Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-21/2023 24.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Fərdi Müəssisəsinin Cavabdehnə qarşı “Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Fərdi Müəssisəsinin Cavabdehnə qarşı “Kürdəmir rayonu inzibati ərazisində yerləşən "xxxx" Fərdi Müəssisəsinin istifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahələrinin X2 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli sərəncamın, Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli torpaq icarə müaviləsini və digər əlaqəli sənədlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1388/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiаçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəyişdirilməsinə dаir ərizə təqdim еdərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiа tələbininin “Cavabdeh xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi” kimi qəbul edilməsini хаhiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cii il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına əsasən Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələri "xxxx" Fərdi Müəssisəsinin istifadəsindədir. Qeyd edilən aktlara əsasən həmin torpaq sahələri üzərində istifadə hüququnun rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Müraciətlərinə verilən cavab əsasında həmin torpaq sahələri Cavabdeh müvafiq qərarı əsasında başqa bir şəxsin-X2 icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı Cavabdehnə sorğu ilə müraciət ediləcəyi və müraciətlərinə yenidən baxılacağını bildirilməsinə baxmayaraq, hal-hazıradək onlara heç bir rəsmi məlumat verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlarda həmin torpaq sahələrinin Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli. 53 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəlik əsasında X2 adına qeydiyyata alındığı əks olunur. Kürdəmir İcra Hakimiyyətinə müraciət edilərək torpaq sahələrinin X2 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli sərəncamı, Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli X17 və eləcə də digər əlaqəli sənədləri ləğv etməyini tələb etmişdirlər. Kürdəmir İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli, 2/822-2 saylı cavabı ilə X3 icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyəti yoxdur, sərəncam qanuni və əsaslıdır. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, 2/822-2 saylı imtina məktubu tamamilə qanunsuz və əsassızdır. Kürdəmir İcra Hakimiyyəti X3 icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyəti olmadığını qeyd etsə də bunu heç cürə əsaslandırmamışdır. Cavabdeh orqan Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, yuxanda qeyd etdiyi faktlardan, aydın olur ki, Kürdəmir rayonu, inzibati ərazisində yerləşən yuxarıda qeyd edilən torpaq sahələri tam qanuni və əsaslı olaraq onların istifadəsindədir. Kürdəmir rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş müvafiq aktlar da bu faktı təsdiq edir. Rəsmi olaraq istifadəsində olduğu halda, torpaq sahələrinin başqa şəxsin adına rəsmiləşdirilməsi tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqları ciddi şəkildə zədələnmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh başçısının aparatı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddiya etdiyi torpaq sahəsi Cavabdeh başçısının Sərəncamı ilə 2003-2018-ci illərdə 15 (on beş) il müddətinə X4 icarəsində olmuş və müqavilə müddəti bitdiyi üçün onun torpaq üzərində icarə hüququna rayon İcra Hakimiyyəti tərəfindən xitam verilmiş və icarəçi X6 məlumat verilmişdir. "xxxx" Fərdi Müəssisəsinin iddia etdiyi torpaq sahəsinin müəssisənin icarəsində olması barədə rayon İcra Hakimiyyətində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bazasında heç bir məlumat olmadığı üçün bu barədə "xxxx" Fərdi Müəssisəsinə rəsmi məlumat verilməmişdir. "xxxx" Fərdi Müəssisəsinin rayon İcra Hakimiyyətinə müraciətindən sonra həmin Sərəncamın surəti rəsmi poçtla "xxxx" Fərdi Müəssisəsinin direktoruna göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi sözü gedən torpaq sahəsi rayon İcra Hakimiyyəti başçısının 7 mart 2019-cu il tarixli 53 nömrəli Sərəncamı ilə X3 icarəyə verilmiş və halhazırda icarəçi torpaqdan təyinatı üzrə istifadə edir. Üçüncü şəxs X2 vəkili Vəkil2 iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddia tələbinə etiraz olaraq bildirmişdir ki, təmsil etdiyi şəxs X2 icarəsində olan torpaq sahəsi əvvəllər Cavabdeh başçısının 2003-cü il 15 avqust tarixli 95 nömrəli sərəncamı ilə 15 il müddətinə 80 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X7 icarəyə verilmişdir. X7 icarəyə verilmiş 80 hektar torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün Cavabdeh başçısının 28 dekabr 2018-ci il tarixli 299 saylı sərəncamı ilə E.A.Abdullayevin həmin torpaqdan istifadə hüququna xitam verilmişdir. X5 istifadə hüququna xitam verildikdən sonra həmin 80 hektar torpaq sahəsi Cavabdeh Başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı və 07 mart 2019-cu il tarixli 4 saylı icarə müqaviləsi ilə X3 49 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsi əsasında da X3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 sentyabr 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarış, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış verilmişdir. X10 torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021 -ci il tarixli, **********60 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli 09/220 nömrəli arayışından da görünür ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 6 nömrəli qərarı əsasənda verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli Dövlət aktları elektron məlumat bazasında yoxdur, həmçinin də Dövlət aktlarında olan sxemlərdə dəqiq ölçülər və kordinatlar göstərilməmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə Cavabdeh başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı əsasında X2 icarəsinə ayrılmış torpaq sahəsi üst-üstə düşür. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışı ilə 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu arasında ziddiyyət vardır. Belə ki, elektron məlumat bazasında olmayan Dövlət aktlarının və həmin aktlarda olan sxemlərdə dəqiq ölçüləri və kordinatları göstərilməyən torpaq sahəsinin X2 icarəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü 16 saylı Ucar Ərazi İdarəsi necə və hansı əsasla müəyyən etmişdir. Həmçinin onu da qeyd edim ki, iş üzrə 2 dəfə tikinti-texniki ekspertizası keçirilmiş və hər iki ekspertiza rəyində Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 6 nömrəli qərarı əsasənda verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü İl tarixli 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktlarına əsasən ayrılmış 30 və 40 ha torpaq sahələrinin döngə nöqtələrinin kordinatlarını özündə əks etdirən Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından Cavabdeh başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı əsasında X2 icarəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. X2 icarəsinə ayrılmış torpaq sahəsində Zahir Zülfüqarov 2019-cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açmış, ərazini yabanı kollardan təmizləmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işlərini aparmış, məhsuldarlığın artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. 2019, 2020, 2021ci illərdə Zahir Zülfüqarov tərəfindən həmin sahələrdə əkinçilik işlərini yerinə yetirilmşdir. İddiaçı tərəf 2019cu ilin sentyabr ayında mübahisəli əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı Zahir Zülfüqarovla iki dəfə Kürdəmir rayon mərkəzidə görüşmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyini (çıxarışların surətlərini göstərərək) bildirmiş və onlara heç bir vəsait ödəməmişdir. İddiaçı torpaq sahələrinin Zahir Zülfüqarovun istifadəsində olduğunu 2019-cu ilin sentyabr ayında tam açıqlığı ilə bilmişdir. İnzibati Prossesual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə-on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün-on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə-on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq icarəçilərinin hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İddiaçı "xxxx" Fərdi Müəssisəsinin Cavabdehnə qarşı 07 mart 2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə iddiasının əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********136100 nömrəli məktubundan görünür ki, "xxxx" Fərdi Müəssisəsinin hüquqi ünvanı Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 4. Qanuni təmsilçisi X12r. İş materialında olan 004961 nömrəli və 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cii il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktlarına əsasən Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələri "xxxx" Fərdi Müəssisəsinin istifadəsinə verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamının surətindən görünür ki, X2 müraciəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi nəzərə alınsın. Rayon ərazisindəki Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan 80 hektarı əkinçiliyi inkişaf etdirmək məqsədi ilə Z.İ.Zülfüqarova (49 il müddətinə) icarəyə verilsin. Z.İ.Zülfüqarova tapşırılsın ki, ona icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun Dövlət qeydiyyatına alınmasını təmin etsin. Z.İ.Zülfüqarova qanunla müəyyən edilmiş qaydada icarəyə götürdüyü 80 hektar torpaq sahəsini və ya onun bir hissəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) vermək və həmin torpaq sahəsi üzərində olan icarə hüququnu girov qoymaq hüququ verilsin. Sərəncamın surəti Z.İ.Zülfüqarova vergi ödəyicisi kimi qeydiyyata alınması üçün aidiyyəti üzrə Ərazi Vergilər İdarəsinə göndərilsin. Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının müavini A.X.Kərimliyə tapşırılsın. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X2 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 48.50 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X2 adına rəsmiləşdirilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X2 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 28,55 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X2 adına rəsmiləşdirilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X2 adına verimiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Kürdəmir rayon inzibati ərazisində yerləşən 1,72 ha torpaq sahəsi xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında X2 adına rəsmiləşdirilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının xx.xx.2020-ci il tarixli, 2/822-2 nömrəli məktubundan görünür ki, Zahir Zülfüqarova icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən 70 hektar (30 hektar və 40 hektar) torpaq sahəsi də daxil olmaqla həmin ərazidən 80 hektar torpaq sahəsi Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X6 icarəyə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh başçısının 28 dekabr 2018-ci il tarixli, 299 nömrəli sərəncamı ilə həmin 80 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilərək 07 mart 2019-cu il tarixli, 53 nömrəli sərəncamla X3 boş torpaq kimi icarəyə verilmişdir. Zahir Zülfüqarova 80 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə 07 mart 2019-cu il tarixli sərəncam tam qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. İşdə olan Cavabdeh Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan "xxxx" Fərdi Müəssisənin cavabdeh Kürdəmir rayon inzibati ərazisində yerləşən "xxxx" Fərdi Müəssisənin isifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahəsinin X2 asdına rəsmilləşdirilməsini əks etdirən sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi və ya həmin sənədlır Arxivə təhvil verilməmişdir. İşdə olan Cavabdeh Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 62 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan "xxxx" Fərdi Müəssisənin cavabdeh Kürdəmir rayon inzibati ərazisində yerləşən "xxxx" Fərdi Müəssisənin isifadəsində olan müvafiq olaraq 30 ha və 40 ha torpaq sahəsinin X2 asdına rəsmilləşdirilməsini əks etdirən sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi və ya həmin sənədlır Arxivə təhvil verilməmişdir. İşdə olan X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 53 saylı sərəncamına əsasən mənə kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə 49 il müddətinə ümumilikdə 78,77 ha əkinçilik üçün torpaq sahəsi ayırılmış və müfaiq icarə müqaviləsi bağlanılmışdır. İcarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qedə alınmış və Hüquqların Dövlət reyestri haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli (reyest nömrələri **********72, **********70, **********71,qeydiyyat nömrələri **********, **********, **********) Çıxarış alınmışdır. Tərəfimdən 2019cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görülmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açılmış, ərazi yabanı kollardan təmizlənmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işləri aparılmış, məhsuldarlığn artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsi tam yararlı vəziyyətə gətirilmişdir. 2019,2020,2021-ci illərdə tərəfimdən həmin sahələrdə əkinçilik işləri yerinə yetirilmişdir. İddiaçı tərəf 2019-cu ilin sentyabr ayında əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı tərəf lə iki dəfə Kürdəmir rayon mərkəzidə görüşülmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyimi (çıxarışların surətlərini göstərərək) bildirmişəm və onlara heç bir vəsait ödəməmişəm. İddiaçı torpaq sahələrinin mənim istifadəmdə olduğunu 2019-cu ilin sentyabr ayında tam açıqlığı ilə bilirdi. İnzibati Prossesual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqmda iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanmması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə inzibati aktlar qəbul etdiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd olunanları və iddiaçının torpaq sahəsinin onun istifadəsində olduğunu bildiyindən İPM-nin 38 və 32 maddələrini əsas tutaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/5240 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair’' Dövlət aktı ilə “Slavutiç” texniki ticarət mərkəzinə ayrılmış 30.0 ha torpaq sahəsinin və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında "xxxx" Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmadığı üçün Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə X3 verilmiş 80 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı "xxxx" Fərdi Müəssisəsinin nümayəndəsinin naturada göstərdiyi 31.0 ha torpaq sahəsinin X3 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmış, **********71 reyestr nömrəli çıxarışla verilmiş 1,72 ha torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmış, **********72 reyestr nömrəli çıxarışla verilmiş 28.55 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İddiaçı "xxxx" Fərdi Müəssisəsinin nümayəndəsinin naturada göstərdiyi 34.64 ha torpaq sahəsinin isə X15 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********33 reyestr nömrəli çıxarışla verilmiş 40.13 ha torpaq sahəsi ilə üst-üsrə düşdüyü müəyyən edilir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/182 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualı üzrə: Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli dövlət aktı ilə “Slavutiç” texniki ticarət mərkəzinə verilmiş 30 ha və Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktı ilə "xxxx" Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahələrinin naturada və sənəd üzrə yeri həmin torpaq sahələrinə dair 1:10000 miqyasda tərtib edilmiş və təsdiq sərhəd planında, 1:10000 miqyasda tərtib edilmiş və təsdiq yerquruluşu planında və digər cizgi-sxemlərində qeyd olunan məlumatlara (ölçülərə, qonşuluqlara, istinad nöqtələrindən miqyas əsasında müəyyən edilən məsafələrə və.s.) əsasən müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə X3 verilmiş 80 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri həmin torpaq sahəsinə dair tərtib və təsdiq olunmuş yerquruluşu planında qeyd olunan koordinatlara əsasən müəyyən edilmişdir. Qeyd oluan torpaq sahələrinin naturada yeri ilə sənəd üzrə yerinin üst-üstə düşdüyü müəyyən edilmişdir, (sxem rəyin tədqiqat hissəsində göstərilmişdir) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 6 nömrəli qərarı əsasında verilmiş 004961 nömrəli dövlət aktı ilə “Slavutiç” texniki ticarət mərkəzinə verilmiş 30 ha torpaq sahəsi ilə X3 verilmiş 80 ha torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında göstərilən 31,5 ha hissəsinin ( **********71 reyestr nömrəli çıxarışda qeyd olunan 1,72 ha torpaq sahəsi, **********72 reyestr nömrəli çıxarışda qeyd olunan 28,55 ha torpaq sahəsi), Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50 nömrəli qərarı əsasında verilmiş 004963 nömrəli dövlət aktı ilə "xxxx" Fərdi Müəssisəsinə verilmiş 40 ha torpaq sahəsi ilə X3 verilmiş 80 ha torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında göstərilən 48,5 ha hissəsinin (**********70 reyestr nömrəli çıxarışda qeyd olunan 48,5 ha torpaq şahəsi) naturada və sənəd üzrə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 56-6/2-947/2023 nömrəli məktubundan görünür ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddiya etdiyi torpaq sahəsi Cavabdeh başçısının Sərəncamı ilə 2003-2018-ci illərdə 15 (on beş) il müddətinə X4 icarəsində olmuş və müqavilə müddəti bitdiyi üçün onun torpaq üzərində icarə hüququna rayon İcra Hakimiyyəti tərəfindən xitam verilmiş və icarəçi X6 məlumat verilmişdir. "xxxx" Fərdi Müəssisəsinin iddia etdiyi torpaq sahəsinin müəssisənin icarəsində olması barədə rayon İcra Hakimiyyətində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bazasında heç bir məlumat olmadığı üçün bu barədə "xxxx" Fərdi Müəssisəsinə rəsmi məlumat verilməmişdir. "xxxx" Fərdi Müəssisəsinin rayon İcra Hakimiyyətinə müraciətindən sonra həmin Sərəncamın surəti rəsmi poçtla "xxxx" Fərdi Müəssisəsinin direktoruna göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi sözü gedən torpaq sahəsi rayon İcra Hakimiyyəti başçısının 7 mart 2019-cu il tarixli 53 nömrəli Sərəncamı ilə X3 icarəyə verilmiş və hal-hazırda icarəçi torpaqdan təyinatı üzrə istifadə edir. İşdə olan X2 vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatətində qeyd edilmişdir ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddia tələbinə etiraz olaraq bildirirəm ki, təmsil etdiyim şəxs X2 icarəsində olan torpaq sahəsi əvvəllər Cavabdeh Başçısının 2003-cü il 15 avqust tarixli 95 nömrəli sərəncamı ilə 15 il müddətinə 80 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X7 icarəyə verilmişdir. X7 icarəyə verilmiş 80 hektar torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün Cavabdeh Başçısının 28 dekabr 2018-ci il tarixli 299 saylı sərəncamı ilə E.A.Abdullayevin həmin torpaqdan istifadə hüququna xitam verilmişdir. X5 istifadə hüququna xitam verildikdən sonra həmin 80 hektar torpaq sahəsi Cavabdeh Başçısının 07 mart 2019-cu il tarixli 53 saylı sərəncamı və 07 mart 2019-cu il tarixli 4 saylı icarə müqaviləsi ilə X3 49 il müddətinə icarəyə verilmişdir. İcarə müqaviləsi əsasında da X3 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 sentyabr 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarış, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış verilmişdir. X10 torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Bundan başqa bildirirəm ki, təmsil etdiyim şəxs X2 icarəsinə ayrılmış torpaq sahəsində Zahir Zülfüqarov 2019-cu ilin mart ayından həmin sahələrdə bir çox işlər görmüş, torpaq sahəsinin suvarılması üçün kanallar açmış, ərazini yabanı kollardan təmizləmiş, ərazinin planlaşdırılması (hamarlaşdırılması) işlərini aparmış, məhsuldarlığn artırılması üçün əkin üçün yararsız olan torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. 2019, 2020, 2021 -ci illərdə Zahir Zülfüqarov tərəfindən həmin sahələrdə əkinçilik işləri yerinə yetirilmişdir. İddiaçı tərəf 2019-cu ilin sentyabr ayında mübahisəli əraziyə baxmış, ərazinin onlara məxsus olmasını bildirmiş və ərazinin əkin üçün tam yararlı vəziyyətə gətirildiyini gördükdən sonra ərazi üçün iddia etməmələri üçün müəyyən məbləğdə pul vəsaiti istəmişlər. Bu məqsədlə iddiaçı Zahir Zülfüqarovla iki dəfə Kürdəmir rayon mərkəzidə görüşmüş və onlara torpaq sahəsinin tam olaraq qanunvericilyə uyğun olaraq istifadə etdiyini (çıxarışların surətlərini göstərərək) bildirmiş və onlara heç bir vəsait ödəməmişdir. İddiaçı torpaq sahələrinin Zahir Zülfüqarovun istifadəsində olduğunu 2018-ci ilin sentyabr ayında tam açıqlığı ilə bilirdi. İnzibati Prossesual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının torpaq sahəsinin X2 istifadəsində olduğunu bildiyindən İPM-nin 38 və 32 maddələrini əsas tutaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq işə xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kürdəmir X24 Mərkəzinin Kürdəmir rayon üzrə fermer X3 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-3-33/2-Z-18-xx-xx/2023 nömrəli məktubundan görünür ki, hazırda EKTİS-də onun adına çıxarış dövlət sənədləri əsasında 28.55, 1.72 və 48.50 hektar torpaq sənədləri təsdiq statusunda mövcuddur. Təsdiq statusunda 1.72 hektar (ərazi İD-1487891) sahəyə və 28.55 hektar (ərazi İD-1487873) sahəyə aid sənədə xx.xx.2020-ci il tarixdə, 48.50 hektar (ərazi İD-1048345) sahəyə aid sənədi isə xx.xx.2019-cu il tarixdən EKTİS-də şəxsi elektron kabinetdə qeydiyyatdadır. Onun bitkiçilik sahəsi üzrə fermer statusu mövcuddur və 1.72 hektar, 28.55 hektar torpaq sahəsinə 2022-ci il üçün EKTİS-də bəyan edilmiş buğda bitkisinə verilən vəsait onun hesabına köçürülmüşdür. İşdə olan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı bildiririk ki, tərəflərindən ilk öncə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayonu, inzibati ərazisində yerləşən, "xxxx" Fərdi Müəssisəsinin istifadəsində olan müvafiq olaraq 30 hektar və 40 hektar torpaq sahələrinin X2 adına rəsmiləşdirilməsini əks etdirən xx.xx.2019-cu il tarixli və **********, **********,********** qeydiyyat nömrəli çıxarışların və digər əlaqəli sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi və "xxxx" Fərdi Müəssisəsinin həmin torpaq sahələri üzərində icarə hüququnun rəsmiləşdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hakim yardım edərək bildirmişdir ki, ilk öncə çıxarışın verilməsinə əsas olan Cavabdeh sərəncamı ləğv olunmalıdır. Buna görə iddia ərizəsini geri götürmüşdür. Cavabdehnə müraciət etdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşı tərəfin iddia etdiyi kimi torpaq sahəsinin onlara aid olması barədə məlumatı öncədən olmamışdır. Məlumatları olduqdan sonra çıxarışı mübahisələndirmişdir. Tərəflərindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019cu il tarixli sərəncamının ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2020-ci ilin avqust ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 01 il 05 aydan sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı, xx.xx.2019-cu il tarixli, 04 nömrəli torpaq icarə müqaviləsi ilə 80 hektar X3 49 il müddətinə icarəyə verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla Kürdəmir rayon inzibati ərazisində yerləşən 48.50 ha, xx.xx.2019cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla 28,55 ha, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışla 1,72 ha torpaq sahələri xx.xx.2019-xx.xx.2068-ci il tarixədək Cavabdeh tərəfindən 49 il müddətinə Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 53 saylı sərəncamına əsasən X2 icarəsinə verilmişdir. İş materiallarına və məhkəmə iclasında iştirak edən tərəflərin çıxışlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfin torpaq sahəsinin üçüncü şəxs X3 icarəyə verilməsi barədə məlumatı olmuşdur. İşdə olan Cavabdeh başçısının aparatının xx.xx.2020-ci il tarixli, 2/822-2 nömrəli məktubundan görünür ki, Zahir Zülfüqarova icarəyə verilmiş torpaq sahəsinin "xxxx" Fərdi Müəssisəsinə heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən 70 hektar (30 hektar və 40 hektar) torpaq sahəsi də daxil olmaqla həmin ərazidən 80 hektar torpaq sahəsi Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X6 icarəyə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh başçısının 28 dekabr 2018ci il tarixli, 299 nömrəli sərəncamı ilə həmin 80 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilərək 07 mart 2019-cu il tarixli, 53 nömrəli sərəncamla X3 boş torpaq kimi icarəyə verilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı "xxxx" Fərdi Müəssisəsinin həmin torpaq sahəsinin X3 verilməsindən xx.xx.2020-ci il tarixli müraciətinə aldığı cavablardan məlumatı olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, Kürdəmir İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 53 nömrəli sərəncamından xabərdar olmuşdur. İddiaçı tərəfindən sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncama münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi üçüncü şəxs X3 verilməsindən əvvəl Cavabdeh başçısının 15 avqust 2003-cü il tarixli, 95 nömrəli sərəncamı ilə 15 il müddətinə X6 icarəyə verilmiş və müqavilə müddəti başa çatdıqdan sonra Z.Zülfüqarova icarəyə verilmişdir. Qeyd edilən müddət ərzində idiaçı tərəfindən heç bir mübahisə açılmamışdır. Eləcə də, iş materiallarında olan sənədlərə əsasən "xxxx" Fərdi Müəssisəsin təsisçilərinin X11 və X13 olduğu müəyyən edilir. Qeyd edilən təsisçilər tərəfindən icarə hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müraciətlərinə verilən cavablardan torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyi barədə məlumalarının olduğu müəyyən edilir. İddiaçının iddia ərizəsində istinad etdiyi mülkiyyət hüququ ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (xx.xx.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65- ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsinin verildiyini iddia etdiyi 1994-cü ildə torpaq sahələri dövlətə məxsus olmuşdur. Belə ki, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş və 28 dekabr 1999-cu il tarixinə kimi qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəllənin 90-cı maddəsinə əsasən torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlətin təşkil etdiyi ticarət, kommunal və digər müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlət vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan sair əmlak dövlətə məxsusdur. (1986-cı il 17 noyabr tarixli Fərmanla maddənin yeni redaksiyada olan mətni) Lakin sonradan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş və vətəndaşların, o cümlədən hüquqi şəxslərin qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyətinə verilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Yuxarıda qeyd edilən hüquq normalarından görünür ki, hüquq münasibətlərinin yarandığı vaxt (1988-ci il tarixində) kooperativə ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Lakin, sonradan yəni 1996-cı il tarixində aqrar islahat komissiyaları yaradılmış və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlətə məxsus torpaqların bölgüsü aparılmış və Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsi, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi həyata keçirilmişdir. Bu zaman torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əvəzsiz olaraq buna subyektiv hüququ olan şəxslərə (həmçinin hüquqi şəxslərə) verilmişdir. Hazırki işdən görünür ki, iddiaçının mülkiyyətinə aqrar islahat komissiyasının qərarı ilə torpaq sahəsi verilməmişdir (ən azından iddiaçı tələbinin hüquqi əsası kimi belə bir sənədə istinad etməmişdir). Hazırda torpaq islahatı başa çatmış və torpaq sahəsi barədə qərar qəbul edən komissiyaların fəaliyyəti dayandırılmışdır. Başqa sözlə iddiaçının iddia etdiyi torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilməmişdir. Belə olan halda, iddiaçı tərəfindən ona verilən torpaq sahəsindən bu günə kimi istifadə etməməsini, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsini, hüquqlarının reyestrdə qeydə alınmamasını, torpaq sahəsinin 2003-cü ildən sonra müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən ayrı-ayrı şəxslər tərəfindən istifadə edilməsini və qeyd edilən dövrdə iddiaçı tərəfindən heç bir mübahisə qaldırılmamasını nəzərə alaraq məhkəmə bildirir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə müvafiq tədbirlər görə, eləcə də şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olsa da, şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə üçüncü şəxsin nümayəndəsi tərəfindən ünvanlanan iddia müddətinin tətbiqinə dair ərizəyə və məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1388/2020 nömrəli və 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)- 21/2023 nömrəli hüquqi yardım məktubuna iddiaçı tərəfindən müddətin ötürülməməsinin nəzərə alınması xahiş olunmuşdur. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, 2-1(120)-1388/2020 nömrəli və 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-21/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı ilə müddətin bərpası ilə bağlı ərizəsinin müzakirəsi aparılmışdır. Belə ki, hazırkı halda müddətin ötürülməsi aşkardır ki, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas qismində iddiaçının müddət bərpa barədə ərizə verilməsi ilə əlaqədar ola bilər. İddiaçı da həmin ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan sərəncam barədə iddiaçı məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları məlumatlarının olmaması ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı "xxxx" Fərdi Müəssisəsinin iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Ekspert rəyinin verilməsinə çəkilən xərclər iddiaçıya aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı "xxxx" Fərdi Müəssisəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-21/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-21/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver