Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-210/2023 25.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkil Nümayəndə, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X18, onun nümayəndələri və vəkillər X2, X4 iştirakları ilə, İddiaçı Cavabdehnə (X27 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-2063/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə X27 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 18 fevral 2004-cü il tarixli 48 saylı sərəncamına əsasən ona həyətyanı torpaq sahəsindən mağaza tikintisi məqsədilə 91 m2 torpaq sahəsi ayrılmışdır. Lakin, yaxın vaxtlarda olmuş məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, guya o, onun üçün ayrılmış həmin torpaq sahəsində tikinti aparmaq üçün Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev-64 də yaşayan X23 icazə verilməsinə razı olmuşdur və hətta bu barədə razılaşaraq ərizə belə yazmışdır və həmin ərizəsi əsasında Cavabdeh Başçısının 28 iyul 2005-ci il tarixli 188 saylı sərəncamı təsdiqlənmişdir. O, Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev-64 də yaşayan X23 özsünə məxsus torpaq sahəsində tikinti aparılmasına icazə verilməsi barədə heç yerə ərizə ilə müraciət etməmişdir və bu barədə onunla X28 arasında heç bir razılaşma olmamışdır. Məhz bu səbəblə o, 22 oktyabr 2021-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək, Cavabdeh Başçısının 28 iyul 2005-ci il tarixli 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdeh qurumdan heç bir cavab gəlməmişdir. Bu səbəbdən də, o, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkil Nümayəndə şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, etibarsız hesab olunmasını istədiyi Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etməsinin səbəbinin xx.xx.2021-ci ildə qeyd olunan sərəncamın mövcudluğu barədə məlumat alması olmuşdur, Şirvan İnzibati Məhkəməsində hakim Orxan İsmayılovun icraatında olan DƏDKRX-nə qarşı mərhum anasına məxsus olan Ağcəbədi rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinə çıxarışın verilməsi barədə iddia tələbimin araşdırılması zamanı cavabdeh DƏDKRX-nin təqdim etdiyi 188 saylı xx.xx.2005-ci il tarixli sərəncamdan həmin vaxt xəbəri olmuş və xx.xx.2021-ci il tarixdə ərizəsini geri götürərək Sərəncamı mübahisələndirmək üçün xx.xx.2021-ci il tarixdə Ağcəbədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin müraciətə cavab verməməsini gördükdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iş üzrə 91 kv.m mübahisəli qeyri-yaşayış sahəsi - DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılan AN-291866 (kod **********1689) nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi, eləcə də Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 02 nömrəli Qərarı ilə hazırki iş üzrə İddiaçı mərhum anası X8 məxsusdur. Həmin torpaq sahəsində İddiaçı həm fərdi yaşayış evi, həm həyətyanı torpaq sahəsi mövcuddur, eyni zamanda həmin torpaq sahəsində 91 kv.metr qeyri-yaşayış yerinin tikilməsinə dair İddiaçı ərizəsinə əsasən qeydi-yaşayış yerinin tikintisinə xx.xx.2004-cü il tarixdə Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının 48 nömrəli Sərəncamı verilmiş və həmin tikili müvafiq icazə alınmaqla inşa olunmuşdur. Qeyd olunan Sərəncamın surəti Dövlət Arxivində saxlanılmaqdadır. Məsələ ondadır ki, həmin qeyri-yaşayış yerinə sonradan saxta bir digər sərəncam da ortaya çıxır, bu sərəncamın isə arxiv kötüyü yoxdur, imzalar başqa şəxsə aiddir, eləcə də məhkəmə araşdırması və verilmiş sorğular nəticəsində müəyyən olunur ki, Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncamının nömrəsi yəni 188 nömrəli sərəncam tamamilə başqa bir sahəsi əhatə edir, yəni bu tarixdə bu nömrə ilə (188 №, xx.xx.2005-ci ildə Sərəncamı) Ağcəbədi İcra Hakimiyyəti 91 kvadrat metr qeyri-yaşayış sahəsini İddiaçı adından çıxarıb X19 adına verilməsinə dair heç bir sərəncam imzalamamışdır. Eyni zamanda belə bir şəxslərin adına bu sərəncam Dövlət Arxivində olmamaqla yanaşı, həmin rekvizitlərdə sərəncam başqa adamların və sahəni əhatə edən bir sərəncamdır. Qeyd olunan faktlar verdiyi sorğuların cavabında aldığı məlumatlat, eləcə də məhkəmənin araşdırması nəticəsində əldə olunmuş sənədlərlə tam sübuta yetirilir. Bu isə onu sübut edir ki,mübahisələndirilən Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncamı saxtadır, onun rekvizitləri yəni nömrəsi, eləcə də tarixi, həmçinin imzalayan şəxs belə başqa adamdır. Hörmətli məhkəmə, mübahisələndirilən sərəncamın əsli belə ortada yoxdur, sərəncamdan çıxarış formasındadır, həmin sərəncamın rekvizitlərinin yanlıq olması ilə yanaşı, mətnində də ziddiyətli və bir birinə uyğun olmayan məlumatlar var. Belə ki, guya xx.xx.2005-ci ildə imzalanan sərəncamın 3-cü bəndində qeyd olunur ki, guya xx.xx.2008-ci il tarixli 48 saylı Sərəncama dəyişiklik edərək qeyri-yaşayış sahəsi İddiaçı adından X19 adına keçirilir. Diqqət edin xx.xx.2005-ci il tarixdə necə oldu ki, hələ mövcud olmayan xx.xx.2008-ci il tarixli 48 saylı sərəncamla İddiaçı verilmiş qeyri-yaşayış yeri başqa şəxsin yəni Rəçad Şirinovun adına keçir. Qeyd olunanlar bir daha həmin sərəncamın saxta olmasını təsdiq edir. İddia tələbində sərəncamın etibarsız hesab edilməsi tələbini seçməkdə əsaslandığı hallar aşağıdakılar olmuşdur. Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncamı “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Bakı şəhəri, 27 sentyabr 2003-cü il, № 935 Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə uyğun hazırlanmamışdır. Belə ki, həmin Fərmanın 3-cü fəslındə Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələbləRi əhatə edir. Həmin fərmanın 24-cü bəndində qeyd olunur ki, Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin Fərmanın 25-ci bəndənə əsasən Sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Həmin fərmanın 8-ci fəslində Sərəncamların hazırlanması və tərtib edilməsi qaydası qeyd olunmuşdur. 8-cı fəslın 61-ci bəndində Sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur. Lakin mübahisələndirilən Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncam bu tələblərə cavab vermir. İnzibati İcraat Haqında Azərbaycan Respublikası Qanununun 65-ci Maddəsində İnzibati aktın etibarsız sayılmasının əsasları qeyd olunmuşdur. Həmin Qanunun 65.1.3-cü maddəsinin tələblərinə görə, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız hesab edilir. Yuxarıda şərh olunanlardan görünür ki, mübahisələndirilən 188 nömrəli Sərəncam bu tələblərə cavab vermir. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmçinin iş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamdan çıxarışın 3-cü bəndində “Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 37 saylı evdə yaşayan İddiaçı adına verilmiş Cavabdeh baçısının 18 fevral 2008-ci il tarixli, 48 saylı sərəncam dəyişdirilərək Ağcabədi şəhəri, S.Vurğun küçəsi, 64 saylı evdə yaşayan X19 adına keçirilsin” qeyd edilmişdir, amma sərəncamın tarixi xx.xx.2005-ci il tarixdir. Qeyd olunanlara əsaslanaraq iddia tələbində Ağcəbədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 188 saylı Sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X20 iddia ərizəsini müdafiə edərək, mağazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının anası Həqiqət Hüseynovaya məxsus olan 2006-cı il tarixdə verilmiş Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsinin plan və ölçü sənədi üzrə göstərilən əraziyə daxil olduğunu, iddiaçı tərəfindən mübahisələndirilən mağazanın uzun illər özləri tərəfindən işlədildiyini, əvvəl çayxana kimi, sonra xırdavat satılan dükan kimi işlətdiyini, bir müddət sonra mərhum atası Vaqifə və Rəşad Şirinova istifadə etməsi üçün həmin mağazanı icarəyə verdiyini, hər ay 50 ABŞ dollar ödədiyini, lakin aralarında razılaşmanın şifahi qaydada aparıldığını, hər ay mütəmadi olaraq iddiaçıya R.Şirinov tərəfindən icarə haqqı ödənildiyini, mərhum Vaqifin vəfatından sonra aralarında baş vermiş mübahisə nəticəsində 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamdan məlumatlı olduğunu, sərəncamın saxta olduğunu, R.Şirinova mağaza tikintisi üçün razılıq vermədiyini bildirmiş, iddia ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan üçüncü şəxs X27 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı tərəfindən Cavabdehnə və ona qarşı irəli sürdüyü iddia tələbinin heç bir hüquqi əsası yoxdur, şər-böhtan xarakterlidir. Odur ki, məhkəmədən xahiş edir ki, aşağıdakı maddi subutlara və hüquqi normalara əsasən həmin iddia ərizəsinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilsin. Cavabdeh 28 iyul 2005-ci il tarixli 188 saylı sərəncamına əsasən, İddiaçı razılığı əsasında Ağcabədi şəhəri, keçmiş Ü.Hacıbəyov, indiki Heydər Əliyev prospekti 37 ünvanında yaşayan İddiaçı adına verilmiş Cavabdeh Başçısının 18 fevral 2004-cü il tarixli 48 saylı sərəncamı dəyişdirilərək Ağcabədi şəhəri S.Vurğun küçəsi, 64 saylı evdə yaşayan, yəni ki, onun adına keçirilməsi barədə sərəncam verilmişdir. İddiaçı razılığı aşağıdakı qaydada olmuşdur: Belə ki, İddiaçı öz adına olan sərəncamın dəyişdirilərək onun adına keçirilməsi müqabilində 2005-ci ildə mərhum atası X14 7400 ABŞ dolları almışdır. Konkret fakt Ağcabədi rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X15 icraatında olan 09 fevral 2021-ci il tarixdə İddiaçı oğlu X9 şikayət ərizəsi araşdırılmış, araşdırma zamanı qəbul edilmiş qərarın təsviri hissəsində İddiaçı öz izahatında bir daha təsdiq etmişdir ki, mübahisəli olan bu sərəncamın dəyişdirilməsinə görə X19 atası mərhum X14 7400 ABŞ dolları almış, orada tikilən mağazanı onlara satdığını və hazırda bu mübahisə gedən mağazanın X22 Şirinov işlətdiyini və ona məxsus olduğunu açıq aşkar təsdiq etmişdir. Göründüyü kimi, 2005-ci ildən 2021-ci ilədək, yəni 16 ildir ki, sahəsi 91 m2 olan ticarət mağazası onların istifadəsindədir, yəni ona məxsusdur. 2005-ci ildən hal-hazıra kimi, yəni 16 ildir ki, mübahisə predmeti olan sahəsi 91 m2 olan bu ticarət mağazası ona məxsusdur, həmin ticarət mağazasının işlətdiyinə görə vergi orqanları tərəfindən **********-34001 kodu ilə qeydiyyata alınmışdır. Vergi hesabatlarını vaxtlı- vaxtında verməklə vergi borclarını vaxtı vaxtında ödəmişdir. Mübahisə predmeti olan 91 m2 sahəsi olan ticarət mağazasının istifadəsində olan torpaq sahəsi Ağcabədi şəhər bələdiyyəsinin mülkiyyətinə aiddir, Bələdiyyənin onunla bağladığı müqaviləyə əsasən, hər il 45 manat bələdiyyə büdcəsinə bələdiyyə torpağın icarə haqqı pulunu ödəyir. İddiaçı Hüseynov X17 şəhəri, H. Əliyev prospektində, 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin, evin istifadəsində olan torpaq sahəsinə və mübahisə predmeti olan 91 m2 ticarət mağazasının mərhum anası X10 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reysterində qeydiyyata alınması barədə 22 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsində baxılmış vəəsassız olduğuna görə imtina verilmişdir. Həmin imtinada göstərilir ki, invertarlaşdırma (çöl ölçmə) işləri zamanı müəyyən edilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ləğv edilmiş, DT və XK Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş AEN 291866 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənətində” göstərilən torpaq sahəsi ilə eyniləşdirilən zaman fərdi yaşayış evinin bir hissəsinin ləğv edilmiş DT və XK Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş AEN 291866 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənətində” göstərilən torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edilmişdir. Yuxarıda göstərilən maddi subutlara və hüquqi sənədlərə görə məhkəmədən İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin heç bir hüquqi əsası olmadığına görə məhkəmə tərəfindən rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X27 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X18 nümayəndəsi və vəkil X16 iddia ərizəsinə etiraz edərək, iddiaçının torpaqla bağlı bütün sənədləri üçüncü şəxsə təqdim etdiyini, iddiaçının iddia ərizəsini verməsində subyektiv hüququnun olmadığını, iddiaçının vərəsəlik qaydasında torpağın alınması barədə heç bir sübut təqdim etmədiyini, torpaqla bağlı notariusa müraciət etsə də, ona rəsmi imtina verildiyini, mağazanın yerləşdiyi torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğunu, R.Şirinovun müvafiq olaraq aylıq icarə haqqı ödədiyini, 2005-ci il tarixdən fasiləsiz olaraq mağazanı işlətdiyini, hal-hazırda mağazanı iddiaçının təzyiqləri nəticəsində işlədə bilmədiyini, mağazada olan malların dağıdılığını, Yevlax Regional İdarəsində yanğın baş verdiyi üçün bildirmiş və iddia ərizəsinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Üçüncü şəxs X18 nümayəndəsi və vəkil X21 iddia ərizəsinə etiraz edərək, vəkil X2 izahatına uyğun eyniməzmunlu izahat vermişdir. Cavabdehin nümayəndəsi X24 məhkəmə iclasında Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamına əsas olan sənədlərin və iddiaçının ərizəsinin arxiv sənədləri arasında tapılmadığını, lakin mübahisələndirilən sərəncamdan çıxarışın qanunvericiliyə uyğun olaraq, forma və məzmununa görə düzgün tərtib edilərək imzalandığını, iddiaçı və çüncü şəxsin rayonun sakinləri olduğunu, uzun illərdir ki, işdə adı qeyd edilən mağazanın isə “Vaqifin mağazası” deyə tanındığını, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamı tapılmasa da, iş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından çıxarışa düzgün olaraq şöbə müdiri tərəfindən “əsli ilə düzdür” qeyd edilərək imza edildiyini, sərəncamdan çıxarışın 3-cü bəndində qeyd edilən “Cavabdeh başçısının 18 fevral 2008-ci il tarixli, 188 saylı sərəncamı” sözləri texniki yanlışlığa yol verilərək yazıldığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, - İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamdan çıxarışın surətindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsindən mağaza tikintisinə 91 m2 torpaq sahəsi ayrılması barədə İH-in torpaqseçmə komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmişdir. - İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınmış, Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsində mağaza tikintisi üçün ayrılmış 91 m2 torpaq sahəsində öz razılaşmalarına əsasən, tikinti aparmağa icazə Ağcabədi şəhər, S.Vurğun küçəsi 64 sayı evdə yaşayan X23 verilməsi, Ağcabədi şəhər Ü.Hacıbəyov prospekti 37 saylı evdə yaşayan İddiaçı adına verilmiş Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 48 saylı sərəncamı dəyişdirilərək Ağcabədi şəhər, S.Vurğun küçəsi, 64 saylı evdə yaşayan X19 adına keçirilməsi qərara alınmışdır. - Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, torplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, izahatı alınmış İddiaçı sözügedən mağazanın tikildiyi 91 kv.m torpaq sahəsini 2005-ci ildə mərhum X25 7400 ABŞ dollarına satmış, orada tikilən mağazanı onlara icarəyə verməmişdir. Hazırda da mağazanı X22 Şirinov işlədir. Ağcabədi rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı sənədlər üzrə təqdim edilmiş İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən, Şirinov Rəşadla heç bir ədavət və düşmənçiliyinin olmadığını, onu mağazanı mərhum atası Vaqif Şirinova satdandan sonra tanış olduğunu bildirmiş, 2005-ci ildə ona məxsus olmuş və onun adına İcra Hakimiyyəti tərəfindən verilmiş 73 kv.m sərəncamla ona verilmişdir. Həmin mağaza atası mərhum X11 adına olmuş torpaq olmuşdur.Sonradan mərhum anası X5 adına Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə X40 kitabına AN 291866 saylı nömrə ilə anasının sənədləşdirilmişdir. Həmin torpaq sahəsi onun adına 73 kv.m mağaza sənədləşdirilib, 2005-ci ildə həmin mağazanı sənədləri ilə birlikdə X25 7400 ABŞ dolları məbləğində pul müqabilində satmışdır və 2-3 gündən sonra ona sənəd gətirib və qol çəkmişdir, həmin vaxtdan, 2005-ci ildən həmin dükan X29 işlətmiş və hazırda oğlu X28 həmin dükanı işlədir. Hazırda həmin dükana dair hər hansı bir hüquqi sənədi yoxdur. Ona alqı-satqı müqaviləsi yoxdur. Dükanı satan zaman sənədləri mərhum Vaqif Şirinova vermişdir. Dükanı satan zaman digər şəxslər bu barədə bilməmişlər. Hazırda dükanın ona qaytarılmasını tələb edir. - İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********0 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən, Ağcabədi rayonu, Ü.Hacıbəyli, ev 37, m 0 da yerləşən mağaza təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınmışdır. - İşdə olan Cavabdeh Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 17 saylı məktubuna əsasən, Ağcabədi rayon RiHB-nın sərəncam kiiabına baxış keçirilərkən xx.xx.2004-cü il tarixdə 48 saylı sərəncam İddiaçı adına verilməsi barədə qeydiyyat var. Həmin sərəncamı və sərəncamin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surəti göndərilmiş, RİHB-nın sərəncam kitabında baxış keçirilərkən X19 adına xx.xx.2005-ci il tarixdə 188 saylı sərəncam verilməsi barədə hər hansı məlumat aşkarlanmadı. - İşdə olan AR Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin İ.Hüseynovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 5-H-140/2-3 saylı məktubuna əsasən, əvvəlki müraciətlə bağlı toplanmış sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 saylı sərəncamına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti (hazırda H.Əliyev prospekti) 37 saylı evdə yaşayan həyat yoldaşınız İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınmış və İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 48 saylı sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsində mağaza tikintisi üçün ayrılmış 91 kv.m torpaq sahəsində öz razılaşmalarına əsasən tikinti aparmağa icazə Ağcabədi şəhəri, S.Vurğun küçəsi 64 saylı evdə yaşayan X23 verilmişdir. Həmçinin məlum olmuşdur ki, qanunvericiliyin tələbinə zidd olaraq Ağcabədi Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan, habelə bələdiyyənin müvafiq iclas qərarı olmadan, hərracdan kənar 91 kv.m torpaq sahəsinin 1 il müddətinə Rəşad Şirinovun icarəsinə verilməsinə dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bununla bağlı İdarə tərəfindən sözügedən müqavilənin ləğv edilməsi üçün xx.xx.2021-ci il tarixdə Ağcabədi Bələdiyyəsinə təklif məktubu göndərilmişdir. Hazırki müraciətlə bağlı Ağcabədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, idarənin qeyd eaiiən təklif məktubu bələdiyyənin xx.xx.2021-ci il tarixli ümumi iclasmda müzakirə edilərək, Ağcabədi Bələdiyyəsi ilə Rəşad Şirinov arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilə ləğv edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” Publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılan AN-291866 (kod **********1689) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və "xxxx" MMC-nin arxivində saxlanılan Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 02 saylı Qərarı və Ağcabədi şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X6 qeyd edilmiş hissədən çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən X30 iddiaçını və üçüncü şəxsi 2005-ci il tarixdə gördüyünü, təxmini olaraq yaddaşında qaldığını, 2005-ci il tarixdə şöbə müdiri işlədiyini, hal-hazırda işləmədiyini, o vaxtlar İcra Hakimiyyəti tərəfindən Vaqifə torpaq verilməsinin yadında qaldığını, İcra Hakimiyyətinin Başçısı tərəfindən sərəncam imzalandıqdan sonra, sərəncamdan çıxarış verildiyini, həmin çıxarışın tərəfindən imzalandığını, sərəncamdan çıxarışların texniki işçilər tərəfindən tərtib edildiyini, əgər hərhansı sərəncamda və ya sərəncamdan çıxarışda texniki səhv baş verərsə,həmin sənədi tərtib edən işçi tərəfindən törədildiyini, xx.xx.2005-ci il tarixli sərəncamdan çıxarışa imza edən zaman hər-hansı bir texniki səhvi görmədiyini, sərəncamlara verilən nömrələri isə qeydə alınma kitabında qeydiyyata alındıqdan sonra verildiyini, işçilər tərəfindən qeydiyyata alınaraq ona təqdim edildiyini, xx.xx.2005-ci il tarixli sərəncama özü tərəfindən imza edildiyini, bu günə kimi tərəflər arasında hər hansı mübahisənin olmadığını bildirmişdir. -İşdə olan X12 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, o, həmin vaxtlarda Cavabdeh başçısı vəzifəsində işləmiş, sərəncam qanunidir, qanuna müvafiq qaydada imzası ilə təsdiq olunmuşdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.5-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı 2004-cü il tarixdə Cavabdehnə həyətyanı torpaq sahəsindən mağaza tikintisi üçün 91 m2 torpaq sahəsi ayrılması barədə müraciət etmiş və Cavabdeh Başçısının xx.xx.2004-cü il tarixli, 48 nömrəli sərəncamı ilə İddiaçı həyətyanı torpaq sahəsindən mağaza tikintisinə 91 m2 torpaq sahəsi ayrılması barədə İH-in torpaqseçmə komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilmişdir. Sonradan məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamının etibarsız hesab edilməsini və 2005-ci il tarixdə ərizə ilə heç vaxt İcra Hakimiyyətinə 91 m2 torpaq sahəsində öz razılaşmalarına əsasən, tikinti aparmağa icazə Ağcabədi şəhər, S.Vurğun küçəsi 64 sayı evdə yaşayan X23 verilməsi üçün müraciət etmədiyini, mübahisələndirilən sərəncamın saxta olmasını, Şirinov Rəşada həmin mağazanı icarəyə verdiyini bildirmişdir. Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə tərəfindən Cavabdeh Ağcabədi Dövlət Arxivindən daxil olan məktub üzrə ərizə və sərəncam təqdim edilərək, xx.xx.2005-ci il tarixdə qəbul edilmiş 188 saylı sərəncamın başqa məzmunda, başqa şəxslərə aid olması barədə dəlil irəli sürmüşdür. Lakin məhkəmə tərəfindən həmin sərəncama baxış keçirilərək, Ağcabədi İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncam olduğunu və həmçinin həmin sərəncama hər hansı bir nömrə əlavə edilmədiyini müəyyən etmişdir. Həmçinin iddiaçının vəkili Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamdan çıxarışın 3-cü bəndində “Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 37 saylı evdə yaşayan İddiaçı adına verilmiş Cavabdeh başçısının 18 fevral 2008-ci il tarixli, 188 saylı sərəncam dəyişdirilərək Ağcabədi şəhəri, S.Vurğun küçəsi, 64 saylı evdə yaşayan X19 adına keçirilsin” qeyd edilmişdir, amma sərəncamın tarixi xx.xx.2005-ci il tarix yazıldığını qeyd etmişdir. Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamının əsli iş materiallarına təqdim edilməmiş, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından çıxarış təqdim edilmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Cavabdeh Başçısının 188 nömrəli sərəncamı xx.xx.2005-ci il tarixdə qəbul edildiyi üçün, Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamdan çıxarışın 3-cü bəndində “Cavabdeh başçısının 18 fevral 2008-ci il tarixli, 188 saylı sərəncamı” sözləri qeyd edilən zaman inzibati orqan tərəfindən texniki yanlışlığa yol verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri” Publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxivində saxlanılan AN-291866 (kod **********1689) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən və Ağcabədi şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X8 0.06 ha torpaq sahəsi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 02 saylı Qərarı əsasında, yəni mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.2005-ci il tarixli, 188 nömrəli sərəncamından sonra verilmişdir. Həmçinin iddiaçının nümayəndəsi İ.Hüseynova tərəfindən üçüncü şəxs ilə aralarında hal-hazıradək münasibətlərin icarə müqaviləsi əsasında aparıldığını və üçüncü şəxs tərəfindən hər ay 50 ABŞ dolları icarə haqqı ödənildiyini bildirmiş, lakin buna dair əsaslı sübut təqdim edə bilməmişdir. Həmçinin iş materiallarında olan İddiaçı Ağcabədi rayon Polis şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli izahatına əsasən, mağazanı R.Şirinovun mərhum atası Vaqif Şirinova satmış, satdıqdan sonra R.Şirinov ilə tanış olmuş, 2005-ci 2005-ci ildə həmin mağazanı sənədləri ilə birlikdə X25 7400 ABŞ dolları məbləğində pul müqabilində satdıqdan sonra 2-3 gündən sonra iddiaçıya sənəd gətirilmiş və imza etmiş, həmin vaxtdan, yəni 2005-ci il tarixdən həmin mağazanın X29 tərəfindən işlədildiyi və hazırda oğlu X19 həmin dükanı işlətdiyi, həmin dükana dair özünün hər hansı bir hüquqi sənədinin, alqı-satqı müqaviləsinin olmadığı, dükanı satan zaman sənədləri mərhum Vaqif Şirinova verdiyi, dükanı satan zaman digər şəxslər bu barədə məlumatlı olmadıqları, halhazırda isə dükanın ona qaytarılmasını tələb etdiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının ona aid hissədə ləğv olunmasını arzu etmiş, lakin iddia tələbində həmin sərəncamın tam olaraq etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində qeyd olunan şərtlər mövcud deyildir. Qeyd olunan normanın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, etibarsız hesab edilməsi tələb olunan sərəncam inzibati aktdır, Cavabdeh başçısı tərəfindən qəbul edilmişdir, Cavabdeh başçısının sərəncam qəbul etmək səlahiyyəti olmuşdur, sərəncam rəsmi sənəd formasında qəbul edilmişdir, iddiaçıdan inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt deyildir, icrası mümkün olan inzibati aktdır və Polis İdarəsində verilmiş izahatlar və qərardan, İddiaçı üçüncü şəxsə mağazanı satması barədə məlumat aydın şəkildə görünür. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi üçün qeyd olunan şərtlərdən heç biri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda («İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsi), etibarsız inzibati akt qəbul edildiyi andan yarasız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır («İnzibati İcraat haqqında» Qanunun 65.2-ci maddəsi). Məhkəmə hesab edir ki, Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi hesab edilməsi üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində qeyd olunan şərtlər mövcud deyildir. Beləliklə, iddiaçı hazırkı iddia tələbi ilə Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız sayılmasını xahiş etsə də, onun tələbi mahiyyət etibarı ilə həmin inzibati aktın mübahisələndirilməsindən ibarətdir. Ona görə də mübahisələndirmə haqqında iddianın qaldırılması üçün nəzərdə tutulmuş müddətlərə riayət etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. İnzibati Prosessual Məcəllənin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamını mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 2 (iki) il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt sayılır. Belə bir akt yalnız ləğv edilmə və dəyişdirmə qaydasında mübahisələndirilə bilər və həmin akt ləğv edildikdə və ya dəyişdirildikdə iddiaçı əlverişsiz vəziyyətdən çıxa bilər. Beləliklə, iddiaçı hazırkı iddia tələbində sözügedən qərarın etibarsız sayılmasını xahiş etsə də, onun tələbi mahiyyət etibarı ilə həmin qərarın mübahisələndirilməsindən ibarətdir. Məhkəmə iddiaçıya həm 2-1(120)-210/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla yazılı, həm də şifahi yardım etsə də, iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirmə növündə iddianın qaldırılması ilə bağlı müddətin ötürüldüyünün fərqinə vararaq etibarsızlığın tanınması növündə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddia, mübahisələndirmə haqqında iddia ilə yanaşı qaldırılması mümkün olmalıdır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Eyni zamanda, maraqlı şəxs etibarsız hesab etdiyi inzibati aktın ləğv edilməsinə dair «mübahisələndirmə haqqında» iddia qaldıra bilər. İddia əsaslı olduğu halda, həmin inzibati akt inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi səbəbi ilə qanunsuz sayıla və ləğv oluna bilər. Qanunsuz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə tərəfindən hesab edilir ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1429/2020 nömrəli qərarda hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə (X27 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur . Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (X27 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının 28 iyul 2005-ci il tarixli, 188 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-210/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-210/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver