Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2135/2025 04.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aylıq əmək haqqı və əlavələrin ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aylıq əmək haqqı və əlavələrin ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ehtiyatda olduğu dövrdə aylıq əmək haqlarının və bütün əlavələrin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. N006-N007-ci illərdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılmaqla müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N01N-ci il tarixdən xx.xx.N01N-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirmiş, könüllü bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətini 19 dekabr N0NN-ci il tarixədək davam etdirmişdir. N016-cı ilin aprel döyüşlərində iştirak etmiş, eyni zamanda könüllü olaraq Vətən Müharibəsində iştirak üçün müraciət etmiş, səfərbərliklə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti 07 may N017-ci il tarixdə birgə bəyanatla çıxış edərək Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi 18 dekabr N0N1-ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən o, zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 73/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli hökmü ilə ona qarşı cinayət törədən yüksək rütbəli hərbi hərbi qulluqçular törətdikləri cinayətlərə görə cəzalarını almışlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərlə əlaədar olaraq 19 dekabr N0NN-ci il tarixdə qanunsuz olaraq onu hərbi xidmətdən təxris ediblər. Lakin 07 may N017-ci il tarixdən 19 dekabr N0NN-ci il tarixədək ona qanunla nəzərdə tutulmuş qaydada aylıq əmək haqlarını, məzuniyyət və bütün əlavələri hesablanıb ödənilməmişdir. Bu ödənişlərin hesablanıb ona ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh 19 oktyabr N0N4-cü il tarixli məktubu ilə cavab olaraq məhkməyə müraciət etməyini məqsədə uyğun olmasını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı X3 iddia ərizəsində 19 dekabr N0NN-ci il tarixdə qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyini, 07 may N017-ci il tarixdən 19 dekabr N0NN-ci il tarixədək ona aylıq əmək haqları və digər bütün əlavələrin ödənilmədiyini bildirirərək qeyd olunan ödənişlərin hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, 164 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Bundan sonra İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli müvafiq əmri ilə xidmətə bərpa olunsa da, komandirin xx.xx.N0NNci il tarixli əmri ilə həmin əmr ləğv olunaraq şəxsi heyətin siyahısından çıxarılmışdır. İş materiallarından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmış, ehtiyata buraxılan zaman son hesablaşma aparılaraq ona qanunla nəzərdə tutulmuş ödənişlər ödənilmiş, həmçinin N nömrəli hərbi hissə komandirin xx.xx.N0NN-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılarkən qanunla nəzərdə tutulmuş ödənişlər ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı 04 iyun N017-ci il tarixdən 19 dekabr N0NN-ci il tarixədək davamlı hərbi xidmətdə olmadığı üçün ona hərbi qulluqçular üçün nəzərdə tutulmuş pul təminatının ödənilməsi mümkün deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-in 35, 38, 47.N, ci, Mülki-Prosessual Məcəllənin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N4-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 6N.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.N-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun N.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrası barədə iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Füzuli rayonunun Dilağarda kəndidir. İPM-in 8.1.N-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AO№ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N006-cı il tarixdən həqiqi hərbi xidmətdə olmuş, Vətən Müharibəsində iştirak etmiş, xx.xx.N017-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli, 047 əç nömrəli əmri ilə ehtiyata buraxılmış, bağlaşma ləğv olunaraq ehtiyata buraxılmış, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Baş Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.N0N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N6.3, 145.3, N93.3, 3N9.N.1, 3N9.N.N, 341.N.N və 341.N.3-cü, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.N.N, 178.N.3, 3N.4, 31N.1, N9,178.N.N, N9,178.N.3, N9,178.N.4, 3N.4,31N.N, N93.3, 341.N.N, 341.N.3-cü, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, N93.3, 341.N.N, 341.N.3-cü, X1N və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N6.3, 145.3, N93.3, 341.N.N, 341.N.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM-in N9N.N-ci maddəsinin tələblərinə əsasən izah edilir ki, gələcəkdə iş üzrə vəsatət və şikayətlərinizi məhkəməyə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.N0N4-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sizin ünvanladığınız şikayət məktubu hərbi hissənin qərargahında baxılaraq araşdırılmışdır. Odur ki, sizə ödənilməyən aylıq əmək haqlarını və qanunla nəzərdə tutulmuş bütün əlavələrin ödənilməsi üçün məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə uyğundur. N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci il tarixli, 10N nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində xidmət etmiş kiçik çavuş X1 xx.xx.N017-ci il tarixə aylıq əsas pul təminatı və pul təminatına əlavələri aşağıda göstərilən qaydada olmuşdur.
1. Vəzifə maaşı: 3N0 (üç yüz iyirmi) manat, 0 qəpik;
2. Rütbə maaşı: 95 (doxsan beş) manat, 0 qəpik;
3. Xidmət illərinə görə faiz əlavəsi: 10%-41 (qırx bir) manat, 50 qəpik.;
4. Məzuniyyət pulu: 310 (üç yüz on) manat, 40 qəpik. Əlavə olaraq bildirir ki, N nömrəli hərbi hissənin müdafiə mövqeləri həmin dövrlərdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyində dayandığına görə hərbi hissənin şəxsi heyəti ümumilikdə daimi olaraq qazan təminatına qoyulduğu üçün hərbi qulluqçulara ərzaq əvəzinə pul kompensasiyası ödənilməyib. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, 164 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.36.1.1.və ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 1Nci maddəsinin “b” N6- ci maddəsinin “a” bəndlərinə və 33-ci madddələrinə müvafiq olaraq aşağıda adlı çəkilən hərbi vəzifəli N-ci ordu korpusu komandirinin xx.xx.N016-ci il tarixli 036 əç nömrəli əmrinə əsasən bağlaşma əsasında 3(üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilsin və müvafiq vəzifəyə təyin olunsun. 4. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik-çavuş X8 hərbi hissənin 4-cü matoatıcı taborun 1N.ci matoatıcı bölüyün 3-cü motoatıcı taqımının 1-ci motoatıcı manqa komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsindən gəlmiş hesab olunsun. xx.xx.N016-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilsin və vəzifəsinin icrasına başlasın, vəzifə maaşı N75 manat məbləğində təyin edilsin. Əsas: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi rəisinin xx.xx.N016-cü il tarixli 685 nömrəli təyinat vərəqəsi. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, 184 nömrəli əmrindən çıxarışdan görünür ki, 4-cü taborun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və vakant vəzifələrin komplektləşdirilməsi məqsədi ilə aşağıda adı göstərilən hərbi qulluqçusu tutduqları vəzifələrdən azad edilərək digər bölmələrdə müvafiq vəzifələrə təyin olunsunlar. N. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8, 4-cü tabor 1N-ci bölüyün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsindən - 1N-ci bölüyün 3-cü taqımının N-ci manqasının komandiri vəzifəsinə. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, N19 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin 057əç nömrəli xx.xx.N016-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq aşağıda adı göstərən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu tutduqu vəzifəsindən azad edilsin və müvafiq vəzifəyə təyin olunsun. 7. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8, 4-cü tabor 1N-ci bölüyün 3-cü taqımının Nci manqasının komandiri vəzifəsindən – 1-ci taborun 3-cü bölüyün 1-ci taqımının Nci manqasının komandiri vəzifəsinə. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, N58 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N016-ci il tarixdən getmiş hesab edilsinlər. 7. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X6, 1-ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri N016-ci il növbəti məzuniyyətinə. Füzuli rayonunda keçirməklə 7 (yeddi) təqvim günü müddətinə Əsas: kapitan F.Həsənovun raportu.(do 6005) N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, N65 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N016-ci il tarxdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər. 4.Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X8, 1ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri növbəti məzuniyyətdən Əsas: xx.xx.N016-ci il tarixli N676 nömrəli məzuniyyət bileti. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, 301 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N016-ci il tarixdən getmiş hesab edilsinlər. 5. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X8, 1-ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri N016-ci il növbəti məzuniyyətinə. Füzuli rayonunda keçirməklə 8 (səkkiz) təqvim günü müddətinə Əsas: polkovnik-leytenant M.Həşimovunraportu.(do 7409) N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N016-cı il tarixli, 309 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N016-ci il tarxdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər. 4.Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X8, 1ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri növbəti məzuniyyətdən Əsas: xx.xx.N016-ci il tarixli N988 nömrəli məzuniyyət bileti. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N017-ci il tarixli, N4 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N017-ci il tarixdən getmiş hesab edilsinlər. 15. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X6, 1-ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri N016-ci il növbəti məzuniyyətinə. Füzuli rayonunda keçirməklə 10 (on) təqvim günü müddətinə Əsas: mayor Z.Əliyevin raportu.(do 645) N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N017-ci il tarixli, 34 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.N017-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər. 5.Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X8, 1ci taborun 3-cü bölüyün 1-ci taqımının N-ci manqasının komandiri növbəti məzuniyyətdən Əsas: xx.xx.N017-ci il tarixli N18 nömrəli məzuniyyət bileti. N-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli, 047 əç nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq aşağıda adları göstərilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxilsinlar: «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) 13. Kiçik çavuş X3, 706-cı motoatıcı briqadanın (706 №-li h/h) 7061-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri. N saylı Hərbi Hissə Komandirinin xx.xx.N017-ci il tarixli, 157 nömrəli əmrində qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 047 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e" bəndinə müvafiq (xidməti uyğunsuzluğa görə) olaraq ehtiyata buraxıldıqlarına görə aşağıda adları göstərilən müddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçuları xx.xx.N017-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsınlar və qeydiyyat üçün Səfərbərlik və Hərbi xidmətə çağırış İdarə, Şöbə və bölmələrinə göndərilsinlər. 1. MAHHXHQ kiçik çavuş X3 1-ci tabor 3-cü bölük 1-ci taqım N-ci manqa komandiri - Füzuli rayon Səfərbərlik və Hərbi xidmətə çağırış Şöbəsinə. - kiçik çavuş İddiaçı N017-ci il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N00Nci il tarixli NN0 saylı əmri ilə birdəfəlik pul mükafatını Hmağa layiq deyil. N017-ci ilin hesabından maddi yardım ödənilib, növbəti məzuniyyətdən N0 (iyirmi) gün istifadə edib. Məzuniyyətə görə əlavə pul təminatı ödənilib. əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 047 əç nömrəli əmri. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, 060 əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, aşağıda adları çəkilən ehtiyatda olan hərbi qulluqçular bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilsinlər və müvafiq vəzifələrə təyin olunsunlar: 9. ehtiyatda olan kiçik çavuş X3, 706-cı motoatıcı Briqadanın (N nömrəli Hərbi Hissə) N-ci motoatıcı Taborun motoatıcı Bölüyünün motoatıcı Taqımının motoatıcı Manqasının Komandiri. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, 068 əç nömrəli əmrindən çıxarışdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş 11 avqust N0NN-ci il tarixli 7/0N005 nömrəli məktubun icrasının təmin edilməsi məqsədilə N-ci Ordu Korpusu komandirinin 060əç nömrəli N avqust N0NN-ci il tarixli şəxsi heyət üzrə əmrinin (Ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş X1 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, 706-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N-ci motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin olunması barədə) 9-cu bəndi həyata keçmədiyi üçün ləğv olunsun. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, N31 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli 060əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan respublikası Qanunun 36.1.1 və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq aşağıda adları çəkilən ehtiyatda olan hərbi qulluqçular bağlaşma əsasında 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə hərbi hissənin bölmələrində müvafiq vəzifələrə təyin olunsunlar. 1. Kiçik çavuş X3, N-ci taborun 5-ci bölüyünün 3-cü taqımının N-ci manqasının komandiri. Əsas: Səfərbərli və Hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin Füzuli rayon şöbə rəisinin xx.xx.N0NN-ci il tarixli 936 nömrəli təyinat vərəqəsi. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, N57 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 068əç nömrəli əmrinə əsasən, “Hərbi vəzifə hərbi xidmət haqqında” Azərbaycan Respulikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeşmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X1, hərbi hissənin N-ci taborun 5ci bölüyünün 3-cü taqımının N-ci manqasının komandiri vəzifəsinə təyin olunması barədə əmrin 9-cu maddəsi həyata keçmədiyi üçün ləğv olunduğuna görə 06 sentyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Füzuli rayon şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş XN, N0NN-ci ilin avqust ayındakı xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını və N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım, N0NN-ci il üçün nəzərdə tutulmuş əlavə pul təminatı Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən ödənilsin. Əsas: N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N0NN-ci il tarixli 068əç nömrəli əmridən çıxarış. N nömrəli Hərbi Hissənin məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı X3 xx.xx.N017-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq nömrəli əmri ilə N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0NN-ci il tarixdə Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş 11 avqust N0NN-ci il tarixli 7/0N005 nömrəli məktubun icrasının təmin edilməsi məqsədilə N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci tarixli müvafiq nömrəli əmri ləğv edilmişdir. Məlumat üçün bildirir ki, hərbi qulluqçulara xidmətdə olduğu dövrlər üçün aylıq pul təminatı və əlavə növləri ödənilir. X3 xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmətdə olmadığı üçün aylıq pul təminatı və onun əlavə növləri ödənilməmişdir. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyasının: N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. N4.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.N-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Hərbi qulluqçuların statusu” haqqında Qanun: 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. N.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidməthaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
33. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir: a) müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə; b) ehtiyatda olan əsgər, matros və çavuşlarla, eləcə də hərbi uçotda olmayan qadınlarla. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar 8 sinifdən aşağı olmayan təhsilə malik olmaqla hərbi ixtisası yaxşı bilməli, Silahlı Qüvvələrin müvafiq növlərində, qoşun növlərində və orqanlarda xidmət etmək üçün zəruri tələblərə cavab verməlidirlər, eləcə də xidmət və ya iş (təhsil) yerindən müsbət xarakterizə edilməlidirlər. Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək və onların xidmət müddətini uzatmaq hüququna korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
Məhkəmənin mövqeyi:
Məhkəmə iddia, etiraz ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı X3 hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, 164 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınaraq xidmətə başlamış, N-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli, 047 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə “e” bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bundan sonra N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, 060 əç nömrəli əmri əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, X3 bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək 706-cı motoatıcı Briqadanın (N nömrəli Hərbi Hissə) N-ci motoatıcı Taborun motoatıcı Bölüyünün motoatıcı Taqımının motoatıcı Manqasının Komandiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N0NN-ci il tarixli, 068 əç nömrəli əmrinə əsasən, Daxili Təhlükəsizlik İdarəsindən daxil olmuş 11 avqust N0NN-ci il tarixli 7/0N005 nömrəli məktubun icrasının təmin edilməsi məqsədilə N-ci Ordu Korpusu komandirinin 060əç nömrəli N avqust N0NN-ci il tarixli şəxsi heyət üzrə əmrinin (ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, 706-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N-ci motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin olunması barədə) 9-cu bəndi həyata keçmədiyi üçün ləğv olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ehtiyatda olduğu dövrdə aylıq əmək haqlarını, məzuniyyət və qanunla nəzərdə tutulmuş bütün əlavələrin hesablanıb ödənilməsini tələb etsə də cavabdeh tərəfindən tələbi təmin edilməmişdir və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixdə ehtiyata buraxılan zaman son hesablaşma aparılaraq ona qanunla nəzərdə tutulmuş ödənişlər ödənilmiş, lakin ehtiyatda olduğu dövrdə, yəni xx.xx.N017-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmətdə olmadığı üçün aylıq pul təminatı və onun əlavə növləri ödənilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.N0NN-ci il tarixdə xidmətə yenidən qəbul edilən zaman onun barəsində ehtiyata buraxılma barədə tərtib edilmiş N-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli, 047 əç nömrəli əmri (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) nə inzibati orqanın özü tərəfindən, nə də ki, məhkəmə qaydasında ləğv edilməmişdir. İddiaçı həmin əmri mübahisələndirməmişdir. Belə ki, həmin akt geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir deyə hüquqi qüvvəsini saxlamaqda davam etmişdir X3 yenidən xidmətə əmr ləğv olunmadan bağlaşma əsasında qəbul olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.N017-ci il tarixli, 047 əç nömrəli əmri (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ləğv edilməmişdir, X3 xidməti qulluğundan kənarlaşdırılması nəticəsində ona məhrum olduğu dövr üçün aylıq əmək haqqı və ona əlavələrin ödənilməsi öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmamışdır. Həmin əmr ləğv olunduğu təqdirdə iddiaçı belə bir tələb qaldırmaqda haqlı ola bilərdi. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati-Prosessual Məcəllənin N, 4.1, 68-69, 70, 75, 81 ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova