Məhkəmə qərarları › İş №2-1(120)-2131/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2131/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2131/2025 10.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilib ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilib ləğv edilməsi” barədə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayonu, Şahağacı kəndində mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabın 115 nömrəli vərəqində qeydiyyata alınmasına dair MH seriyalı ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilib ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhrum X33 atası, X8 isə anasıdır. Birgə yaşayış müddətində valideynlərinin 12 nəfər uşaqları anadan olmuşdur. X27 1950-ci ildə, X17 1952-ci ildə, X22 1953-cü ildə, X41 1955-ci ildə, X28 1958-ci ildə, X34 1963-cü ildə, X23 1964-cü ildə, İddiaçı 1960-cı ildə, X35 1968-ci ildə, X36 1951-ci ildə, X18 1971-ci ildə və X29 1972-ci il tarixdə anadan olmuşdur. X9 xx.xx.1995-ci il tarixdə, anası X11 xx.xx.2014-cü il tarixdə, qardaşı X27 xx.xx.1993-cü il tarixdə, qardaşı X35 xx.xx.2006-cı il tarixdə və qardaşı X28 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhum valideynləri 1970-ci ildə Astara rayonu Şahağacı kəndində bir mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 59.2 kv.m, köməkçi sahəsi 37.1 kv.m olan fərdi yaşayış evi inşa etmişdir. Ev inşa edilən gündən halhazıra kimi X37, X19 və X12 mübahisə edilən evdə yaşayırlar. Mərhum anası X1 mülkiyyətində olan fərdi yaşayış evini ona və evin yerləşdiyi torpaq sahəsindən 0.15 ha hissəsini isə nəvəsi X24 vəsiyyət etmişdir. Mərhum anası X3 vəsiyyətnaməsinə əsasən yaşadıqları evi adına sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3200/2024 saylı bildirişləri ilə bildirilmişdir ki, mübahisə edilən fərdi yaşayış evi elektron xəritə məlumatlarına əsasən Daşınmaz Əmlakın dövlət reyestrindən **********46-10301 reyestr nömrəli Çıxarışda qeydiyyatdan keçirilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hazırda Sabirabad rayonunda ərdə olan X14 məhkəməyə müraciət edərək 11 oktyabr 2006-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində vəfat etmiş X20 xx.xx.2006-ci il tarixdə faktiki nikahdan doğulmuş X15 adlı uşağın atası olmasının tanınmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara rayon məhkəməsinin 27 mart 2007-ci il tarixli 2-64/2007 saylı qətnaməsi ilə xx.xx.2006-cı ildə vəfat etmiş X35 xx.xx.2006-cı ildə doğulmuş X15 adlı uşağın atalığı faktı tanınmışdır. X14 uşağın atalığı tanınandan sonra xəbərləri olmadan xx.xx.2006-cı il təvəllüdlü 1 yaş 10 aylıq uşağın X5 adına yaşadıqları evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyat nömrəsi ********** ilə Reyestr nömrəsi **********46-10301 qeydə aldırmaqla ******* nömrəli reyestrindən çıxarış aldırmışdır. Maraqlı burasıdır ki, mübahisəli evdə yaşadıqlarına və Sabirabad rayonunda başqa şəxsə ərə getməməsinə baxmayaraq saxtakarlıq yolu ilə vərəsəsi olduqları evi və torpaq sahəsinin 1 yaş 10 aylıq uşağın adına sənədləşdirmiş və Çıxarış almışdır. Hesab edir ki, əsassız olaraq yaşadıqları ev və torpaq sahəsinə hüquqları pozulmuşdur. Onu da nəzərə çatdırır ki, mübahisəli evin yerləşdiyi 0.39 hektar torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 saylı qərarı ilə onların paylı mülkiyyətinə verilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, mirasın kütləsinə daxil olan Astara rayon Şahağacı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə qanunsuz və əsassız olaraq 1 yaş 10 aylıq uşaq olan X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Astara rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-64/2007 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində vəfat etmiş X35 xx.xx.2006-cı ildə Astara rayonu Şahağacı kəndində faktiki nikahdan doğulmuş X15 adlı uşağın atalağı faktı tanınmışdır. xx.xx.2008-ci il tarixli, AN-İ№ ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159cu maddəsinə əsasən 11 oktyabr 2006-cı ildə vəfat etmiş X20 vərəsəsi Astara rayonu, Şahağac kəndində yaşayan qızı X10 miras əmlakdan irs almışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınan, Reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi ********* olan, MH ******* saylı çıxarışa və 02 iyul 2008-ci il tarixdə verilən 22/5/456 nömrəli arayışa əsasən mərhuma məxsus olan, Astara rayonu, Şahağacı kəndində mülkiyyətində olan 0.10 ha hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış və 37.1 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. Astara rayon İcra Hakimiyyəti başçısı yanında “Övladlığa götürmə, Qəyyumluq və Vərəsəlik Hüququ Komissiyası”nın xx.xx.2009-ci il tarixli, 109 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonun Şahağacı kənd sakini X14 ərizə ilə rayon icra hakimiyyəti başçısı yanında «Övladlığa Götürmə, Qəyyumluq və Vərəsəlik Hüququ Komissiyasına müraciət edərək əri X20 oktyabr 2006-cı ildə vəfat etdiyini, dekabr 2006-cı ildə isə bir uşağının dünyaya gəldiyini bildirmişdir. Mərhum əri ilə rəsmi nikahı olmadığı üçün onun vərəsəsi, qızı X10 hesab edilir. X14 bunu notariat qaydasında qanuniləşdirmək istəyir. Lakin 29 dekabr 2006-cı ildə anadan olmuş qızı X10 yetkinlik yaşına çatmadığı üçün bununla əlaqədar sənədləşmələrin İ.Hüseynovanın aparılmasına rəy verilməsini komissiyadan xahiş etmişdir. Komissiya təqdim olunan sənədləri nəzərdən keçirəndən sonra atasından qalmış mülkün onun adına keçirilməsi ilə əlaqədar yetkinlik yaşına çatmamış X4 adından sənədləşmələrin anası X7 aparılmasına etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Şahağacı kəndində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X20 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Şahağacı kəndində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddia tələbindən müəyyən edilir ki, iddiaçı üçüncü şəxs X4 mülkiyyətində olan Astara rayonu, Şahağacı kəndində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi barəsində tərtib edilmiş MH seriyalı ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilib ləğv edilməsini xahiş edir. Müəyyən olunur ki, Astara rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-64/2007 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə Astara rayonu, Şahağacı kəndində vəfat etmiş X35 xx.xx.2006-cı ildə Astara rayonu Şahağacı kəndində faktiki nikahdan doğulmuş X15 adlı uşağın atalağı faktı tanınmışdır. xx.xx.2008-ci il tarixli, AN-İ№ ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edir ki, X2 Cabir Əziz oğlunun qızıdır və X25 məxsus Astara rayonu, Şahağacı kəndində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59.2 kv.m yaşayış, 37.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas xx.xx.2008-ci il tarixli, AN-İ№ ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Belə ki, şəxs mülkiyyət hüququnu məhz həmin şəhadətnamə əsasında əldə etmişdir. Çıxarışla isə əldə edilmiş mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, çıxarış inzibati akt deyil. İddiaçı çıxarışın verilməsinə əsas olmuş hüququmüəyyənedici sənədi mübahisələndirməlidir. Belə olan halda iddiaçı hazırki çıxarışın verilməsinə əsas olmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində mübahisələndirməlidir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubları ilə, həmçinin şifahi şəkildə məhkəmə iclası zamanı yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, qanunvericiliyin iddianın mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar