Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2140/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı ünvan 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı ünvan 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon X15 İcrayyə Komitəsinin 28 dekabr 1980-ci il tarixli, 275 saylı qərarına əsasən bir otaqlı 18.5 m2 mənzillə təmin edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi № 3-48-12RA/2-520 xx.xx.2023-cü il tarixli sənədinə əsasən X14 tibb bacısı işləyir. 28 aprel küçəsi 85 №- li evdə yaşayır, 1 nəfər ailə üzvü var, Gənc mütəxəssis kimi təyinatla rayona işləməyə gəldiyi üçün mənzillə təmin edilmiş, otaqlarin sayı 1, yaşayış sahəsi 18.5 m2 Cəlilabad səhəri, Xanlar küçəsi 16-ci ev, M.Zeynalovun bosaltdiği mənzil (23 dekabr 1985-ci il tarixli Order № 453) Göründüyü kimi ev ona order əsasında verilmiş və Arxiv tərəfindən möhürlənərək verilmiş sənədlərdə təsdiqlənmişdir. Cavabdehlər tərəfindən saxtalaşma sənədləşmələr aparılmaqla, mənzilə aidiyyətsiz olan vətəndaşı aldatma yolu ilə evə yerləşdirilmişdir. Göstərilənlərə əsasən Cəlilabad şəhəri, Xanlar küçəsi bina 22 mənzil 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, ünvan 2 ünvanına dair verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qeyd etmək istəyirik ki, aparılmış araşdırma zamanı göstərilən məzilin alqı-satqı yolu ilə X1 və qanunamüvafiq qaydada sonuncunun adına dövlət reyestrindən çıxarışın verilməsi müəyyən olmuşdur. X3 adına ünvan 2 ünvanına dair verilmiş çıxarışın ləğv olunması üçün hər hansı əsas mövcud deyildir. Yuxarıda qeyd olunanlara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 15-ci maddələrinə əsasən çıxarışın ləğv olunmasından imtina olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxs X12 və X10 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin 453 nömrəli Orderindən görünür ki, X8 Xanlar küçəsində 22 nömrəli evdə 1 mənzildə bir otaqdan ibarət 18,5 kv.m mənzil sahəsi tutmağa ixtiyarı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 275 nömrəli qərarından görünür ki, vətəndşlara kominal mənzillərin verilməsi məsələsinə baxan komissyanın xx.xx.1985-ci il tarixli 48 №-li qərarla təsdiq edilmiş və şəhərin Xanlar küçəsində boşalmış mənzillər aşığda adı qeyd olunan vətəndaşa verilməsi qərara alınmışdır. X13-Mərkəzı uşaq xəstəxanasında tibb bacısı işləyir 28 aprel küçəsi 85 №-li evdə yaşayır 1 nəfər ailə üzüvü var, Gənc mütəxəssi kimi təyinatla rayona işləməyə gəldiyi üçün mənzilə təmin edilsin. Verilən otaqların sayı 1, yaşayış sahəsi 18.5 kv.m. Xanlar küçəsi 16-cı ev, M.Zeynalovun boşaltdığı mənzil. İş materiallarında olan Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 918 nömrəli Orderindən görünür ki, X9 2 nəfərdən ibarət ailəsi ilə birlikdə Xanlar küçəsində 22 nömrəli evin 1 nömrəli mənzilində 1-ci blokda 1-ci mərtəbə 1 otaqdan ibarət 18,5 kvadrat metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 23/1195 saylı arayışına əsasən ünvan 3 ünvanında yerləşən 1 otaqlı, 36.4 kv.m ümumi sahəsi, 17.9 kv.m yardımçı sahəsi, 18.5 kv.m yaşayış sahəsi olan yaşayış mənzilini alıcı X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Azərbaycan küçəsi ev 22, mənzil 1 X3 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 12RA/2-520 nömrəli məktubundan görünür ki, Cəlilabad Rayon X6 “Cəlilabad rayon XDS” icrayə komtəsinin xx.xx.1985-ci il tarixli 275 №-li qərarına əsasən vətəndşlara kominal mənzillərin verilməsi məsəiəsinə baxan komissyanın xx.xx.1985-ci il tarixli 48 №-li qərarla təsdiq edilsin və şəhərin Xanlar küçəsində boşalmış mənzillər aşığda adı qeyd olunan vətəndaşa verilsin. X13-Mərkəzı uşaq xəstəxanasında tibb bacısı işləyir 28 aprel küçəsi 85 №-li evdə yaşayır 1 nəfər ailə üzüvü var, Gənc mütəxəssi kimi təyinatla rayona işləməyə gəldiyi üçün mənzilə təmin edilsin. Otaqların sayı 1, Yaşayış sahəsi 18.5 kv.m. Xanlar küçəsi 16-cı ev, M.Zeynalovun boşaltdığı mənzil. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-İ-00xx-xx/2024 nömrəli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən məlumatlar yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun vo ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında, həmçinin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə əsasında verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləmin 149.2-ci maddəsinə əsasən “Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır”. Qeyd olunanları nəzərə alaraq məktubunda qeyd etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsi mümkün olmamışdır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-41/2-17/2025 npmrəli məktubundan görünür ki, Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1980-cı il tarixli, 275 saylı qərarına əsasən İddiaçı Cəlilabad şəhəri, Zərifə Əliyeva (Xanlar) küçəsindən order əsasında mənzilin verilməsinə dair Cəlilabad Rayon Dövlət Arxivində heç bir məlumat aşkar edilməməsi barədə arayışını təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 5 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 256 nömrəli məktubundan görünür ki, notariat ofisində xx.xx.2014-cü il tarixədək rəsmiləşdirilmiş bütün notariat işləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət notariat arxivinə təhvil verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Cəlilabad şəhəri, Xanlar küçəsi bina 22 mənzil 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində aşağıdakı hallar müəyyən edilmişdir: - Belə ki, İddiaçı Cəlilabad şəhəri, Xanlar küçəsi bina 22 mənzil 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, qeyd edilən çıxarışın X9 Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 918 nömrəli Order əsasında verildiyi müəyyən edilir. Həmçinin xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, mənzil xx.xx.2012-ci il tarixində X2 və sonuncunun hüquqları Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə olan halda çıxarışın verilməsinə hüquqmüəyyən edici sənəd Cəlilabad rayon X15 İcraiyyə Komitəsinin qərarı və orderi olmuşdur ki, qeyd edilən sənədlərində hal-hazırda qüvvədə olduğu müəyyən edilir. - Digər bir hal iddiaçının digər hüquqmüəyyənedici sənədlərində ləğv edilməsini xahiş etməsi olmuşdur. Həmin hissədə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanı düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin vəzifəsi daşınmaz əmlakın şəxslərin mülkiyyətinə verilməsi deyil hüquqmüəyyənedici sənədlər üzrə hüquqların qeydə alınmasıdır. - iş üzrə tərəfin düzgün cavabdehə qarşı tələbin dəqiqləşdirilməsi istiqamətində zəruri adımların atılmasına məhkəmə ehtiyac duymur. Qeyd etmək lazımdır ki, qeyd edilən hüquqmüəyyənedici sənədlər arxivdə aşakar edilmiş və daşınmaz əmlak ayrılan zaman və satılan zaman mülkiyyətçinin X7 olduğu aşkar olmuşdur. - İddiaçı mübahisəli daşınmaz əmlakla bağlı ona məxsus hüquqmüəyyənedici sənədlər olduğunu bildirsə də, həmin sənədlərə nəzər yetirilən zaman 1985-ci ildə verildiyi və M.Zeyanlov adlı şəxsin boşaltdığı mənzil olduğu müəyyən edilir. X9 təqdim edilən 1989-cu il tarixli hüquqmüəyyənedici sənədlərə nəzər yetirilən zaman isə İddiaçı tərəfindən boşaldılan mənzilin T.Quliyevaya verildiyi müəyyən edilir. İddiaçı 1989-cu ildən sonra həmin ünvanda yaşaşmamış, bunu məhkəmə iclası zamanıda etiraf etmişdir. Eləcə də, həmin gündən X9 məxsus sənədlərin bu günə kimi mübahisələndirmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 1989-cu ildən məhkəməyə müraciət etdiyi tarixə kimi daşınmaz əmlak üzərində hüquqlarını tələb etməmiş, həmin ünvanda yaşamamış, inzibati orqanlara müraciət etməmiş, digər şəxslərə təqdim edilən hüquqmüəyyənedici sənədləri mübahisələndirməmişdir. Belə olan halda məhkəmə iddiaçının hansı əsasla hüquqlarının pozulduğunu əsaslandıra bilmədiyi qənaətinə gəlir. Eləcə də, həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmalıdır. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Ümumi olaraq isə məhkəmə iddia ərizəsi üzrə qeyd edilən tələbləri qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığı və bu səbəbdən tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Məhkəmənin qənaətinə görə mübahisəli üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin əmlakın tələb üzrə iddiaçının adına qeydə alınması da qanunazidd olacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı ünvan 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı ünvan 1 ünvanı üzrə başqa şəxsə verilmiş çıxarışın (və ya digər hüquqmüəyyənedici sənədlərin) ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2140/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2140/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver