Məhkəmə qərarları › İş №2-1(120)-2146/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2146/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2146/2023 15.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) və onun nümayəndəsi və vəkili X17 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, AA№ 627977 qeydiyyat nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 avqust 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X4 adına Astara rayonu, Şahağacı kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli, AA № 627977 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “X4 adına Astara rayonu, Şahağacı kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, AA№ 627977 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar, yəni İddiaçı1 xx.xx.1961-ci il tarixdə və İddiaçı2 xx.xx.1966-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşlar. X1 şəxsi təsərrüfatının şəxsi mülkiyyətində Astara rayonu, Şahağacı kəndində 0.40 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində ailələri üçün fərdi yaşayış evi tikilmiş və ailəliklə həmin evdə yaşamışlar. Ailədə 8 (səkkiz) uşaq olmuşlar. X3 2015-cü ildə vəfat etmişdir. Analarının vəfatından sonra da onlar, yəni Azər, kiçik qardaşı Toğrul və xəstə bacıları Sara hal-hazıradək ailəliklə həmin həyətdə analarına məxsus evdə birlikdə yaşayırlar, digər iddiaçı qardaşı Camal isə anasına məxsus həmin həyətdə özunə inşa etdiyi evdə öz ailəsi ilə birlikdə yaşayırlar. Analarının vəfatından sonra digər qardaşları X13 analarına məxsus olan 0.40 ha torpaq sahəsində öz vəsaitləri hesabına özləri üçün ev tikib, oraya köçmüş və hazırda da özlərinə məxsus həmin evdə yaşayırlar. Analarının sağlığında 1980-ci illərdə qardaşları X5 ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və hal- hazıradək orada yaşayırlar. Hazırda cavabdeh qardaşı X2 yoldaşıdır. Cavabdeh X9 xx.xx.2021-ci il tarixdə onlardan xəbərsiz ailə üzvlərinə məxsus torpaq sahəsindən özünə çatan 1/9 hissəsini ayrımaq üçün Astara Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun iddia tələbini təmin edərək Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən ailə üzvlərinə, o cümlədən cavabdehə məxsus 0.40 ha torpaq sahəsinin 1/9 hissəsinə, yəni 0,044 hektarına X4 payı müəyyənləşdirilməklə paylı mülkiyyət kimi bölünməsi barədə qətnamə qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə cavabdehin payını real olaraq bölmüşdür, cavabdeh digər mülkiyyətçilərin xəbəri olmadan və razılıqlarını almadan Astara rayonu Şahağacı bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgi planını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edərək öz adına torpaq sahəsinin planı və ölçüsü və mülkiyyətə dair çıxarış vərəqəsi almışdır. Beləliklə də, onların razılığı olmadan Astara rayon Şahağacı bələdiyyəsi səlahiyyətindən kənara çıxaraq paylı mülkiyyətdə olan torpaq sahəsinin cavabdehə çatan 1/9 hissəsini naturada bölərək onun payının cizgi planını çəkərək ona təqdim etmiş və sonda cavabdehin adına torpaq sahəsinin planı və ölçüsü və çıxarış almasına nail olmuşdur. Bələdiyyənin çəkdiyi cizgi və planına görə cavabdehə ayrılmış torpaq payı onların yaşadıqları evə gedən gediş-gəliş yolunun üstündə yerləşir və indi onlar öz evlərinə gedib-gələ bilmirlər, cavabdeh ona duşən 1/9 hissəni mişar daşından hasara almışdır. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavabdeh Xudaverdiyeva Sevdä Sultanağa qızının adına Astara rayonu, Şahağacı kəndində yerləşən torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və həmin torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi barədə dəfələrlə şifahi və yazılı qaydada xahiş etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi imtina etdiyi üçün onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) və onun nümayəndəsi və vəkili X23 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili X23 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflər (birgə mülkiyyətçilər) arasında əmlakda sahiblik və ondan istifadədə narazэlэqlar mцvcuddur və onlar ьmumi əmlakэn bцlьnməsi barədə razэlэрa gələ bilməmiєlər. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyadan öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İş materialarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 31 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Hazırki ərizənizdə barəsində qeyd olunan məsələ tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən, vətəndaş X6 məxsus həyətyanı torpaq sahəsinə dair (sizə və etibarlı nümayəndəsi olduğunuz İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun tutulmasına münasibətdə) texniki sənəd olaraq AA №- 627977 inventar nömrəli plan və ölçü sənədinin, habelə həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli müvafiq çıxarışın ləğv edilməsi xahiş olunur. Ərizədə qeyd olunan tələbə münasibətdə bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məlumat üçün bildiririk ki, barəsində qeyd olunan məsələnin həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqlarm dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan, hazırki müraciətinizdə qoyulan tələbin təmin olunmasından qanunamüvafiq olaraq imtina edilir. Əlavə olaraq bildiririk ki, gələcəkdə aidiyyəti üzrə məhkəmədən sözügedən plan və ölçü sənədi, habelə hüquqmüəyyənedici sənədlə bağlı yaranmış mübahisənin araşdırılmasına dair müvafiq sorğu, habelə bildiriş daxil olduğu təqdirdə, iddia tələbinə qanuniliyi və əsaslılığı baxımından araşdırılmaqla tərəfimizdən münasibət bildiriləcəkdir. İş materiallarında olan JN-738 seriyalı, KOD 80112018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Astara rayonu Şahağac kəndində yerləşən 0,40 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X14, X7, X19, X8, X10, İddiaçı1, X6, X15 və X12 məxsusdur. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(018)-574/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X9 “JN-738 seriyalı, KOD 80112018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdəki 0,40 hektar torpaq sahəsindən payına düşən hissənin bölünməsi və dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin olunaraq JN-738 seriyalı, KOD 80112018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Astara rayonu Şahağac kəndində yerləşən 0,40 hektar torpaq sahəsinin 1/9 hissəsinə (0,044 hektar) X4 payı müəyyənləşdirilməklə paylı mülkiyyət kimi bölünməsi, JN-738 seriyalı, KOD 80112018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Astara rayonu Şahağac kəndində yerləşən 0,40 hektar torpaq sahəsinin 1/9 hissəsinin (0,044 hektar) X6 verilməsi və onun adına rəsmiləşdirilməsi, qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Astara Rayon Məhkəməsinin qətnaməsi ilə X6 verilməsi qət edilmiş 0,044 ha torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. X6 qeyd olunan hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş ilkin sənədlərin təqdim olunması barədə sorğuya əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş Astara rayonu Şahağac bələdiyyəsinin sədrinin imzası və bələdiyyənin möhürü ilə təsdiq olunmuş cizgi planından, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndən və Daşınmaz Əmlakiri Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Astara rayonu Şahağac bələdiyyəsi Astara Rayon Məhkəməsinin qətnaməsi ilə X6 ayrılmış 0,044 ha torpaq sahəsinin cizgi planını tərtib və təsdiq etmiş, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin cizgi planı əsasında hüquq sahibi X9 qeyd olunmaqla “Torpaq sahəsinin planı və ölçüsü”nü tərtib etmiş və qeyd olunan sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X6 0,044 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu rəsmiləşdirən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan çıxarış vermişdir. Göründüyü kimi, Astara Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(018)- 574/2021 nömrəli qətnaməsi ilə X6 verilməsi qət edilmiş 0,044 ha torpaq sahəsinin mübahisələndirilən planı və ölçüsü Astara rayonu Şahağac bələdiyyəsi tərəfindən tərtib və təsdiq olunmuş cizgi planı əsasında verilmişdir. Halbuki, Astara rayonu Şahağac bələdiyyəsi belə bir səlahiyyətə malik deyildir. Qeyd olunduğu kimi, Astara Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(018)- 574/2021 nömrəli qətnaməsinin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən Astara Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(018)- 574/2021 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün Astara rayonu Şahağac kəndində yerləşən 0,40 hektar torpaq sahəsinə baxış keçirilməli, hüququ olan şəxslərin iştirakı ilə həmin torpaq sahəsinin bölgüsü aparılmalı, X6 verilməsi qət edilmiş 0,044 ha torpaq sahəsinin yeri müəyyənləşdirilməli, bu barədə cizgi planı və akt tərtib edilərək hüququ olan şəxslər tərəfindən imzalanmalı idi. Əgər paylı mülkiyyətin mülkiyyətçiləri payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə isə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını yalnız məhkəmə qaydasında tələb edə bilərdi. Lakin cavabdeh inzibati orqan nəinki bu prosedura əməl etməmiş, əksinə buna heç bir səlahiyyəti olmayan Astara rayonu Şahağac bələdiyyəsi tərəfindən Astara rayonu Şahağac kəndində yerləşən 0,40 hektar torpaq sahəsinə hüququ olan şəxslərə məlumat verilmədən və onların razılığı alınmadan təkbaşına tərtib və təsdiq olunmuş cizgi planı əsasında məhkəmə qətnaməsi ilə X6 verilməsi qət edilmiş 0,044 ha torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X4 adına Astara rayonu, Şahağacı kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, AA№ 627977 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X4 adına Astara rayonu, Şahağacı kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, AA№ 627977 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X4 adına Astara rayonu, Şahağacı kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2021-ci il tarixli, AA№ 627977 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar