Məhkəmə qərarları › İş №2-1(120)-216/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-216/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-216/2021 17.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(120)-216/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin cavabdeh sırasından çıxarılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 09.03.N2-ci ildən 13.07.N2-ci ilə kimi ordu sıralarında xidmət etmişdir. Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 25.05.N2-ci ildən 07.07.N2-ci ilə kimi iştirak etmişdir. Bu hallar da Arxiv arayışları ilə təsdiqlənir. Buna baxmayaraq, bu günə kimi veteran statusunu ala bilməmişdir. Belə ki, ordu sıralarında olduğu zaman N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 53 nömrəli əmri ilə şəxsi hevyət siyahısına salınmışdır. Həmin əmrdə texniki səhfə yol verilərək onun adı X1 qeyd olunmuşdur. Əlavə olaraq, heç bir əsas olmayaraq, 701-saylı hərbi hissə komandirinin N iyul N2-ci ii tarixli 129 nömrəli əmrinə əsasən onun 13 iyul N2-ci il tarixdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olduğu, şəxsi heyyət siyahısından silindiyinə görə bütün növ təminatlardan çıxarılmış və həlak olanların ailələrinə nəzərdə tutulmuş yardımın ödənildiyi bildirilmişdir. N saylı hərbi hissə komandirinin belə bir səhvə yol verildiyi səbəbindən uzun müddət ərzində həlak olmadığını sübut etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini təstiq etmək istəsə belə, bu faktı yalnız məhkəmə vasitəsi ilə təsdiq edə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 12.04.2017-ci il tarixli, 9/2-6395 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, döyüş tapşırığını yerinə yetirmək İddiaçı N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 100 №-li əmrilə (əsas: səh-190, sıra-149; qeyd: əmrdə atasının adı “Cəlal” yazılmışdır) Kəlbəcər şəhərinə ezam edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli N №-li əmrində (əsas: səh-88, §-2, sıra-41; qeyd: əmrdə “X6" yazılmışdır) Lənkəran RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü X3 10.03.92-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31.01.2020-ci il tarixli, 9/2-1433 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli N №-li əmrində (əsas: §-2, səh-88, sıra-41. əmrdə vəzifəsi yazılmamışdır) Lənkəran RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü X3 10.03.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci taborun 2-ci bölüyündə vəzifəyə təyin olunması barədə məlumat vardır. Əmr olduğu kimi köçürülmüşdür, əmrdə adı “Qabil”, atasının adı “Cəlal” yazılmışdır. N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 100 №-li əmrilə (əsas: səh-190, sıra-149, əmrdə atasının adı “Cəlal” yazılmışdır) İddiaçı Cəlal oğlu döyüş tapşırığını yerinə yetirmək üçün Kəlbəcər şəhərinə ezam edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-37, sıra-12, əlifba kitabında: adı rus dilində «X5», atasının adı “Calal Hüseynalı oğlu-39”, anasının adı “Böyükxanım Atabala qızı-39” yazılmışdır) xx.xx.1972-ci təvəllüdlü X2 12.03.N2-ci il tarixində Lənkəran RHK-dan çağırılması və hərbi hissə komandirinin 12.03.N2-ci il tarixli N №-li əmrilə “sıravi” hərbi hissəsində atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. Hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə 12.04.2017-ci il tarixli 9/2-6395 №-li məktubla ünvanına və 17.07.2019-cu il tarixli 9/2-9992 №-li məktubla İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Komissarlığının 11.08.2005-ci il tarixli, 2078 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından Respublika Hərbi Komissarlığına daxil olmuş oğlunuz İddiaçı «müharibə veteranı» vəsiqəsi verilməməsi barədə ərizənizə baxılmışdır. Qeyd olunan məsələnin araşdırılması üçün Respublika Hərbi Komissarlığı tərəfindən 21.10.2004-cü il tarixdə 1984 nömrəli məktubla Lənkəran rayon hərbi komissarına müvafiq göstəriş və oğlunuza əsaslı cavab verilmişdir. Lənkəran rayon hərbi komissarlığı tərəfindən oğlunuzun sənədləri «müharibə veteranı» vəsiqəsi verilməsində baxılmaq üçün Respublika Hərbi Komissarlığının nəzdində olan komissiyaya təqdim olunmuşdur. N nömrəli hərbi hissə komandanlığının 15.3.N8-ci il tarixli 703/1 nömrəli arayışna əsasən İddiaçı Cəlal oğlu 13.3.N2-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. 7.7.N2ci il tarixdə Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərkən yaralanmış və hərbi hospitala göndərilmişdir. Qardaşının ölümü ilə əlaqədar bir daha hərbi hissəyə qayıtmamışdır. İddiaçı ordu sıralarından qanuni əsasla ehtiyata buraxılma məsələsi həll olunmadığına görə, sənədləri komissiya tərəfindən təsdiq olunmamışdır. Lənkəran rayon hərbi komissarı, Respublika Hərbi Komissarının 24.12.2003-cü il tarixli 4/2418 nömrəli sərəncamının tələblərinə uyğun təhqiqat aparıb, 1972-ci il təvəllüdlü İddiaçı Cəlal oğlu barədə amnistiya qərarının tətbiq olunması üçün müvafiq hərbi prokurorluğa göndərilməsini təşkil edin. Hərbi prokurorluğun qəbul etdiyi qərarın sürəti rayon hərbi komissarlığına daxil olduqdan sonra, İddiaçı sənədlərini «müharibə veteranı» vəsiqəsi verilməsində baxılmaq üçün Respublika Hərbi Komissarlığının nəzdində olan komissiyaya yenidən təqdim edin. Görülən tədbirlərin nəticəsi barədə ərizəçiyə məlumat verin. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi 08.10.2020-ci il tarixli, 9/2-9994 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 16.09.2020ci il tarixli 2-1(120)-1553/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli N №-li əmrində (əsas: §-2, səh 88 sıra-41. əmrdə vəzifəsi yazılmamışdır) Lənkəran RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü X3 10.03.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci taborun 2-ci bölüyündə vəzifəyə təyin olunması barədə məlumat vardır. Əmr olduğu kimi köçürülmüşdür, əmrdə adı “Qabil”, atasının adı “Cəlal” yazılmışdır. N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 100 №-li əmrilə (əsas: səh- 190. sıra-149, əmrdə atasının adı “Cəlal” yazılmışdır) İddiaçı Cəlal oğlu döyüş tapşırığını yerinə yetirmək üçün Kəlbəcər şəhərinə ezam edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-37, sıra- 12. əlifba kitabında: adı rus dilində «X5», atasının adı “Calal Hüseynalı oğlu-39”, anasının adı “Böyükxanım Atabala qızı-39” yazılmışdır) xx.xx.1972-ci il təvəllüdlü X2 12.03.N2-ci il tarixində Lənkəran RHK-dan çağırılması və hərbi hissə komandirinin 12.03.N2-ci il tarixli N №-li əmrilə “sıravi” hərbi rütbəsində atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. Hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 02 noyabr 2020-ci il tarixli, 11/5344 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız 16.09.2020-ci il tarixli 2- 1(120)-1553/2020 nömrəli sorğuya Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Sorğunuzun İddiaçı hərbi xidmət keçməsi, döyüş əməliyyatlarda iştirakı, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılmasının nəticələri aid hissədə aşağıdakıları barədə məlumat verirəm: Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 31.01.2020-ci il tarixli 9/2-1433 nömrəli arxiv arayışında Lənkəran RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 12.03.N2-ci il tarixli 53 nömrəli əmri ilə 10.03.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi və 26.05.N2-ci il tarixli 100 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Kəlbəcər şəhərinə ezam olunması barədə məlumat vardır. Eyni zamanda qeyd olunan arayışda N nömrəli hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizam hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə və Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin Lənkəran rayon Hərbi Komissarlığına ünvanlanmış oktyabr 2006-cı il tarixli 26/2-6332 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin dekabr N2-ci il tarixədək olan əmrlərində, Silahlı Qüvvələrin qayıtmaz itkilərin, yaralananların, itkin düşənlər siyahılarında yaralanması barədə qərar qəbul edilmiş, ərizəçiyə bu haqda 10.02.2020-ci il tarixli, 1/Z-2138 nömrəli məktubla məlumat verilmişdir. İmtinanın səbəbi kimi İddiaçı döyüş əməliyyatları aparılan zaman müalicə müəssisəsindən xidmət yerinə qayıtmaması (hərbi hissəni özbaşına tərk etməsi) göstərilmişdir. İnzibati işə əlavə olunmuş 530.197 nömrəli xəstəlik tarixçəsinin çıxarışının surətində İddiaçı qəlpə yaralanması diaqnozu ilə 15.07.N2ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə (hərbi hospitallar) köçürülməsi barədə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 №-li qəran ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəncin n səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının 15.07.N2-ci il tarixdən sonrakı hərbi xidmətlə və qanuni əsaslarla ehtiyata buraxılması ilə bağlı məlumat mövcud deyil. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37- ci maddəsinə (Həqiqi hərbi xidmətin başlanğıcı və sonu) əsasən çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında” Fərmanı ilə qismən səfərbərlik elan olunduğu 19.02.N2-ci il tarixdən ilk həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (N4-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar) “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr N7-ci il tarixli 634 nömrəli Fərmanı əsasında həyata keçirilmişdir. Qeyd olunan hallar iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmasını və bununla əlaqədar “Müharibə veteram” adını və müvafiq veteran vəsiqəsini almaq hüququnu istisna edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına və xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsi, o cümlədən hərbi qulluqçunun hərbi hissəsini öbaşına tərk etməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N7-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar