Məhkəmə qərarları › İş №2-1(120)-2156/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2156/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2156/2024 09.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndənın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMCnin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8032/2023 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8032/2023 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Bakı Kommersiya Məhkəməsinə “Ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında **********030800 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizə daxil olmuşdur. Bundan sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi kimi reyestrdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə qanuni səlahiyyətli deyil, bu cəmiyyətin öhdəliklərinə və borclarına, o cümlədən DSMF-yə MDSS haqları üzrə yaranan borcuna görə müvafiq qanunvericiliyə uyğun qaydada məsuliyyətli və öhdəlikli deyildir. "xxxx" MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləsə də həmin zamanlar Cəmiyyətin qanuni təmsilçisi kimi başqa şəxs olmuş və 2015-ci ildən Cəmityyətin direktoru vəzifəsindən azad olunmuşdur. Hazırda bu Cəmiiyyətlə əmək və hər hansı digər əməkdaşlıq, eləcə də hüquqi səlahiyyət və münasibətləri (qanuni təmsilçiliyim, öhdəlik və vəzifələri) yoxdur. Bu göstərilənlər barədə vergi orqanının bu müvafiq məktubunu aldıqdan dərhal sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə vergi orqanında "xxxx" MMCnin direktoru kimi vergi uçotundan onun çıxarılmağı barədə 14 mart 2023-cü il ərizə (Sosial arayış əlavə edilməklə) təqdim edilmişdir. Bu göstərilənlərə və qanunvericiliyin müddəalarına əsaslanaraq, onun "xxxx" MMC-nin qanuni təmsilçisi kimi Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrində qeydə alınmağı qanunsuz hesab edilməli və onun həmin Cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeyd Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; "xxxx" MMC-nin təsisçisi X1 28 mart 2013-cü il tarixli qərarına əsasən İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və rəhbərin təyin olunması ilə bağlı dəyişiklik faktı dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda İddiaçı iddia ərizəsində "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini göstərir. Qeyd olunanlardan görünür ki, İddiaçı qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi və bu faktı dövlət reyestrinə qeydə alınması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı cəmiyyətin direktoru vəzifəsində işləsə də qanuni təmsilçisi kimi başqa şəxs olmasını, bu səbəbdən də cəmiyyətin öhdəliklərinə və borclarına, o cümlədən DSMF və MDSS haqları üzrə yaranan borclarına görə məsuliyyət və öhtəliklər daşımadığını qeyd etmişdir. Bildirirəm ki, bu qeydin heç bir hüquqi əsası yoxdur. Belə ki, "xxxx" MMC-nin nizamnaməsinin 4.2.1 .-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik onun icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1.-ci maddəsinə əsasən Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. İddiaçı 2015-ci ildən cəmiyyətin direktoru vəzifəsindən azad olunduğunu göstərsə də, bu faktı təsdiq edən heç bir sənəd (təsisçinin qərarı) təqdim etməmişdir. Beləliklə, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik olan direktor vəzifəsində işləyən İddiaçı məsuliyyəti digər, adı qeyd edilməyən şəxsin üzərinə qoyulmasının heç bir hüquqi əsası yoxdur. İddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması tələbinə münasibəttə bildiririk ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2012-ci il tarixli, **********973000 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. İmişli rayonu, Qaragüvəndikli kəndi hüquqi ünvanı, nizamnamə kapitalının miqdarı 20.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X4-2 pay, qanuni təmsilçisi X2r. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisi X4 qərara alır: İddiaçı xx.xx.2012-ci il tarixdən Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin sənədləri dövlət qeydiyyatına alınmaq üçün hazırlanıb 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək səlahiyyəti İddiaçı həvalə edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 28 mart 2012-ci il tarixdən direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: **********) Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Hüquqi ünvanı İmişli rayonu, Qaragüvəndikli kəndi, rəhbəri İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********534600 nömrəli məktubundan görünür ki, rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********780300 nömrəli) 8 saylı Ərazi Vergilər İdarəsində aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin hüquqi şəxsə rəhbər (qanuni təmsilçilik funksiyasına malik direktor) təyin edilmiş və sənədlər kağız daşıyıcıda qeydiyyat orqanına təqdim olunmuşdur. Həmin hüquqi şəxsdə rəhbər dəyişikliyi faktı dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Bildiririk ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsrrii internet səhifəsinə (www.taxes.qov.az). 195-1 Çağrı Mərkəzinə, 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya yaxın olan digər xidmət mərkəzlərinə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********496800 nömrəli məktubunda qeyd edilmişdir ki, “Məlumatın verilməsi” haqqında (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********822800 nömrəli) məktubunuza aidiyyəti üzrə 8 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, daxil olmuş məktubda göstərilən vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) uçot-baza məlumatlarına əsasən, hal-hazıra məcburi dövlət sosial sığorta haqqı üzrə 4017.87 manat ödənilməmiş borc məbləği müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC (VÖEN **********) ərizə ilə müraciət edərək, sahibkarlıq fəaliyyətini xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırmış, hal-hazırda vergi ödəyicisinin fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-104652/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedənə aid xx.xx.2012-xx.xx.2018-ci il tarixləri əhatə edən dövrlər üzrə müraciətdə qeyd edilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və xx.xx.2012- xx.xx.2017-ci il tarixləri əhatə edən dövrlər üzrə təsdiqedici sənədləri təqdim edirlər. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********096100 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) X4 tərəfindən təsis edilmiş xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsisçinin xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixə cəmiyyətin vergi borcu yoxdur. Hazırda cəmiyyətin sahibkarlıq fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********993600 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. İmişli rayonu, Qaragüvəndikli kəndi hüquqi ünvanı, nizamnamə kapitalının miqdarı 20.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X4-2 pay, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********065500 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) X4 tərəfindən direktor vəzifəsini öz üzərinə götürməklə təsis edilmiş və xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsisçinin xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzrəsinə təyin edilmişdir. Təsisçinin ünvanı İmişli rayonu, Qaragüvəndikli kəndi, telefon nömrəsi-**********. Cəmiyyətin digər vəzifəli şəxsləri barədə məlumat aşkar edilmədi. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda cəmiyyətin sahibkarlıq fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-298/2024 nömrəli məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -9.1.Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. -9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. - 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır İlk növbədə qeyd olunmalıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıdaki müddəalarına nəzər yetirdikdə məlum olur ki, -49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. -91.1.Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. -91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. -91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. -91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: -cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; (91.3.2) -cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; (91.3.5) İş materiallarından göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisi X1 xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2012-ci il tarixdən Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin sənədləri dövlət qeydiyyatına alınmaq üçün hazırlanıb 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək səlahiyyəti İddiaçı həvalə edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli 057 nömrəli əmrinə əsasən direktor vəzifəsindən azad olunduğunu bildirərək inzibati orqanının onun barəsində müəssisənin borcu ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisi X2r. Məcburi dövlət sosial sığorta üzrə borcunun olduğu müəyyən edilir. İdiaçı işə girdiyi zaman belə qərar deyil əmr verildiyini bildirsə də, iş materillarına əlavə edilən MMC-in xx.xx.2012-ci il tarixli qərarına əsasən İddiaçı Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilən ölüm haqqında akt qeydinə əsasən X1 xx.xx.2015-ci il tarixdə öldüyü müəyyən edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli 057 nömrəli əmrinə əsasən direktor vəzifəsindən azad olunduğunu qeyd edərək müvafiq əmrin surətini məhkəməyə təqdim etsə də, inzibati orqan tərəfindən qeyd edilən əmrin təqdim edilmədiini, edilsə belə qanunvericiliyə uyğun tərtib edilmədiyini bildirir. Belə ki, Cəmiyyətin birdən çox təsisçisi olduğu təqdirdə müvafiq qərarlar cəmiyyətin ali orqanı olan iştirakçılarının ümumi yığıncağı tərəfindən qəbul edilir. Yeganə təsisçi olan hüquqi şəxslər tərəfindən isə müvafiq əmr deyil, qərar qəbul edilməlidir. Eləcə də, iş materiallarında iddiaçının işə qəbul edilməsi barədə cəmiyyətin müvafiq qəarı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təsisçi vəfat etdiyindən və müəssisənin təsisçisi olmadığından, hüquqi şəxs ləğv edilmədiyindən və hal-hazırda məcburi dövlət sosial sığorta xərcləri üzrə vergi borcu olduğundan, vərəsəlik üzrə təsisçilik, öhdəliklər qəbul edilmədiyindən, eləcə də, iddiaçı müvafiq qərarla direktor vəzifəsindən azad olunmadığından (və ya yeni direktor təyin edilmədiyindən) inzibati orqan tərəfindən edilən hərəkətlər qanunsuz olunmamışdır və həmin hərəkətlər iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Daşınmaz əmlakın qiymətləndirilməsi MMC-nin qanuni təmsilçisi kimi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmağının qanunsuz hesab edilməsi və iddiaçının həmin cəmiyyətin qanuni təmsilçisi olmağı barədə qeydin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar