Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-216/2022 28.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “xx.xx.1998-xx.xx.2003-cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X16 Hüquqi Şəxsin 4 saylı Regional Ərazi filialına qarşı xx.xx.1998-xx.xx.2003-cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-216/2022 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialına qarşı “xx.xx.1998-xx.xx.2003-cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1974-75-ci illərdə SSRİ Silahllı Qüvvələrində həqiqi xidmətdə olmuşdur. xx.xx.1975-ci ildə X15 Tikinti Trestinin 16 nömıəii Tikinti Quraşdırma idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış. 02.01,2003-cü ilədək müxtəlif təşkilatlarda işləmişdir. Axırıncı iş yeri Əli Bayramlı indiki Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi olmuşdur. İdarənin xx.xx.1998-ci il tarixli 24 nömrəli əmri ilə sürücü işinə qəbul edilmiş və 02.01,2003-cü il tarixli 86 saylı əmri ilə işdən azad edilmişdir. 2021-ci ildə 65 yaşı tamam olduğu üçün ona əmək pensiyası təyin edilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu X13 4 saylı Regional Ərazi İdarəsinə müraciət edərək pensiya təyin edilməsi üçün tələb edilən sənədləri təqdim etmişdir. Oradan aldığı xx.xx.2021-ci il tarixli **********9 saylı məktubla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi 1998-2003-cü il tarixlərdə işlədiyi 56 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin hal hazırda fəaliyyətinin olmaması və sənədlərinin X11 Filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlama aparılmasının mümkün olmaması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu X13 4 saylı Regional Ərazi idarəsinin 1998 - 2003cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sığorta stajı hesablanarkən nəzərə almaqdan imtinası ilə onun Konstitusiyon hüquqları pozulmuşdur. Belə ki, işlədiyi müddət əmək kitabçasındakı qeydlərdə öz təsdiqim tapmışdır. Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin həmin illərə dair sənədlərinin X11 Filialına təhvil verməməsi onun təqsiri deyil, idarənin bu işə cavabdeh olan şəxslərin təqsiridir. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə DSMF-nin X13 4 saylı Regional Ərazi İdarəsinin üzərinə ona yaşa görə əmək pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyini qoya bilər. "Əmək pensiyaları haqqında" Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddianın təmin olunması ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruridir. xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sığorta stajı kimi müəyyən edərək Azərbaycan Respublikası DSMF X13 4 saylı Regional Ərazi İdarəsinin üzərinə ona yaşa görə əmək pensiyası təyin edərkən həmin müddətin sığorta stajı kimi hesablanması öhdəliyi qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan cavabdehin nümayəndəsinin ərizəsinə əsasən, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X16 Hüquqi Şəxsin 4 saylı Regional Ərazi filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı ilə əvəz edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialını təmsil edən T.Hətəmova Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********9 nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1998-ci il tarixdən-xx.xx.2003-cü il tarixədək “Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma ldarəsi”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq zanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və əşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 26 il 8 ay 20 gün iş stajı vardır. Bildirilir ki, mübahisələndirilən xx.xx.1998-ci il tarixdən- xx.xx.2003-cü il tarixədək (4 il 7 ay 26 gün) vətəndaşın “Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi”ndə işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Əmək kitabçasında İddiaçı xx.xx.1998-ci il tarixdən-xx.xx.2003-cü il tarixədək işlədiyi qeyd olunsa da xx.xx.2003-cü il tarixdə işdən azad olunma zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edilmişdir. “Latın qrafikalı Azərbaycän əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun Qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda ‘‘möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 2003-cü il tarixdə istifadə olunan möhürdə rus dilində sözlərdən istifadə oluna bilməz. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X11 filialından daxil olmuş xx.xx.2021-ci il tarixli 335 nömrəli məktubunda ‘‘Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə Şirvan filialına mühafizə üçün təhvil verilmədiyi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur və hazırda ödənişdədir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir, iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Ona görə məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1975-ci ildə hərbi xidmətini başa vurmuşdur. - İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1975-ci ildə X15 Tikinti Trestinin 16 nömrəli Tikinti Quraşdırma İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış, xx.xx.2003-cü ilədək müxtəlif təşkilatlarda işləmişdir. Həmçinin əmək kitabçasının 16-cı qrafasında xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi” işləməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X16 Hüquqi Şəxsin 4 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqinda" qanunun 7 maddəsinə əsasən kişilər 65 yaşa catdiqda azı xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı olduqda va ya 2006-ci il tarixdən sonra yığım kapitalı olduqda əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla cəmi 26 il 8 ay 20 gün iş stajı vardır. 1998-2003-cü il tarixlərdə işlədiyi “56 saylı Təmir Tikinti Quraşdirma” idarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X11 filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Ümumilikdə 25 il sosial sığorta olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. - İddiaçı məxsus НЗ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********792000 saylı məktubuna əsasən, dövlət reyestr məlumatlarına əsasən “56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat 5 saylı Ərazi Vergilər İdarəsində müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şirvan şəhər Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 181 nömrəli məktubuna əsasən Şirvan şəhəri üzrə X10 Reyestrində xx.xx.2021-ci il vəziyyətinə olan məlumata əsasən “Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma idarəsi” adlı hüquqi şəxs X10 Reyestrinə daxil edilməmişdir. - Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2021-ci il tarixli, 2960 nömrəli məktubuna əsasən, Şirvan (əvvəlki Əli Bayramlı) 56 nömrəli Təmir Tikinti Quraşdırma idarəsinin qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatlar Şirvan Şəhər İcra Hakimiyyətində aşkar edilmədi. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X16 Hüquqi Şəxsin 4 saylı Regional Ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığorta stajına daxil edilir. Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə 26 il 8 ay 20 gün iş stajı vardır. Mübahisələndirilən 1998-2003-cü il tarixlərdə vətəndaşın işlədiyi “56 saylı Təmir Tikinti Quraşdirma” idarəsinin X11 filalında vətəndaş X1 müəssisədə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən vətəndaş İddiaçı 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən yığım kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Vətəndaşa xx.xx.2021ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********881300 saylı məktubuna əsasən, Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi”nin qeydiyyatı barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət reyestrində “Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi" adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1997-ci ilədək olan dövrlərdə işlədiyi illər və 1974-1975-ci il tarixdə hərbi xidmətdə olduğu dövrlər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü ilədək “56 saylı Təmir Tikinti Quraşdirma” idarəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü ilədək “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsində sürücü işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü ilədək “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsində sürücü işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsinin mövcudluğu barədə sorğular göndərilmiş, lakin idarənin qeydiyyatı barədə məlumat əldə edilə bilməmişdir. - Eyni zamanda iddiaçının “xx.xx.1998-xx.xx.2003-cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X4nun ifadəsi ilə də təsdiq olunur. X4 iddiaçını tanıdığını, heç bir qohumluq əlaqəsinin olmadığını, iddiaçının 1998-2003-cü illərdə onun sürücüsü olduğunu, Tikinti Quraşdırma idarəsinin balansında sürücü işlədiyini, özünün müdir olduğunu, əmək kitabçalarını müəssisənin kadrlar şöbəsi tərəfindən tərtib edildiyini, sənədlərin arxivə təhvil verilmədiyini və əmək kitabçasında olan qeydlərin əmrlər kitabına uyğun yazıldığını, lakin əmrlər kitabının saxlanılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin idarədə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən və şahid ifadəsindən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə idarə mövcud olmuş, iddiaçı həmin idarədə işləmiş və əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən göndərilmiş 16 dekabr 2021-ci il tarixli 2-1(086)-1620/2019 nömrəli məktubuna və DSMF-dən daxil olmuş pensiya işinə əsasən, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2019-cü il tarixli, 2-1(086)-1620/2019 saylı qərarı ilə X9 1996-2005-ci illərdə 56 nömrəli Tikinti Quraşdırma idarəsindəki iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi təyin olunaraq icra olunması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə həvalə edilmişdir və qərar xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsinin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsi mövcud olmuş, iddiaçı həmin “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsinə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü ilədək “56 saylı Təmir Tikinti Quraşdırma” idarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü ilədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə sovxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair idarəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilməsə də, məhkəməyə təqdim edilmiş etiraz məktubunda əmək kitabçasında İddiaçı xx.xx.2003-cü il tarixdə işdən azad olunma zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edildiyini, “Latın qrafikalı Azərbaycän əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun Qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda ‘‘möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulduğu üçün 2003cü il tarixdə istifadə olunan möhürdə rus dilində sözlərdən istifadə oluna bilinmədiyi bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunması zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edilsə də, bu hal həmin dövrdə işəgötürənlə işçi arasında olan əmək münasibətlərinin mövcud olmamasına əsas hesab edilə bilməz. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1956-ci ildə anadan olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edildiyi kimi, onun yaşa görə 65 yaşında (xx.xx.2021-ci il tarixdə) pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev k, 10) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-216/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-216/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver