Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2114/2022 21.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı sədrliyi, xx katibliyi, İddiaçı, Üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “həyat yoldaşı X7 qeydiyyatda olduğu Füzuli rayonu Şükürbəyli kəndində qaynanası X5 mülkiyyətində olan evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “həyat yoldaşı X7 qeydiyyatda olduğu Füzuli rayonu Şükürbəyli kəndində qaynanası X5 mülkiyyətində olan evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1985-ci ildə Sabirabad rayon Navadan kəndində anadan olmuşdur. Hazırda həmin rayonun Nərimankənd kəndində pasport qeydiyyatındadır. 2006-cı ildən ünvan 1 ünvanda pasport qeydiyyatında olan X15 ilə rəsmi nikahdadır Nikah şəhadətnaməsi AZ-İ №263716, xx.xx.2006. 15 dekabr 2021-ci ildə Füzuli rayonu, X9 Dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabında qeydiyyat kitabı № 2 həyat yoldaşının anası X10 məxsus fərdi yaşayış evində qeydiyyatdadır. 16 dekabr 2021-ci ildən başlayaraq qeyd edilən ünvanda pasport qeydiyyatına alınmağı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə və Cavabdehnə müraciət olundu, lakin onlar qeydiyyatın mümkün olmadığını bildirdilər. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şirvan şəhər Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Şirvan şəhər Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndasi X14 izahatında İddiaçı onlara məxsus fərdi yaşayış evinə qeydiyyata düşməsinə etirazının olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli məkubundən görünür ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İddiaçı xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti olaraq məhdudlaşdırılması səbəbindən Füzuli rayonu Şükürbəyli kəndində qaynanası X5 mülkiyyətində olan evə qeydiyyata alınmasına dair müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məcburi köçkün statusuna malik olmadığından məcburi köçkünlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmir. Həyat yoldaşı X15 və onun anası X13 məcburi köçkündür və Komitə tərəfindən onlara xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqələr verilmişdir. Məlumat üçün bildirirlər ki, Füzuli rayonu, Şükürbəyli kənd sakinləri X15 və X1 işğal olunmadığından, yalnız təmas xəttinə yaxın ərazidə olduğu üçün xüsusi qaydada həmin kəndin sakinləri kimi məcburi köçkün və ya ona bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmişdirlər. Qeyd edirlər ki, Füzuli rayonu, Şükürbəyli kəndi işğal olunmadığından və 08 noyabr 2020-ci il tarixdən keçmiş təmas xətti ləğv edildiyindən həmin kəndin sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi ləğv edilmişdir. İş materiallarında olan üçüncü şəxs X13 tərəfindən təqdim edilən notarial qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən gəlini İddiaçı Füzuli rayonu, Şükürbəyli kəndində mülkiyyətində olan fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasına razılıq verdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyidəhmədli kəndi üzrə ərazi nümayəndəliyinin təsərrüfat kitabından 245 nömrəli çıxarışa əsasən İddiaçı 222-ci il tarixdə X5 təsərrüfatına qeydiyyata düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyidəhmədli kəndi üzrə ərazi nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 233 nömrəli arayışına əsasən X5 və oğlu X7 Füzuli rayonu, Şükürbəyli kəndi üzrə daimi qeydiyyatda olduqları, X5 fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli, 01/509 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X15 və qaynanası xx.xx.1941- ci il təvəllüdlü X4 rayonu, Şükürbəyli kənd daimi pasport qeydiyyatındadırlar, məcburi köçkün kimi vahid aylıq müavinət alırlar. Məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhəri, ünvan 3-da məskunlaşmışdırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı məktubdan görünür ki, sorğuda adları qeyd edilən şəxslərin adlarına Füzuli rayonu Şükürbəyli kəndində yerləşən yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və torpaq sahəsi ayrılmasını təqsdiqləyən qəqar və sərəncam barədə məlumat aşkarlanmadı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının Füzuli rayonu, Şükürbəyli kənd ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq da, o, cavabdeh orqana və ya məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı yaşayış yeri üzrə qeydiyyata düşməsini istisna edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli, 01/509 nömrəli məktubundan da görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı həyat yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X15 və qaynanası xx.xx.1941-ci il təvəllüdlü X4 rayonu, Şükürbəyli kənd daimi pasport qeydiyyatında olsalar da, məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhəri, ünvan 3-da məskunlaşmışdırlar. Həmçinin iddiaçı iddia ərizəsində və izahatında ünvan 3 ünvanında yaşadığını qeyd etmiş və ünvan 4dəcək heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Füzuli rayonu, Şükürbəyli kənd ünvanında yaşamadığından, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etmədiyindən, Cavabdeh onun həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri – imtinası qanuna zidd sayıla bilməz. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “həyat yoldaşı X7 qeydiyyatda olduğu Füzuli rayonu Şükürbəyli kəndində qaynanası X5 mülkiyyətində olan evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı həyat yoldaşı X7 qeydiyyatda olduğu Füzuli rayonu Şükürbəyli kəndində qaynanası X5 mülkiyyətində olan evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2114/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2114/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver