Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2155/2022 15.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalıоğlunun sədrliyi, X11 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «X4 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 400 saylı ölüm haqqında sənədlərdə adının “Habil”dən “Qabil”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X4 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 400 saylı ölüm haqqında sənədlərdə adının “Habil”dən “Qabil”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, mərhum atasının ölüm haqqında şəhadətnaməsində X8 yerinə X1 qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında mərhum atasının ölüm haqqında şəhadətnaməsinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilmiş, İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X8 xx.xx.2022-ci ildə Salyan rayonu Aşağı Kürkənd kəndində vəfat etmişdir. Onun ölümü Cavabdeh tərəfindən xx.xx.2022-ci ildə 400 nömrəli aktla dövlət qeydiyyatına alınmış və AZ-İİ 279405 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin ölüm haqqında şəhadətnamədə mərhum atasının adı Qabil əvəzinə Habil olaraq qeyd edilmiş və bununla bağlı mərhum atasının ölüm sənədində adına düzəliş edilməsi ilə bağlı Cavabdehnə ünvanladığı ərizə təmin edilməmişdir. Belə ki, mərhum atasına sonuncu dəfə xx.xx.2005-ci ildə Salyan RPŞ tərəfindən verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsində adı Habil yazılmış və atası dünyasını dəyişənədək həmin adda olan şəxsiyyət vəsiqəsi ilə yaşamışdır. Buna görə də onun adına verilmiş ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlərdə adı Habil yazılmışdır. Əslində isə atasının adı Qabil olmuş və onun Habil adında qardaşı olmamış, eləcə də yaşadığı Arbatan kənd İƏN-nin ərazisində onun yaşlarında soyadı Əliyev ata adı İbrahimov olan atası Qabildən başqa Qabil və Habil adında şəxs olmamışdır. Bundan başqa X10 filalından verilmiş babasının və nənəsinin adları göstərilmiş arayışda, arxiv sənədlərinə istinad olunaraq atasının adının Qabil olduğu qeyd edilmişdir. Eyni zamanda Arbatan kənd İƏN-İ tərəfindən verilmiş arayışda bütün ailə üzvləri ilə bağlı məlumat göstərilərək atasının əsl adının Qabil olduğu təsdiqlənmişdir. Hesab edir ki, Cavabdeh ölüm haqqında şəhadətnaməyə düzəliş edərək təkrar şəhadətnamənin verilməsində imtinası onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarının məhdudlaşdırması ilə yanaşı qanunu kobut şəkildə pozmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçı X3 ünvanladığı 28 iyul 2022-ci il tarixli, 05/66-232 saylı məktubunda qeyd edilmişdir ki, dəyişiklik olunmasını tələb etdiyi ölüm faktı ilə bağlı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 400 saylı ölüm haqqında akt qeydi əsasında AZ-İİ 279405 nömrəli şəhadətnamə verilmişdir. Həmin akt qeydində və qeyd əsasında verilmiş müvafiq şəhadətnamədə ölmüş şəxsin adı “X9” qeyd edilmişdir. Eyni zamanda müvafiq ölüm haqqında akt qeydi Salyan Rayon Mərkəzi Xəstəxanasının **********42 nömrəli xx.xx.2022-ci il tarixli tibbi şəhadətnaməsi əsasında qeydə alınmış və həmin tibbi şəhadətnamədə ölən şəxsin adı X9, mərhumun şəxsiyyət vəsiqəsinin AZE ******* nömrəli olduğu qeyd edilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş məlumatdan da görünür ki, AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2005-ci ildə Salyan RPŞ tərəfindən X5 verilmişdir. Beləliklə, Habil və Qabil adları məna etibarı ilə fərqli adlardır. Ona görə də inzibati icraat qaydasında bu şəxslərin eyniləşdirilməsi mümkünsüzdür. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, müvafiq akt qeydinə düzəliş edilməsi tələbinizin icrasından imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, müraciətinə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 363 nömrəli Cavabdeh arayışından görünür ki, Salyan rayon Arbatan kənd ZDS İcraiyyə Komitəsinin arxiv sənədlərində, o cümlədən 1948 -1950ci illərə aid təsərrüfatbaşına kitabında X6 146 №İi təsərrüfatında X4 təvəllüdü 1929-cu il qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 341 nömrəli Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd İnzibati ərazi nümayəndəsinin arayışından görünür ki, Salyan rayonu Aşağı Kürkənd sakini X4 əsl adı Habil deyil Qabildir və ailədə 5 övladı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 400 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən vəfat (ölmüşdür) etmişdir. İş materiallarında olan İddiaçı aid doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində anadan olmuş ata adı qrafasında atasının soyadı, adı, ata adı X2 qeyd edilmişdir. İş materiallarında olan X7 aid xx.xx.2014-cü il tarixli, 017491 nömrəli əlillik vəsiqəsindən görünür ki, X8 birinci dərəcəli əlil olmuşdur. İş materiallarında olan X10 filialının xx.xx.2022-ci il tarixli, 535 nömrəli arxiv arayışından görünür ki, X10 filialında mühafizə olunan Salyan rayon Arbatan k\nd ZDS İcrayyə Komitəsinin arxiv sənədlərində, o cümlədən 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında X6 146 nömrəli təsərrüfatında X4 təvəllüdü 1929-cu il kimi qeyd edilmişdir. İş materiallarında olan X5 aid seriya AZ-İİ, 279405 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1932 təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə vəfat (ölmüşdür) etmişdir. İş materiallarında olan X5 aid seriya xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədən qeydindən görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə, saat 17:00-da vəfat (ölmüşdür) etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməsində adına düzəliş edilərək “Qabil” kimi qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə iddiaçının atasının adına düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla “Habil” kimi yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Əksinə işə əlavə olunmuş, yuxarıda adları qeyd olunmuş sənədlərdə iddiaçının mərhum atasının adı “Qabil” kimi qeyd edilmişdir. İddiaçının mərhum atasının adının “Habil” kimi qeyd olunduğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum atası X8 barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 400 saylı ölüm haqqında sənədlərdə ölən şəxs adı qrafasında “Habil”dən “Qabil”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X8 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 400 saylı ölüm haqqında sənədlərdə ölən şəxs adı qrafasında “Habil”dən “Qabil”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2155/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2155/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver