Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-216/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərarına əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərardan məlum olur ki, inzibati orqan İddiaçı MMC barəsində sözügedən qərarın qəbul edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə istinad etmiş və cəmiyyət tərəfindən həmin yarımbəndlərdə nəzərdə tutulmuş şərtlərin pozulması qeyd olunmuşdur. Sözügedən qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyindən qeyd olunan qərar ləğv edilməlidir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfindən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul etmək səlahiyyəti yoxdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Reşpublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1ci (üçüncü halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək DVX-nın vəzifələrinə aid edilmişdir. Eyni zamanda, vergi orqanı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinin tələblərini “İSO GROUP" MMC-yə münasibətdə düzgün tətbiq etməmiş, işin bütün faktiki hallarını araşdırmamış, real vəziyyəti müəyyən etməmiş və bu səbəbdən mübahisələndirilən Qərarın qəbul edilməsi zamanı yalnış qənaətə gəlmişdir. Belə ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən - vergi ödəycisi bu Meyarların 3cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda: (2.1.1)-qeyd idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); (2.1.3) - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; (3.1.1.) o riskli vergi ödəyicisi hesab olunur. Sadalananlardan məlum olduğu kimi, vergi ödəyicisinin aldığı və ya idxal etdiyi mallardan fərqli çeşiddə mal satması müəyyən edilikdə və anbar tələb olunan sahələr üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyiciləri tərəfindən həmin anbar sahəsi vergi orqanında qeydiyyatda olmadıqda həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin ünvan 1 ünvanda ofisi vardır. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli SS/11-23 nömrəli müqaviləyə əsasən Lənkəran şəhəri X2 suaşırıcı bəndində restorvasiya işləri aparılmış və D-4-6 mm dəmir teldən hörülmüş armatur-tor suvaq altı hörgüdə istifadə olunmuşdur. Sözügedən armatur-tor bazardan əldə olunaraq birbaşa tikinti meydançasında istifadə edilmiş və müvafiq olaraq sifarişçiyə təqdim edildiyi üçün malların saxlanması məqsədilə anbara ehtiyac qalmamışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən cəmiyyət tərəfindən elektrik mühərriklərin idarəetmə şkafları (elektrik sayğacların örtülməsində istifadə edilən dəmir qutu), mətbəxdə istifadə edilən mallar, o cümlədən politelin falqa, alminimum falqa, masa silmək üçün dəsmal, qapaq (banka qapağı) linolium Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə təqdim edilmişdir. Təqdim edilmiş mallar bazarda müxtəlif şəxslərdən əldə edilmişdir. Lakin bu zaman həmin şəxslərdən malların alışına dair müvafiq təsdiqedici sənədləri əldə etmək mümkün olmamışdır. Eləcə də, alınmış malların saxlanılmasına dair anbarın qeydiyyatda olmamasına münasibətdə isə qeyd olunmalıdır ki, bazardan əldə olunmuş mallar uzun müddət saxlanılmamış, qısa müddətdə mərhum əmim X3 məxsus Masallı rayonu 20 yanvar küçəsində yerləşən qeydi-yaşayış sahəsində saxlanılmışdır. Obyektə dair yalnız texniki pasport mövcud olduğundan və obyektin digər sənədləri, o cümlədən reyestrdən çıxarış olmadığından obyektin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən də malların qısa müddətdə saxlandığı anbar sahəsinin vergi orqanında qeydiyyata qoyulması mümkün olmamışdır. Hər iki əməliyyat üzrə mallar və xidmətlər qarşı tərəfə bağlanmış müqavilələrə əsasən elektron qaimə faktura verməklə təqdim edilmiş, malların, görülmüş işlərin dəyəri cəmiyyətin bank hesablarına, ƏDV məbləği isə depozit hesabına daxil olmuşdur. ƏDV bəyannamələri təqdim edilməklə büdcəyə çatası vergilər hesablanmış və dövlət büdcəsinə ödənilmişdir. Cəmiyyət tərəfindən işlır faktiki görülmüş, mallar faktiki təqdim edilmiş və bununla bağlı müvafiuq təhviltəslim aparılmışdır. Cəmiyyətin iştirak etdiyi lahiyələr bilavasitə dövlət büdcəsi vəsaiti hesabına maliyələşmiş, səhmləri dövlətə məxsus olan hüquqi şəxlərlə iş görülmüşdür. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi, cəmiyyət tərəfindən hər hansı əmtəəsiz əməliyyat aparılmamış, bağlanmış müqavilələr əsasında müvafiq mallar təqdim edilmiş və işlər görülmüşdür. Bu səbəbdən cəmiyyətin barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərar qanunsuz və əsassızdır. Həmçinin, müəssisə Safetrack Baavhammar şirkəti ilə imzalanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İsveçdən qövs elektrik qaynağı üçün istifadə olunan özəkli məftillər idxal etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti ilə bağlanmış xx.xx.2021-ci il tarixli NQT2021256 saylı müqaviləyə əsasən idxal olunmuş malların “Neftqaztikinti” trestinə satışı nəzərdə tutulmuşdur.Lakin müəssisə riskli vergi ödəyicisi siyahısına daxil edildiyindən xx.xx.2021-ci il tarixli NQT2021256 saylı müqavilə üzrə öhdəliklərini icra edə bilməmişdir. Halbuki, müəsisə barəsində qeyd olunan qanusuz qərar mövcud olmasa idi, o fəaliyyətini davam etdirib əldə olunmuş mənfətdən dövlət büdcəsinə vergilər ödəyəcəkdi. Yuxarıda sadalanan xüsusatlarla bağlı tərəfimdən xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli **********518000 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş, lakin sonuncunun xx.xx.2022-ci il tarixli **********700800 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfindən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eləcə də, nəzərə alınmalıdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqmda” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Reşpublikası Vergi Məcəjləsinin tətbiq edilməşi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50- 2.2-ci, 65..2.1,2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)" dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək DVX-nın vəzifələrinə aid edilmişdir. Eyni zamanda, vergi orqanı “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.11, 3 1.1 və 2.1.3cü yarımbəndlərinin tələblərini İddiaçı MMC-yə münasibətdə düzgün tətbiq etməmiş, işin bütün faktiki hallarını araşdırmamış, real vəziyyəti müəyyən etməmiş və bu səbəbdən mübahisələndirilən Qərarın qəbul edilməsi zamanı yalnış qənaətə gəlmişdir. Yuxarıda qeyd olunanlarla bağll bildiririk ki, İddiaçı (VÖEN: **********) aşağıdakı əsaslarla riskli vergi ödəyicisi hesab edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Cəmiyyət tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və əmtəəsiz və ya riskli əməliyyat kimi qiymətləndirildiyindən qeyd olunan halın birgə araşdırılması məqsədi ilə xx.xx.2021ci il tarixli **********245600 nömrəli məktubla vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuş, lakin heç bir səbəb göstərilmədən vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmişdir. (qeyd olunan dəvət məktubu və oxunması etiraza əlavə olunur) Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021xx.xx.2021-ci il tarixlərində 110141,88 manat (ƏDV-ilə) dəyərində “Kilidlər, Kirkəc Doldurucuları, Armatur, Binder və s. tikinti materialları (cəmi 90 adda)” təqdim edilmişdir. Təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Qeyd olunanlarla bağlı səbəblər ətraflı izah olunmaqla 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********3900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisin hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Onu da qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Qərarın 3-cü bəndinə əsasən: 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar: 3.1.1 Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyatlar; Qərarın 2.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması faktları aşkar edildikdə aparılmış əməliyyatlar riskli əməliyyatlar hesab olunur. Aparılmış araşdırma zamanı 2021-ci ildə “İSO GROUP" MMC tərəfindən təqdim edilmiş 49174,38 manat dəyərində armatur; elektrik mühərriklərinin idarəetmə şkafları (elektrik sayğacların örtülməsində istifadə edilən dəmir qutu); polietilen falqa; masa silmək üçün dəsmal; qapaq (banka qapağı); linolium və s malların cəmiyyətin alışında və ya idxalında olmadığı, nəticədə yuxarıda qeyd olunan Qərarın 3.1.1 bəndinin tətbiq edilməsi üçün əsaslar yarandığı müəyyən olunmuşdur. İddia tələbinin əsassız hesab edilərək rədd edilməsin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 yazılı etirazda göstərilənləri təsdiqləmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, mübahisə iddiaçı barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********143900 saylı qərarına aiddir. İddiaçı isə həmin qərarı mübahisələndirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. X7 məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 557/2023 saylı qərardadı ilə iddia üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan vergi ödəyəcəsinin riskli ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********143900 qərarından görünür ki, İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********528300 nömrəli məktubundan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Cəmiyyət tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış, belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 110141,88 manat (ƏDV-ilə) dəyərində “Kilidlər, Kirkəc Doldurucuları, Armatur, Binder və s. tikinti materialları (cəmi 90 adda)” təqdim edilmişdir. Təqdim olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Qeyd olunanlarla bağlı səbəblər ətraflı izah olunmaqla 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1.-ci və 2.1.3.-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, **********3900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisin hesab edilməsi barədə” qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********800600 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli qərar çıxarılmış, X1 Sisteminin kargüzarlıq alt modulunda elektron formada imzalanaraq vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********036700 saylı əmrinə əsasən X6 xx.xx.2021-ci il tarixdən 6 saylı Ərazi Vergilər Baş idarəsinin rəisi vəzifəsindən müvəqqəti kənarlaşdırılmış və xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X4 müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığı müddətdə həmin vəzifəni **********0038100 saylı əmrə əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini X5 icra etmişdir .Qeyd edilən səbəbdən Cəmiyyətin riskli vergi ödəyicisi hesab edilməsi barədə çıxarılmış xx.xx.2021-ci il tarixli, **********3900 nömrəli qərarın elektron formatında imzalayan şəxs kimi X4 adının yazılmasına baxmayaraq X1 Sisteminin kargüzarlıq alt modulunda Qərarı müvafiq əvəzetməyə əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş İdarənin rəis müavini X5 tərəfindən imzalanaraq vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********034300 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli Qərar çıxarılmış, X1 Sisteminin kargüzarlıq alt modulunda elektron formada imzalanaraq vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********036700 saylı əmrinə əsasən X6 xx.xx.2021-ci il tarixdən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsindən müvəqqəti kənariaşdırılmış və xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. X4 müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığı müddətdə həmin vəzifəni **********0038100 saylı əmrə əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini X5 icra etmişdir.Qeyd edilən səbəbdən Cəmiyyətin riskli vergi ödəyicisi hesab edilməsi barədə çıxarılmış xx.xx.2021-ci il tarixli **********3900 nömrəli qərarın elektron formatında imzalayan şəxs kimi X4 adının yazılmasına baxmayaraq X1 Sisteminin kargüzarlıq alt modulunda Qərarı müvafiq əvəzetməyə əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş İdarənin rəis müavini X5 tərəfindən imzalanaraq vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. – 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7- ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmır, qərarın və onun nəticələrinin ləğv edilməsini xahiş edir. Lakin ləğv edilməsi üçün təqdim etdiyi sübutlar yalnız qərar qüvvədə olduğu üçün onun tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı olmuşdur. Yəni, hal-hazırda müəssisə digər müəssisələrlə bir sıra müqavilələr bağlamış və həmin müəssisələr qarşısında müəyyən öhdəlikləri vardır ki, hal-hazırki mübahisələndirilən qərar mövcud olduğundan həmin öhdəliklər ica oluna bilmir. Lakin riskli vergi ödəyicisi siyahısına əlavə edilməsi əsaslarının aradan qaldırılması barədə heç bir sübut təqdim edə bilmir. (misal üçün müəyyən elektron qaimə-fakturaların ləğvi, sistemdən silinməsi və ya digər) Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər:
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə;
2. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Göründüyü kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın ləğv edilməsini tələb edir, həmin qərarda göstərilənlərlə razılaşmadığını və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia edərək onu mübahisələndirir və bununlada şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olmak istəyir. Lakin yuxarıdada qeyd edildiyi kimi qərarın qəbul olunmasına əsas olan halların qanunsuz, eləcə də əsassız olması və ya qeyd edilən halların aradan qalxması barədə məhkəməyə heç bir sübut, arqument, fakt təqdim edə bilmir. Yalnız qeyd edilən halı digər müəssisələr qarşısında olan öhdəliklərin icra edə bilməməsi halı ilə bağlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi qərarın qanuniliyini mbahisələndirmir, yalnız onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasını istəyir. Vergi orqanı isə vergi ödəyicisi barədə qəbul edilən inzibati aktda qeyd edilən əsasları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir ki, qeyd edilən sənədlərə baxılan zaman inzibati aktın tərtibi zamanı qeyd edilən əsasların mövcud olduğu müəyyən edilmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən vergi ödəyicisi tərəfindən 49174,38 manat dəyərində malların təqdim edildiyi, qeyd olunan malların vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatların riskli hesab edildiyinə əsaslanmışdır. Məhkəmə tərəfindən iddiaçıya mübahisələndirilən qərarda qeyd edilən əsasların aradan qaldırıldığı təqdirdə vergi orqanına müraciət edərək riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini tələb edə bilməsi və tələbindən imtina olunduğu təqdirdə vergi orqanı üzərinə müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilməsi barədə hüquqları bir daha izah olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********143900 nömrəli qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov