Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-21/2024 11.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X4, X9 və X7 cavabdeh Masallı rayon Xanalion Bələdiyyəsinə qarşı “qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 11 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X8, X11 və X10 cavabdeh Masallı rayon Xanalion Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Xanalion Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli qərarların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(120)-1679/2020 saylı qərardadı ilə X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, Masallı rayon Xanalion bələdiyyəsi Sığdaş bələdiyyəsinə birləşmiş və hazırda Sığdaş bələdiyyəsi adı altında fəaliyyət göstərir. Sığdaş bələdiyyəsinə Sığdaş, Xanalion, Ninalov və Babaküçə kəndləri daxildir. Odur ki, cavabdehin əsl cavabdeh Masallı rayon Sığdaş bələdiyyəsi ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(120)-288/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 06 avqust 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 09 yanvar 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 28 aprel 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 08 avqust 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İşin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçıların ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçılara göndərilmiş xx.xx.2024-cü il tarixli sərəncamda, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçılara bildirilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçılar 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X4, X9 və X7 cavabdeh Masallı rayon Xanalion Bələdiyyəsinə qarşı “qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X4, X9 və X7 cavabdeh Masallı rayon Xanalion Bələdiyyəsinə qarşı “qərarların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-21/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-21/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver