Məhkəmə qərarları › İş №2-1(120)-2157/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2157/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2157/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 vəkili-nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli, xx.xx.2013-cü il tarixli, 10 nömrəli, xx.xx.2019-cu il tarixli, 139 nömrəli, xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti, X7 və Vəliyev Xaqani Vəkil oğlu üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi-vəkili X12 ərizəsinə əsasən Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçıların əsaslandırması: İddiaçıla iddia tələblərini onunla əsaslandırmışdırlar ki, onlar İmişli rayonunun Qaragüvəndikli kəndində yaşayırlar. Azərbaycan SSR-nin mövcud olduğu dövrdə yaşadıqları Qaragüvəndikli kəndi ərazisində Kirov adına kolxoz fəaliyyət göstərmişdir. Hər biri qeyd etdikləri Kirov adına kolxozun üzvü olmuşlar. Kirov adına kolxoza aid torpaq sahəsi və onun ölçüsü həmin dövrdə mövcud olmuş sənədlərdə öz əksini tapmışdır. Kirov adına kolxozun 400 ha torpaq sahəsində İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyi yaradılmışdır. Azərbaycan Respublikasının Müstəqilliyi əldə edildikdən sonra İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyi ləğv edilmiş, torpaq islahatı aparılan zaman birliyə ayrılmış 400 ha torpaq sahəsi islahata gedən torpaq sahələrinə aid edilməmiş, nə də Bələdiyyə mülkiyyətinə verilməmişdir. Həmin 400 ha sahəsi İmişli Rayon İcra Hakimiyyəti Başçılarının sərəncamları ilə sonradan ayrı-ayrı şəxslərə verilmişdir. Ancaq İmişli rayon ərazisində torpaq sahələrinin paylanması zamanı İmişli rayon Aqrar İslahat komissiyasının qərarına əsasən keçmiş Kirov adına kolxozun ərazisində olan ləğv edilmiş kolxozlararası mal-qara kökəltmə birliyinə verilmiş 400 ha torpaq sahəsi islahata getməmiş və nəticədə 400 ha torpaq sahəsindən pay torpağı almalı olan 1300 nəfərdən artıq Qaragüvəndikli kənd sakinləri həmin hüquqlarından yararlana bilməyərək onlara çatası pay torpaqlarını əldə edə bilməmişlər. Aqrar islahat zamanı kolxozlararası mal-qara kökəltmə birliyinə verilmiş 400 ha torpaq sahəsi sonradan asudə dövlət fonduna heç bir aidatı olmadığı halda İmişli Rayon İcra Hakimiyyəti Başçılarının sərəncamları ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə uzun müddətli icarəyə verilmişdir. Kolxozlararası mal-qara kökəltmə birliyinə verilmiş 400 ha torpaq sahəsi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin, istər İmişli Rayon Aqrar İslahat Komissiyasının, istərsə də digər rəsmi orqan tərəfindən asudə Dövlət fonduna verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 03/10-709/2 nömrəli məktubundan da görünür ki, X1 əmlakı da həmin birliyin təsisçisi olan kolxozların üzvüləri arasında bölünən əmlaka aidddir və “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən torpaq fondunun özəlləşdirilməsinə həmin qanun şamil edilmir. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hanslı akt mövcud deyildir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 dekabr 2021-ci il tarixli **********38 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinə “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” işlənib verilmişdir. Məhz buna görə də sonrakı illərdə həyata keçirilmiş torpaq islahatı zamanı yerli və rayon aqrar islahatı komissiyaları həmin torpaq sahəsini Qaragüvəndikli kəndində aparılan torpaq islahatına cəlb etməmiş və islahatın kompleks yerquruluşu layihəsində (baş sxemində) bu torpaq sahəsi pay torpaqları bölgüsünə salınmamışdır. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarından başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Nazirlər Kabinetinin hər hansı qərarı aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmnı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən Cavabdeh2 1:10 00 miqyasında xəritəsi işlənilmiş və aidiyyəti üzrə təqdim edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsadət qaldırmaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinin 28 sentyabr 2022-ci il tarixli 4/1378 nömrəli məktubundan görünür ki, İmişli rayon XDS İcrayyə Komitəsinin “İmişli rayon X1 təşkili və onun əsasnaməsinin təsdiq edilməsi” nə dair qərarına əsasən rayon Kolxozlar Şurasının “İmişli rayon Kolxozlararası Mal-qara Kökəltmə Birliyinin təşkil edilməsi haqında'” xx.xx.1975-ci il tarixli qərarı ilə İmişli rayon Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozunun ərazisindən Kökəltmə Birliyinə ayrılmış 400,0 ha torpaq sahəsinin Sovetlər İttifaqı dağıldıqdan sonra Kolxozlararası Mal-qara Kökəltmə Birliyi ləğv edilərkən islahata gedən torpaq sahələrinə daxil edilməmiş və islahat nəticəsində torpaq payı almaq hüququ olan şəxslərə paylanmamışdır. Bundan əlavə İmişli Rayon İcra Hakimiyyətinin 20 avqust 2024-cü il tarixli 5-53/2-256/2024 nömrəli məktubundan da görünür ki, İmişli rayonu Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozun 400,0 ha torpaq sahəsinin Dövlət fonduna verilməsi barədə Rayon İca Hakimiyyətində rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxivinin 3-48-22RA/2-140/2024 nömrəli 13 sentyabr 2024-cü il tarixli məktubuna əsasən İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon X3 verilmiş Qaragüvəndikli kəndinin keçmiş Kirov adına kolxozunun 400,0 ha torpaq sahəsinin dövlət fonduna və ya asudə dövlət fonduna verilməsini dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya hər hansı digər dövlət və hakimiyyət orqanlarının bu barədə qərar və sərəncamı İmişli rayon Dövlət Arxivində mövcud deyildir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cü il tarixli, 191 nömrəli sərəncamında göstərilir ki, Bakı şəhər sakini X5 əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X28 müvəqqəti istifadə hüququ ilə 45,0 ha torpaq sahəsi ayrılmışdır. İmişli rayon İcar Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamında göstərilir ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı məhsulllarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X26 müvəqqəti istifadə hüququ ilə 262.0 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10.0 ha torpaq sahəsi əkinçiliyin və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir (müvəqqəti istifadə hüququ ilə). İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamına əsasən, Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlu vəfat etdiyi üçün onun 30.0 ha torpaq shəsindən istifadə hüququna xitam verilməsi və ona Qaragüvəndikli kəndi yaxınlığında oaln X26 30.0 ha torpaq sahəsinin verilməsi barədə Cavabdeh1 başçısının 21 avqust 2003-cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Qaragüvəndikli kənd sakini Vəliyev Xəqani Vəkil oğlunun müraciətinin nəzərə alınması və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün Qaragüvəndikli kəndi yaxınlığında olan 30.0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. Yuxarıda şərh olunanlara əsasən İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cü il tarixli, 191 nömrəli, xx.xx.2013-cü il tarixli , 10 nömrəli, xx.xx.2019-cu il tarixli, 139 nömrəli, xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamları ilə asudə torpaq fondu adı ilə verilmiş 400 ha torpaq sahəsinə dair həmin sərəncamları və sərəncam əsasında verilmiş icarə müqavilələri ləğv edilməli, İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində yaşamış və keçmiş Kirov adına kolxozda işləmiş və pay torpaq sahəsi almaq hüququna malik olan keçmiş kolxoz üzvülərinə verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdehin etirazı: İmişli rayon İcra Hakimiyyəti bildirmişdir ki,qeyd olunan torpaq sahələri dövlət fonduna aid torpaq sahəsi kimi İmişli Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə digər vətəndaşlara icarəyə verilmişdir və hazırda onların istifadəsindədir. İddiaçılar həmin məsələnin həlli ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət etməmişlər. İddia tələbinin təmin edilməməklə həmin sərəncamların dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirlər. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs “X6” MMC iddiaya qarşı etiraz ərizəsi verərək, etiraz ərizəsində qeyd etmişdir ki, X13, X24 və digərlərinin İmişli rayon İcra Hakimiyyəti və İmişli rayon Qaragüvəndiki kənd Bələdiyyəsinə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 191 nömrəli, xx.xx.2213-cü il tarixli 10 nömrəli, xx.xx.2019-cu il tarixli 139 nömrəli, xx.xx.2014-cü il tarixli 268 nömrəli sərəncamların və həmin sərəncamlar əsasında verilmiş icarə müqavilələrinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş vardır. xx.xx.2013-cü il tarixli 10 nömrəli, xx.xx.2019-cu il tarixli 139 nömrəli sərəncamlarla “X6” MMC-yə icarəyə verilib. Mübahisləndirilən sərəncam bizim maraqlara toxunur. Maraqlı şəxs qismində işə cəlb olunmalıyıq. Bundan başqa bildirirəm ki, iddiaçıların müvafiq iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Eyni sərəncamlar və eyni torpaq sahəsi ilə bağlı Şirvan İnzibati məhkəməsində inzibati işə baxılıb. İddia əsassız və subyektiv hüquq olmayan şəxs tərəfindən verildiyindən təmin olunmayıb. Həmin qərar Şirvan Apellyasiya və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılıb. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2786/2023 saylı (X29 Calai oğlunun sədrliyi ilə) qərardadı, qərardaddan verilən apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-226/2024 saylı xx.xx.2024- cü il tarixli (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X10 ibarət tərkibdə) qərardadı, Apellyasiya məhkəməsinin qərardadından verilən kassasiya şikayəti üzrə Ali Məhkəmənin 2-1(102)-3253/2024 saylı xx.xx.2024-cü il tarixli qərardı (X2 (məruzəçi), X25 və X17 ibarət tərkibdə) qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılıb. Əlavə olaraq bildiririk ki, hüquqi statusuna görə münahisəli sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətinə aid olduğundan həmin sərəncamların ləğv və yaxud etibarsız hesab edilməsi həmin torpaq sahəsinin iddiaçıya qaytarılması ilə nəticələnməyəcəkdir. Odur ki, iddianın mümkün sayılmamasını xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti, X7, Vəliyev Xaqani Vəkil oğlu və İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti, X7, Vəliyev Xaqani Vəkil oğlu və İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların vəkili-nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçılar İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, mübahisələndirmə növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti mövcuddur ki, iddiaçılar tərəfindən ötürülmüş müddət bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmişli rayon ZDS İcraiyyə Komitəsinin qərarında qeyd edilir ki, İmişli rayon kolxozlararası mal-qara kökəltmə birliyinin təşkil edilməsi haqqında rayon kolxozlar şurasının 1 sentyabr 1975-ci il tarixli qərarı təsdiq edilsin, rayonun Kirov adına kolxozunun balansında 3000 başlıq mal-qara kökəltmə birliyi yaradılsın və həmin birliyə kolxozun torpağından 400 hektar torpaq sahəsi ayrılsın. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamından görünür ki, Bakı şəhər sakini X4 müraciətinə əsasən ona əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan dövlət asudə fondundan müvəqqəti istifadə hüququ ilə 15 il müddətinə 45,0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 20 nömrəli müqavilədən görünür ki, İmişli rayon İcra Hakimiyyəti ilə Bakı şəhər sakini X11 arasında 45.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamından görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciətinə əsasən Cəmiyyətə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X26 262,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilməsi qərara alınmış, torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasının təmin edilməsi “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə tapşırılmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, İmişli rayon İcra Hakimiyyəti ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Asif İmanov arasında 262.0 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamından görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciətinə əsasən Cəmiyyətə əkinçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün rayonun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən X26 10,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilməsi qərara alınmış, torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasının təmin edilməsi “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə tapşırılmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 30 nömrəli müqavilədən görünür ki, İmişli rayon İcra Hakimiyyəti ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Asif İmanov arasında 10.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamından görünür ki, Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlunun vəfat etməsi ilə əlaqədar onun 30,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin 30,0 ha torpaq sahəsinin verilməsi barədə Cavabdeh1 başçısının 21 avqust 2003cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğlunun müraciətinin nəzərə alınması və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün Qaragüvəndikli kəndi yaxınlığında olan X26 30,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli, 74 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən və plan çizgidən görünür ki, İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamı əsasında əkinçiliyin inkişafı üçün 30,0 ha torpaq sahəsi İmişli rayonu Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğluna 15 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon X3 verilmiş Qaragüvəndikli kəndinin keçmiş Kirov adına kolxozunun 400.0 ha torpaq sahəsinin dövlət fonduna və ya asudə dövlət fonduna verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya hər hansı digər dövlət və hakimiyyət orqanlarının qərar və sərəncamı İmişli rayon Dövlət Arxivində mövcud deyildir. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon XDS İcrayyə Komitəsinin “İmişli rayon X1 təşkili və onun əsasnaməsinin təsdiq edilməsi” nə dair qərarına əsasən rayon Kolxozlar Şurasının “İmişli rayon Kolxozlararası Mal-qara Kökəltmə Birliyinin təşkil edilməsi haqqında” xx.xx.1975-ci il tarixli qərarı ilə İmişli rayon Qaragüvəndikli kəndinin keçmiş “Kirov” adına kolxozunun ərazisindən Kökəltmə Birliyinə ayrılmış 400,0 ha torpaq sahəsi Sovetlər İttifaqı dağıldıqdan və Kolxozlararası Mal-qara Kökəltmə Birliyi ləğv edildikdən sonra islahata gedən torpaq sahələrinə daxil edilməmiş və islahat nəticəsində torpaq payı almaq hüququ olan şəxslərə paylanmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1975-ci ildə İmişli rayonunda kolxozlararası kökəltmə kompleksinin yaradılması ilə əlaqədar rayonun Kirov adına kolxozunun torpaq sahəsindən 400,00 ha ayrılması, həmin torpaq sahəsinin torpaq islahatına cəlb edilib-edilməməsi və bələdiyyə mülkiyyətinə verilməməsi səbəbinin araşdırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetindən İqtisadiyyat Nazirliyinə daxil olmuş (daxilolma qeydiyyatı: lN-D/O-21659/2021 xx.xx.2021-ci il) müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, 1975-ci ildə İmişli Rayon X23 icraiyyə Komitəsinin müvafiq qərarı ilə kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkil edilməsi məqsədilə rayonun Jdanov adına kolxozundan 425,05 ha və Kirov adına kolxozundan 374,70 ha torpaq sahəsi ayrılmış və rayon X23 İcraiyyə Komitəsinin qərarı Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Nazirlər Sovetinin bu qərarı əsasında kolxozlararası mal-qara kökəltmə kompleksinə “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” işlənib verilmişdir. Məhz buna görə də sonrakı illərdə həyata keçirilmiş torpaq islahatı zamanı yerli və rayon aqrar islahatı komissiyaları həmin torpaq sahəsini Qaragüvəndikli kəndində aparılan torpaq islahatına cəlb etməmiş və islahatın kompleks yerquruluşu layihəsində (baş sxemində) bu torpaq sahəsi pay torpaqları bölgüsünə salınmamışdır. Sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 26 noyabr tarixli 464 nömrəli qərarından başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində Nazirlər Kabinetinin hər hansı qərarı aşkar olunmamışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən Cavabdeh2 1:10 000 miqyasında xəritəsi işlənilmiş və aidiyyəti üzrə təqdim edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq səlahiyyətlərinə malikdir. Bu barədə sizə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 dekabr 2021-ci il tarixli **********20 nömrəli məktubu ilə məlumat verilmişdir. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu Qaragüvəndikli kəndinin keçmiş “Kirov“ adına kolxozun 400,0 ha torpaq sahəsinin Dövlət fonduna verilməsi barədə Rayon İcra Hakimiyyətində rəsmi məlumat yoxdur. Qeyd etdiyiniz məsələ ilə bağlı Rayon Arxiv idarəsinə müraciət etməyiniz sizə tövsiyə olunur. Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirlər Kabinetindən Ədliyyə Nazirliyinə daxil olmuş X3 verilən 400 ha torpaq sahəsinin kolxozların islahatından sonra dövlət mülkiyyətində olan torpaqlara aid edilib-edilməməsi ilə bağlı müvafiq qərarın mövcudluğu ilə bağlı məktuba baxılmışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinə görə islahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Yalnız sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. Kolxoza aid olan torpaq bölünmədən (Kökəltmə Birliyinə ayrılan torpaq da daxil olmaqla) bütövlükdə bu Qanunun 11-ci maddəsində göstərilən şəxslərin arasında 12-ci maddədə müəyyən olunan miqdarda bölüşdürülməlidir. X1 əmlakı da həmin birliyin təsisçisi olan kolxozların üzvləri arasında bölünən əmlaka aiddir və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 4.0.1 -ci maddəsinə əsasən torpaq fondunun özəlləşdirilməsinə həmin qanun şamil edilmir. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmçinin diqqətə çatdırırıq ki, Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. İmişli Rayon İcra Hakimiyyəti Başçisinin Qaragüvəndikli Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaragüvəndikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən torpaq sahələri İmişli rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə faktiki olaraq aşağıda adları göstərilən şəxslərin icarəsindədir. 12 avqust 2010-cu il tarixli, 191 nömrəli sərəncamla Bakı şəhəri sakini X7 (45 ha), 28 yanvar 2013-cü il tarixli, 10 nömrəli sərəncamla İmişli rayon Şahvcrdili kənd sakini X19 (“X6” Məhdud Məsuliyyətli Cəmiyyəti) (262 ha), 08 dekabr 2014-cü il tarixli, 268 nömrəli sərəncamla İmişli rayon Qaragüvəndikli kənd sakini Vəliyev Xəqani Vəkil oğlu (30 ha), 02 avqust 2019-cu il tarixli, 139 nömrəli sərəncamla İmişli rayon Şahverdili kənd sakini X19 (X6 MMC) (10 ha). İmişli Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1975-ci ildə İmişli rayonunda kolxozlararası mal-qara kökəltmə kompleksinin təşkili ilə əlaqədar İmişli rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 29 nömrəli iclas protokolunun 5-ci məsələsi bu barədə olmuşdur. Bu protokolda məsələ ilə bağlı qərar hissəsində Birliyə İmişli rayonu Kirov adma kolxozun torpağından 400 (dörd yüz) hektar torpaq sahəsi ayrılması təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən İmişli Rayon İcra Hakimiyəti Başçısının xx.xx.2010-cu il tarixli 191 nömrəli sərəncamı ilə X5 verilmiş 45,0 ha, xx.xx.2013-cü il tarixli 10 nömrəli sərəncanı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 262,0 ha torpaq sahəslərinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. Əlavə olaraq bildiririk ki, xx.xx.2014-cü il tarixli 268 nömrəli sərəncamı ilə Vəliyev Xaqani Vəkil oğluna ayrılmış 30,0 torpaq sahəsinə dair məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. Seriya RX ******* nömrəli çıxarışdan və AN 312842 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 262,0 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı əsasında 99 il müddətinə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur : İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 262.0 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı, sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 10 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra hakimiyyəti başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə X5 verilmiş 45 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə, bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə görə, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə İddiaçı1 və digər iddiaçıların vəkili-nümayəndəsi X12 izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamı ilə Bakı şəhər sakini X5 əkinçiliyin inkişafı üçün müvəqqəti istifadə hüququ ilə 15 il müddətinə ayrılmış 45,0 ha, xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 99 il müddətinə ayrılmış 262,0 ha, xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamı ilə Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğluna qoyunçuluğun inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə ayrılmış 30,0 ha və xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə əkinçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə ayrılmış 10,0 ha olmaqla ümumilikdə 347,0 ha torpaq sahəsi İmişli raqonunun Qaragüvəndikli kəndində fəaliyyət göstərmiş Kirov adına kolxozun balansında 3000 başlıq mal-qara üçün kökəltmə birliyinin yaradılması ilə əlaqədar həmin birliyə kolxozun torpağından ayrılmış 400 hektar torpaq sahəsinə daxil olmaqla “Kirov” kolxozuna məxsus olmuş, mal-qara kökəltmə birliyi ləğv edildikdən sonra İmişli Rayon İcra Hakimiyyəti həmin torpaq sahələrini “asudə dövlət fondu” adı ilə yuxarıda sadalanan və mübahisələndirilən sərəncamlarla müvəqqəti istifadə hüququ ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Dövlət Arxivinin iş materiallarında olan məhkəməyə ünvanladıqları məktublarında İmişli rayon ZDS İcraiyyə Komitəsinin 1975-ci il tarixli qərarı ilə İmişli rayon X3 verilmiş Qaragüvəndikli kəndinin keçmiş Kirov adına kolxozunun 400.0 ha torpaq sahəsinin dövlət fonduna və ya asudə dövlət fonduna verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya hər hansı digər dövlət və hakimiyyət orqanlarının qərar və sərəncamının olmadığı bildirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyində İmişli Rayon İcra Hakimiyyətinin mübahisələndirilən qərarları ilə verilmiş torpaq sahələrinin dövlət mülkiyyətində olması qeyd olunsa da, bu məlumatın “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə istinadən alındığı rəydə öz əksini tapmamışdır. Bu isə həmin məlumatın dəqiqliyinə şübhə yaratmaqla, məhkəməyə ekspert rəyindəki məlumatın torpaqların elektron baza məlumatlarından alınmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, qeyd olunduğu kimi, əlaqədar dövlət təkilatları keçmiş Kirov adına kolxozunun 400.0 ha torpaq sahəsinin dövlət fonduna və ya asudə dövlət fonduna verilməsinə dair məlumatın (dövlət və hakimiyyət orqanlarının qərar və sərəncamının) mövcudluğunu təsdiq etməmişlər. “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinə əsasən:

1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.

2. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası P rezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır.

3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən:

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. “Torpaq islahatı haqqında” Qanunun maddi hüquq normalarının tələblərinin (11-ci maddənin 2-ci və üçüncü bəndləri) hazırki mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, sovxoz və kolxozların ərazisindən birliklərə verilmiş torpaqlar onların istifadəsində saxlanılmalı, birliyin ləğv edildiyi təqdirdə isə bütövlükdə əvvəlki istifadəçinə (Kirov kolxozuna) qaytarılmalı, özəlləşdirilən torpaqlara daxil edilməli və 11-ci maddədə göstərilən şəxslərin arasında 12-ci maddədə müəyyən olunan qaydada bölüşdürülməli idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli, xx.xx.2013-cü il tarixli, 10 nömrəli, xx.xx.2014-cü il tarixli, 268 nömrəli və xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamları torpaq qanunvericiliyinin tələblərinə zidd və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir və iddiaçılar həmin inzibati aktların ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 191 nömrəli, xx.xx.2013-cü il tarixli, 10 nömrəli, xx.xx.2014-cü il tarixli, 268 nömrəli və xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncamları və həmin sərəncamlar əsasında bağlanılmış icarə müqavilələri ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar