Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2093/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarının, həmçinin 28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3- 1247/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1247/2024 saylı qərarın ona aid hissədə ləğv edilməsi və minik avtomobilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2093/2025 nömrəli qərardadı ilə iddia tələbinə “28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1247/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1736/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1736/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-411/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(120)- 1736/2024 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə inzibati iş məhkəməyə qaytarıldıqdan sonra icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2093/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarının ləğv edilməsi və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2093/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarının, həmçinin 28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1247/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Çernobıl AES-də hərbi xidmət zamanı şüa xəsarətinə görə İİ qrup əlillik təyin olunmuş, həmçinin bu əlilliyə görə Prezident təqaüdünü də alır. Səhhəti və işi ilə əlaqədar tez-tez nəqliyyatdan istifadə etməyinə zərurət yaranır və dövlətin müvafiq qanunlarına əsasən ona dövlət hesabına minik avtomobili verilməlidir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası’nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bunu əsas tutaraq 14 aprel 2020-ci il tarixdə minik avtomobilinin verilməsi növbəsinə alınmaq üçün ƏƏSM Naziri cənab Sahil Babayevə ərizə ünvanlamış və ərizəsinə şəxsiyyət və əlillik vəsiqəsinin surətlərini, yaşayış və ailə tərkibi haqında arayışı, DSMF-nin Kürdəmir rayon Şöbəsinin arayışını, ƏƏSM Nazirliyinin arayışını, Həkim Məsləhət Komissiyasının xx.xx.2020-ci il tarixli bildirişini, Tibbi-Sosial Ekspert Komissiyasının arayışını əlavə etmişdir. Bundan sonra tələb əsasında 88 saylı forma üzrə tibbi arayışı da onlara göndərmişdir. Uzun müddət yazışmalardan sonra sənədlərini ƏƏSM Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildi. 2021-2022-ci illərdə Agentliyə çoxsaylı müraciətləri oldu və bir neçə dəfə Agentliyin yerləşdiyi məkana getmiş və burada ona elan olunub ki, komissiya sənədlərini qəbul etdi və çağrış olanda gələr. Ona xx.xx.2023-cü il tarixdə komissiya olacağı bildirilmişdir. Minik maşını növbəsinə götürülmək üçün təqdim etdiyi tələb olunan hüquqmüəyyənedici sənədlər əsasında xx.xx.2023-cü il tarixdə komissiyadan keçmişdir. Həmin zaman komissiya ona elan etdi ki, nəticəni “Asan” Xidmətin “Dost” şöbəsindən ala bilər. Səhhəti ilə əlaqədar müalicə olunmağına görə iyul ayının 12-də “Dost” xidmətindən Tibbi-Sosial Komissiyanın məlumatını alıb, oxumuş və yaxından tanış olmuşdur. Komissiyanın rəyində əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyana müraciət etməsi tələb olunması göstərilmişdir. Bundan sonra təqdim etdiyi tələb olunan sənədlər üzrə minik maşını almaq üçün növbəyə alınmağı məsələsini Komissiyada yenidən baxılmasına və növbəyə alınmağına göstəriş verməsini təkrarən Agentlikdən xahiş etmiş və ərizə ünvanlamışdır. Müraciətinə (ərizəsinə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədr müavini Ramin Rzayevin imzası ilə xx.xx.2023-cü il tarixli cavab məktubunu almışdır. Cavab məktubunda təqdim etdiyi tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla razılaşmayaraq imtinaya etirazını bildirir və aşağıdakı fikirlərində imtinanın əsassız olduğunu diqqətə çatdırır. Əvvəla, imtina məktubunda imtinanın səbəbi mövcud qanunvericiliyin hansı maddəsinə və tətbiq olunan qaydaların hansı bəndinə əsaslandığı qeyd olunmamışdır. Digər tərəfdən qüvvədə olan xx.xx.2020-ci il tarixli Nazirlər Kabinetinin 11 saylı qərarına əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər dövlət vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Tibbi göstərişə əsasən isə ikinci dərəcəli xroniki qan dövranı çatışmamazlığı olan şəxslərə tibbi göstəriş verilir. Ona Çernobıl qəzası zamanı İİ dərəcəli xroniki qan çatışmamazlığına görə İİ qrup əlillik təyin edilmişdir. Çernobıl hadisəsi zamanı aldığı zəhərli şüa nəticəsində ömürlük qan xəstəliyi və bu xəstəlikdən daima müalicə alaraq mütamadi dərmanlar qəbul edir və bu xəstəlik onda xronikidir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobili ilə təmin olunması” tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 -Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çatımşalığı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: G92 Toksiki ensefalopatiya RADİASİON ENSEFALOPATİYA. Tsekin əlavə diaqnozu: Xidməti məktub № 3-17-4/3-1- 5854/2023; Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı..”, 501 N2-İi əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini, onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və İPM 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi 28 fevral 2023-cü il tarixli və 06 aprel 2023-cü il tarixli qərarlar iddiaçıya təqdim olunmamış, iddiaçı onun tələbinin təmin olunmadığını müəyyən etdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş. həmin qərarların mövcudluğu iddiaçıya məhkəmə icraatı zamanı məlum olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, Sizə xx.xx.2014-cü il tarixindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, Siz minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən sizə minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığını nəzərinizə çatdırırıq. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair imtinadan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.6.-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və ya sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi- Sosial Ekspert Kommisiyasına müraciət etməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli, 2-1 (120)-4618/2023 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıi AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, İddiaçı minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi ilə bağlı müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar (Radiasion ensefalopatiya, ÜİX. Aterosklerotik kardioskleroz) reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Kürdəmir rayon sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxxJ əlillik vəziyyəti xx.xx.2014-ci il tarixdə tibb müəssəsində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Çernobıl AES-də hərbi xidmətlə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Dz: Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz, gərginlik və sakitlik stenokardiyası İİİ f/s.Xr ağ ciyər ürək çat-qı. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı dəri xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Dermovayt” istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, reflekslər canlı alınmış, D=S, əzələ gücü və tonus bərabər, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarından görünür ki, 501 nömrəli qərara əsasən iddiaçıya avtomobil və motorlu araba ilə təmin edilməsinə dair göstəriş meyarından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-411/2024 nömrəli qərardadının əsaslandırma hissəsində qeyd edilmişdir: Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi düzgün olaraq “Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı”nın ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil etsədə, işə baxan məhkəmə tələbin birinci hissəsinə əhəmiyyət vermədən, yalnız “minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün onun müraciətindən imtina edilməsinə dair cavabdeh tərəfindən qəbul edilən 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi olduqca zəruridir. Yalnız bundan sonra tələbin digər (təmin edilən) hissəsinə qiymət verməli idi. Yəni, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan sözügedən qərar mübahisələndirilmədən, daha doğrusu ləğv edilmədən, tələbin digər hissəsi təmin oluna bilməzdi. İş materiallarında olan iddiaçıya məxsus 281694 nömrəli, xx.xx.2002-ci il tarixli vəsiqədən və Altsistemdən çıxarışdan görünür ki, İddiaçı ikinci qrup müddətsiz Çernobıl AES əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1956-cı il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində, 01,02.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1976-cı il tarixdə SSRİ Müdafiə Nazirinin xx.xx.1976-cı il tarixli 197 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. 19 iyul 1987-ci il tarixdən 13 noyabr 1987-ci il tarixədək Çernobıl AES-də qəzanın aradan qaldırılmasında 30 (otuz) km əhatəsində iştirak edib. ƏSAS: Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edən hərbi mükəlləfiyyətlilərin qeydiyyatı kitabı. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir (30.1); Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir(30.3) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına əsasən: 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X7 tərəfindən səyyar, ambulator və stasionar formada "Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X5 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ümumi səbəblərdən:
1. ümumi xəstəlik;
2. istehsalat zədəsi;
3. peşə xəstəliyi;
4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
5. hərbi xidmət dövrü ilə əlaqədar;
6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
7. terror hadisəsi ilə əlaqədar; xüsusi səbəblərdən:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oyna-ğının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçıya imtina verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 19 iyul 1987-ci il tarixdən 13 noyabr 1987-ci il tarixədək Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edib və bundan sonra iddiaçıya Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın müayinə aktına əsasən Radiasion ensefalopatiya. ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı diaqnozu qoyulmuş və bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarın 57-ci bəndində tibbi göstəriş verilməsinə əsas verən xəstəliklərin və travmaların siyahısında nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinin tələblərinə tam riayət etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olanərizə, şikayət və ya vəsatətləriişə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarının, həmçinin 28 fevral 2023-cü il tarixli, 3-17- 4/3-3-1247/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsini və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X11 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X11 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarı, həmçinin 28 fevral 2023-cü il tarixli, 3-17- 4/3-3-1247/2024 saylı qərarı iddiaçıya aid hissədə ləğv edilməli və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 06 aprel 2023-cü il tarixli, xxxxxxx0003 saylı qərarı, həmçinin 28 fevral 2023-cü il tarixli, 3-17-4/3-3- 1247/2024 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin və minik avtomobilinin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Şahəli Musayev