Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2092/2024 09.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuş, 1973-1979cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, xx.xx.1975-ci il tarixdə Şıxsalahlı kənd orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.1976-xx.xx.1978-ci illərdə X5 hərbi xidmətdə olmuş, 1979-1980 və 1982-1995-ci illərdə Sabirabad rayon Qələbə kolxozunda işləmiş, xx.xx.1995-xx.xx.2001-ci illərdə bufetçi işləmişdir. Qeyd edilən iş stajı əmək kitabçasında, arxiv arayışlarında tam şəkildə öz əksini tapmışdır. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda sığorta stajının az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona hüququnun yarandığı, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 17 il 2 ay 26 gün təşkil edir. Bu illərə xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü, 1979-1980 və 1982-1995-ci illərdə kolxozda işlədiyi dövr daxildir. Bundan başqa iddiaçı iddia ərizəsində 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını qeyd etsə də, bununla bağlı inzibati orqana hər hansı bir sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyini qeyd etsə də, hansı müəssisə və ya təşkilatda bufetçi işlədiyini göstərməmiş, bufetçi işlədiyinə dair hər hansı bir sənədi də inzibati orqana təqdim etməmişdir. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində, xx.xx.2022-ci il tarixdən 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat yaşa görə sosial müavinət təyin edilib və ödənilir. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən əlavə sənədlər təqdim edilərsə, müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələcəyi təqdirdə onun pensiya təminatı hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yasına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yasa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyqun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sıqortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan is və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sıqortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sosial müavinətlər haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial vardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2.-ci maddəsinə əsasən yasa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Yusubova ZeynəbYaşarovna iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, 016387 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuş və 1979-ci ildə bədən tərbiyəsi ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin 30.2021-ci il tarixli, 02 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Sabirabad rayon Qaragüney K.C-də Qaragüney kəndində yerləşən kənd çayçısında çayçı-Bufetçi işində işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 31 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1980, 1982-1995-ci illərdə Qələbə kolxozunda işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-87042/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçanın və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 2 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata, xx.xx.2023- cü il tarixindən 220 manata çatdırılmaqla ödənişi davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1176/2021 nömrəli qətnaməsində ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 1979-1980, 1982-1995-ci illərdə Sabirabad rayonu, Qələbə kolxozunda işləməyi barədə Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 64 nömrəli arxiv arayışında qeyd olunan Seyidməmməd və S.Məmməd adlarının ona-yəni İddiaçı məxsus olması faktının müəyyən olunması barədə ərizəsi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-374/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 1176/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3015/2022 nömrəli qərarı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-374/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(106)-1682/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1176/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 64 nömrəli arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-309273/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixində yaranmışdır. Vətəndaşın təqdim etdiyi sənədlərin surətinə əsasən sosial sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, 1979-1980-ci illər və 1982- 1995-ci illər üzrə kolxoz stajı daxil olmaqla 17 il 2 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci ii tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edək ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulmuş müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, vətəndaşın əlavə sənədiər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 X6 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-46-13/2-65/2024 nömrəli məktubuna xx.xx.2024-cü il tarixli, 3-46-1313-2-192/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna tam orta təhsil bazasından (11 illik), əyani təhsil “Bədən tərbiyəsi” ixtisası üzrə qəbul olunmuşdur (əmr №173T xx.xx.1973-cü il). 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “Bədən tərbiyəsi müəllimi” ixtisası ilə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirməsi haqqında adi diplom verilmişdir (əmr №210, xx.xx.1979-cu il). Texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. İşdə olan xx.xx.2024-cü il tarixli iddiaçı ilə bağlı əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərara əsasən iddiaçının 25 il sığorta stajı olmadığı əsası ilə pensiyanın təyin edilməsindən imtina olunduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-110704/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq aktına əsasən həmin müəssisənin 1995-2001-ci illərə aid əmək haqqı kitablarının və cədvəllərinin olmaması səbəbindən İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır. Eyni zamanda Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Sabirabad rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri və kitabları Sabirabad Rayon Dövlət Arxivində saxlanılmır. Qeyd olunan səbəblərdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-670/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 47 nömrəli qərarına əsasən Bakı Bədən Tərbiyəsi Texnikumu Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il 45 nömrəli qərarı ilə ləğv olunmuş Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu və Bakı Bədən Tərbiyəsi və X3 şöbəsinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci yaradılmışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 17 il 02 ay 26 gün (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə hərbi xidmət dövrü, 1979- 1980 və 1982-1995-ci illərdə kolxozda işlədiyi dövr) təşkil edir və cavabdeh imtina üçün üç halı əsas götürmüşdür: Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:
1. İddiaçının 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını qeyd etsə də, bununla bağlı inzibati orqana hər hansı bir sənəd təqdim etmədiyi və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyini qeyd etsə də, hansı müəssisə və ya təşkilatda bufetçi işlədiyini göstərməmiş, bufetçi işlədiyinə dair hər hansı bir sənədi də inzibati orqana təqdim etmədiyi,
2. iddiaçının 25 il ümumi iş stajının toplamaması.
3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2000-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Cavabdeh tərəfindən ümumilikdə 17 il 02 ay 26 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərdə atasının adının iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-309273/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixində yaranmışdır. Vətəndaşın təqdim etdiyi sənədlərin surətinə əsasən sosial sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, 1979-1980-ci illər və 1982-1995-ci illər üzrə kolxoz stajı daxil olmaqla 17 il 2 ay 26 gün təşkil edir. Həmçinin bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci ii tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edək ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulmuş müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, vətəndaşın əlavə sənədiər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. - Azərbaycan Respublikasının Dövlət X4 X6 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-46-13/2-65/2024 nömrəli məktubuna xx.xx.2024-cü il tarixli, 3-46- 1313-2-192/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna tam orta təhsil bazasından (11 illik), əyani təhsil “Bədən tərbiyəsi” ixtisası üzrə qəbul olunmuşdur (əmr №173T xx.xx.1973-cü il). 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “Bədən tərbiyəsi müəllimi” ixtisası ilə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirməsi haqqında adi diplom verilmişdir (əmr №210, xx.xx.1979-cu il). Texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-110704/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq aktına əsasən həmin müəssisənin 1995-2001-ci illərə aid əmək haqqı kitablarının və cədvəllərinin olmaması səbəbindən İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır. Eyni zamanda Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Sabirabad rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri və kitabları Sabirabad Rayon Dövlət Arxivində saxlanılmır. Qeyd olunan səbəblərdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/2-670/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 47 nömrəli qərarına əsasən Bakı Bədən Tərbiyəsi Texnikumu Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il 45 nömrəli qərarı ilə ləğv olunmuş Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu və Bakı Bədən Tərbiyəsi və X3 şöbəsinin bazasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kolleci yaradılmışdır. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon Kooperativ Cəmiyyətinə məxsus Qaragüney kəndində yerləşən kənd çayçısında işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətində əmək fəaliyyəti göstərdiyi dövr ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu cavabına əsasən cavabdeh tərəfindən mübahisəli hal kimi göstərilən xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünə dair Kooperativ Cəmiyyətinin arxivində saxlanılan sənədlərə baxış keçirilmiş və Fondun Mil-Muğan regional filialı tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən qeyd edilən müəssisədə işə qəbul və işdən azad edilmə əmrləri arxivdə aşkar edilmiş və əsassız olmasına dair heç bir sübut müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almamasını müəyyən etmək müəssisənin 1995- 2001-ci illərinə aid əmək haqqı kitablarının və yaxud cədvəllərinin olmaması iddiaçının təqsiri səbəbilə olmamışdır və həmin halda iddiaçının ziyanına şərh edilməməlidir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İmtinanın digər əsası iddiaçının Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığını illərlə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda “Bədən tərbiyəsi” ixtisası üzrə əyani təhsil aldığı müəyyən edilmişdir. Qeyd edilənləri təsdiq edən diplom (əmr №210, xx.xx.1979-cu il) və Azərbaycan Respublikasının Dövlət X4 X6 Hüquqi Şəxsinin arayışı iş materiallarına əlavə edilmişdir. xx.xx.1975-ci ildə təhsili başa vursa da diplomun 1979-cu ildə təqdim edilməsi inzibati orqan tərəfindən şübhəli hal kimi qəbul edilsə də, təqdim edilən arayışda qeyd edilmişdir ki, texnikumun tələbələrinin qəbul və məzun əmrlərinin qeydiyyatı jurnalında tələbənin təhsil dövründə hərbi xidmətdə olduğu və yekun attestasiya üçün təkrar müraciət etdiyi barədə qeydin olması onun normativ təhsil müddətindən artıq - 6 ilə təhsilini bitirməsini izah edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əyani təhsil aldığı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər olan dövrdə onun sığorta stajına əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunan iş stajı, təhsili və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının mövcudluğu müəyyən edilir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı) Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən 17 il 02 ay 26 gün sığorta stajı ilə 1973-1979-cu illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil aldığı və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək bufetçi işlədiyi iş stajı dövrünü cəmlədikdə ümumilikdə 25 ildən çox ümumi iş stajının mövcud olduğu müəyyən edilir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, H.O.Qasımovanın 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçı ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilməli, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdehin X1 ilə bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-80365/2023 saylı və xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilsin, hüququnun yarandığı 65 yaşdan, yəni 03 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov