Məhkəmə qərarları › İş №2-1(120)-21/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-21/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-21/2021 17.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirаkları ilə, İddiaçı Cavabdehnə qarşı “1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə, üçüncü şəxslər Sabirabad rayonu Moranlı kənd İnzibati Ərazi Dairəsinə və Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinə qarşı 1997-ci ildə keçirilən Torpaq islahatı zamanı verilmiş dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış nöqsanların aradan qaldıraraq dəyişikliklərin aparılması öhdəliyinin aidiyyəti orqanların üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(086)-1891/2019 saylı qərardadı ilə İddiaçı Cavabdehnə, üçüncü şəxslər Sabirabad rayonu Moranlı kənd İnzibati Ərazi Dairəsinə və Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinə qarşı 1997-ci ildə keçirilən Torpaq islahatı zamanı verilmiş dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış nöqsanların aradan qaldıraraq dəyişikliklərin aparılması öhdəliyinin aidiyyəti orqanların üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(086)-1891/2019 saylı qərardadından İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(106)-766/2019 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(086)-1891/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(106)-766/2019 nömrəli qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-3465/2019 nömrəli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2-1(106)-766/2019 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2- 1(106)-303/2020 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(086)- 1891/2019 saylı qərardadının ləğv edilməsi, iddia tələbinə baxılması üçün işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1403/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “dövlət aktı və şəhadətmanədə buraxılmış nöqsanların aradan qaldırılaraq dəyişikliklərin aparılması” tələbinə dair iş üzrə Sabirabad rayon Moranlı bələdiyyəsinin, X8 Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin, X3 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-21/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “dövlət aktı və şəhadətmanədə buraxılmış nöqsanların aradan qaldırılaraq dəyişikliklərin aparılması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, Sabirabad rayon Moranlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxslər sırasından çıxarılması, iddia tələbinə “1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi” tələbinə dаir iddiа ərizəsi üzrə bахılmаsı qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında 1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X4 izahatında iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında 1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi barədə iddia tələbinin təmin olunmasına etirazı olmadığını bildirdi. Cаvаbdеh Cavabdehnə və digər üçüncü şəxslərə məhkəmə hazırlıq icraatı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq 1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan “Torpağın mülkiyyət hüququna dair” JN-222, kod 90917028 nömrəli dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 20-1 saylı qərarı ilə 1.55 ha torpaq sahəsi X3 və onun ailə üzvləri X2, İddiaçı mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A, KOD 90917028 nömrəli Şəhadətnamədən görünür ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 20-1 saylı qərarı ilə 0,39 ha torpaq sahəsi X3 və onun ailə üzvləri X2, İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Sabirabad rayonu Sərxanbəyli kəndi “Xaqani” adına kolxozun yerli aqrar islahat komissiyasının təsdiq etdiyi Sabirabad rayonu Sərxanbəyli kəndi “Xaqani” adına kolxozda payı bəlli fermer təsərrüfatı yaradan ailə başçılarının yekun cədvəlindən görünür ki, ailə başçısı kimi X3 0,83 ha artıq həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli, **********69 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu, Sərxanbəyli kəndi ərazisində aparılmış torpaqların elektron uçotu işləri ilə əlaqədar yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından daxil olmuş elektron müraciətinizə X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, uçot işləri “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına uyğun olaraq torpaq mülkiyyətçilərinin faktiki naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qeydə alınmaqla aparılır. Hazırda Sabirabad rayonu ərazisində qeyd olunan kadastr və yerquruluşu üzrə işlər tamamlanmışdır. Şikayətinizlə əlaqədar X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixində Sabirabad rayonu Moranlı bələdiyyəsinin sədrinin iştirakı ilə sizinlə görüş keçirilmiş, ailənizə düşən pay torpağının kəmiyyət göstəriciləri (torpaq islahatı aparılarkən ailənizin zəbt etdiyi torpaq sahəsinin keyfiyyət əmsalına görə sizə veriləcək pay torpaqlarından çıxılması), eləcə də ərazidə aparılan torpaqların elektron uçotu işinin yuxarıda qeyd olunan Fərmanın tələblərinə tam uyğun aparıldığı barədə təkrarən məlumat verilmişdir. Eləcə də, torpaq islahatının nəticəsi ilə bağlı yaranmış narazılıqla əlaqədar qanunvercilikdə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnuzun olduğu bildirilmişdir. Bu barədə Komitənin xx xxxxxx 2019-cu il tarixli, **********40 nömrəli və Xidmətin xx xxxx 2019-cu il tarixli, **********54 nömrəli məktubları ilə sizə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu, Sərxanbəyli kəndi ərazisində aparılmış torpaqların elektron uçotu zamanı torpaq islahatı ilə əlaqədar yaranmış narazılığın aradan qaldırılmamasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından daxil olmuş xx xxxxxx 2019-cu il tarixli təkrar müraciətinizə X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, uçot işləri “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq torpaq mülkiyyətçilərinin faktiki naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qeydə alınmaqla aparılır. Hazırda Sabirabad rayonu ərazisində qeyd olunan kadastr və yerquruluşu üzrə işlər tamamlanmışdır. Xidmətin əməkdaşı tərəfindən xx xxxxxx 2019-cu il tarixində Sizinlə telefon əlaqəsi saxlanılmış və torpaqların elektron uçotu işləri barədə ətraflı məlumat verilmişdir. Torpaq islahatı zamanı ailənizə normadan az torpaq sahəsinin verilməsi ilə bağlı isə, mövcud bazada araşdırma zamanı Sabirabad rayonu, Sərxanbəyli kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan “Pay almaq hüququ olan subyektlərin siyahısı”sında yerli aqrar islahat komissiyası tərəfindən ailə başçısı kimi atanız X5 və 2 nəfər ailə üzvünün (cəmi 3 nəfər) adları siyahıya daxil edilmiş, onun həyətyanı torpaq sahəsinin qanuni 0,12 ha və zəbt kimi 0,83 na torpaq sahəsinin olduğu göstərilmişdir. Həyətyanı sahədə mövcud olan zəbt sahəsinin müqabilində pay torpaq sahəsindən çıxılmış və buna uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ailənizə verilmiş 1,55 ha pay torpaq sahəsinə JN-272 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin torpaq islahatı ilə bağlı mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu barədə xx xxxxx 2018-ci il tarixli elektron müraciətiniz zamanı xx xxxxx 2018-ci il tarixli **********61 nömrəli məktubla və xx xxxxxx 2018-ci il tarixli 193 nömrəli Çağrı Mərkəzinə daxil olmuş müraciətiniz zamanı isə xx xxxxxx 2019-cu il tarixli **********09 nömrəli məktubla Sizə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx xxxxxxx 2018-ci il tarixli, **********78 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq islahatı zamanı ailənizə normadan az torpaq sahəsinin verilməsi ilə bağlı məsələnin araşdırılması və çatışmayan sahənin bərpa olunması barədə xx.xx.2018-ci il tarixli müraciətinizə X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahatı komissiyaları aparır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci ii 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən yerli aqrar islahatı komissiyası tərəfindən “Pay almaq hüququ olan subyektlərin siyahısı” tərtib edilmiş və həmin siyahı rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuşdur. Mövcud bazada araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu, Sarxanbəyli kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda yerli aqrar islahatı komissiyası tərəfindən ailə başçısı kimi Sizin və 2 nəfər ailə üzvlərinizin (cəmi 3 nəfər) adları siyahıya daxil edilmiş, həyətyanı torpaq sahəsi qanuni 0,12 ha və zəbt kimi 0,83 ha göstərilmişdir. Həyətyanı sahədə mövcud olan zəbt sahəsinin müqabilində pay torpağından çıxılmış və buna uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ailənizə verilmiş 1,55 ha pay torpaq sahəsinə JN-272 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib ediimişdir. Bir daha nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər. Bu barədə oğlunuz İddiaçı Əminağa oğluna xx.xx.2018-ci il tarixli **********61 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx xxxxx 2018-ci il tarixli, **********61 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq islahatı zamanı ailənizə normadan az torpaq sahəsinin verilməsi ilə bağlı məsələnin araşdırılması barədə xx.xx.2018-ci il tarixli elektron müraciətinizə X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahatı komissiyaları aparır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən yerli aqrar islahatı komissiyası tərəfindən “Pay almaq hüququ olan subyektlərin siyahısı” tərtib edilmiş və həmin siyahı rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuşdur. Mövcud bazada araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu, Sarxanbeyli kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda yerli aqrar islahatı komissiyası tərəfindən ailə başçısı kimi atanız X5 və 2 nəfər ailə üzvünün (cəmi 3 nəfər) adları siyahıya daxil edilmiş, onun həyətyanı torpaq sahəsinin qanuni 0,12 ha və zəbt kimi 0,83 ha torpaq sahəsi göstərilmişdir. Həyətyanı sahədə mövcud olan zəbt sahəsinin müqabilində pay torpaq sahəsindən çıxılmış və buna uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ailənizə verilmiş 1,55 ha pay torpaq sahəsinə JN-272 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı lə əlaqədar mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər. İş materiallarında olan məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2021-ci il tarixli, **********37 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “dövlət aktı və şəhadətnamədə buraxılmış nöqsanların aradan qaldırılaraq dəyişikliklərin aparılması” tələbinə dair iş üzrə məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1(120)-1403/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, mövcud elektron məlumat bazasında Sabirabad rayonu, Sərxanbəyli kəndinin özəlləşən torpaqlarında hər subyektə düşən torpaq payı norması və həmin kənddə zəbt torpaq sahəsi çıxılarkən hansı əmsal tətbiq olunması barədə hər hansı bir məlumat aşkarlanmadı. Arxiv sənədləri əsasında aparılan araşdırma zamanı İddiaçı və ailə üzvlərinin adına zəbt kimi 0.83 ha torpaq sahəsinin qeydə alındığı məlum olmuşdur (qoşma əlavə olunur). Əlavə olaraq bildiririk ki, orta pay norması özəlləşəcək torpaq sahələrinə münasibətdə şərti sahələr (fiziki sahə x torpağın bonitet balı) üzrə hesablanır. Sonradan hər bir parselin keyfiyyət göstəricisi (bonitet balı) nəzərə alınmaqla, mülkiyyətçiyə ayrılacaq torpağın fiziki sahəsi hesablanır. Bu səbəbdən hər bir mülkiyyətçiyə ayrılmış torpaq normaları fiziki sahələrə görə müxtəlif olsa da, şərti sahələrə görə bərabər olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 20-1 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinə həyətyanı və pay torpaq sahəsi ayrılmışdır. Pay torpaq sahəsinə dair 1998-ci il tarixdə JN-222 saylı KOD 90917028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həyətyanı torpaq sahəsinə dair isə 2003-cü ildə “Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A, KOD 90917028 nömrəli Şəhadətnamə tərtib edilmişdir. JN-222 saylı KOD 90917028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə 1,55 ha, Torpağın mülkiyyətə verilməsinə dair” JN 272A, KOD 90917028 nömrəli Şəhadətnaməyə görə 0.39 həyətyanı torpaq sahəsi üzərində iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Eyni zamanda məlum olmuşdur ki, 1997-ci ildə aqrar islahat aparılan zaman iddiaçı və onun ailə üzvlərinə ayrılan həyətyanı torpaq sahəsinin qanuni 0,12 ha və zəbt kimi 0,83 ha torpaq sahəsi göstərildiyindən, həyətyanı sahədə mövcud olan zəbt sahəsinin müqabilində pay torpaq sahəsindən çıxılmış və buna uyğun olaraq pay torpaq sahəsi 1,55 ha olmuşdur. Hazırda iddiaçı 1997-ci ildə keçirilən aqrar islahat komissiyasının qərarının (Sabirabad rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli 20-1 nömrəli qərarının) 1,55 ha pay torpaq sahəsinin verilməsi hissəsi ilə razılaşmır. İddiaçı hesab edir ki, həyətyanı torpaq sahəsində 0,83 ha zəbt torpaq sahəsi olmadığından, həyətyanı sahədə mövcud olmayan 0,83 ha zəbt sahəsinin müqabilində pay torpaq sahəsindən çıxılma qanunsuz olmuşdur. Buna görə də hesab edir ki, qanunsuz çıxılmış və hazırda çatışmayan 0,9 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilməlidir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək qeyd edir ki, İddiaçı razılaşmadığı Sabirabad rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Belə ki, məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 (iddiaçının valideyni, həmçinin sözügedən torpaq sahəsi üzrə ailə başçısı) izahatında 1997-ci ildə keçirilmiş aqrar islahatdan və qəbul edilmiş qərardan həmin ildə məlumatlı olduğunu, Aqrar islahat komissiyasının qərarı əsasında ona çöl pay torpaq sahəsinə görə 1998-ci ildə “dövlət aktı”, həyətyanı torpaq sahəsinə görə isə 2003-cü ildə “şəhadətnamə” tərtib olunaraq, həmin illərdə (1998 və 2003-cü illərdə) ona təqdim olunduğunu, torpaq sahəsinin pay bölgüsü, yerdə tanıdılması zamanı komissiyanın üzvləri ilə birgə iştirak etdiyini, həmçinin aqrar islahat komissiyasının 1997-ci il tarixli qərarının, dövlət aktı və şəhadətnamənin ləğvi və dəyişdirilməsi ilə bağlı hazırkı günə kimi heç bir orqana müraciət etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının özü də izahatında aqrar islahat komissiyasının 1997-ci il tarixli qərarından, həmin qərar əsasında tərtib edilmiş dövlət aktı və şəhadətnamədən uzun illərdir ki, məlumatlı olduğunu, lakin torpaq sahəsinin düzgün verilməməsi barədə məlumatının olmadığını, bu barədə təsadüf nəticəsində öyrəndiyini və bundan sonra çatışmayan torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq orqanlara və məhkəməyə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Qeyd edilən hüquq normaları onu deməyə imkan verir ki, iddiaçı hələ uşaq olduğu (yetkinlik yaşına çatmadığı və yaxud mülki prosessual fəaliyyət qabiliyyəti olmadığı) zaman onun qanuni nümayəndəsi kimi valideyni – atası, hazırki iş üzrə üçüncü şəxs X5 razılaşmadıqları Sabirabad rayon Aqrar İslahat Komissiyasının qərarından həm öz adından, həm də qanuni nümayəndə kimi iddiaçının mənafeyi baxımından şikayət verə və məhkəmədə iddia qaldıra bilərdi. Lakin işin faktiki hallarından görünür ki, belə bir iddia və şikayət verilməmiş və iddia və şikayət verilməsi üçün Qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından şikayət verə bilərdi ki, həmin qərardan şikayət vermək üçün Qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)- 1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50, 80 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “1997-ci ildə keçirilmiş Aqrar İslahat Komissiyasının qərarının qismən dəyişdirilərək çatışmayan 0,9 ha torpaq sahəsinin verilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar