Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-210/2024 22.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza-Reablitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza-Reablitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə “9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası şəxsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxslər 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndələri gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxslər 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması ilə bağlı cavabdeh qanunda nəzərdə tutulmuş tədbir görməyə haqlıdır və bu məqsədlə cavabdeh tərəfindən iddiaçının yenidən əyani müayinədən keçirilməsi zəruridir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 135 nömrəli məktubla işi icrasız geri qaytarmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyinatı aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, T275/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 08 may 2023-cü il tarixdə Mehdiyev X4 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli RMX-na, sonra Yevlax RMX-na köçürülmüş və əməliyyat olunmuşdur. Sənədləri ilk dəfə 2021-ci və 2022-ci illərdə TSEK-ə göndərsələr də imtina cavabı gəlmişdir. Buna görə də İnzibati Məhkəməyə müraciət etmişdir. Halhazırda şikayəti sağ ayağında ağrıdan, hərəkətinin çətinləşməsindən, yerişi zamanı əsadan istifadədədn, yuxusuzluqdan, başağrılarından və qıcolmadandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Müayinə olunan KTM-zə EEQ müayinəsinə və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinələrə göndərildi. KTM-də xx.xx.2023-cü il tarixdə EEQ müayinəsinin nəticəsi: beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliliyi müşahidə olunur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2023-cü il tarixdə həkim komissiyasının müayinəsindən sonra müəyyən edilmiş diaqnoz: Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta Vs-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofıtləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq- hərəkət funksiyasının pozulması (S72.2., M84.0, M21.1, M25.7, L90.5, S84.1, M21.3, M62.5, R52.2, R26.8.) Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X5” ə EEQ müayinəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofıtləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. 3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 4,5 Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Postkontuzion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnetiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar, baldırın çoxsaylı travmaları, sağ baldırın dəlib-keçən güllə yaralanması (xx.xx.2020), baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınığı, qamış sümüyünün diafizinin orta 1/3-nin defektinə görə aparılmış yaraların birincili cərrahi işlənməsi, Q.A.İlizarov üsulu ilə sintezi (xx.xx.2020) və aparatın demantajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün sümük defekti ilə bitişmiş sınığı və deformasiyası, incik sümüyünün kafi bitişmiş sınığı, aşıq-baldır oynağının çapıq əzələ kontrakturası, yerişin pozulması ilə” xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar heç bir qeydiyyat aparılmamışdır. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Lakin, diaqnozun əlillik əlaməti təyin etməməsi məsələsinin aydınlaşdırılması üçün TSEK-də onu yazmış tibbi sosial ekspertlərinin dindirilməsi məsləhətdir. 6,7. Diaqnozda olan xəstəliklər tam reabilitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilə bilərlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli, T47/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2,3.Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X5”ə EEQ müayinəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Beyinin zəif diffuz tipli dəyişiklikləri və diensefal paroksizmlərə meyilliyi”, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı isə həkim komissiyası tərəfindən “Odlu silahla yaralanmadan sonra sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası osteofıtləri və yumşaq toxumada çoxsaylı metal qəlpələri, sağ baldırın orta-aşağı 1/3-nin iç-ön səthlərində dartıcı çapıq toxuması, sağ incik sinirinin neyropatiyası, sağ pəncənin sallanması, parezi, əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S72.2, M84.0; M21.1, M25.7; L90.5; S84.1; M21.3; M62.5; R52.2; R26.8.)” diaqnozu müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofiınksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. Məhkəmənin 01 may 2024-cü il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-210/2024 nömrəli iş üzrə ərizəyə əlavə etdiyi arayışa əsasən ünvan 1 ünvanında yaşamağını nəzərə alaraq iddia ərizəsinin və əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı həqiqətən də Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsidir ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılmalıdır. Belə ki, şərh olunduğu kimi iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddianın predmeti xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışın təsdiq edilmiş surətinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədədir. İPM-nin yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 8.1.2-ci maddəsi münahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yuridiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021ci il tarixli Qanunun 1.1-ci maddəsi ilə 8.1.2-ci maddəyə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmamışdır. Qanunverici şəxsin olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digə belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. İddiaçı Cəbrayıl rayonunun Balyand kəndində qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Cəbrayıl rayonunda, yəni qeydiyyatda olduğu yerdə yox, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Qaradağ rayon “Ümüd” qəsəbəsi Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli, 248 nömrəli arayışına əsasən İddiaçı həqiqətən də Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, halhazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza-Reablitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən ona üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-210/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-210/2024
22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver