Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-215/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs “Astara Rayon Mərkəzi Xəstəxanası” X9 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 08 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə “Astara Rayon Mərkəzi Xəstəxanası” X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1958-ci il təvəllüdlüdür. Ona İİ qrup üzrə ömürlük əlillik verilmişdir. Sonra əlillik qrupu İİİ qrupa dəyişmişdir. xx.xx.2021-ci ildən etibarən isə təqaüdü dayandırılmışdır. Bununla bağlı iki dəfə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə və müalicə almışdır. Müalicəsinin nəticəsində ona sol bud sümüyü boynunun bitişmiş sınığı, budun vanus deformasiyası, bud-çanaq oynağının koksantroru kəskin kontrukturası ətrafın 7 sm qısalığı, bud və baldırın əzələ atrofiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının pozulması diaqnozu verilmişdir. Cavabdeh quruma mıiraciət etsə də ona heç bir cavab verilməmişdir. Qeyd edir ki, onun xəstəliyi ilə əlaqədar təqaüdün dayandırılması tamamilə əsassızdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud və baldır əzələlərinin atrofiyası Ağırlaşma R52.0 Kəskin ağrı, Sol bud-çanaq oynağında daimi ağrı sindromu. Ağırlaşma Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Əmək qabiliyyətinin azalması və itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma R26.0 Ataktik yeriş, Yeriş funksiyasının pozulması. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin çətinləşməsi ilə yeriş funksiyasının pozğunluğu. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol budçanaq oynağının travmatik koksartrozu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafın hərəkt-dayaq funksiyasının pozulması, ataktik yeriş, yeriş pozğunluğu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol bud-çanaq oynağının kəskin kontrakturası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Ətrafın ~7sm qazanılma qısalığı. Ağırlaşma M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.9 - Bud süm...; Diaqnozun mətni: Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Sol bud-çanaq oynağının travmatik koksartrozu. Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası. Sol aşağı ətrafın hərəkət-dayaq funksiyasının pozulması, ataktik yeriş. yeriş pozğunluğu, sol bud və baldır əzələlərinin atrofiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı geyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyünün boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı. Ətrafların qazanılmış müxtəlif uzunluğu; Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs “Astara Rayon Mərkəzi Xəstəxanası” X10 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, xx xxx 1958-ci il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Həkim Məsləhət Komissiyası İddiaçı əsaslı müayinə edilməsi üçün X2 və Ortopediya İnistutuna göndəriş verilmişdir. X2 və Ortopediya İnistutunun verdiyi arayışı əsasında forma 88 yazılaraq Tibbi Sosial Ekspertiza və X3 yüklənilməsi təmin edilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir (1.2). Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra-altsistem) vasitəsilə aparılır (1.6). Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarına əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Göndərişin verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanm 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; əlilliyi olan Şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.3, 1.5,1.5.1,1.5.2,1.5.3,1.5.4,1.5.5). İnzibati Prosessual Məcəlləsinə əsasən Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar (27.2). İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28). Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər (29). Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi X7 gəlmiş, İddiaçı və cavabdehin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçının əlillik vəziyyətinə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının travmasından sonrakı artrozu və kontrakturası; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud və baldır əzələlərinin atrofiyası Ağırlaşma R52.0 Kəskin ağrı, Sol bud-çanaq oynağında daimi ağrı sindromu. Ağırlaşma Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Əmək qabiliyyətinin azalması və itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Ağırlaşma R26.0 Ataktik yeriş, Yeriş funksiyasının pozulması. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin çətinləşməsi ilə yeriş funksiyasının pozğunluğu. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud-çanaq oynağının travmatik koksartrozu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafın hərəkt-dayaq funksiyasının pozulması, ataktik yeriş, yeriş pozğunluğu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol bud-çanaq oynağının kəskin kontrakturası. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Ətrafın ~7sm qazanılma qısalığı. Ağırlaşma M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.9 - Bud süm...; Diaqnozun mətni: Sol bud sümüyü boynunun bitişmiş sınığı. Budun Varus deformasiyası. Ətrafın ~7sm qısalığı. Sol bud-çanaq oynağının travmatik koksartrozu. Sol bud sümüyü boynunun qazanılma varus deformasiyası. Sol aşağı ətrafın hərəkət-dayaq funksiyasının pozulması, ataktik yeriş. yeriş pozğunluğu, sol bud və baldır əzələlərinin atrofiyası.; Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı geyd edilsin” səbəbi ilə imtina verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: S72 Bud sümüyünün sınığı, Sol bud sümüyünün boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma M16.3 Digər displastik koksartrozlar, Sol bud çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı. Ətrafların qazanılmış müxtəlif uzunluğu; Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmiş, Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra onun əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı ona əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1958-ci ildə Astara rayonunda anadan olmuş və Astara rayonu, Siyatük kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X8 verdikləri 04 oktyabr 2022-ci il tarixli, T452/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0226003AAH3X saylı (088 №-li Formada) qeyd edilən “XİX sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79-bud-çanaq oynağı və bud nahiyəsinin travmaları=> S72-bud süm... Diaqnozun mətni: S72-bud sümüyünün sınığı, sol bud sümüyü boynunun bitişmiş sınığı, budun varus deformasiyası. Ağırlaşma: M16.3digər displastik koksartrozlar, sol bud-çanaq oynağının postravmatik koksartrozu. Ağırlaşma: M21.7-ətrafların müxtəlif uzunluğu (qazanılma), sol ayağın ətrafının travmadan sonrakı 7 sm qısalığı, ətrafların qazanılmış müxtəlif uzunluğu” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1958-ci ildə Astara rayonunda anadan olmuş və Astara rayonu, Siyatük kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X8 verdikləri 19 may 2023-cü il tarixli, T316 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib ediib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. TSEK-də şəxsin müayinələri zamanı ekspertlər tərəfındən əmək qabiliyyətinin itirilməsi 2015-2021-ci illər üçün 40% qeyd edilsə də, 2021-ci ildə 0% qeyd edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-6718/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə oluması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon vasitəsilə (***- ***-**-**) əlaqə saxlanılmışdır. Lakin vətəndaş əyani müayinəyə gəlməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Qeyd olunduğu kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alması məsləhət görülür” olmuş, Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi ona bildirilmiş, İddiaçı nəzarət qaydasında müayinə oluması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən telefon vasitəsilə onunla əlaqə saxlanılmış, lakin iddiaçı əyani müayinəyə gəlməkdən imtina etmişdir. Həmçinin, İddiaçı cavabdeh təşkilatın mübahiləndirilən qərarından sonra Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan rəy alınması üçün həmin müəssisəyə müraciət etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, TSEK-də iddiaçının müayinələri zamanı ekspertlər tərəfındən əmək qabiliyyətinin itirilməsi 2015-2021-ci illər üçün 40% qeyd edilsə də, 2021-ci ildə 0% qeyd edilmiş, əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur rəyi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nin təsbit olunduğu 13-cü bölməsinin təsir dairəsinə daxil edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 14 dekabr 2021-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-215/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-215/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver