Məhkəmə qərarları › İş №2-1(120)-212/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-212/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-212/2021 21.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2008-ci il tarixli, **********132500 nömrəli və xx.xx.2019-cu il tarixli, **********352700 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, **********132500 nömrəli və xx.xx.2019-cu il tarixli, **********352700 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixə saat 15:00-a, xx.xx.2021-ci il tarixə saat 11:30-a və xx.xx.2021ci il tarixə saat 15:00-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixə saat 15:00-a, xx.xx.2021-ci il tarixə saat 11:30-a və xx.xx.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçının nümayəndəsi X1 həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubu iddia ərizəsində qeyd olunmuş iddiaçının ünvanına göndərilməsinə baxmayaraq, poçt xidməti tərəfindən həmin məktubun üzərinə “bu ünvanda yaşamır” qeydi göstərilərək həmin bildiriş məktubu məhkəməyə qaytarılmışdır. Daha sonra bildiriş məktubları iddiaçıya çatdırılması üçün Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, həmin bildiriş məktubları xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə qəbul edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin X4 məhkəmə iclasında iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2008-ci il tarixli, **********132500 nömrəli və xx.xx.2019-cu il tarixli, **********352700 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar