “Orion Elektroniks” adlı obyektdə 13981 (on üç min doqquz yüz səksən bir) manat malların alışını təsdiq edən sənədlər müəyyən edilməmiş və buna görə də Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********9872 nömrəli qərar qəbul edilmiş və 1398.10 (min üç yüz doxsan səkkiz manat on qəpik) manat maliyyə sanksiyası tədbiq edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9872 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisİnin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götüıülmüş mallara görə təhvilqəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 1398.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1398.10 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********3041 nömrəli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-12/2- 38800/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********6315 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, F.Eynullayev 44 küçəsində yerləşən **********-21005 kodlu “Orion Elektroniks” adlı elektrik mallarının pərakəndə satışı mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 10:11 radələrində aparılmış operativ vergi nəzarəti zamanı vergi ödəyicisi tərəfindən X2 istifadə olunmasına baxmayaraq kassa çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsində gösdərilən rekvizitlərə uyğun olmadığı (alınmış malın adı NKA çekində tam əks etdirilmədiyi) müəyyən edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 036691 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş akt fərdi sahibkar tərəfindən imzalanmamışdır. Bundan əlavə qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmaması faktı aşkar edilərək yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 101912 nömrəli müvafiq aktla və rəsmiləşdirilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş akt fərdi sahibkar tərəfindən imzalanmamışdır. Bildirmək istəyirik ki, Vergi Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Həmin Məcəlləsinin 39.6-cı maddəsinə əsasən 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. xx.xx.2024-cü il tarixli **********761200 nömrəli və xx.xx.2025-ci il tarixli **********107400 nömrəli məktublarla İddiaçı tərtib edilmiş aktlar göndərilərək, Vergi Məcəlləsinin 49-cu maddəsi üzrə barəsində qəbul ediləcək qərara dair matreallara baxılmasında iştirak etmək məqsədi ilə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə saat 10:00-da və xx.xx.2024-cü il tarixdə saat 10:00-da 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına gəlməsi bildirilmişdir (məktublar və onların vergi ödəyicisi tərəfindən oxunması barədə məlumat əlavə edilir). Lakin İddiaçı qeyd edilən vaxtlarda araşdırmanın aparılması üçün 5 saylı Ərazi Vergilər İdarəsinə gəlməmişdir. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Veri Məcəlləsinin 16.1.9 madəsinin (lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2019-cu il avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin (pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********3041 nömrəli qərar qəbul edilmiş və 1000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Eyni zamanda "Orion Elektroniks” adlı obyektdə 13981 (on üç min doqquz yüz səksən bir) manat malların alışını təsdiq edən sənədlər müəyyən edilməmiş və buna görə də Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********9872 nömrəli qərar qəbul edilmiş və 1398.10 (min üç yüz doxsan səkkiz manat on qəpik) manat maliyyə sanksiyası tədbiq edilmişdir. Qeyd edirik ki, müqavilə iki və ya daha çox tərəf arasında hüquqi öhdəlik yaradan razılaşmadır. Müqavilə, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, xidmətin və ya malın şərtlərini (məsələn, miqdarı, keyfiyyəti, qiyməti, çatdırılma müddəti və s.) təsvir edir, hüquqi əsas yaradır, yazılı formada (əksər hallarda) və ya bəzi hallarda elektron formada bağlanır. Elektron Qaimə- Faktura (e-QF) - malın təqdim edilməsi və ya xidmətin göstərilməsindən sonra vergi məqsədilə tərtib olunan, elektron sistemdə yaradılan maliyyə sənədidir. Dövlət Vergi Xidmətinin sistemində elektron şəkildə tərtib olunur, müştəriyə göstərilən xidmət və ya təqdim olunan məhsula görə ödənişi və vergi öhdəliklərini əks etdirir, müqavilə əsasında görülmüş işin və ya təqdim edilmiş məhsulun təsdiqi üçün istifadə olunur və satıcı (xidmət göstərən) tərəfindən təqdim edilir. Qeyd edirik ki, əvvəlcə müqavilə bağlanır, müqavilə əsasında iş görülür və ya mal təqdim olunur, bundan sonra isə e-qaimə faktura tərtib edilir. Qaimə-faktura olmadan vergi uçotuna düşmək və xərclərin rəsmi sənədləşməsi mümkün olmur. Qaimə-faktura tək başına müqavilə əvəzi kimi çıxış etmir, lakin müqaviləyə əlavə sənəd kimi çıxış edir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmaması faktı aşkar edilərək yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 101912 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Lakin iddiaçının məhkəməyə həmin malların e-qaimə faktura əsasında almasını idda etdiyi müqavilə isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi müqavilənin aktın tərtib edilməsindən sonrakı dövrə aid olması həmin müqavilənin aktda göstərilən sənədsiz mallara aid olmadığı qanunvericilikdə aşkar şəkildə qeyd edilmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iş materiallarına əsasən İddiaçı tərəfindən inzibati orqanın “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, **********9872 nömrəli qərarı, xx.xx.2024-cü il tarixli, **********3041 nömrəli qərarı mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli, 338 nömrəli qərarının: 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.3. İstifadəçinin vəzifələri: 8.3.7. dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə edilməsi, NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparılmasıdır. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********6315 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, F.Eynullayev 44 küçəsində yerləşən **********- 21005 kodlu “Orion Elektroniks” adlı elektrik mallarının pərakəndə satışı mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 10:11 radələrində aparılmış operativ vergi nəzarəti zamanı vergi ödəyicisi tərəfindən X2 istifadə olunmasına baxmayaraq kassa çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsində gösdərilən rekvızitlərə uyğun olmadığı (alınmış malın adı NKA çekində tam əks etdirilmədiyi) müəyyən edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 036691 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Veri Məcəlləsinin 16.1.9 mədəsinin (lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2019-cu il avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları nın 8.3.16 bəndinin (pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********3041 nömrəli qərar qəbul edilmiş və 1000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. İş materiallarına qeyd edilən çekin bir nüsxəsi əlavə edilmiş, qeyd edilən çekə baxılan zaman alınmış malın adının NKA çekində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzarət-kassa aparatının çeklərində göstərilməli olan məlumatların adları tam dqıqliklə qeyd edilmişdir ki, bunlardan biri də malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğdir (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği). Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı üzrə hesab edir ki, cavabdeh orqanın qeyd edilən qərarı qanuni və əsaslı olmuşdur. İddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, mövcud olmadığı öz təsdiqini tapmışdır. Mübahisəli hesab edilən digər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı üzrə isə müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmaması faktı aşkar edilərək yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 101912 nömrəli müvafiq aktla və rəsmiləşdirilmişdir. Nəticə olaraq fərdi sahibkar İddiaçı (VÖEN **********) məxsus “Orion Elektroniks” adlı obyektdə 13981 (on üç min doqquz yüz səksən bir) manat malların alışını təsdiq edən sənədlər müəyyən edilməmiş və buna görə də Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən xx.xx.2024cü il tarixli **********9872 nömrəli qərar qəbul edilmiş və 1398.10 (min üç yüz doxsan səkkiz manat on qəpik) manat maliyyə sanksiyası tədbiq edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın xx.xx.2024-cü il tarixli **********9872 nömrəli qərar üzrə təmin edilib-edilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması halları müəyyən edilərsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı müəyyən ediləcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Belə ki, iddiaçı tərəfindən obyektdə malların elektron qaimə faktura əsasında alınmasını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd edilən sənədlərə baxış keçirilən zaman təqdim edilən elektron qaimə fakturaların operativ vergi nəzarəti zamanı deyil, qərar qəbul edildikdən sonra tərtib edildiyi müəyyən edilir. Halbuki Vergi Məcəlləsinin 58.8-ci və 58.8.1-ci maddələrinə əsasən Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunan hal iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi pozuntusunda təqsirini təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qanuni və əsaslı olmuşdur. İddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, mövcud olmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA AlDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********9872 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli **********3041 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar