Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-210/2025 08.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 qərarına əsasən tikilən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının mərhum atası X12 aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən ayrılan 0,07 ha torpaq sahəsi ilə bağlı isə xüsusi mülkiyyət hüquqlarının mərhum şəxslər X12, X2, X13 məxsus paylar hissəsində aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və İddiaçı və X7 məxsus paylar üzrə isə barələrində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhər X23 Rəyasət Heyətinin xx.xx.1978-ci il tarixli, 11 saylı qərarına əsasən mərhum X12 ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçınını vəkili və nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978ci il tarixli, 11 nömrəli qərarına əsasən tikilən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının mərhum atası X12 aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən ayrılan 0,07 ha torpaq sahəsi ilə bağlı isə xüsusi mülkiyyət hüquqlarının mərhum şəxslər X12, X2, X13 məxsus paylar hissəsində aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və İddiaçı və X7 məxsus paylar üzrə isə barələrində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə mərhum atası tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşayır. Əmisi və bibisi də onlarla bir həyətdə, lakin ayrı-ayrı evlərdə, yəni özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar. Hazırda ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsi Lənkəran şəhər X23 Rəyasət Heyətinin 09 iyun 1978-ci il tarixli 11 nömrəli icrakom iclasında qəbul edilmiş qərara əsasən mərhum babası Məmməd Rzayevin istifadəsində olmuş 0.30 ha torpaq sahəsindən ayrılmışdır. Bundan sonra mərhum atası X19 həmin torpaq sahəsində ailələri üçün fərdi yaşayış evi tikmiş və həmin tarixdən onlar ailə üzvləri həmin fərdi yaşayış evində yaşamışdırlar. Hazırda atası X19 vəfat etmiş və onun vərəsəsi kimi miras qalmış əmlakı öz adına dövlət qeydiyyatına aldırmaq istəmişdir. Bunun üçün ilk öncə notariusa müraciət etdim və orada ilk öncə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilməsini, mərhum atasının adına çıxarış alınmasını və ondan sonra vərəsəlik qaydasında həmin əmlakı öz adına dövlət qeydiyyatına alınması bildirilmişdir. Bunun üçün lazımi sənədləri toplamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən mərhum atası X8 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, guya həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yoluna dair mübahisə mövcuddur. Bununla da onun ərizəsinə rədd cavabı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 10 saylı Lənkəran Ərazi İdarəsi mərhum atası X8 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, miras əmlak olaraq sözü gedən ünvanda yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının bir halda olmaqla 13 oktyabr 2022-ci il tarixli, **********1 qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. Belə ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq mərhum X20 həyətyanı torpaq sahəsinin ayrılması barədə Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli müvafiq qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması (bu məqsədlə AR. X14 rayon filialına və Lənkəran şəhər icra Hakimiyyətinə müraciət edilməsini məqsədəmüvafiq hesab edirik) hissəsi Ərazi İdarəsinin imkanları xaricindədir. Hazırki iş üzrə iddiaçının vərəsəsi olduğu şəxsdən miras qalmış həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə aidiyyəti mütəxəssisimiz tərəfindən müayinə (çöl ölçmə işləri) keçirilmiş və məlum olmuşdur ki, iddiaçının vərəsəsi olduğu şəxsdən miras qalmış həmin fərdi yaşayış evinə gedən ümumi istifadədə olan torpaq sahəsinə dair qonşular arasında mübahisə mövcuddur. İcraatda olan sənədlərin ekspertizasının (imtinaya tam əsas olduğundan inzibati icraat aparılmamışdır) nəticələrinə uyğun olaraq həmin müraciətin icrasından imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X24 iddiaya etiraz edərək tələbin təmin edilməməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lənkəran rayonu ərazisində yerləşdiyindən və Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 nömrəli qərarından görünür ki, vətəndaşların qanuni istifadəsindəki həyətyaniı torpaq sahələrinin onların mülkiyyətinə verilməsindən ötrü hazırlanmış yerquruluşu sənədlərinin təsdiqi barədə Gərmətük-Velədi, Sütəmurdov, Şilavar, Digah, Göyşaban YAİK-nin qərarları təsdiq edilmişdir. İş materiallarında olan X14 Filialının xx.xx.2022-ci il tarixli, A/551 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli qərarı ilə Sütəmurdov kənd sakini X12 atası Rzayev Məmmədin istifadəsində olan 0,30 hektar torpaq sahəsindən 0,07 hektar kəsib vermək haqqında H.Aslanov adına sovxozun 26 oktyabr 1977-ci il tarixli, 465 № li əmri və Gərmətük qəsəbə Soveti İcraiyyə Komitəsinin 28 noyabr 1977-ci il tarixli 276 № li qərarı təsdiq edilmiş, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin X16 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********44 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən, Lənkəran rayon XDS-İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarış (AR. X14 filialının xx.xx.2022-ci il tarixli, A/551 saylı “Arxiv çıxarış”ına münasibətdə) əsasında miras əmlak olaraq qanun üzrə vərəsəsi olduğunuz şəxsə (X21) ) məxsus həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki yerində olan vəziyyət arasında uyğunsuzluq mövcuddur. Təqdim olunmuş sənədlər üzrə faktiki yerində aparılan müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, mərhum atanızdan miras qalmış həmin fərdi yaşayış evinə gedən ümumi istifadədə olan torpaq sahəsinə dair tərəflər arasında ciddi mübahisə mövcuddur. Bu baxımdan bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, miras əmlak olaraq sözü gedən ünvanda yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan yolla əlaqədar tərəflər arasında yaranmış mübahisə aradan qaldırıldıqdan sonra hazırki vərəsəlik işi üzrə müraciətinizə təkrarən baxıla bilər. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. X8, X1, X9 vəfat etdiyini sübut edən müvafiq sənədlərə məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4009 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan, torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) hesabati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: 1-ci sualın cavabında qeyd olunduğu kimi Lənkəran rayon Xalq Deputatları veti İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torbaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayon X23 İcraiyyə Komitəsinin 06.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsi barədə elektron kadastr xəritəsində məlumatların mövcud olmaması müəyyən edilmişdir. Lakin İddiaçı Yahya qızının və qeyrilərinin mülkiyyuətlərinə verilmiş 0.07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçun X12 ayrılmış 0.07 ha torpaq sahəsinin faktiki koordinatlarnın iddia olunan vəziyyətə əsasən) mövcud baza məlumatlarına əsasən torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqları təyinatlı, həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X17 ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddia edilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin koordinatları müəyyən olunmuş və həmin torpaq sahəsinin faktiki istifadəsində olması və təyinatı üzrə istifadə etməsi müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X17 ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il xli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün yev Yəhya Məmməd oğluna ayrılmış 0,07 ha torpaq sahəsi barədə elektron kadastr təsində məlumatların mövcud olmaması müəyyən edilmişdir. Lakin İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud a məlumatlarına əsasən araşdırma zamanı JN-276A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X8, İddiaçı və qeyrilərinin mülkiyyətlərinə verilmiş 0,07 ha torpaq sahəsinin koordinatları üst-üstə düşməsi müəyyən olunmuş və həmin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə verilmiş torpaq sahəsinin Sütəmurdov kəndinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0.07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və alınmaması müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq həsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 276A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X5, İddiaçı və qeyrilərinin mülkiyyətlərinə verilmiş 7 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Qərardadın səkkizinci sualı üzrə: Qeyd edilən tikilinin və altında yerləşən torpaq sahəsinin ölçüsünün 128 kv.m olması müəyyən edilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı JN-276A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X8, İddiaçı və qeyrilərinin mülkiyyətlərinə verilmiş 0,07 ha torpaq sahəsinin koordinatları üstüstə düşməsi müəyyən olunmuşdur. İddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Lənkəran rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən evinin (fərdi yaşayış evinin) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında faktiki səhvin olmaması və faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur, iddia han torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı JN-276A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" X8, İddiaçı və qeyrilərinin mülkiyyətlərinə verilmiş 0,07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 qərarına əsasən tikilən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının mərhum atası X12 aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən ayrılan 0,07 ha torpaq sahəsi ilə bağlı isə xüsusi mülkiyyət hüquqlarının mərhum şəxslər X12, X2, X13 məxsus paylar hissəsində aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və İddiaçı və X7 məxsus paylar üzrə isə barələrində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X22rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X25rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4009 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, Lənkəran rayon Xalq Deputatları veti İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən X12 və ailə üzvlərinə ayrılan 0,07 ha torpaq sahəsinin eyni ərazi olduğu və X12 məxsus olan fərdi yaşayış evinin qeyd edilən torpaq sahəsinin üzərində yerləşdiyi, torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqları təyinatlı, həyətyanı torpaq sahəsi olması, təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin Sütəmurdov kəndinin ərazi hüdudları daxilində yerləşməsi, torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Lənkəran rayon Xalq Deputatları veti İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün X12 ayrılmış 0,07 ha torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən X12 və ailə üzvlərinə ayrılan 0,07 ha torpaq sahəsinin eyni ərazi olması iddiaçının və ailə üzvlərinin hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, hər iki sənəd üzrə hüquqların qeydə alınacaq tərəflər eynilik təşkil edir və eyni torpaq sahəsi üzrəində hüquqların qeydə alınması barədə mübahisənin olmadığı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli qərarına və Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən xx.xx.1978-ci il tarixli və xx.xx.2002-ci il tarixli qərar iddiaçılara aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçının mərhum atası X12 Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün icazənin qanuni əsaslarla verildiyi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarı ilə 0.07 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 qərarına əsasən tikilən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının mərhum atası X12 aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən ayrılan 0,07 ha torpaq sahəsi ilə bağlı isə xüsusi mülkiyyət hüquqlarının mərhum şəxslər X12, X2, X13 məxsus paylar hissəsində aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və İddiaçı və X7 məxsus paylar üzrə isə barələrində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 11 qərarına əsasən tikilən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüquqlarının mərhum atası X12 aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən ayrılan 0,07 ha torpaq sahəsi ilə bağlı isə xüsusi mülkiyyət hüquqlarının mərhum şəxslər X12, X2, X13 məxsus paylar hissəsində aid olması və bu hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və İddiaçı və X7 məxsus paylar üzrə isə barələrində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-210/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-210/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver