Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-213/2022 18.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdehnə qarşı “ASC "xxxx" Bankına mülkiyyət hüququ əsasında məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 118 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 2-ci mərtəbəsində 50,33 kv.m ümumi, 34 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 17 nömrəli mənzildən X16, X4, X13, X2, X14, X11 və X17 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ASC "xxxx" Bankı iddia ərizəsi ilə Cəlilabad rayon Məhkəməsinə müraciət edərək ipoteka qoyan X5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 118 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 2-ci mərtəbəsində 50,33 kv.m ümumi, 34 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 17 nömrəli mənzilə tutmanın yönəldilməsini və Mənzil satıldıqdan sonra orada yaşayan X18, X13, X4, onların ailə üzvləri və digər şəxslərin Mənzili 1 (bir) ay müddətinə tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Cəlilabad rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli 2-(073)-1263/2017 nömrəli qətnaməsi ilə Bankın iddia tələbləri təmin edilmiş, mənzilə tutma yönəldilmiş və mənzil satıldıqdan sonra orada yaşayan X16, X13, X4, onların ailə üzvləri və dinər şəxslərin mənzili 1 (bir) ay müddətinə tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcbııri qaydada çıxarılmaları qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və məcburi icra tədbirləri nəticəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq şəxslər 31.05.2021-ci il tarixli akt tərtib edilməklə mənzildən çıxarılmaqla əmlak Banka təhvil verilmişdir. İddiaçı ASC "xxxx" Bankı mülkiyyətində olan mənzildə qeydiyyatda olan X16, X4, X13, X2, X14, X11 və X17 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxslərin qeyd olunan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(120)-213/2022 saylı qərardadı ilə X32, X12, X27, X6, X28, X23 və X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X24 iddia tələbinin həcminin azalrılması barədə ərizə təqdim edərək, 27.07.2021-ci il tarixli iddia ərizəsinin tələb hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblərdən (3 manat notariat xərci) və (10 manat iddia ərizəsinin verilməsinə görə rüsumun cavabdehdən tutulması) imtina edilməsinin nəzərə alınmasını xahiş etmiş və iddia tələbinin 1-ci bəndini müdafiə etdiyini bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin 18.01.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 18 yanvar 2022-ci il tarixli iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X24 izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X25, X7, X19, X3, X20, X15 və X26 ASC "xxxx" Bankına məxsus mənzilin qeydiyyatından çıxarmamışdır. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X32, X12, X27, X6, X28, X23 və X33 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə 15.02.2021-ci il tarixli, ********** nömrəli çıxarışın surətini, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı, Cəlilabad rayon Məhkəməsinin 17.04.2017ci il tarixli, 2(073)-1263/2017 nömrəli qətnaməsinin surətini, mənzilin banka təhvil verilməsi barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 31.05.2021-ci il tarixli aktının surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş Cəlilabad rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(073)-1263/2017 nömrəli qətnaməsinin qət etdi hissəsindən görünür ki, “...ASC "xxxx" Bankı ilə cavabdeh X12 arasında bağlanmış və **********21914/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X8 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 118 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişinin, 2-ci mərtəbəsində 50,33 kv.m ümumi, 34 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 17 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin ASC "xxxx" Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra mənzildə yaşayan X32, X27, X12 və onların ailə üzvləri və digər şəxslərin mənzildən məcburi qaydada çıxarılması və s. müəyyən edilmişdir...”. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 29/2021 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(073)-1263/2017 nömrəli qətnaməsi 24.04.2019-cu il tarixdə qanuni qüvvəsini aldığı üçün icra edilməsi üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 31.05.2021-ci il tarixli aktının surətindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(073)-1263/2017 nömrəli qətnaməsinə əsasən X5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzil boşaldılaraq 31.05.2021-ci il tarixdə ASC "xxxx" Bankına təhvil verilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 23.10.2020-ci il tarixli, 50/05 nömrəli protokolun təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən təşkil olunmuş hərracda ipoteka predmeti olan X9 məxsus Cəlilabad şəhəri, H.Əliyev prospekti, ev 118, 17 nömrəli mənzil hərraca çıxarılmış, həmin ipoteka predmetinin ilkin satış qiyməti 22.000 manat, təkrar hərracdakı satış qiyməti 18.700 manat olmuş və hərracın qalibi ASC "xxxx" Bankı elan olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.02.2021-ci il tarixli, ********** nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 50,33 kv.m olan 17 nömrəli mənzilə dair xüsusi mülkiyyət hüququ ASC "xxxx" Bankının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzili ASC "xxxx" Bankının mülkiyyətindədir. İddiaçı ASC "xxxx" Bankı Cavabdehnə müraciət edərək mülkiyyətində olan Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzildə qeydiyyatda olan üçüncü şəxslər X16, X4, X13, X2, X14, X11 və X17 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar iddiaçı ASC "xxxx" Bankına cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, iş materiallarında qanuni qüvvəyə minmiş Cəlilabad rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(073)-1263/2017 nömrəli qətnaməsindən və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 31.05.2021-ci il tarixli aktının məzmunundan müəyyən olunur ki, üçüncü şəxslər X32, X12, X27, X6, X28, X23 və X1 şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzildən çıxarılmışlar. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2) Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X16, X4, X13, X2, X14, X11 və X17 iddiaçı ASC "xxxx" Bankına məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. İddia təmin edilsin. Üçüncü şəxslər X16, X4, X13, X2, X14, X11 və X17 iddiaçı ASC "xxxx" Bankına məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 118 saylı evin 17 saylı mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-213/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-213/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver