Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2146/2024 23.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Astara rayon X2 hüquqi şəxsinə qarşı “əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyinin cavabdeh Astara rayon X2 hüquqi şəxsinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Astara rayon X2 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyinin cavabdeh Astara rayon X2 hüquqi şəxsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, anadangəlmə ixtioz xəstəsidir və 18 yaşı tamam olan kimi ona xəstəliyi ilə bağlı əlillik dərəcəsi verilmişdir. Uzun müddət keçəndən sonra cavabdeh Astara rayon X2 X10 Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin (Forma 88) verilməsi ilə bağlı imtina aktı ona ünvanlanmışdır. Həmin aktda ixtioz xəstəliyinin Nazirlər Kabinetinin 13 may 2022-cil il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Halbuki, qeyd olunan qərarın 12.7.8-ci bəndində ixtioz xəstəliyi qeyd olunub. Cavabdehin imtinasını əsaslı saymır və pozulmuş hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Astara rayon X2 hüquqi şəxsinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, İddiaçı əlillik dərəcəsinin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 02 iyul 2021-ci il tarixli 15 nömrəli, Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktına uyğun olaraq göndərişin verilməsindən Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının təsdiq edilməsi və Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarının ləğv edilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarına əsasən göndəriş verilməsindən imtina edilmişdir. Həmin qərara əsasən göndərişin verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5,1.5.1,1.5.2,1.5.3,1.5.4,1.5.5). Həmin qərara əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir (2.3). Həmin qərara əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir (2.4). Həmin qərara əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər (2.8). Həkim Məsləhət Komissiyası tərəfindən Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi və Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən tibbi sosial ekspertiza müayinəsinə göndərşin verilməsindən imtina edilmişdir. İddiaçı izah edilmişdir ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 12-ci maddəsinin Qeyd hissəsində qeyd edilmişdir ki, Xəstəlik, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş dəri və dərialtı qatın pozuntularının təzahüretmə dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən dəri funksiyasının pozulmasının təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması lazımdır. Həmin qərarın 12.7.8.1-ci bəndində digər orqan və sistemlər cəlb edilməklə yayılmış, kəskinləşmiş proses olduğu halda bu zaman əlillik dərəcəsinin verilməsi üçün əsasdır. Həkim Məsləhət Komissiyasının qərarından razı olmadığı halda qanunvericiliyə əsasən yuxarı orqana və ya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İnzibati Prosessual Məcəlləsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər(1.2). İnzibati Prosessual Məcəlləsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İnzibati icraat haqqında Qanuna əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir (73.1). Mülki Prosessual Məcəlləsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: etirazın göndərildiyi məhkəmənin adı;işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə); əlavə olunmuş sənədlərin siyahısı. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir (154). Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarını, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarını, MPM-nin 154, İİHQ-un 73.1 və İPM-nin 1.2, 38.1-ci maddələrini rəhbər tutaraq İddiaçı Astara Rayon Mərkəzi X1rşı əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi ilə bağlı iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edəsiz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktından görünür ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir və 13 fevral 2023-cü il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun “Anadangəlmə ixtioz” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İş materiallarında olan ambulator stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-də ambulator müayinəsi zamanı xəstəlik üzrə diaqnozu “Anadangəlmə ixtioz” qeyd edilmişdir. İş materiallarında olan ambulator stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzi PHŞ-nin xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Respublika Dəri- Zöhrəvi Mərkəzi PHŞ-də ambulator müayinəsi zamanı xəstəlik üzrə diaqnozu “Anadangəlmə ixtioz” qeyd edilmişdir. Məhkəmənin 18 mart 2024-cü il tarixli, 2-1(120)-2146/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Respublika Dəri Zöhrəvi Mərkəzi” X7 tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Respublika Dəri Zöhrəvi X8 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-7/2-469/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinin rəhbərliyi Sizin sorğuya əsasən bildirir ki, 1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində mərkəzdə təkrar müayinə olundu. Müayinəyə və professor İ.Əmirovanın konsultasiyasına əsasən, diaqnoz: "Anadangəlmə ixtioz” İddiaçı cavabdeh Astara rayon X2 hüquqi şəxsinə qarşı əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyinin cavabdeh Astara rayon X2 hüquqi şəxsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Astara rayon X2 hüquqi şəxsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir və 13 fevral 2023-cü il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun “Anadangəlmə ixtioz” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarına əsasən şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina etmişdir. Həmçinin İddiaçı xəstəlik diaqnozunun “Anadangəlmə ixtioz” olması mübahisələndirilməmişdir. Məhz mübahisəli məsələ iddiaçının “Anadangəlmə ixtioz” diaqnozunun sonradan qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığını əsas gətirilərək, xx.xx.2023-cü il tarixli imtina aktı qəbul etmiş və Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina etmişdir. Halbuki, İddiaçı təyin olunmuş “Anadangəlmə ixtioz” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 12. Dəri və dərialtı toxumanın xəstəlikləri bəndində (anadangəlmə anomaliyalar (inkişaf çatışmazlıqları), o cümlədən: ixtioz) 12.7.8-ci bölməsinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, həmçinin “ixtioz” diaqnozunun sonradan qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmamasına dair sübutlar Astara rayon X2 hüquqi şəxsi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı təyin olunmuş “Anadangəlmə ixtioz” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 12. Dəri və dərialtı toxumanın xəstəlikləri bəndində (anadangəlmə anomaliyalar (inkişaf çatışmazlıqları), o cümlədən: ixtioz) 12.7.8-ci bölməsində olması tam təsdiq olunur. Göründüyü kimi, Astara rayon X2 hüquqi şəxsi İddiaçı barəsində xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina akt qəbul edərkən imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarının ləğv edilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli, 12 nömrəli qərarına əsasən 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı 18 yaşı tamam olanadək əllik dərəcəsi təyin olmuş, sonradan əlliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin aiddiyatı üzrə göndərilməsindən hər hansı əsaslı sübut olmadan imtina etmişdir. İş materialları ilə sübut olunur ki, iddiaçının səhhətində hər hansı irəlləyiş olmamış, ona yetkinlik yaşına çatanadək təyin olunmuş diaqnoz hal hazırki vəziyyətlə eynilik təşkil edir. Cavabdehin imtinasının əsasını təşkil edən ixtioz xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığını əsas gətirsədə müəyyən olnur ki, ixtioz xəstəliyi həmin qərarın 12.7.8-ci bəndində qeyd edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının sağlamlıq imkanlarının hansı faiz dərəcəsində məhdud olmasını, onun xəstəliyinin müvafiq qərararın hansı bəndinə uyğun gəlməsini qiymətləndirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müstəsna səlahiyyətlərinə aiddir. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Astara rayon X2 hüquqi şəxsinə qarşı əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciət etmək və sosial təminatlardan istifadə hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün göndərişin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyi cavabdeh Astara rayon X2 hüquqi şəxsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün göndərişin (forma 88) tərtib edilməsi və “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlillik altsisteminə ötürülməsi öhdəliyi cavabdeh Astara rayon X2 hüquqi şəxsinə həvalə edilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2146/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2146/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver