Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2116/2025 22.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona yəni xx.xx.1964-cü il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiysının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona yəni İddiaçı 60 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Socar “Kompleks qazma işləri” trestində, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində X6 Özülündə, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Sahil” Qazma İşləri İdarəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində “Bulla, Ümid, 8 Mart” İstehsalat bölümündə, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Neft daşları” İstehsalat Bölümündə müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 28 il ( 21 il ümumi iş stajı, 5 il ali təhsil müddəti və 2 il hərbi xidmət müddəti) və ümumi iş stajının qanunvericiliklə müəyyən olunan müddətdən artıq 17 il 7 ay hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləmişdir. İşlədiyi işlərin güzəştli şərtlərə görə, yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olması barədə ətraflı arayışlar təqdim edilmişdir. Hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli 3-17-1/2-2568/2025 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur.Mərkəzi Filiala təqdim edilən SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2024-cü il tarixli 14-2-15/2-H-2xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 14-2-15/3-9-79/2024 nömrəli arayışlarında İddiaçı xx.xx.2006-xx.xx.2007-ci tarixləri arasındakı dövr ərzində sözügedən müəssisdə gilli məhsulun hazırlayıcısı vəzifəsində, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində X6 Özülündə, xx.xx.2012xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Sahil” Qazma İşləri İdarəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində “Bulla, Ümid, 8 mart” İstehsalat Bölümündə” xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə “Neft daşları” istehsalat bölümündə”, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə “Neft daşlarrı” istehsalat bölümündə NÖC və avtımatika üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur.Onun işlədiyi gilli məhsulun hazırlayıcısı vəzifəsi sözügedən arayışda istinad edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin qazma bəndində nəzrdə tutulmamışdır. Həmçinin, İddiaçı işlədiyi NÖC və avtımatika üzrə çilingər peşəsi həmin arayışlarda istinad edilən, sözügedən Siyahıda nəzərdə tutulan nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar və buruqlara xidmət üzrə çilingərlər peşələrinə aid deyildir.Bu səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 gün, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə Cəlilabad rayonu, Pakrovka kəndində doğulmuşdur. Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatdadır. AO seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSR ordu sıralarında hərbi xidmət keçmişdir. (2 il 5 gün) Ukrayna “Dnepr Politexnikası” Milli Texniki Universiteti tərəfindən verilmiş; 20/408 №-li, xx.xx.2024-cü il tarixli arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, xx.xx.1993-cü ildə Artem adına X1 X10 Akademiyası adlandırılmışdır. Əsas: Ukrayna Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 646 saylı sərəncamı. X2 milli statusu verilmişdir. Milli Dağ Universiteti “Milli Dağ Universiteti” Dövlət ali təhsil müəssisəsi adlandırılmışdır. 20/408 №-li, xx.xx.2024-cü il tarixli arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, “Dnepr Politexnikası” Milli Texniki Universitetinin arxiv materiallarında xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.1982-ci ildən “Markşeyder işi” ixtisası üzrə X4 Mədən inşaatı fakultəsinin əyani təhsil şöbəsinin 1-ci kursuna qəbul olmuşdur ( Əmr № 1454л, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə SSRİ Silahlı Qüvvələrinə çağırışla əlaqədar olaraq akademik məzuniyyət verilmişdir. (Əmr № 1644л, xx.xx.1983-cü il); xx.xx.1985-ci ildə Sovet Ordusundan “Markşeyder işi” ixtisası üzrə Mədən inşaatı fakültəsinin əyani təhsil şöbəsinin 2-ci qursuna geri qayıtmışdır (Əmr № 1598л, xx.xx.1985-ci il); xx.xx.1988-ci ildən 01 fevral 1989-cu ilədək səhhəti ilə əlaqədar olaraq akademik məzuniyyət verilmişdir (Əmr № 723л,xx.xx.1988-cı il); xx.xx.1989-cu ildə akademik məzuniyyətdən “Markşeyder işi” ixtisası üzrə Mədən inşaatı fakültəsinin əyani təhsil şöbəsinin 4-cü kursuna geri qayıtmışdır (Əmr № 73л, xx.xx.1989-cü il); xx.xx.1989cu ildə “Markşeyder işi” ixtisası üzrə Mədən inşaatı fakültəsinin əyani təhsil şöbəsinin 5-ci kursuna keçirilmişdir ( Əmr № 1398л, xx.xx.1989-cu il); xx.xx.1990-cı ildə təhsilinin bitməsi ilə əlaqədar olaraq (Əmr № 800л, xx.xx.1990-cı il) institutundan xaric edilmiş və TB 900449 saylı diplom almışdır, qeydiyyat nömrəsi 309.Dövlət imtahan komissiyasının 18 iyun 1990-cı il tarixli qərarı ilə R.M.Qazıyevə dağ mühəndisi-markşeyder ixtisası verilmişdir. ( 4 il 1 ay 16 gün) İddiaçı məxsus БТ-İ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1987-ci ildə “Nova” Şaxta Donetsk vilayəti, “Dzerjinsk kömür”- İstehsalat təcrübəsi keçdiyi müddət ərzində Markşeyder şöbəsində mədən işçisinin yeraltı şagirdi qismində qəbul olunmuşdur (Əmr № 93 k, xx.xx.1987-ci il), xx.xx.1987-ci ildə SSR ƏM-nin 36-cı maddəsinin 2-ci bəndinə əsasən təcrübə müddəti bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir (Əmr №125k, xx.xx.1987-ci il) ( xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək əmək fəaliyyəti dövrü təhsil müddəti ilə üst üstə düşür). xx.xx.1988-ci ildə F.E.Dzerjinski adına Dnepropetrovsk kimya-texnologiya İnstitutu nəzdində tədris-eksperimental emalatxanası-anbar üzrə yardımçı fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 119, xx.xx.1988-ci il), xx.xx.1989-cu ildə işdən azad edilmişdir (Əmr № 1, xx.xx.1989-cu il) (04 ay 5 gün). xx.xx.1990-cı ildə “ÇMST” TQİ- ərizəsi nəzərə alınaraq TQİ-nin avtodəstəsinə işçi qəbul edilmişdir (Əmr № 296, xx.xx.1990-cı il), xx.xx.1992-ci ildə ərizəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 3, xx.xx.1992-ci il) (1 il 4 ay 15 gün) (1il 4 ay 15 gün), xx.xx.2006-cı il tarixdə 13 saylı X6 Özülündə 3-cü dərəcəli-gil məhlulu hazırlayıcısı vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 66 k, xx.xx.2006-cı il), xx.xx.2012-ci ildə işdən azad edilmişdir (Əmr № 1489, xx.xx.2012-ci il), ( 6 il 1 ay 1 gün) xx.xx.2012-ci ildə “Kompleks qazma işləri tresti X12 İdarəsi”-X13 Qazma Qurğusu “Xəzər- 6” saylı buruğa 5-ci dərəcəli NÖC və avtomatika üzrə çilingər peşəsinə qəbul edilmişdir (Əmr № 399/k, xx.xx.2012-ci il) xx.xx.2014-cü ildə işdən azad edilmişdir (Əmr № 46 k, xx.xx.2014-cü il), (1 il 4 ay 29 gün) xx.xx.2014-cü ildə “Xəzər-6” Özü Qalxan X9 5-ci dərəcəli NÖÇ və avtomatika üzrə çilingər peşəsinə qəbul edilmişdir (Əmr № 60/k, xx.xx.2014-cü il), xx.xx.2021-ci ildə “Neft Daşları-Günəşli İsthsalat bölümü, 8 saylı briqadaya 5-ci dərəcəli qazmaya xidmət edən elektrik mantyoru peşəsinə keçirilmişdir ( 7 il 4 ay 27 günxx.xx.2014-cü il tarixdən pensiya hüququ yarandığı tarixədək yəni xx.xx.2024-cü il tarixədək 10 il 7 ay 23 gün); xx.xx.2024-cü il tarixədək ümumi satjı 26 il 4 gün (güzəştli iş illəri 17 ildən artıq). Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: SOCAR “Kompleks qazma işləri” trestinin 14-2-15/2-956/2025 saylı, 1xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 14-2-15/2-953/2025 saylı, xx.xx.2025-ci il tarixli arxiv arayışında SOCAR-ın “Kompleks qazma işləri trestinin Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.2006-cı ildə “Bayıl Liman” X8 İdarəsinin 13 nömrəli özülünə 3-cü dərəcəli gilli məhlul hazırlayacısı peşəsinə işə qəbul edilib (66/k, xx.xx.2006-cı il); xx.xx.2007-ci ildə 4-cü dərəcəli X5 və avtomatika üzrə çilingər peçəsinə keçirilmişdir (Əmr № 09/ş, xx.xx.2007-ci il); xx.xx.2012-ci ildə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə Əmək Müqaviləsi bağladığı üçün, işdən azad edilib (Əmr 399/k, xx.xx.2012-ci il); xx.xx.2012-ci ildə “X12 İdarəsinin “Xəzər-6” X9 5-ci dərəcəli X5 və Avtomatka üzrə çilingər peşəsinə işə qəbul edilmişdir (Əmr 46/k, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, başqa işəgötürənlə ƏM bağladığı üçün, işdən azad edilmişdir (Əmr 46/k, xx.xx.2014-cü il). Yuxarıda qeyd olunan idarənin fəaliyyət tarixi haqqında ətraflı məlumat aşağıdakı kimi qeyd olunmuşdur: SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli və xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrləri ilə “Kompleks qzama işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X7 İdarəsi tresti tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 nömrəli əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X7 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən “SOCAR”ın 101 nörəli və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 nömrəli əmrlərinə əsasən “Xəzər” X7 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli “ARDNŞ/13-1000/01/SM-05-00034 nömrəli əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərilmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və stat cədvəlinin tətbiqi haqqında xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 nömrəli əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Qeyd: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarın siyahısında göstrəilən 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin 10.1.Qazma. a) fəhlələr: X5nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə ( iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar.Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Alt bəninə uyğun xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan müddət ərzində çalışdığı peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Ümumi iş stajı 07 il 06 ay 1 gün, Güzəştli iş stajı: 07 il 02 gün. “Kompleks qazma işləri” trestinin 14-2.15/2-950/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2014-xx.xx.2015-ci ilədək “Bulla, Ümid, 8 Mart” İstehsalat bölümü, Xəzər-6 X13 Qazma Qurğusunda NÖC və avtomatika üzrə çilingər (KQİT-nin xx.xx.2014-cü il tarixli 60-k nömrəli Əmri) xx.xx.2015-xx.xx.2018-ci ilədək “Neft Daşları” İstehsalat bölümü, 1954A saylı meydançada NÖC və avtomatika üzrə çilingər (KQİT-nin xx.xx.2015-ci il tarixli SOCAR/15- 2600/xx-xx-000165 nömrəli əmri), xx.xx.2018-xx.xx.2021-ci il “Neft Daşları” İstehsalat bölümü, 1541 saylı meydançada NÖC və avtomatika üzrə çilingər (KQİT-nin xx.xx.2018-ci il tarixli SOCAR**********00070020B00203 nömrəli əmri), xx.xx.2021-ci il tarixdən hal-hazıradək “Kompleks qazma işləri” tresti “Neft Daşları- Günəşli” istehsalat bölümü, 8 saylı briqadada qazmaya xidmət edən elektrik montyoru peşəsində işləyir (KQİT-nin xx.xx.2021-ci il tarixli SOCAR**********0070020B01453 nömrəli Əmri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən (10.Neftin qazılması və hasilatın, neft qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1 Qazma: a) yaşa görə İddiaçı güzəştli şərtlərlə təqaüdə getmək hüququ verən əmək stajı 11 il 6 ay təşkil edir. “KQİ” trestinin baş mühəndisi F.Ramazanov tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq olunmuş Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərin peşə təlimatında işin xüsusiyyəti aşağıdakı kimi qeyd olunmuşdur: Xüsusən müərəkkəb istilik ölçən, optiki mexaniki, elektrodinomik, hesab, avtomatik və digər cihazların təmiri, nizamlanması, sınanması, yustirlənməsi, quraşdırılması, sazlanması və təhvil verilməsi, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunun qoyulması. Cihazların işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılması, laboratoriya cihazlarının düzəldilməsi. Şkalalar, cədvəllər çəkilməsi və mürəkkəb eskizlərin tutulması. Elektrik cihazlarının digər ölçü hədlərində yenidən hesablanması. Bütün növ istilik və elektrik nəzarət-ölçü cihazları, avtotənzimçi və avtomatların dəqiqlik dərəcələri üzrə nizamlanması və yoxlanması. Bilməlidir: Təmir edilən xüsusən müərəkkəb və dəqiq cihazların konstruksiya xüsusiyyətlərini və ölçü alətlərin quruluşunu, cihazların və avtomatların işində qüsurların yarama səbəblərini, onların qarşısını alma və ləğv etmə tədbirlərini, bütün tiplərdən olan özüyazan cihazların kinematik sxemlərini, xüsusən mürəkkəb cihazların və avtomatların təmir, yoxlama və yustirləmə qaydalarını və tələb olunan dəqiqliyi almağa təminat verən baza səthlərinin seçmə qaydalarını. Qeyd: NÖÇ və avtomatika üzrə çilingər ARDNŞ-nin təsdiq olunmuş Azərbaycan Neft sənayesində əməyin mühafizəsi Vahid idarə etmənin sistemini, Neft və Qazçıxarma sənayesində təhlükəsiz qaydalarının tələblrini rəhbər tutur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-17- 1/2-H-252543/024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) fəhlələr yarımbəndə (a) X5nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə ( iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar və buruqlara xidmət üzrə çilingərlər, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Kompleks qazma işləri” trestinin ona dair xx.xx.2024-cü il tarixli 14-2-15/2-H-2xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 14-2-15/3-9-79/2024 nömrəli arayışlarında xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə gilli məhlulun hazırlayıcısı vəzifəsində, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində X6 Özülündə, xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Sahil”Qazma İşləri İdarəsində,xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində “Bulla, Ümid, 8 Mart” İstehsalat Bölümündə, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə “Neft daşları” istehsalat bölümündə NÖC və avtomatika üzrə çilingər peşəsində işlədiyi qeyd olunub. İşlədiyi gilli məhsulun hazırlayıcısı vəzifəsi sözügedən arayışda istinad edilən məktubda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin qazma bəndində nəzərdə tutulmayıb. Həmçinin, işlədiyi NÖC və avtomatika üzrə çilingər peşəsi həmin arayışlarda istinad edilən, sözügedən Siyahıda nəzərdə tutulan nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X5 və avtomatika üzrə cihazçılar və buruqlara xidmət üzrə çilingər peşələrinə aid deyil. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az ( 3 il 10 gün (xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
10. “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1. Qazma a) fəhlələr: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. … Maddə 19. Mötəbərlik prezumpsiyası. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
Məhkəmənin mövqeyi.
Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2007-xx.xx.2012-cü il tarixləri arasındakı dövr ərzində X6 Öüzülündə, xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Sahil” Qazma İşləri İdarəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dvr ərzində “Bulla, Ümid, 8 Mart” İstehsalat bölümündə, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə “Neft daşları” İstehsalat bölümündə NÖC və avtomatika üzrə çilingər peşəsidə işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan X5nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə ( iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət ölçü cihazlıarı və avtomatika üzrə cihazçılar və buruqlara xidmət üzrə çilingərlər peşəsinə uyğun olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.2007.xx.xx.2021-ci illərdə işlədiyi “NÖC və avtomatika üzrə çilingər” vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, SOCAR “Kompleks qazma işləri” 14-2-15/2-956/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş arayışa əsasən iddiaçı, xx.xx.2007.xxxx.2014-cü və xx.xx.2014-xx.xx.2021-ci ilədək “Kompleks qazma işləri” trestində “NÖC və avtomatika üzrə çilingər” işləmişdir və həmin vəzifənin xüsusiyyətləri- Xüsusən müərəkkəb istilik ölçən, optiki mexaniki, elektrodinomik, hesab, avtomatik və digər cihazların təmiri, nizamlanması, sınanması, yustirlənməsi, quraşdırılması, sazlanması və təhvil verilməsi, onlarda göstəriciləri toplayan və məsafəyə ötürən mexanizmi olan avtomatik tənzimləmə qurğusunun qoyulması, Cihazların işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılması, laboratoriya cihazlarının düzəldilməsi, Şkalalar, cədvəllər çəkilməsi və mürəkkəb eskizlərin tutulması. Elektrik cihazlarının digər ölçü hədlərində yenidən hesablanması, Bütün növ istilik və elektrik nəzarət-ölçü cihazları, avtotənzimçi və avtomatların dəqiqlik dərəcələri üzrə nizamlanması və yoxlanmasında iştirak edir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən verilən xx.xx.2025-ci il tarixli 14-2- 15/2-953/2025 saylı və xx.xx.2025-ci il tarixli 14-2-15/2-950/2025 saylı arayışdan iddiaçının xx.xx.2007.xx-xx.2014-cü və xx.xx.2014-xx.xx.2021-ci illərdə işlədiyi “NÖC və avtomatika üzrə çilingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsi: 10.1. Qazma-a) fəhlələr: nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Odur ki, iddiaçının xx.xx.2007.xx-xx.2014-cü və xx.xx.2014-xx.xx.2021-ci il tarixlərdə SOCAR “Kompleks qazma işləri” tresti işlədiyi “NÖC və avtomatika üzrə çilingər” vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay (xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində gilli məhlulun hazırlayıcısı vəzifəsi nəzərə alınmasa belə) müddətdən artıq xüsusi iş stajı mövcuddur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva