Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2150/2025 22.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Kürdəmir rayonu Karrar Bələdiyyəsi, X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması,buna dair müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Karrar Bələdiyyəsi, X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə 22 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir rayon Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən kənd təsərrüfatına az yararlı torpaq sahəsində yerləşən və xx.xx.2007-ci il tarixli, **********6000006 saylı Torpaq sahəsinin Kadastr planında göstərilən, ona sahibkarlıq və kənd təsərrüfatı məqsədilə satılmış 0,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, imtinanın rədd olunması və Kürdəmir rayon Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən kənd təsərrüfatına az yararlı torpaq sahəsində yerləşən və xx.xx.2007-ci il tarixli, **********6000006 saylı Torpaq sahəsinin Kadastr planında göstərilən, ona sahibakarlıq və kənd təsərrüfatı məqsədilə satılmış 0,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonradan iddiaçının nümayəndəsi və vəkili yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Kürdəmir rayonu Karrar Bələdiyyəsinin 21 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə ayrılmış Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən 0,80 ha ibarət torpaq sahəsinin kordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarına əsasən ona bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatına az yararlı olan torpaq sahəsindən 1,0 ha sahə ayrılmışdır. Sahibkarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin ayrılması barədə DT və XK-nin Kürdəmir rayon şöbəsi də öz rəyini xx.xx.2006-cı il tarixli 24 saylı yazılı formada vermişdir. xx.xx.2006-cı il tarixli kassa mədaxil qəbzlə torpağın özəlləşdirilməsi ilə bağlı pul ödəmişdir. Kürdəmir rayon Karrar Bələdiyyə sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbəsinin nümayəndəsi tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. xx.xx.2007-ci il tarixdə **********6000006 saylı torpaq sahəsinin Kadastr planı təsdiq olunaraq ona verilmişdir. Həmin ərazidə qonşu torpaqların da koordinatları öz əksini tapmışdır. Torpaq sahəsinin Kadastr planında mülkiyyətinə verilən 0,80 ha torpağın sahibkarlıq və kənd təsərrüfatı məqsədi üçün ayrılması göstərilmişdir. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir. Orada nar bağı salıb ailəsinin maddi tələbatın qarşılayır. Bütün kənd sakinləri həmin torpaq sahəsinin ona məxsus olması bilir və kiminsə torpağı ilə üst-üstə düşmür. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Kürdəmir rayon Karrar Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-2150/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Daha sonra məhkəmənin 2-1(120)-2150/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, İddiaçı Kürdəmir rayon Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarına əsasən kənd təsərrrüfatına az yararlı torpaq sahəsində yerləşən və xx.xx.2007-ci il tarixli **********6000006 saylı torpaq sahəsinin kadastr planında göstərilən, ona sahibkarlıq və kənd təsərrüfatı məqsədilə satılmış 0,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi tələbini etiraz ilə qarşılayırlar. İddiaçı hazırkı iddia tələbi ilə onlara müraciət etmiş, qanunamüvafiq qaydada imtina verilmişdir. Sərəncamın icrası ilə bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, “Torpaqlarınalqı-satqısına dair” aktda və Karrar bələdiyyəsi tərəfindən verildiyi qeyd olunan 21 saylı qərarda həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına (TEKUİS) əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası təmiz örüşdür. Həmçinin təqdim edilmiş DXTK tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan ölçü sənədində qeyd olunan koordinatlar ilə faktiki vəziyyət arasında uyğunsuluq mövcuddur. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi nar bağı kimi istifadə olunur.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştriak etmiş X12 və X16 məhkəmə iclasında ayrıayrılıqda izahat verərək, İddiaçı məxsus torpaq sahəsi ilə onlara məxsus torpaq sahəsinin üst-üstə düşmədiyini, onlara məxsus torpaq sahəsi ilə İddiaçı torpaq sahəsini ortadan kənd yolu ilə ayrıldığını, onların arasında torpaq mübahisəsinin olmadığını bildirmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Kürdəmir rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsi tərəfindən verilmiş “Kürdəmir rayon Karrar kənd sakini İddiaçı sahibkarlıq və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün Kürdəmir rayon Karrar kənd bələdiyyə mülkiyyətindən 0,80 hektar torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə” 24 №-li, xx.xx.2006-cı il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,80 hektar olmaqla Kürdəmir rayon Karrar kənd bələdiyyə mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi sahibkarlıq və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Kürdəmir rayonu X5 “Kürdəmir rayonu Karrar kənd sakini İddiaçı torpaq satılması barədə” 21 saylı, xx.xx.2006-cı il tarixli qərarından (notarial qaydada təsdiq olunmuş surətindən) müəyyən olunur ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı 0,80 hektar torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması; Kürdəmir rayonu Karrar sakini İddiaçı Karrar Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 0,80 hektar torpaq sahəsinin satılması; Azərbaycan Respublikası Nazirlər Kabintinin 23 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq 0,80 hektar torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi; Kürdəmir rayon Karrar sakini İddiaçı tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini X2 xüsusi hesabına ödəsin və ödəmə barədəki qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsinə təqdim edilməsi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon Şöbəsindən xahiş edilsin ki, satılmış torpağın dəyəri ödənildikdən sonra “Torpağın alqı-satqısına dair” üç nüsxədən ibarət akt tərtib etdin və onu qeydiyyata alınması; Kürdəmir rayonu Karrar kənd sakini İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. xx.xx.2006-cı il tarixli qəbzin surətindən müəyyən olunur ki, İddiaçı Məcnun oğlu tərəfindən 0,80 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün 640,00 manat ödəniş edilmişdir. Torpaqların Alqı-satqısına dair xx.xx.2006-cı il tarixdə 75 № ilə qeydə alınmış aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Mejdun oğlu tərəfindən Kürdəmir rayon X2 xəzinəsinə 640-00 manat ödənilmişdir (Qəbz № 016050). Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********6000006 №-li “Torpaq sahəsinin kadastr palnı”ndan müəyyən olunur ki, Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı 0,80 ha sahibkarlıq və kənd təsərrüfatı məqsədi üçün torpaq sahəsi ilə bağlı kadastr plan hazırlanmışdır. Bu barədə X20 kitabında 50 № ilə xx.xx.2007-ci il tarixdə qeyd aparılmışdır. İddiaçı ( nümayəndəsi və vəkili Təranə Eyyubovanın) müraciəti əsasında “X17 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib olunmuş 62 №-li, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 24 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinin 2006-cı ildə kəndində prespektiv inkişafına aid olmuşdur. Sonradan iddiaçıya satılmışdır və hazırda bələdiyyə mülkiyyətində olan fiziki şəxslərin istifadəsinə ayrılmış ərazidir, yaşayış məntəqəsinin torpaqlarına aiddir, uqodiyası kənd təsərrüfatına yararlı bağ sahəsidir. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0.80 ha torpaq sahəsinin faktiki vəziyyəti, sənəd üzrə vəziyyətinə uyğundur. Kürdəmir rayonu Karrar Bələdiyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və hənd təsərrüfatı üçün ayrılmış 0.80 ha torpaq sahəsinin koordinatlarında texniki səhv yoxdur. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinin qərb istiqamətində sənəd üzərində və fakitiki vəziyyətdə bitişik fərdi yaşayış evləri yoxdur. ünvan 1i ünvanında qeydiyyatda olan X15 tərəfindən notarial qaydada verilmiş xx.xx.2025-ci il tarixli **********828 №-li ərizədə qeyd olunmuşdur ki, İddiaçı ilə həmkəndlidir. Onunla qohumluğu və ədavəti yoxdur. Ona ev tikmək üçün ayrılan torpaq sahəsində özünə yaşayış evi tikmişdir. Onun torpaq sahəsi və evi onun nar bağı saldığı torpaq sahəsindən xeyli aralıdır. Hətta nar bağının sərhəd nöqtələrindən yol keçir.Nar bağının yerləşdiyi torpaq sahəsi ilə bağlı onun, nədə ki, kəndin digər sakinləri arasında mübahisə və narazılıq yoxdur. Bilirlər ki, həmin torpaq sahəsi ərizəçiyə 2007-ci ildə satılıb. O da həmin sahədə nar bağı salıb. Hazırda da bağ sahəsi məhsul verir. ünvan 1i ünvanında qeydiyyatda olan X3 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli **********216 №-li ərizədə qeyd olunmuşdur ki, İddiaçı ilə həmkəndlidir.Onunla qohumluğu və ədavəti yoxdur. X1 onun həyat yoldaşı olub. O, qatar vurmasından dünyasını dəyişib. Həyat yoldaşı X1na bələdiyyə tərəfindən torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsində özlərinə ev tikiblər. İddiaçı 2006-cı ildə ayrılan torpaq sahəsində böyük nar bağı əkib həmin nar bağı onların evlərindən xeyli aralıda yerləşir. Hətta nar bağının sərhəd nöqtələrinin ətrafından yolda keçir. Onun torpaq sahəsinə bitişik heç bir torpaq sahəsi yoxdur. İddiaçı məxsus nar bağının yerləşdiyi torpaq sahəsi ilə bağlı nə onun nədəki, kəndin digər sakinləri arasında mübahisə və narazılıq yoxdur. Kürdəmir rayon X10 “Kürdəmir rayon Karrar kənd sakini İddiaçı verilən akra süzəliş edilməsi barədə” 08 saylı xx.xx.2025-ci il tarixli qərarla, Kürdəmir rayon Karrar kənd sakini İddiaçı adına rəsmiləşdirilmiş bələdiyyənin xx.xx.2006-cı il tarixli, 21 saylı qərarı, xx.xx.2006-cı il tarixli 75 saylı alqı-satqı aktı və ərizəçinin şəxsiyyət vəsiqəsi əsas sənəd kimi nəzərə alınması; Kürdəmir rayon Karrar kənd Bələdiyyəsi tərəfindən X7 adına tərtib edilmiş xx.xx.2006-cı il 75 saylı torpaqların alqı-satqısına dair aktda soyad “Quliyev”, ata adı “Məjlun” olaraq düzəldilməsinin təsdiq edilməsi, həmin aktda ərizəçinin soyadı “Quliyev” adı “Yaqub” ata adı “Məjlun” kimi qəbul edilməsi; bu qərarın bütün səlahiyyətli orqanlarda qəbul edilməsi xahiş edilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2--2264/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X9 adına Kürdəmir rayonu, Karrar kəndində torpaq sahəsi və X8 adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-36/2-4717/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Kürdəmir rayonu, karrar kəndindəyerləşən 0,80 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Kürdəmir rayonu, Karrar kəndində yerləşən 0,80 ha sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayonu, Karrar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı, Kürdəmir rayonu, Karrar bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 75 nömrəli torpaqların alqı-satqısına dair aktı, ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq edilmiş **********6000006 saylı Torpaq sahəsinin kadastr planı əsas sənəd kimi təqdim edilmişdir. Torpaq sahəsinin satılması ilə bağlı ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 75 nömrəli Torpaqların alqı-satqısına dair aktında pozuntu işləri aparılmış qərarın nömrəsi və tarixi dəyişdirilmiş və heç bir imza və möhürlə təsdiq edilməmişdir. Həmçinin torpaqların alqı-satqısına dair aktda mülkiyyətçinin adına səhvlik var. Torpaq sahəsi yeni elektron uçot baza məlumatlarında təmiz örüş sahəsi kimi işlənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-316/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş mütəxəsis rəyində: Kürdəmir rayonu, Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. 2002-ci ildə tərtib edilmiş “Kürdəmir rayonu, Karrar kəndi R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kpmpleks yerquruluşu islahat layihəsi”nə (DVJ) əsasən Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi kəndin prespektiv əks olunan torpaqlarında yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İdarənin elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) Kürdəmir rayonu, Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi kəndin prespektiv inkişaf torpaqlarında yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası örüş, uqodiyası fərdi yaşayış evi (tikinti altı torpaqlar) olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasınd auyğunsuzluq mövcuddur. Belə ki, baxış zamanı iddiaçının naturada göstərdiyi 1,17 ha torpaq sahəsi **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsindən 14 metr qərbdə yerləşir. **********1600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi TEKUİS məlumatlarında X9 faktiki istifadəsində olan torpaq, X8 faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sagəsi ilə üst-üstə düşür. Baxış zamanı iddiaçının naturada göstərdiyi 1,17 ha torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halı elektron baza məlumatlarında aşkar olunmadı. Baxış zamanı naturada göstərilən 1,17 ha torpaq sahəsində **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsində meyvə ağacları mövcuddur.Rəyə əlavə olunmuş torpaq sahəsinin sxemində iddiaçının naturada göstərdiiyi 1,17 ha torpaq sahəsinin koordinatları: X=275205.8461 Y=4461715.2131 X=275242.8878 Y=4461895.6593 X=275306.9171 Y=4461882.4301 X=275265.1129 Y=4461700.3964 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2357 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyində aşağıdakı nəticəyə gəlinmişdir: DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyənləşən 0,80 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İdarənin müətəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, 2002-ci ildə tərtib edilmiş “Kürdəmir rayonu, Karrar kəndi R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kpmpleks yerquruluşu islahat layihəsi”nə (DVJ) əsasən Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi kəndin prespektiv əks olunan torpaqlarında yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İdarənin elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) Kürdəmir rayonu, Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi kəndin prespektiv inkişaf torpaqlarında yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, islahat uqodiyası örüş, uqodiyası fərdi yaşayış evi (tikinti altı torpaqlar) olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. İdarənin müətəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə İddiaçı sahibkarlıq və kənd təsərrüfatı üçün ayrılmış 0,80 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasınd auyğunsuzluq mövcuddur. Belə ki, baxış zamanı iddiaçının naturada göstərdiyi 1,17 ha torpaq sahəsi **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsindən 14 metr qərbdə yerləşir. İdarənin müətəxəssisi Rahib Teymurovun mütəxəssis rəyində qeyd edilir ki, **********1600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsi TEKUİS məlumatlarında X9 faktiki istifadəsində olan torpaq, X8 faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sagəsi ilə üst-üstə düşür. Baxış zamanı iddiaçının naturada göstərdiyi 1,17 ha torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halı elektron baza məlumatlarında aşkar olunmadı. Baxış zamanı naturada göstərilən 1,17 ha torpaq sahəsində **********600006 kadastr nömrəli “Torpaq sahəsinin kadastr planı”nda əks olunan koordinatlarla müəyyənləşən 0,80 ha torpaq sahəsində meyvə ağacları mövcuddur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X20ının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı hüquqi marağı Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarı ilə ona ayrılmış Karrar Bələdiyyəsi ərazisində yerləşən 0,80 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan ölçü sənədinin ona verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: 1) Kürdəmir rayon Karrar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 21 saylı qərarının, 2) Ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş 75 №-li xx.xx.2006-cı il tarixli alqısatqı aktının və **********6000006 saylı Torpaq sahəsinin kadastr planın əsas sənəd kimi təqdim edilməsi, 3) 75 №-li xx.xx.2006-cı il tarixli alqı satqı aktında qaralamaların və ata adında səhvlik olması, 4) torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyasının təmiz örüş olması. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci və ikinci hala münasibətdə qeyd edir ki,Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən 0,80 ha torpaq sahəsi Karrar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 21 saylı iclas qərarı əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı- satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Karrar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarına və xx.xx.2006-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Karrar rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Cavabdeh inzibati orqanın digər dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbindən imtina olunarkən, alqı-satqı aktında ata adının “Mejdun”, qərarda isə “Məjlun” kimi qeyd olunduğuna, eyni şəxs olması barədə sənəd təqdim edilmədiyinə, bundan başqa, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyasının təmiz örüş olmasına istinad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş Kürdəmir rayon X10 “Kürdəmir rayon Karrar kənd sakini İddiaçı verilən akta düzəliş edilməsi barədə” 08 saylı xx.xx.2025-ci il tarixli qərarla, Kürdəmir rayon Karrar kənd sakini İddiaçı adına rəsmiləşdirilmiş bələdiyyənin xx.xx.2006cı il tarixli, 21 saylı qərarı, xx.xx.2006-cı il tarixli 75 saylı alqı-satqı aktı və ərizəçinin şəxsiyyət vəsiqəsi əsas sənəd kimi nəzərə alınması; Kürdəmir rayon Karrar kənd Bələdiyyəsi tərəfindən İddiaçı Mejdun oğlunun adına tərtib edilmiş xx.xx.2006-cı il 75 saylı torpaqların alqı-satqısına dair aktda soyad “Quliyev”, ata adı “Məjlun” olaraq düzəldilməsinin təsdiq edilməsi, həmin aktda ərizəçinin soyadı “Quliyev” adı “Yaqub” ata adı “Məjlun” kimi qəbul edilməsi; bu qərarın bütün səlahiyyətli orqanlarda qəbul edilməsi xahiş edilməsi qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin xx.xx.2006-ci il tarixli, 24 nömrəli rəyində torpaq sahəsinin sahibkarlıq və kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün yararlı olmaqla, həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına az yararlı olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2006-cı ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malikdir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 19 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halları müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan iddiaçı barəsində fərqli yanaşmanın yaranmasına səbəb olur ki, bu hal isə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1. -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin 04 oktyabr 2006-ci il tarixli 21 saylı qərarı ilə ayrılmış Karrar Bələdiyyəsi ərazisində yerləşən, İddiaçı faiktiki istifadəsində olan 0,80 hadan ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-2150/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2150/2025
22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver