Məhkəmə qərarları › İş №2-1(120)-2118/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2118/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2118/2022 14.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, xx katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X2rşı “2340 manat vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 14 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2340 manat vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdirdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, oğlu 1973-cü il təvəllüdlü X8 qırtlağın sol səs telinin üstündə xərçəng olmasından uzun müddət əziyyət çəkmiş və o,Azərbaycan Respublikası Səhiyyə Nazi9rliyinin Milli Onkologiya Mərkəzində 27 noyabr 2015-ci ildə cərrahi əməliyyat olmuşdur. Həmin əməliyyatdan sonra xəstəliyi ilə əlaqədar ona 3131 saylı Tibbi Sosial Ekspertin Komissiyası tərəfindən üçüncü qrup əlil kimi 03 iyun 2016-cı il tarixdə beş il müddətinə pensiya təyin edilmişdir. Oğlu əməliyyat olunandan sonra tamam danışa bilmir. Ona görə də ona aid olan məsələləri etibarnamə ilə atası görür. 03 iyun 2021-ci il tarixdə beş illik müddət bitdiyi üçün pensiyasının verilməsi dayandırılmış və o, yenidən həkim komissiyasından keçməli olmuşdur. O, həkim komissiyasından keçmək üçün Milli Onkologiya Mərkəzinə müraciət etmiş və Milli Onkologiya Mərkəzində müayinədən keçdikdən sonar 26 oktyabr 2021-ci il tarixdə həkim komissiyasına təqdim etmək üçün Anbulator kartdan arayış verilmişdir. Eyni zamanda X5 müalicə həkimi də onun xəstə olması, anbulator nəzarətində olması və həqiqətən onkoloji xəstə olmasını təsdiq etmişdir. Torlanmış sənədlər pensiya təyin olunmaq məqsədilə X5 baş həkiminə 03 noyabr 2021-ci ildə təqdim edilmiş və o, üstünə haşiyə qoyaraq xx.xx.2021-ci il tarixdə kompüterə təqdim edilməsini bildirmidir. Bu vaxtı ona niyə on gündən sonra gəlib sənədləri təqdim etsinlər, xahiş edirlər üstündəki başlığını bu günə qoysun ki, sənədləri kompüterə işləyənlər onlardan qəbul etsinlər. Bu zaman özündən çıxaraq sənədlərin üstünə qırmızı qələmlə yazaraq kompüterdə işləyənlərə təqdim edilməsi bildirmişdir. Sənədləri kompüterdə işləyənlər 11 noyabr 2021-ci ildə Tibbi Sosial Ekspertin Komissiyasına təqdim etmişdir. Rəy zamanı kompüterdə həmin işi görən işçi sənədlər arasında olan və Milli Onkologiya Mərkəzi tərəfindən 26 oktyabr 2021-ci il tarixli Ambulator kartdan arayışı kompüterə işləmədiyinə görə TSEK oğlu Seyfəddin Salayevə pensiya təyin etməkdən imtina etmişdir. Həmin sənədlər təkrarən təkdinə əsaən heş bir əlavə dəyişiklik etmədən yenidən Masallı rayon X9 Məsləhət Komissiyasına təqdim edilmiş və 23 fevral 2022-ci il tarixdə TSEK-na göndərilmişdir. TESK oğlu S.Salayevə 03 mart 2022-ci iltarixdə İİ qrup əlillik dərəcəsi vermişdir. O, həmin tarixdən pensiya alır. Bildirir ki, Masallı rayon Mərkəzi Xəstəxanasının əməkdaşları 26 oktyabr 2021-ci il tarixdə Respublika Milli Onkologiy Mərkəzinin verdiyi arayışı kompüterə işləmədiyinə görə oğlu S.Salayevə TESK pensiya təyin etməmişdir. Belə olan təqdirdə Masallı rayon mərkəzi Xəstəxanasının əməkdaşlarının təqsiri üzündən xərçəng xəstəliyindən əziyyət çəkən oğlu S.Salayevə hər ay veriləsi 260 manat pensiyanın 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər ala bilməmişdir. Bununla Masallı rayon Mərkəzi Xəstəxanasının əməkdaşları oğlu S.Salayevə 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər olan dövrdə (9x260=2340) 2340 manat manat maddi ziyan vurmuşlar. Göstərilən vəziyyətdə heç bir qazancı olmayan onkoloji xəstənin necə yaşaması, dərmanları necə alması, ailəsini necə dolandırması barədə söhbət gedə bilməz. Odur ki, Masallı rayon Mərkəzi X1 X6 vurduğu 2340 manat və ödədiyim 30 manat rüsümunu ondan alıb oğluna verilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən 2340 manat vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini barədə qərar çıxarılması iddiaçı tərəfindən xahiş olunur.. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə ziyan tələbi barədə iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh kimi qeyd edilən Masallı rayon X11 Hüquqi Şəxsi inzibati orqan deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X2rşı “2340 manat vurulmuş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar